Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2168/2020 08.12.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə (Açar sözlər: Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, yazılı məhkəmə icraatı qaydasında, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası vətəndaşlığına mənsub olduğu barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tar ixli, 2-1(103)-1227/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı, xx.xx.1968-ci ildə Bakı şəhərində doğulmuş, orta məktəbi 1985-ci ildə Bakı şəhərində bitirmiş, 1985-1988-ci illərdə Ukrayna Respublikasında Hərbi Aviasiya məktəbində oxumuşdur.
2. Həmin məktəbi bitirdikdən sonra zabit kimi SSRİ Silahlı Qüvvələrində xidmətə başlamış, xx.xx.1998-xx.xx.2006-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit qismində hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2006-cı il tarixli, 0636 nömrəli əmri və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hər bi xidmətdən ehtiyata buraxılmışdır.
3. Ağır Cinayətlərə Dair işlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının vətəndaşı olaraq Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəzanı tam çəkdikdən sonra xx.xx.2018-ci il tarixində cəza müddəti qurtardığına görə azad olunmuş, daimi yaşayış yeri olan ünvan 1 ünvanına getmişdir.
4. Şəxsiyyət vəsiqəsi almaq üçün Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olması barədə arayış tələb olunduğuna görə həmin arayışı əldə etmək üçün iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2019-cu il tarixdə arayışın verilməsindən imtina etmiş və həmin im tinasını belə əsaslandırmışdır ki, iddiaçının “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” xx.xx.1998-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olduğu barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 16 yaşında, doğulduğu və daha sonra yaşadığı, atası X1 məxsus Ünvan1 mənzilində (keçmiş Ünvan2) qeydiyyata alınmış, sonrakı həyatı hərbi xidmətlə bağlı olduğundan, yeni pasport qeydi yyatı aparılmamış, pasport qeydiyyatı ilkin vəziyyətdə qalmış və hazırda da həmin ünvanda Azərbaycan vətəndaşı olaraq qeydiyyatı saxlanılır. Əvvəllər hərbi qulluqçulara pasport verilmirdi və hərbi bilet bunu əvəz edirdi. Bu səbəbdən də yəni hərbi qulluqçu olaraq ona pasport verilməmişdir. Hərbi qulluqçulara pasport və ya şəxsiyyət vəsiqəsinin verilməsi sonrakı illərdə qəbul edilmişdir. Cinayət məsuliyyətinə cəlb edildiyi 2006-cı ildə də faktiki ünvan 2 ünvanı ünvan 3 müəssisəsindən də cəza müddətinin qurtardığına görə daimi yaşayış yeri olan ünvan 4 ünvana yola salınmış və cəzadan sonra da həmin ünvan üzrə uçota alınmışdır. Hazırda şəxsiyyət vəsiqəsi almaqdan ötrü ondan Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olduğu barədə sənəd tələb olunur. Cavabdeh isə bununla bağlı rəsmi ara yış verilməsindən əsassız olaraq imtina edir.
7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın əsasını cavabdehin imtina məktubunda qeyd edilənlər təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək onun barəsində məhkəmə tərəfindən hökm qəbul olunmuş və o, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bu da onu deməyə əsasə verir ki, şəxsin cinayət əməlində dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı mövcuddur və bu norma qanunvericilikdə konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının və təndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-258/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə (hakim – Ş.A.Həsənova) iddianın rədd edilməsi qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri olsa da, o, sonradan dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışına görə faktiki olaraq vətəndaşlığını itirmiş və yenidən Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin mövcud olması barədə arayış tələb etsə də, onun vətəndaşlıq mənsubiyyəti əsaslı olaraq olaraq tanınmamışdır. Odur ki, cavabdehin imtinası qanuni olduğundan iddia tələbi əsassızdır.
10. Həmin qərardan narazı qalan İddiaçıapellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1227/2020 nömrəli qərarına görə (sədrlik edən və məruzəçi – X.A.Cəmilova, hakimlər – M.N.Tağızadə və Ü.A.Mayılov) apellyasiya şikayətinin rədd edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-258/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1227/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasə barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Kassasiya şikayətin əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh imtinasında qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması mümkün olmadığından arayışın verilməsindən imtina edilir. Cavabdeh məhəməyə təqdim etdiyi etirazda isə qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikasına mənsubiyyətinin tanınması mümkün deyil. Halbuki, iddiaçının bununla bağlı cava bdehdən xahişi olmamışdır. İddiaçı cavabdehdən Azərbaycan Respublikası vətəndaşlığına mənsub olması barədə arayışın verilməsini xahiş etmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əvvəl vətəndaşlığının olduğunu, lakin sonradan dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışına görə iddiaçının faktiki olaraq vətəndaşlığını itirdiyini qeyd etmişdir. Halbuki, dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışa görə faktiki olaraq vətəndaşlığın itirilməsi deyil, bu barədə qərar qəbul etmək səlahiyyətinin yalnız məhkəmələrə aid olduğu nəzərdə tutulmuşdur. Bu barədə isə məhkəmə qərarı mövcud deyil.
16. Bundan başqa, iddiaçı Azərbaycan Respublikası vətəndaşı olmadığı təqdirdə Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayətin subyekti ola bilməzdi və əgər həq iqətən də Azərbaycan Respublikasının vətəndaşı deyildisə, ona iddiaçı barəsində çıxarılmış məhkəmə hökmü qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 18 İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.
19. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.
20. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.032015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir.
22. Həmin Qaydaların 3.13-cü bəndinə əsasən sorğunun baxıldığı müddətdə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün zəruri olan sübutlar aşkar edilmədikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığ ına mənsubiyyəti tanınmır.
23. Həmin Qaydaların 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. 24. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.
25. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
26. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat ç ərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, işin mübahisəsiz hallarına görə iddiaçı xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının vətəndaşı olaraq Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini (dövlətə xəyanət) törətməkdə təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
31. Cavabdeh də bu halı, yəni iddiaçının cinayət əməlində dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışını nəzərə alaraq onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin olmaması qənaətinə gəlmiş, bu səbəbdən iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
32. Hazırkı qərarın 21-24-cü bəndlərində göstərilən normaların tələblərindən göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir və belə olan halda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
33. Göründüyü kimi, cavabdehin imtinası da qanunvericiliyin göstərilən tələbinə uyğun olmuşdur və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilmə si barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
34. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1227/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.