Məhkəmə qərarları › İş №2-1(102)-2168/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2168/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2168/2021 24.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaş a görə əmək pensiyasının təyin olunması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1464/2021 nömrəli iş üzrə 13.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 08 dekabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X1 Quliyev ona pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu 13 avqust 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanaraq ödənilməsinə dair cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə nümayəndə vasitəsilə tələb olunan sənədlərlə birlikdə mü raciət etmişdir. Cavabdeh onun güzəştli şərtlərlə pensiya hüququ verən 10 il iş stajının olmadığını əsas gətirərək məsələnin həllindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 13 avqust 2017-ci il tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

3. İddiaçının iddia tələbini onunla əsaslandırmışdır ki, o, 13 avqust 1965cü il tarixdə Ağdam rayonunda doğulmuşdur. 10 iyul 1982-ci il tarixdən 1 noyabr 1983-cü il tarixədək Ağdam rayonu Jdanov adına Üzümçülük Sovxozunda fəhlə vəzifəsində işləmişdir (1 il, 3 ay, 22 gün), 1983 – 1985-ci illərdə hərbi xidmətdə olmuşdur (2 il), 7 yanvar 1986-cı il tarixdən 7 avqust 1986-cı il tarixədək Ağdam rayonu Jdanov adına Üzümçülük Sovxozunda fəhlə vəzifəsində işləmişdir (7 ay), 1986 – 1989-cu illərdə əyani olaraq X6 X2 adına Bakı Neft Texnikumunda neft və qaz quyularının qazılması ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İxtisas Komissiyasının 1 iyun 1989-cu il tarixli qərarı ilə ona texnik-neftyanik ixtisası verilərək adına HT-İ seriyalı 545457 nömrəli diplom verilmişdir (3 il). Qum adası X8 İdarəsi üzrə 8 iyul 1989-cu il tarixdən 14 fevral 2002-ci il tarixədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qaz ılmasında qazmaçı köməkçisi vəzifəsində işləmişdir (12 il, 7 ay, 6 gün), 15 fevral 2002-ci il tarixdən 4 yanvar 2011-ci il tarixədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı vəzifəsində işləmişdir (1 yanvar 2006-cı il tarixədək 3 il, 10 ay, 17 gün), 5 yanvar 2011-ci il tarixdən 24 yanvar 2011-ci il tarixədək KQLS-nə neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı vəzifəsində işləmişdir. X3 İdarəsi üzrə 25 yanvar 2011ci il tarixdən 3 sentyabr 2012-ci il tarixədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı vəzifəsində işləmişdir. X7 İdarəsi üzrə 4 sentyabr 2012ci il tarixdən 23 avqust 2013-cü il tarixədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı vəzifəsində işləmişdir. Neft Daşl arı X8 İdarəsi üzrə 27 avqust 2013-cü il tarixdən 3 fevral 2014-cü il tarixədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı vəzifəsində işləmişdir. 4 fevral 2014-cü il tarixdən hal-hazıradək “X5” Tresti “Neft Daşları” İstehsalat bölümünün özülündə neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı vəzifəsində işləyir. 01 yanvar 2006-cı il tarixədək onun aldığı əyani təhsillə birlikdə iş stajı 24 il, 4 ay, 15 gün təşkil edir. Həmin 24 il, 4 ay, 15 gün əmək stajının 16 il, 5 ay, 23 günü AR Nazirlər Kabinetinin 1993- cü il 21 iyun tarixli 320 nömrəli qərarının 1 nömrəli siyahısına əsasən güzəştli şərtlərlə pensiya hüququ verən zərərli sahəyə uyğun olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Belə ki, 8 iyul 1989 -cu il tarixdən halhazıradək işlədiyi qazmaçı köməkçisi və qazmaçı vəzifəsi AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın X bölməsinə əsasən “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı”nda qazmaçı köməkçisi və qazmaçı vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Bu zərərli sahələrdə işlədiyinə görə, ona 52 yaşdan, yəni 13 avqust 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. O (iddiaçı), tələb olunan sığorta stajını qanunun qüvvəyə mindiyi günədək qazandığına görə, m övcud iş üzrə «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş tələbinə uyğun baxılmalıdır. Beləliklə, «Əmək pensiyaları haqqında» AR Qanununun 9-cu maddəsinin imperativ xarakter daşıyan hüquq norması və Azərbaycan Respublikası Konstitusiyasının normaları və prinsipləri əsas götürülərək zərərli işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan, ona (iddiaçıya) 52 yaşdan pensiya təyin edilməlidir.

4. Birinci instansiya məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)2272/2021 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, keçmiş müddət üzrə ödənilməmiş məbləğin ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməsi qərara almışdır.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)-2272/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.07.2021-ci il tarixli, 2-1(103)-1464/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Aida Hüseyn) qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci insta nsiya məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)-2272/2021 nömrəli qərarının qismən - cavabdehin imtinasının qanunsuz və əsassız sayılması, iddiaçıya pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu 13.08.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və keçmiş müddət pensiya məbləğinin hesablanıb hissə-hissə ödənilməsi hissələrində ləğv edilməsi və bu hissələrdə iddianın təmin edilməsi, cavabdehin imtinası qanunsuz və əsassız hesab edilməsi, İddiaçı pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu 13.08.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət etdiyi - 23.07.2020ci il tarixdən əvvəlki 3 (üç) il üçün - 23.07.2017-ci ildən, pensiya hesablanaraq hissə-hissə ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

8. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, pensiyanın təyin edilməsi hissəsində iddia təmin edilməlidir çünki, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin 1 nömrəli siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir, iddiaçının işlədiyi «qazmaçı köməkçisi” peşəsi “qazmaçı” peşəsi ilə uyğunlaşdırdırılmışdır, iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan vermişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən keçmiş müddət üzrə üçün pensiya m əbləğinin hesablanıb hissə-hissə ödənilməsini cavabdeh tərəfindən ödənilməsi hissəsində də təmin edilməlidir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

9. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 08.07.1989-cu ildən 14,02.2002-ci ilədək işləmiş olduğu qazmaçı köməkçisi peşəsi ümumiyyətlə 01.01.2006-cı ilədək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısında mövcud deyildir. Eyni zamanda iddiaçının 01.01.2006-cı il tarixədək topladığı güzətşli iş stajı da 10 ildən azdır.

10. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh ka sasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 13.07.2021-ci il tarixli, 2-1(103)-1464/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

12. «Əmək pensiyaları haqqında» Qanun: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin a zı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi günd ən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

13. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 13.... “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. Həmin maddəyə 13.06.1997-ci il tarixində edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti ğ) ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəl i Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində güzəştli şərtlərlə pensiya hüququ verən peşə qismində neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları” (kod 1100000a—11297).

15. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qə bul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı 08.07.1989cu ildən 14,02.2002-ci ilədək işləmiş olduğu qazmaçı köməkçisi peşəsi ümumiyyətlə 01.01.2006-cı ilədək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısında mövcud deyildir. Eyni zamanda iddiaçının 01.01.2006-cı il tarixədək topladığı güzətşli iş stajı d a 10 ildən azdır.

20. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətindəki dəlilləri əsassızdır.

21. Belə ki, iş materiallarından olan iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, Qum Adası X8 İdarəsində 08.07.1989-15.02.2002-ci illərdə qazmaçı köməkçisi, 15.02.2002-24.01.2011-ci illərdə qazmaçı; X3 İşləri İdarəsində 25.01.2011-03.09.2012-ci illərdə qazmaçı; X7 İdarəsində 04.09.2012-23.08.2013-cü illərdə qazmaçı; Neft Daşları X8 İdarəsində 27.08.2013-03.02.2014-cü illərdə qazmaçı; X5 trestində 04.02.2014-ci ildən qazmaçı işləmişdir.

22. İş materiallarında olan NZ № ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı 09.11.1983-27.10.1985-ci illərdə hərbi xidmətdə olmuşdur.

23. İş materiallarında olan İT-1 № 545457 diplomun təsdiq edilmiş surətindən gör ünür ki, İddiaçı 1986-cı ildə X6 ordenli Oktyabr İngilabı adına Bakı neft Texnikuma daxil olmuş və “Neft və qaz quyularının qazılması” ixtisası üzrə tam kursu bitirmişdir.Dövlət İxtisas komissiyasının 29.04.1989-cu il tarixli qərarı ona texnik-neftyanik ixtisası verilmişdir.

24. Həmçinin, apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq AR Dövlət Neft Şirkətinin “X5 Tresti” 06.07.2021-ci il tarixli, SOCAR**********81200599X00010 nömrəli məktubunda qeyd etmişdir ki, iddiaçı həqiqətən SOCAR-ın “X5" trestinin müxtəlif idarələrində işləmişdir. Habelə 08.07.1989-cu ildən 14.02.2002-ci ilədək işlədiyi (12 il, 7 ay 6 gün) qazmaçı köməkçisi, 15.02.2002-ci ildən 01.01.2006-cı ilədək işlədiyi (3 il, 10 ay, 16 gün) qazmaçı peşələri (qazmaçı köməkçisi peşəsi zərərli sahədir və güzəştli əmək stajı hesab edilir) 01.01.2006-cı ilədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin İ nömrəli Siyahısının X bölməsində Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalında şifr 1100000a- 11297 neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İddiaçı 01.01.2006-cı il tarixinədək yuxarıda qeyd edilən 1 nömrəli siyahı üzrə əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 16 il, 05 ay, 22 gün hal-hazıradək isə 31 ildən ç ox təşkil edir.

25. Belə olan halda, tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının işlədiyi “qazmaçı köməkçisi” peşəsi “qazmaçı” peşəsi ilə uyğunlaşdırdırılmışdır, iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir.

26. «Əmək pensiyaları haqqında» Qanun 32.1-1 maddəsində (qərarın 12ci bəndi) istinad olunan normanın tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi düzgün olaraq iddiaçının digər bir tələbi olan keçmiş müddət üçün pensiya məbləğinin hesablanıb hissə-hissə ödənilməsini də təmin etmişdir.

27. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə d ə apelyasiya instansiyası məhkəməsinin 13.07.2021-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur

28. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.07.2021-ci il tarixli, 2-1(103)-1464/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar