Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2168/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğv edilməsi) 20.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2022-ci il tarixli, 2-1(103)-848/2022 nömrəli qərarından i ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin 20 dekabr 1995-ci il tarixli, 1736 nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, İ.Əbilov (keçmiş X.Ruzbeh küçəsi) ilə M.Muxtarov (keçmiş Poluxin küçəsi) küçələrinin kəsişməsində yerləşən torpaq sahəsi yaşayış evinin layihələndirilməsi və tikintisi üçün iddiaçıya ayrılmışdır.
2. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Əbilov (keçmiş X.Ruzbeh küçəsi) ilə M.Muxtarov (keçmiş Poluxin küçəsi) küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisi ilə əlaqədar hazırlanmış şəhərsalma əsaslandırılmasının razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Plan laşdırma Mərkəzinə müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli, 02/285 nömrəli və xx.xx.2019-cu il tarixli, 02/511 nömrəli məktublarla iddiaçıya bildirmişdir ki, torpaq sahəsinin ayrılması haqqında cavabdehin xx.xx.1995-ci il tarixli, 1736 nömrəli sərəncamı müvafiq qaydada ləğv edildiyindən şəhərsalma əsaslandırılması razılaşdırılmadan geri qaytarılır.
3. Üçüncü şəxsin Azərbaycan Respublikası Prezidentinin köməkçisi- İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümova ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda digər məsələlərlə yanaşı həm də qeyd edilmişdir ki, cavabdehin xx.xx.1995-ci il tarixli, 1736 nömrəli qərarı ilə çoxmərtəbəli binanın inşası üçün iddiaçıya 0.26 ha torpaq sahəsi ayrılmış, bina tikintisinə başlamaq üçün çala qazılmış, lakin üçü ncü şəxs tərəfindən cavabdehə olunan müraciətlərdən sonra başlanılmış tikinti işləri dayandırılmışdır. Son zamanlar “Nizami” stansiyasına daxil olmuş qrunt sularının həcminin artdığı müşahidə olunduğundan üçüncü şəxs tərəfindən xx.xx.2017-ci il tarixli 40N-10/2-149 nömrəli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət olunmuşdur. Cavabdeh isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli TŞ292 nömrəli tapşırığını və üçüncü şəxsin xx.xx.2017-ci il tarixli, 40N-10/2-149 nömrəli məktubunu nəzərə alaraq, 60 nömrəli şaxtada yaranmış qəza vəziyyətinin aradan qaldırılması və “Nizami” stansiyasının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə xx.xx.2017-ci il tarixli 11-M nömrəli (“məxfi” qriflə işarələnmiş) sərəncamla xx.xx.1994-cü il tarixli, 1415 nö mrəli və xx.xx.1995-ci il tarixli, 1736 nömrəli sərəncamları ləğv edərək torpaq sahəsini üçüncü şəxsin sərəncamına qaytarmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış evinin layihələndirilməsi və tikintisi üçün Bakı şəhəri, Yasamal rayonu, İ.Əbilov (keçmiş X.Ruzbeh) ilə M.Muxtarov (keçmiş Poluxin) küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinin iddiaçıya ayrılmasına dair cavabdehin 29 dekabr 1995-ci il tarixli, 1736 nömrəli sərəncamının “hüquqi qüvvəsini itirməsi” barədə cavabdehin qəbul etdiyi sərəncamın əsassız hesab edilərək ləğv olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin 20 dekabr 1995-ci il tarixli, 1736 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsində yaşayış binasının tikintisi ilə əlaqədar hazırlanmış şəhərsalma əsaslandırmasının razılaşdırılması üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdikdə, sözügedən sərəncamın ləğv edildiyi barədə məlumat almışdır. Həmin sərəncam ona rəsmi qaydada təqdim edilməmiş və bu barədə, ona hər hansı informasiya verilməmişdir. Bundan sonra cavabdehə müraciət etsə də, müraciətinə cavab olaraq cavabdehin 6 avqust 2019-cu il tarixli, 7-2427/17 nömrəli məktubunda sözügedən sərəncamın Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında hüquqi qüvvəsinin itməsi, buna görə də, arxiv arayışının verilməsinin qeyri-mümkün olması bildirilmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2-1 (81)4090/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırkı tələblə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir (iddiaçının hazırkı iddia ilə mübahisələndirilən inzibati aktın mövcudluğundan ən geci təkrar müraciətinə verilmiş xx.xx.2019-cu il tarixli məktubla məlumatlı olduğu nəzərə alınmaqla).
8. İddiaçı həmin qərardaddan apellyasiya şikayət verərək, qərardadın ləğv edilməsini və inzibati işin baxılması üçün məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2020-ci il tarixli, 2-1(103)574/2020 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2019-c u il tarixli, 2-1(81)-4090/2019 nömrəli qərardadı ləğv edilmiş, iş müvafiq prosessual hərəkətlər edilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən sərəncam qəbul edilərkən iddiaçının inzibati icraatda iştirakının təmin edilməsi və qərarın surətinin ona göndərilməsi, rəsmi olaraq təqdim olunması, iddiaçının ümumiyyətlə qəbul olunmuş aktın məzmunu ilə məlumatlı olması, 2017-ci ilin dekabr ayında və 2018-ci ildə edilmiş müraciətlərə məhz cavabdeh tərəfindən verilmiş cavablarda artıq ləğv olunması qeyd edilən sərəncamın qüvvədə olmasına dair məlumatlar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Mübahisələndirilən qərarın surətinin iddiaçıya rəsmi təqdim edilməsi və ya elan edil məsi, həmçinin qərarın mövcudluğunun iddiaçıya daha əvvəl məlum olması barədə işdə hər hansı sübut mövcud deyildir. Birinci instansiya məhkəməsinin iddiaçının digər orqana məhz özünün qüvvədə olmasına heç bir şübhəsi olmayan sərəncama istinad edərək, onun icrası ilə bağlı etmiş olduğu müraciətə verilmiş cavaba istinad edərək müddətin məhz həmin cavabın imzalandığı tarixdən (onun nə vaxt çatması barədə məlumat mövcud deyil) hesablamasına dair qənaəti əsassızdır. Həmin məktubda mübahisələndirilən sərəncamla bağlı hər hansı məlumatlar göstərilməmiş və sərəncamın məzmunu orada əks olunmamışdır. Birinci instansiya məhkəməsinin qərarında iddiaçının hüquqlarının pozuntusunun baş verməsinin məlum olduğu vaxtın Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məktubu ilə götürül məsi aşkardır. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçı tərəfindən mübahisələndirilmiş sərəncam Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilməmiş və onun hərəkətləri ilə bağlı olmamışdır. Sərəncamı ləğv edən qurum Bakı Şəhər İcra Hakimiyyətidir, həmin sərəncamın ləğv olunub-olmaması barədə dəqiq məlumatı da iddiaçıya cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti verə bilərdi.
11. Bakı İnzibati Məhkəməsinin 8 sentyabr 2020-ci il tarixli qərardadı ilə "xxxx" QSC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(112)-965/2021 nömrəli qərarı (hakim E.Ə.Əliyev) ilə iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli TŞ-292 nömrəli tapşırığını və üçüncü şəxsin xx.xx.2017-ci il tarixli 40N-10/2-149 nömrəli məktubunu nəzərə alaraq, cavabdeh 60 nömrəli şaxtada yaranmış qəza vəziyyətinin aradan qaldırılması və “Nizami” stansiyasının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə xx.xx.2017-ci il tarixli 11-M nömrəli (“məxfi” qriflə işarələnmiş) sərəncamla xx.xx.1994-cü il tarixli 1415 nömrəli və xx.xx.1995-ci il tarixli 1736 nömrəli sərəncamları ləğv edərək torpaq sahəsini üçüncü şəxsin sərəncamına qaytarmışdır. Cavabdeh inzibati orqan tərəfindən maddi hüquq normalarının və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti ve rərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2022-ci il tarixli, 2-1(103)-848/2022 nömrəli qərarı (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(112)-965/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİR AZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayətində işin hallarını təkrarlamış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən sərəncam məhkəməyə təqdim edilməmiş və məhkəmə həmin sərəncamla tanış olmamışdır. Bundan əlavə, cavabdeh torpaq sahəsinin ayrılması barədə sərəncamı ləğv edərkən iddiaçıya məlumat verməmiş, torpağın geri alınması zərurəti yaranması ilə bağlı başqa torpaq sahəsinin ayrılması və ya kompensasiya ödənilməsi məsələsinin həllinə dair iddiaçı ilə danışıqlar aparmamışdır. Həmçinin, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə başqa tikililər mövcuddur. Sonuncu olaraq, işə baxan apellyasiya instansiya məhkəməsi sözügedən ərazidə qurunt sularının olub-olmaması, vəziyyətin təhlükəliliyi ilə bağlı ekspertiza keçirməmiş, bununla da, işin hallarını hərtərəfli araşdırmadan qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüuquq normaları pozulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Üçüncü şəxs iddiaçının kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2022-ci il tarixli, 2-1(103)-848/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
22. Dövlət sirri ilə işləməyə buraxılmanın xüsusi qaydaları 22.1. Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası Hesablama Palatasının üzvləri, Azərbaycan Respublikas ı Konstitusiyasının 109-cu maddəsinə əsasən vəzifəyə təyin edilmiş şəxslər, öz vəzifələrinin icrası zamanı hakimlər, habelə dövlət sirri təşkil edən məlumatlarla bağlı cinayət işləri üzrə cinayət mühakimə icraatında müdafiəçi qismində çıxış edən vəkillər dövlət sirri ilə işləməyə bu Qanunla nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar....
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlum atlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instans iyası məhkəməsinə göndərməyə haqlıdır.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçin in tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yeku n nəticəyə gəlmişdir.
25. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, Bakı Şəhər İcra Hakimiyyətinin 20 dekabr 1995-ci il tarixli, 1736 nömrəli sərəncam ilə Bakı şəhəri, Yasamal rayonu, İ.Əbilov (keçmiş X.Ruzbeh küçəsi) ilə M.Muxtarov (keçmiş Poluxin küçəsi) küçələrinin kəsişməsində yerləşən torpaq sahəsi yaşayış evinin layihələndirilməsi və tikintisi üçün iddiaçıya ayrılmışdır. Cavabdeh həmin sərəncamın Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 11 saylı sərəncamı (məxfi) ilə ləğv edildiyini bildirmişdir.
26. Hazırkı iş üzrə iddiaçının tələbi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 11 saylı sərəncamının ləğv edilməsi ilə bağlıdır, yəni iddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmişdir.
27. Mübah isələndirmə haqqında iddiaların predmetini inzibati akt təşkil edir və İPMnin 14.1-ci maddəsinin tələbi baxımından mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Eyni zamanda, bu növ iddialarda məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhk əmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz.
28. Məhkəmə kollegiyası ilk növbədə mübahisənin predmetini təşkil edən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 11 saylı sərəncamı ilə bağlı aşağıdakıları qeyd edir.
29. Cavabdehin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunun məzmunundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müraciətinə əsasən, Bakı Metropoliteninin ərazisinə düşmüş Yasamal rayonu, Poluxin küçəsi ilə X.Ruzbeh küçəsinin kəsişməsində yerləşən torpaq sahəsinin verilməsi barədə 20 dekabr 1995-ci il tarixli, 1736 nömrəli sərəncamın ləğvi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 11 saylı sərəncamı və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri məxfidir və məhkəməyə xüsusi qaydalar əsasında təqdim oluna bilər.
30. Bakı İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadında (iddianın mümkün sayılmaması barədə) aşağıdakı məzmunda bir bənd vardır: “Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2019-cu il tarixli 20 m nömrəli məktubla mübahisələndirilən Sərəncamın təsdiq edilmiş surəti məxfi xarakter daşıdığı üçün xüsusi qaydalar əsasında məhkəməyə təqdim olunmuşdur”. 31. “Dövlət sirri haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən, öz vəzifələrinin icrası zamanı hakimlər dövlət sirri ilə işləməyə bu Qanunla nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılır lar.
32. Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2005-ci il tarixli 179 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması” Qaydasının 6-cı bəndinə əsasən isə hər hansı şəxsin dövlət sirri təşkil edən məlumatlarla tanış olması faktı onun bu məlumatın daşıyıcısında və ya ona qoşulan sənəddə (siyahıda, tanışolma vərəqində) qoyulmuş imzası ilə rəsmiləşdirilir. Məlumat daşıyıcısının təhvil-təslimi isə onu həyata keçirən şəxslərin müvafiq uçot sənədlərində (jurnal, vərəqə) və ya müşayiət sənədlərində (qaimə, reyestr, akt və s.) məlumat daşıyıcısını təhvil verən və qəbul edən şəxslərin imzaları ilə rəsmil əşdirilir. İmza qoyularkən onun qoyulduğu tarix, imzanı qoymuş şəxsin vəzifəsi, adının baş hərfi və soyadı göstərilməlidir.
33. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi sərəncamla tanış olmasını istinad olunan Qaydaların tələblərinə uyğun rəsmiləşdirməmişdir. Eyni zamanda, işə baxan apellyasiya instansiyası məhkəməsi isə ümumiyyətlə sözügedən sərəncamla tanış olmamışdır. Nəzərə alınmalıdır ki, mübahisələndirilən sərəncam məxfi olduğundan və iş materiallarına əlavə edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin həmin sərəncamı tələb etməsi zəruridir.
34. Bundan əlavə, hazırda qaldırılan iddia mübahisələndirmə haqqında iddia olduğundan cavabdehin mübahisələndirilən sərəncamının ləğvinin əsaslarının qanuniliyi yoxlanılmalıdır. Bu baxımdan, həmin sərəncamın qəbul edilməsini şər tləndirən halların əsaslandığı sübutların mötəbərliyi məhkəmə tərəfindən araşdırılmalıdır. Cavabdehin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda həmçinin, sərəncamın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərinin də məxfi olduğu qeyd olunduğundan, həmin sənədlər iş materiallarında mövcud deyildir. Lakin işə baxan aşağı instansiya məhkəmələrinin hakimləri İPM-nin 12.1-ci maddəsinin tələbi baxımından həmin sənədlərlə tanış olmalı olduqları halda (“Dövlət sirri haqqında” Qanunun tələbləri nəzərə alınmaqla), bunu etməmiş, "xxxx" QSC-nin xx.xx.2019-cu il tarixli məktubunda yazılanlara istinad etməklə kifayətlənmiş, bununla da İPM-nin həm 12.1, həm də 58.7-ci maddələrinin tələblərini pozmuşlar.
35. Məhkəmə kollegiyası hazırkı iddianın qiymətləndirilm əsi ilə bağlı məhkəmə araşdırmasının aşağıdakı istiqamətdə aparılmalı olduğunu hesab edir.
36. İlk növbədə mübahisələndirilən sərəncam və onun verilməsinə əsas olmuş sənədlər apellyasiya instansiyası məhkəməsi tərəfindən tələb edilməli (“Dövlət sirri haqqında” Qanunun tələbləri gözlənilməklə) və həmin sənədlərlə tanışlıq müvafiq qaydada rəsmiləşdirilməli, o cümlədən həmin sənədlər (tanışolma ilə bağlı) iş materiallarına əlavə edilməlidir.
37. Bundan sonra, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi "xxxx" QSC-nin xx.xx.2019-cu il tarixli məktubunda yazılanların həqiqiliyini təqdim olunan sənədlərdəki məlumatlarla yoxlamalıdır. Belə ki, məhkəmələr nəzərə almalıdırlar ki, iddiaçıya torpaq sahəsi 1995-ci ildə verilmiş, həmçinin "xxxx" QSC-nin Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq v ə Şəhərsalma Baş İdarəsinin rəisinə ünvanladığı xx.xx.2005-ci il tarixli məktubda iddiaçı tərəfindən 12 mərtəbəli yaşayış evinin tikintisinə etiraz edilmədiyi qeyd olunmuşdur. Eləcə də, cavabdeh xx.xx.2018-ci il tarixli məktubla 20 dekabr 1995-ci il tarixli, 1736 nömrəli sərəncamın təsdiq edilmiş surətini iddiaçıya təqdim etmiş və həmin məktubda sərəncamın ləğv edildiyi barədə məlumat öz əksini tapmamışdır.
38. Göründüyü kimi, işdəki sənədlərdə əks olunan məlumatlar arasında müəyyən ziddiyyətlər mövcuddur. İşə baxan təkrar apellyasiya instansiyası məhkəməsinin əsas vəzifəsi isə iddiaçıya ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılmasının təhlükəliliyinə dəlalət edən halları yoxlamaqdan ibarətdir ki (mübahisələndirilən inzibati aktın qanuniliyi məhz bu halın müəyyən edilməsindən as ılıdır), bunun üçün də yuxarıda qeyd edildiyi kimi, məhkəmə mübahisələndirilən sərəncamın qəbulunu şərtləndirən məlumatlarla tanış olmalı və bu halların mövcud olub-olmaması istiqamətində araşdırma aparmalıdır. Bunun üçün müvafiq qurumlara (məsələn, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və sair) sorğu verilməklə, iş üzrə mübahisələndirilən sərəncamın qəbul edilməsinə əsas olmuş hallara - ərazidə qrunt sularının yığılması, tikintiyə maneə ola biləcək və strateji əhəmiyyətli obyektlərə xələl gətirə biləcək halların həqiqətən də mövcud olub-olmadığı və həmin ərazidə tikinti işlərinin aparılmasına icazə verilib-verilmədiyi məsələlərinə aydınlıq gətirilməlidir.
39. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məh kəməsi tərəfindən işə baxılarkən işin hallarının hərtərəfli araşdırılması təmin edilməmiş, bununla maddi və prosessual hüquq normaları pozulmuşdur. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
40. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2022-ci il tarixli, 21(103)-848/2022 nömrəli qərarı ləğv edilsin və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.