Məhkəmə qərarları › İş №2-1(102)-2167/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2167/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2167/2024 14.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddiaçının davranışı, daşınmaz əmlakın dövlət reyestrində sanitar qovşaqla bağlı aparılmış qeydin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı “qeydin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2024-cü il tarixli, 2-1(103)1365/2024 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı aid sənədlər

1. X15 tərəfindən ünvan 1 ünvanında yerləşən, sahəsi 30 kv.m olan 2 otaqlı mənzil 16 yanvar 1997-ci il tarixli, 019712 saylı alqı-satqı müqaviləsi ilə İddiaçı satılmışdır.

2. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin C.Cabbarlı bina 4, mənzil 27 ünvanının oktyabr 1996-cı il tarixli Şəxsi mülkiyyətində olan mənzilin X3 adına tərt ib olunmuş texniki pasportunda mənzilin sxemində otaqların sayı 2, 1-ci otaq 18.5 kv.m, 2-ci otaq 11.5 kv.m, keçid 11, mətbəx 4.0 kv.m, qalereya, anbar 11.6 kv.m və “T” sanitar qovşaq əks olunmuşdur.

3. Nərimanov rayon Xalq Məhkəməsinin qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən, sahəsi 30 kv.m olan 2 otaqlı yaşayış sahəsinin İddiaçı adına hüquqi qeydiyyata alınması və ona qeydiyyat vəsiqəsinin verilməsi qət edilmişdir.

4. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 071564 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, C.Cabbarlı küçəsindəki 4 nömrəli yaşayış evinin 27 mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 712 nömrəli reyestr kitabında 106898 səhifəsində 30 nömrəli, xx.xx.1997- ci il tarixdə qeydiyyat aparılmışdır. Üçüncü şəxs X4 aid sənədlər

5. Oktyabr Rayon İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli 47 nömrəli sərəncamına əsasən X16 C.Cabbarlı küçəsindəki 4 nömrəli evin yaşayış sahəsi 32.0 kv.m olan 2 otaqlı mənzilinin kirayəçisi hesab edilmişdir.

6. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 07610 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, C.Cabbarlı küçəsindəki 4 nömrəli yaşayış evinin 29 nömrəli mənzili X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 741 nömrəli reyestr kitabında 111257 səhifəsində 30 nömrəli, xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xi dməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışla Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən ünvanında yerləşən ümumi sahəsi 62.7 kv.m, yaşayış sahəsi 45.2, yardımçı sahə 17.5 kv.m və 2 yaşayış otağı olan ev 4, mənzil 29 X5 adına xüsusi mülkiyyət hüquq ilə xx.xx.2013-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən ünvanında yerləşən 62.7 kv.m sahəsi olan ev 4, mənzil 29 X6 adına xüsusi mülkiyyət hüquq ilə xx.xx.2020-ci ildə ********** qeydiyy at nömrəsi ilə qeydiyyata alınmışdır. 9. xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən X17 tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2-də yerləşən, ümumi sahəsi 62.7 kv.m olan mənzili qızı X4 bağışlamışdır.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən ünvanında yerləşən 63.5 kv.m sahəsi olan ev 4, mənzil 29 X2 adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2020-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ünvan 3 ünvanına X5 adına **********70-05101-093012 reyest r nömrəli, xx.xx.2013-cü il tarixli texniki pasporta əsasən Mənzil haqqında məlumatda: yerləşdiyi mərtəbə - 2, otaqların sayı – 2, ümumi sahəsi – 62.7 kv.m, yaşayış sahəsi 45.2 kv.m. otaqların təyinatı: yaşayış otağı sahəsi 20.1 kv.m, yaşayış otağı sahəsi 25.1 kv.m, mətbəx sahəsi 9.3 kv.m, dəhliz sahəsi 7.2 kv.m, san. qovşağı sahəsi 1.0 kv.m.

12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X2 adına Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi ev 4, mənzil 29-a dair verilmiş xx.xx.2020-ci il tarixli Texniki Pasporta əsasən Mənzil haqqında məlumat: yerləşdiyi mərtəbə - 2, otaqların sayı – 2, ümumi sahəsi – 63.5 kv.m, yaşayış sahəsi 45.2 kv.m. otaqların təyinatı: yaşayış otağı sahəsi 20.1 kv.m, yaşayış otağı sahəsi 25.1 kv.m, mətbəx sahəsi 9.3 kv.m, dəh liz sahəsi 7.2 kv.m, san. qovşağı sahəsi 1.0 kv.m, balkon 0.8 kv.m. Tərəflər arasında olmuş əvvəlki məhkəmə mübahisəsi

13. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşayış sahəsi 30 kv.m, köməkçi sahəsi 26,6 kv.m, ümumi sahəsi 56,6 kv.m olmaqla, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 4 saylı evin 27 saylı mənzilinə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmçinin, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 4 saylı evin 27 saylı mənzilinin köməkçi sahəsinin 29 saylı mənzillə ümumi istifadədə olmasına dair daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydin qanunsuz hesab olunması və həmin qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-1986/2021 saylı qərardadı ilə İddiaçı cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X2 qanuni nümayəndəsi X8 üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi və texniki pasportda olan qeydin ləğv edilməsi” barədə iddia tələbi qismən “texniki pasportda olan qeydin ləğv edilməsi” hissəsində, iddiaçı X1 (azyaşlı X2 qanuni nümayəndəsi) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə “texniki pasportda anbarın mənzilə aid olması barədə qeydin ləğv olunması”na dair iddiası mümkün sayılmamışdır. 1

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1986/2021 saylı qərarı ilə İddiaçı iddiası qalan hissədə (çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində) təmin edilməmişdir.

16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-2083/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-1986/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

17. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-2083/2021 nömrəli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(112)-1986/2021 saylı qərarı ləğv e dilmiş, iş üzrə yeni qərara qəbul edilərək, İddiaçı iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 4 saylı evin 27 nömrəli mənzilinin 30 kv.m yaşayış, 11.0 kv.m keçid və 4.0 kv.m mətbəxdən ibarət olan köməkçi sahələri üzərində İddiaçı məxsus hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və texniki pasportun verilməsi qərara alınmış, iddia qalan hissədə təmin olunmamışdır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)267/2022 nömrəli Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-2083/2021 nömrəli qərarı və qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmi ş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-2083/2021 nömrəli qərarı və qərardadı dəyişdirilmədən saxlanılmışdır.

19. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 4 saylı evin 27 saylı və 29 saylı mənzillərinin ümumi istifadəsində olan sahənin hansı əsaslarla X2 adına sənədləşdirilməsi barədə məlumatın verilməsini xahiş etmişdir.

20. Cavabdeh 25 oktyabr 2022-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, daşınmaz əmlakın dövlət reyestrinə əsasən qeyd olunan ünvanda vətəndaş X2 adına qeydiyyata alınmış ümumi istifadədə olan sahə aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat

21. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, ev 4, mənzil 29-a dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş dövlət reyestrindən (reyestr nömrəsi **********70-05101-093012) çıxarışda mənzil ümumi sahəsi hissəsinin ləğv edilməsi, həmin hissədə çıxarışda mənzilin ümumi sahəsi 62.5 kvadrat metr qeyd edilməsi, texniki pasportda sanitar qovşağına dair hissədə dəyişiklik edilməsi və sanitar qovşağının ümumi istifadədə qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir.

22. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsi əsasında X15 tərəfindən ünvan 1 ünvanı nda yerləşən, sahəsi 30 kv.m olan 2 otaqlı mənzil 16 yanvar 1997-ci il tarixli 019712 saylı alqı-satqı müqaviləsi ilə İddiaçı satılmışdır. Nərimanov rayon Xalq Məhkəməsinin qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən, sahəsi 30 kv.m olan 2 otaqlı yaşayış sahəsinin İddiaçı adına hüquqi qeydiyyata alınması və ona qeydiyyat vəsiqəsinin verilməsi qət edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə İddiaçı adına MH seriyalı 071564 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin, X17 ona məxsus olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 62.7 kv.m olan mənzili qızı X4 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş dövlət reyestrindən çıxarışa (reyestr nömrəsi 01101 1000270-05101-093012) əsasən ünvan 5 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ cavabdeh X2 adına qeydiyyata alınmışdır. Hazırda təqdim etdiyi texniki pasportun surətindən də göründüyü kimi X2 adına verilmiş texniki pasportda sanitar qovşağı X2 mülkiyyətinə verilmişdir. Halbuki, həmin sahə ümumi istifadədə olan sahələr olmuşdur. Təqdim etdiyi sənədlərdən də göründüyü kimi ilkin plan sxemdə cavabdeh 25 oktyabr 2022-ci il tarixli məktubla onun müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmiş və imtinasını belə əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 4 ünvanında yerləşən 29 nömrəli X2 adına mənzilin texniki pasportunda göstərilən sanitar qovşağının ümumi istifadədə olmas ına dair hər hansı sənəd mövcud deyildir.

23. Halbuki, DƏDRX özünün təsdiq etdiyi sənədlərdən göründüyü kimi ona verilən plan sxemdə sanitar qovşağı hər ikisi də qeyd edilmişdir və həmin sahələr ümumi istifadədə olduğundan hər ikisində qeyd edilmişdir. Hər ikisində yazılmayan sahələr isə mülkiyyətə verilmiş sahələrdir. Faktiki olaraq X2 adına verilmiş ilkin sənədlərdə, texniki pasportda və arxiv sənədlərində onun mənzilin sahəsi 32 kvadrat metr göstərilmişdir. Köməkçi sahələri ilə birlikdə təxmini 60 kvadrat metr göstərilir. X7 (mənzil sonra Yusifli Fayanın, Yusifli Nazimin adına sonra isə X2 adına rəsmiləşdirilib) adına olan mənzilə dair 1972-ci il tarixli 024961 saylı orderdən görünür ki, mənzil 1 otaqlı olmuş və 20 kvadrat metr sahəsi olmuşdur. Sonradan xx.xx.1997-ci il tarixdə Oktyab r Rayon İcra Hakimiyyətinin 47 saylı sərəncamı ilə ona əlavə olaraq 12 kvadrat metr sahə verilmiş və ümumi sahəsi 32 kvadrat metr sahəsi olan mənzili olmuşdur. Buna dair DƏDRX-in arxivində saxlanılan, MKİS tərəfindən verilən və DƏDRX tərəfindən təsdiq edilən plan sxemdə də açıq aydın görmək olur. Həmin plan sxemdə X10 məxsus Bakı şəhəri, C.Cabbarlı küçəsi 4 mənzil 38-in 2 otaqdan ibarət olması və 32 kv.m sahəsi olması, ümumilikdə isə 60 kvadrat metr sahəsinin olması göstərilmişdir. Bundan sonra, mənzilin sahəsi 2013-cü il tarixdə bəlli olmayan səbəblərdən 62.7 kv.m olmaqla artmış, sonda isə həmin mənzilin sonuncu Çıxarışında isə, yəni X2 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışda isə mənzilin sahəsinin 63.5 kv.m olması müəyyən olunmuşdur. 7 il ərzində də mənzil yenə 3.5 kvadrat təxmini artmışdır. Cavabdeh aydınlıq gətirməmişdir ki, 32 kv.m sahəsi olan mənzil necə 63.5 kvadratla dövlət qeydiyyatına alınmışdır. Təqdim edilən hər iki plan-sxemdə hər kəsin öz yeri qeyd edilmişdir. X2 plan-sxemində sahəsinin Bakı şəhəri, C.Cabbarlı küçəsi 4 mənzil 38-in 2 otaqdan ibarət olması və 32 kv.m sahəsi olması, ümumilikdə isə 60 kvadrat metr sahəsinin olması göstərilmişdir. Təqdim edilən İddiaçı plan sxemində sahəsinin Bakı şəhəri, C.Cabbarlı küçəsi 4 mənzil 27-in 2 otaqdan ibarət olması və 30 kv.m sahəsi olması, ümumilikdə isə 56.6 kvadrat metr sahəsinin olması göstərilmişdir. Təqdim edilən X3 şəxsi mülkiyyətində olan Bakı şəhəri, C.Cabbarlı küçəsi 4 mənzil 27-in 2 otaqdan ibarət mənzilə dair texniki pasportda mənzilin bütün sahələri göstərilmiş və bu da mülkiyyət hüququnun o lmasını təsdiq edən vacib sənəddir. Hazırda iddiaçı və ailəsi, qızı, nəvələri bu mənzildə 5 nəfər olmaqla yaşayırlar. Həmin mənzil kommunal mənzil olduğundan sanitar qovşağı bir dənədir. Bütün sənədlərdə də həmin sanitar qovşağı ümumi qeyd edilmişdir. Hazırda da onların mərtəbələrində başqa sanitar qovşağı yoxdur. Yusifli Failya cavabdehin kobud səhvi ucbatından həmin sanitar qovşağın onun mülkiyyəti olduğuna əsaslanaraq ondan istifadə etməyə qoymur. Həmin sahəni bağlayıb və artıq 1 aydan çoxdur ki, o ailə olaraq həmin sanitar qovşaqdan istifadə edə bilmir. Yaşadığı mənzildə nə sanitar qovşaq, nə də hamam mövcud deyildir. Yusifli Failya cavabdehin verdiyi sənədə əsasən həmin sahəni tam bağlayıb və ancaq özləri istifadə edə bilir. Cavabdeh kobud pozuntu edərək ona məxsus sahələrin necə eyni cavabdeh tərəfindən plan-sxemdən də artıq sahəsinin (iddiaçıya aid hissələrin) dövlət qeydiyyatına alınmasını aydınlaşdırmamış və faktiki olaraq 1 kvadrat metr sahəsi olan əmlaka dair iddiaçının hüquqlarını məhdudlaşdırmışdır.

24. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14280/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qərardadı ilə X9 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

25. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, ev 4, mənzil 29 üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair X5 adına xx.xx.2013-cü il tarixli ********** nömrəli, X6 adına xx.xx.2020-ci il tarixli ********** nömrəli və X2 adına xx.xx.2020-ci il tarixli ********** nömrəli qeydlərin 1 kv.m sanitar qovşağa aid hissədə ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3817/2023 saylı, 04 oktyabr 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

27. Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(112)-3817/2023 saylı qərarı ilə (hakim X11) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, ev 4, mənzil 29 üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair X5 adına xx.xx.2013-cü il tarixli ********** nömrəli, X6 adına xx.xx.2020-ci il tarixli ********** nömrəli və X2 adına xx.xx.2020-ci il tarixli ********** nömrəli qeydlərin 1,0 kv.m sanitar qovşağa aid hissədə ləğv edilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qəra ra alınmışdır.

28. Məhkəmə qeyd etmişdir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Hazırkı iş üzrə mübahisəli sanitar qovşağın mənzil mülkiyyətçisinin xüsusi mülkiyyəti olaraq qeydiyyata alınmasına əsas verən hüquqmüəyyənedici sənəd daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanına təqdim edilmədiyi halda cavabdeh inzibati orqan həmin sahəni ümumi istifadədə olan sahə statusundan çıxararaq xüsusi mülkiyyət olaraq qeydiyyata almışdır. Halbuki, yuxarıda da sadalanan normalardan, eləcə də bundan əvvəlki məhkəmə icraat zamanı tərəflər arası nda “anbar” sahəsinin ümumi istifadədə olan sahə olması ilə bağlı Ali Məhkəmənin hüquqi mövqeyindən də çıxış edərək qeyd olunur ki, məhdud şəraitli kommunal mənzildə ümumi istifadə üçün nəzərdə tutulan və birdən artıq otağa xidmət etmək üçün istifadə olunan köməkçi xarakter daşıyan sahələr, o cümlədən ümumi istifadə olunan sanitar qovşaq üzərində tam xüsusi mülkiyyət hüququ tanına bilməz. Belə ki, sözügedən 1 kv.m-lik sanitar qovşaq qanuna əsasən kommunal mənzillərdə ümumi istifadədə olan sahədir və həmin sahəyə kommunal mənzil mülkiyyətçilərinin yalnız paylı mülkiyyət hüquqları mövcuddur. Başqa sözlə, iddiaçı kommunal mənzildə ümumi istifadə üçün nəzərdə tutulmuş köməkçi xarakter daşıyan sanitar qovşaq üzərində qanuna əsasən ümumi paylı mülkiyyət hüququnun subyektidir və bu halda qonşu mü lkiyyətçinin adına həmin sahə ilə bağlı aparılmış qeydlər ləğv edilməlidir.

29. Üçüncü şəxs apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını və ya iddianın mümkün sayılmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

30. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2024-cü il tarixli, 2-1(103)-1365/2024 nömrəli qərarı ilə (hakimlər X12 (məruzəçi), X13 və X14) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 21(112)-3817/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

32. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiya sı məhkəməsinin qərarının ləğv edilməsini iddia tələbinin təmin olunmamasını və ya iddianın mümkün sayılmamasını xahiş etmişdir. Kassasiya şikayəti və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

33. Şikayətdə Mənzil Məcəlləsinin 40.1, 40.2, 41.1, 41.2-ci maddələrinə, eləcə də Mülki Prosessual Məcəllənin 82.3 və 78-ci maddələrinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

34. Kassasiya şikayəti iddia ərizəsi ilə eyniyyət təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

35. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə

40. Kommunal mənzildə otaq mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququ 40.1. Kommunal mənzildə birdən artıq otağa xidmət etmək üçün istifadə olunan sahələr (kommunal mənzildə ümumi əmlak) ümumi paylı mülkiyyət hüququ ilə həmin mənzildə otaq mülkiyyətçilərinə məxsusdur. 40.2. Kommunal mənzilin ümumi əmlakının ölçülərinin dəyişdirilməsi yalnız həmin mənzildə bütün otaq mülkiyyətçilərinin razılığı əsasında mənzilin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması yolu ilə mümkündür. Maddə

41. Kommunal mənzilin ümumi əmlakına mülkiyyət hüququnda payların müəyyən edilməsi 41.1. Kommunal mənzildə otaq mülkiyyətçisinin bu mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payı həmin otağın ümumi sahəsinin ölçülərinə mütənasibdir. 41.2. Kommunal mənzildə otaq mülkiyyətçisinin bu mənzi lin yerləşdiyi çoxmənzilli binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payı həmin otağın ümumi sahəsinin və həmin mülkiyyətçinin kommunal mənzilin ümumi əmlakına mülkiyyət hüququnda payına müvafiq olaraq müəyyənləşdirilmiş həmin mənzilin ümumi əmlakını təşkil edən sahələrin məcmusuna mütənasibdir. 41.3. Kommunal mənzildə otaq mülkiyyətçisinin həmin mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payının aqibəti həmin otağa mülkiyyət hüququnun kimə məxsus olmasından asılıdır. 41.4. Kommunal mənzildə otağa mülkiyyət hüququ başqa şəxsə keçdikdə, otağın yeni mülkiyyətçisinin həmin mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payı otağın əvvəlki mülkiyyətçisinin həmin mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payına bərabər olur. 41.5. Kommunal mənzildə otağın mülkiyyətçisin in aşağıdakıları etməyə hüququ yoxdur: 41.5.1. kommunal mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payını natura şəklində ayırmağa; 41.5.2. kommunal mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, habelə həmin payın göstərilən otağa mülkiyyət hüququndan ayrılıqda başqasına keçməsinə səbəb olan digər hərəkətlər etməyə. 41.6. Kommunal mənzildə otaq satıldıqda, həmin kommunal mənzildə digər otaqların mülkiyyətçiləri mülki qanunvericiliklə müəyyən edilmiş şərtlərlə özgəninkiləşdirilən otağı satın almaqda üstünlük hüququna malikdirlər.

37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

149. Daşınmaz əmlaka hüquqların əsassız qeydə alınması 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bil ər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət q eydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə

16. Dövlət reyestrində düzəlişlər 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasın ı bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra q iymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

40. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

41. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı üçüncü şəxsin adına 1 kv.m sanitar qovaşğa dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsinə yönəlmişdir.

43. Həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqey ini əsaslı hesab edərək bildirmişdir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman qeydiyyat aparılarkən cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Hazırkı iş üzrə mübahisəli sanitar qovşağın mənzil mülkiyyətçisinin xüsusi mülkiyyəti olaraq qeydiyyata alınmasına əsas verən hüquqmüəyyənedici sənəd daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanına təqdim edilmədiyi halda cavabdeh inzibati orqan həmin sahəni ümumi istifadədə olan sahə statusundan çıxararaq xüsusi mülkiyyət olaraq qeydiyyata almışdır. Halbuki, “anbar” sahəsinin ümumi istifadədə olan sahə olması ilə bağlı Ali Məhkəmənin hüquqi mövqeyindən də çıxış edərək qeyd olunur ki, məhdud şəraitli kommunal mənzildə ümumi istifadə üçün nəzərdə tutulan və birdən artıq otağa xidmət etmək üçün istifadə olunan köməkçi xarakter daşıyan sahələr, o cümlədən ümumi istifadə olunan sanitar qovşaq üzərində tam xüsusi mülkiyyət hüququ tanına bilməz. Belə ki, sözügedən 1 kv.m-lik sanitar qovşaq qanuna əsasən kommunal mənzillərdə ümumi istifadədə olan sahədir və həmin sahəyə kommunal mənzil mülkiyyətçilərinin yalnız paylı mülkiyyət hüquqları mövcuddur.

44. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

45. Apelyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, iddiaçı ilə üçüncü şəxs arasında Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 4 saylı evin 29 saylı mənzilin ayrı-ayrı köməkçi sahələrinə dair hüququn daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydin ləğvi barədə mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları olmuşdur. Məhkəmə aktlarının bir neçəsi işdə olmuşdur. Məhkəmə aktlarına görə həmin sahələrdən bəziləri üzrə iddia təmin edilmiş, bəzi sahələr üzrə iddia rədd edilmiş, bir sahə üzrə işə iddia mümkün sayılmamışdır.

46. Qanunvericiliyin tələbinə əsasən bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

47. Apellyasiya məhkəməsi qərarında hazırkı iddianın predmetinin eyni tərəflər arasında əvvəllər məhkəmə aktı çıxarılmış iş üzrə iddianın predmeti olub-olmamasına aydınlıq gətirməmişdir. Hazırkı iş üzrə bu halın aydınlaşdırılması, yəni əvvəlki və hazırkı işdə iddia predmetinin eyni olub-olmamasının müəyyən edilməsi obyektiv qərarın qəbulu baxımından zəruridir. Bu məqsədlə apelyasiya instansiyası məhkəməsi əvvəlki işlə bağlı materialları tələb etməli, eyni tərəflər arasında eyni mübahisə ilə bağlı məhkəmə aktının olub-olmasını müəyyən etməli və bunun nəticəsindən asılı olaraq həmin xüsusata qiymət verməlidir. Mübahisə predmeti fərqli olduğu halda, iddiaçı tərəfindən bu iddianın həmin iş üzrə icraat zamanı verilməməsinin səbəbi araşdırılmalıdır. 48. 02 aprel 2013-cü il tarixdə tərtib edilmiş üçüncü şəxsə məxsus mənzilin texniki pasportundan görünür ki, mənzilin tərkib hissəsi bu şəkildə olmuşdur: 1. yaşayış otağı; 2. yaşayı ş otağı; 3. mətbəx; 4. dəhliz; 5. sanitar qovşaq (sahəsi 1.0 kv.m).

49. Göründüyü kimi, mübahisə predmeti olan sanitar qovşaq ən azından 2013-cü il tarixdən üçüncü şəxsin istifadəsində və mülkiyyətində olmuşdur. Ən azından həmin sanitar qovşağın üçüncü şəxsin adına rəsmiləşdirildiyi vaxtdan iddiaçı sanitar qovşaqdan istifadə etməmişdir. Belə ki, iş üzrə materiallara əsasən, iddiaçıya məxsus mənzildə ayrıca sanitar qovşaq olmuş və yalnız 2022-ci ilin oktyabr ayında həmin sanitar qovşaq iddiaçı tərəfindən sökülmüşdür (bu məlumat Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş 26 iyul 2023-cü il tarixli məktubda qeyd edilmişdir cild 1, iş vər.176).

50. Məhkəmə kollegiyası hesab edir ki, təkrar apelyasiya baxışı zamanı aydınlaşdırılmalı hallardan biri də iddiaçının özünün mənzilində və istifadəsində olmuş sanitar qovşağın sökülmə səbəblərinin və bunun iddiaçının iradəsinə bağlı olubolmadığının müəyyən edilməsi ilə bağlıdır.

51. İddiaçının mübahisələndirdiyi sanitar qovşağın 2013-cü ildən üçüncü şəxsin istifadəsində və mülkiyyətində olduğu təxminən 10 ilə yaxın müddət ərzində iddiaçının qeyd edilən halı mübahisələndirdiyi və ya etiraz etdiyi, yaxud da iddiaçı ilə üçüncü şəxs arasında bununla bağlı mübahisənin olduğu iş üzrə materiallardan görünmür. Əksinə, iddiaçı özünün mənzilində sanitar qovşaq inşa etmiş və 2022-ci ilin oktyabr ayınadək olan müddətdə ondan istifadə etmişdir. Və iddiaçı bu davranışı ilə üçüncü şəxsin sanitar qovşaqdan mübahisəsiz və fasiləsiz etməsinə özünün muxtar iradəsinə əsaslanan razılığını ifadə etmişdir. Belə hallarda iddiaçının özü nün həmin davranışına bağlı olduğu və bono fide prinsipi baxımından sonradan da vicdanlı və dürüst davranmağa davam etməli olduğu nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, sadəcə olaraq digər köməkçi sahələrin istifadəsi ilə bağlı iddiaçı ilə üçüncü şəxs arasında mübahisənin yaranması hazırkı iddianın təmin olunması üçün yetərli əsas kimi qiymətləndirilə bilməz.

52. Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 26 iyul 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 4 ünvanda yerləşən kommunal tipli binanın layihəsinə əsasən mənzillər arasındakı dəhliz, anbar və açıq eyvan sakinlərinin (mülkiyyətçilərin) ümumi istifadəsi üçün nəzərdə tutulmuş, bəzi hallarda mənzil mülkiyyətçiləri tərəfindən sahələrin fərdi qaydada və ya qarşılıqlı anlaşma şər aitində ümumi istifadə edilməsi məqsədilə bölgü aparılmış, bəzi hallarda isə bir mərtəbədə yerləşən iki mənzil bir şəxs tərəfindən satın alınaraq özəlləşdirilmişdir.

53. Apellyasiya instansiyası məhkəməsi məktubda olan bu məlumatı nəzərə almamış, iddiaçı ilə üçüncü şəxsin bir mərtəbədə (ikinci mərtəbədə) yerləşən ümumi istifadədə olmuş sanitar qovşağın 2013-cü ildə üçüncü şəxsin mülkiyyət hüququ qeydə alınarkən iddiaçının etirazının olmadığı yoxlanmamışdır.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respubli kasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir

55. Apellyasiya məhkəməsi mübahisəyə baxarkən İPM-in 12 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından kassasiya şikayəti təmin edilərək apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2024-cü il tarixli, 21(103)-1365/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar