Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2167/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka hüququn qeydə alınması, çıxarışın verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İda rəsinə qarşı (üçüncü şəxs X6) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-126/2023 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X11 ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngə 10 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli məktublarla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, qeyd olunan d aşınmaz əmlak və ona dair hüquqlar dövlət qeydiyyatına alınmamışdır. Aparılan araşdırma zamanı daşınmaz əmlakın üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-38/2011 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə həbs qoyulması barədə məlumat aşkar edilmişdir. Yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə əsasən bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24-ci bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, m üəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İŞ Ü ZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar – 1) İddiaçı1, 2) İddiaçı2, 3) İddiaçı3, 4) İddiaçı4, 5) İddiaçı5 Mirzə oğlu, 6) İddiaçı6, 7) İddiaçı8, 8) İddiaçı9, 9) İddiaçı10, 10)İddiaçı11, 11)İddiaçı12, 12)İddiaçı13, 13)İddiaçı14 Əlövsət oğlu, 14)İddiaçı17, 15)İddiaçı16 və 16)İddiaçı15 xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək – - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikiliyə (ü/s 2256,31 kv.m) “X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP 004 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən; - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, y eni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 442 kv.m) “X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP 005 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən və - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) “X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP 006 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Mirzə oğlunun, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 Əlövsət oğlunun, İddiaçı17, İddiaçı16 və İddiaçı15 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. İddianın əsaslandırılması:
4. İddianın əsaslarına görə, - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6261/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, borclu X5 tələbkar İddiaçı9 xeyrinə 67400 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul tutulmalıdır; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6561/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, borclu X5 67250 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumu t ələbkar İddiaçı10 xeyrinə tutulmalıdır; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6262/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, borclu X5 cəmi 55031 manat məbləğində pul vəsaiti tutularaq tələbkar İddiaçı11 ödənilməlidir; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-95/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclu X5 tələbkar İddiaçı13 xeyrinə 44800 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul tutulmalıdır; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-310/2016 nömrəli, xx.xx.2016cı il tarixli icra sənədinə əsasən X5 İddiaçı15 xeyrinə 73000 ABŞ dolları məbləğində pul milli manat məzənnəsinə uyğun olaraq tutulmalıdır.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(101)77/2013 nömrəli hökmünə əsasən, - zərərçəkmiş şəxslər, mülki iddiaçılar İddiaçı7 349.000 ABŞ dolları, İddiaçı3 10.000 ABŞ dolları, İddiaçı5 63.000 manat, X3 53.900 ABŞ dolları, İddiaçı17 10.000 manat və İddiaçı2 106.0 manat məbləğində iş üzrə təqsirləndirilən şəxs X7 qarşı irəli sürdükləri iddia tələbləri tam təmin edilərək, həmin məbləğlərdə vəsaitlərin Hümbət Məmmədovdan onların xeyrinə tutulması; - zərərçəkmiş şəxs İddiaçı8 təqsirləndirilən şəxs X7 qarşı irəli sürdüyü iddia tələbi qismən təmin edilərək, 70.000 ABŞ dolları məbləğində maddi ziyan vurulduğunun müəyyən edilməsi və ona görə də İddiaçı8 iddia tələbi qismən təmin edilərək 56.182 manat məbləğində vəsait Hümbət Məmmədovdan onun xeyrinə tutulması; - İddiaçı6 202.000 ABŞ dolları, İddiaçı4 140.000 manat və İddiaçı16 57.840 manat məbləğində təqsirləndirilən şəxs X7 qarşı hissədəki irəli sürdükləri iddia tələbləri tam təmin edilərək, həmin məbləğlərdə vəsaitlər Hümbət Məmmədovdan onların xeyrinə tutulması; - İddiaçı1 56.656,8 manat məbləğində, İddiaçı12 102.000 manat məbləğində olmaqla təqsirləndirilən şəxs X7 qarşı olan hissədə irəli sürdükləri iddia tələbləri təmin edilərək, həmin məbləğlərdə vəsaitlərin Hümbət Məmmədovdan onların xeyrinə tutulması; - iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün tutmanın təqsirləndirilən şəxs Hümbət Məmmədovun arvadı X4 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən 10 saylı evin və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən 2 saylı evin dəyərindən, həmçinin Bakı şəhəri, Biləcəri Bələdiyyəsini n xx.xx.2008-ci il tarixli, 369 saylı qərarı ilə X4 adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin üzərində olan tikilinin, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 722 saylı qərarı ilə X4 adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin üzərində, həmçinin orada olan bağ-bostan sahəsi kimi ona verilmiş 200 kv.m torpaq sahəsinin üzərində olan tikililərin və Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 377 saylı qərarı ilə X4 adına rəsmiləşdirilmiş Biləcəri Bələdiyyəsinin ərazisində yerləşən 300 kv.m torpaq sahəsinin üzərində olan tikililərin üzərinə yönəldilməsi hökm edilmişdir.
6. Tələbin yönəldildiyi Ramazanova (M əmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş borclu X7 məxsus daşınmaz əmlaklar – - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikili (ü/s 2256,31 kv.m) "X1 Mərkəzi" MMC tərəfindən verilmiş YP 004 saylı, xx.xx.2020-ci il tarixli satış protokolu ilə 801.900 manat məbləğində, - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) "X1 Mərkəzi" MMC tərəfindən verilmiş YP 005 saylı, xx.xx.2020-ci il tarixli satış protokolu ilə 322.218 manat məbləğində, - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 448 kv.m) " X1 Mərkəzi" MMC tərəfindən verilmiş YP 006 saylı, xx.xx.2020-ci il tarixli satış protokolu ilə 326.592 manat məbləğində borca əvəz olaraq tələbkarlar tərəfindən alınmışdır. 7. xx.xx.2020-ci il tarixli satış protokollarına əsasən müvafiq əmlakların Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınaraq müvafiq çıxarışların verilməsi üçün xx.xx.2020-ci il tarixdə cavabdehə rəsmi müraciət olunmuşdur. Lakin cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli **********48 saylı imtina məktubu verilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdehin etirazları:
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, qeyd olunan daşınmaz əmlaklar daşınmaz əmlaklar dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin daşınmaz əmlakların ilkin olaraq dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim olunmamışdır.
9. Eyni zamanda, qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında həmin ünvanda yerləşən daşınmaz əmlakların üzərinə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 5(001)-38/2011 saylı, xx.xx.2011-ci il tarixli 5(001)-41/2011, 5(001)-42/2011, 5(001)- 43/2011, 5(001)-44/2011, 5(001)-45/2011 saylı qərarları ilə həbs qoyulmuşdur.
10. Qeyd olunanlarla bağlı İdarə tərəfindən X9 **********48 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********03 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********00 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli məktublar ünvanlanmışdır. 11. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarından biri hesab olunur, lakin İdarəyə təqdim olunan sənəd açıq hərracın nəticələrinə dair yekun protokol deyil, satış protokoludur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-610/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbind ə qeyd olunan əmlaklar və onlara dair hüquqlar ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışlar. Belə olan halda, hərrac protokollarına istinad edilməklə həmin əmlaklara mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbi əsaslı hesab edilə bilməz.
14. İddiaçılar – 1) İddiaçı1, 2) İddiaçı2, 3) İddiaçı3, 4) İddiaçı5 Mirzə oğlu, 5) İddiaçı6, 6) İddiaçı8, 7) İddiaçı9, 8) İddiaçı10, 9) İddiaçı11, 10)İddiaçı12, 11)İddiaçı13, 12)İddiaçı14 Əlövsət oğlu, 13)İddiaçı17, 14)İddiaçı16, 15)İddiaçı15 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-126/2023 saylı qərardadı ilə X6 üçüncü şəxs qismində işə cəlb edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-126/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikiliyə (ü/s 2256,31 kv.m) “X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP 004 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən ikimərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 442 kv.m) “X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP 005 saylı, xx.xx.2020-ci il tarix li satış protokoluna əsasən və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) “X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP 006 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən – 1) İddiaçı1, 2) İddiaçı2, 3) İddiaçı3, 4) İddiaçı4, 5) İddiaçı5 Mirzə oğlunun, 6) İddiaçı6, 7) İddiaçı7, 8) İddiaçı8, 9) İddiaçı9, 10)X10, 11)İddiaçı11, 12)İddiaçı12, 13)İddiaçı13, 14)İddiaçı14 Əlövsət oğlunun, 15)İddiaçı17, 16)İddiaçı16, 17)İddiaçı15 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar çıxarışın ve rilməsini tələb etdikləri əmlakı qanunvericilikdə nəzərdə tutulmuş qaydada keçirilmiş açıq hərrac vasitəsilə almışlar (hərracın nəticələrinə dair yekun protokol və bağlanmış alqı-satqı müqavilələri əsasında), bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Qeyd olunan hərracın nəticələri üçüncü şəxs M.Ramazanova tərəfindən məhkəmə qaydasında mübahisələndirilsə də, sonuncunun iddia tələbi təmin edilməmişdir. Yəni keçirilmiş hərrac qanuni hesab olunmuş və onun nəticələri hal-hazırda da qüvvəsini saxlayır. Bunun isə hazırki iş üzrə preyudisial əhəmiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipi pozmuşdur.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
19. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Cavabdehin kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, müvafiq tor paq sahəsi və tikililərlə bağlı dövlət reyestrindən qeydiyyatdan keçmiş və mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd mövcud deyildir. Bununla bağlı müvafiq qanunvericilik aktı olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2-ci maddəsində də birbaşa nəzərdə tutulmuşdur ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Yuxarıda sadalanan hallardan bir daha görünür ki, müvafiq daşınmaz əmlak dövlət reyestrində ilkin olaraq qeydiyyata alınmadan həmin əmlakın hərracın nəticələrinə dair yekun protokol əsasında qeydiyyata alınmasından söhbət gedə bilməz. Əmlakın onun hüquqi əsaslarını, texniki parametrlərini əks etdirən ilkin hüquqmüəyyənedici sənədləri olmadan yalnız hərracın nəticələr inə dair yekun protokol və s. kimi mülki hüquqi əqdlər əsasında dövlət reyestrində ilkin qeydiyyata alınması qanunvericiliyin kobud surətdə pozulması deməkdir. Apellyasiya instansiyası məhkəməsi müvafiq iş üzrə iddianı təmin etməklə yuxarıda qeyd olunan maddi hüquq normasını kobud surətdə pozmuşdur. Eyni zamanda, qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında həmin ünvanda yerləşən daşınmaz əmlakların üzərinə Binəqədi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 5(001)-38/2011 saylı, xx.xx.2011-ci il tarixli 5(001)-41/2011, 5(001)-42/2011, 5(001)-43/2011, 5(001)44/2011, 5(001)-45/2011 saylı qərarları ilə həbs qoyulmuşdur. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. b. üçüncü şəxsi n kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətində qeyd edilmişdir ki, qanun müvafiq icra hakimiyyəti orqanından icazə almadan inşa edilmiş və dövlət reyestrində qeydə alınmamış tikililəri özbaşına tikinti saymış və həmin tikintilər barədə hər hansı əqdlər bağlamağı qadağan etmişdir. Özbaşına tikililərin hərracdan satılması qanunla qadağan edildiyi halda, daşınmaz əmlakın mövcudluğunu təsdiq edən hər hansı rəsmi sənəd olmadığı halda, “X2 Mərkəzi “ MMC qanunun tələblərinə məhəl qoymadan, yuxarıda qeyd edilən özbaşına tikililəri “hərrac satışına” çıxarmışdır. Bundan sonra “X2 Mərkəzi" MMC hüquqlardan sui-istifadə edərək hərracın nəticələrinə dair hər hansı hüquqi qüvvəyə malik olmayan və hüquqi nəticələr yarada bilməyən protokollar tərtib etmişdir. Apellyasiya məhkəməsi hərracda bağ lanmış əqdlərin əhəmiyyətsiz olub-olmamasına hüquqi qiymət verməmiş, nəyə görə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2{103)-5755/2022 saylı qətnaməsində məhkəmənin çıxartdığı nəticələri, ondan daha əvvəl qanuni qüvvədə olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1093/2019 saylı qətnaməsinin nəticələrindən üstün tutduğunu əsaslandırmamışdır. c. kassasiya şikayətinə etirazın dəlilləri
22. İddiaçıların vəkili kassasiya şikayətlərinə qarşı etiraz təqdim edərək kassasiya şikayətlərinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddin də baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir q ayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNL ÜYÜ, KASSASİYA BAXİŞİNİN
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
27. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan dig ər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar çıxarışın verilməsini tələb etdikləri əmlakı qanunvericilikdə nəzərdə tutulmuş qaydada keçirilmiş açıq hərrac vasitəsilə almışlar (hərracın nəticələrinə dair yekun protokol və bağlanmış alqı-satqı müqavilələri əsasında), bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Qeyd olunan hərracın nəticələri üçüncü şəxs M.Ramazanova tə rəfindən məhkəmə qaydasında mübahisələndirilsə də, sonuncunun iddia tələbi təmin edilməmişdir. Yəni keçirilmiş hərrac qanuni hesab olunmuş və onun nəticələri hal-hazırda da qüvvəsini saxlayır. Bunun isə hazırkı iş üzrə preyudisial əhəmiyyəti vardır. Beləliklə, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipi pozmuşdur.
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
30. Məhkəmə kollegiyası nə zərə alır ki, barəsində iddia olunan tikililərin satışı üzrə hərracın nəticələrinin qanuniliyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tanınmışdır.
31. Bununla yanaşı, nəzərə alınmalıdır ki, hərracın nəticəsində əldə edilmiş tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, yaxud ən azından şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun inşa edilmiş fərdi yaşayış evi və ya qeyri-yaşayış sahəsi deyil. Hər bir halda, bunun əksini təsdiq edən sənəd və ya sənədlər işdə yoxdur.
32. İşin materiallarında həmin tikililərin faktiki vəziyyətini əks etdirən texniki sənədlər (tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi), habelə, tikintisinə icazə tələb olunan tikinti obyekti olduqda, tikinti obyektinin istismarına icazə sənədi də yoxdur. Başqa sözlə, qeyd edilən tikinti oby ektlərinin istismara yararlı fərdi yaşayış evi və ya qeyri-yaşayış sahəsi kimi qiymətləndirilməsi işin hazırkı vəziyyətində mümkünsüzdür. Buradan belə nəticə hasil olur ki, iddiaçılar qanuniliyi məhkəmə aktı ilə tanınmış hərrac vasitəsilə əldə etdikləri tikinti obyektlərinin konstruktiv elementlərinin mülkiyyətçiləridirlər. Hazırkı məzmunda tələbin təmini üçün isə, həmin elementləri özündə birləşdirən tikinti obyektlərinin istismara yararlı fərdi yaşayış evi və ya qeyri-yaşayış sahəsi olduqları, yəni tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü müəyyən edilməlidir.
33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu istiqamətdə, bunun üçün həm də xüsusi bilik tələb olunduğu halda, hər hansı araşdırma aparılmadan cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyulmuşdur.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinin məzmunu ilə də tam tanış olmamış, İddiaçı4 tərəfindən şikayət verilmədiyini nəzərdən qaçırtmış, şikayət verməyən şəxsin hüquq və vəzifələrinə dair məsəlini, bunun üçün prosessual-hüquqi əsaslar olmadığı halda, həll etmişdir.
35. İPM-in 30.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati məhkəmə icraatında prosessual həmiştirakçılardan hər biri digər tərəfə qarşı müstəqil şəkildə çıxış edir. Prosessual həmiştirakçılardan hər hansı birinin hərəkəti digərinin nə xeyrin ə, nə də zərərinə təfsir oluna bilməz.
36. Bundan başqa, kassasiya icraatı zamanı işin materialları tədqiq olunarkən iddianın verildiyi vaxtdan ərizədə iddiaçı qismində göstərilmiş, həmçinin apellyasiya şikayətində şikayəti verən şəxslərin siyahısında adı qeyd olunmuş İddiaçı7 hələ iddia verilməzdən əvvəl xx.xx.2020-ci il tarixdə öldüyü (https://cms.justice.loc/Cases/Default.aspx?caseİd=1420401), prosessual qanunla nəzərdə tutulmuş qaydada hüquq varisi ilə əvəz olunmadığı müəyyən edilmişdir. Beləliklə, hazırkı iddianın predmeti üzrə İddiaçı7 məxsus olmuş hüquq və vəzifələr hüquq varisliyi prosessual qanunla nəzərdə tutulmuş qaydada təmin edilmədən həll edilmişdir.
37. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 30.3, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
38. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayətlər iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-126/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayətlər qalan hissədə təmin edilmir. Qərar qətidir.