Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2168/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi; hüquq varisliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüdü: xx.xx.1965; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş illər inin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-285/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilə kimi peşə məktəbində təhsil almış, xx.xx.1983-xx.xx.1985-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1986-cı il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.2018-ci il tarixədək müxtəlif müəssisələrdə işləmişdir.
2. İddiaçıya xx.xx.2021-ci il tarixdə 5 il müddətinə İİ (ikinci) dərəcə əlillik təyin edilmişdir. 3.İddiaçı cavabdehə müraciət edərək əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialının **********8 nömrəli, 13 dekabr 2021-ci il tarixli “əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” qərarında qeyd olunmuşdur ki, pensiyanın təyin edilməsi üçün vacib olan ümumi sığorta stajının 16 il 2 ay olmasına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış 19.106,09 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (23.040,00 manatdan) az olduğu üçün əmək pensiyasının minimum məbləğindən (200 manatdan) az olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İ nzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Gədəbəy rayonu 6 nömrəli TTTS İdarəsində sürücü, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək isə Gədəbəy rayonu 2 saylı ATF-də fəhlə işlədiyi illərin sosial sığorta stajına hesablanması və ona əlilliyə görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: 6.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əlilliyi ilə əlaqədar pensiya təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin işlədiyi illər sığorta stajına hesablanarkən cəmi 19 il hesablanmışdır. Halbuki, o, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək sabiq Gədəbəy rayonu 6 nömrəli TTTS İdarəsində sürücü, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək isə Gədəbəy rayonu 2 saylı ATF-də fəhlə işləmiş, amma həmin illər onun sığorta stajına hesablanmamışdır. Buna səbəb onun işə qəbul edilmə və işdən azad olunması barədə əmrlərdə olan ad, soyad və ata adı səhvliklər ilə bağlı olmuşdur. Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 366 nömrəli arxiv arayışından, eləcə də, 1991-2022-ci illərə dair Gədəbəy rayonu 6 nömrəli TTTS-nin əmrlər kitabında adı qeyd olunan səhifələrin təsdiqlənmiş surətlərindən görünür ki, xx.xx.1991-ci il tarixli 2 nömrəli əmrdə ata adı Murad, yəni "İddiaçı Murad oğlu" kimi, xx.xx.1995-ci il tarixli 7 A 2 nömrəli əmrdə ata adı Murad yazılsa da, üstündən xətt çəkilərək qarşısından fərqli qələmlə Mamed kimi, yəni "İddiaçı Mamed oğlu" kimi və xx.xx.2002-ci il tarixli 3 nömrəli əmrdə ata adı Məhərrəm kimi, yəni "İddiaçı Məhərrəm oğlu" kimi qeyd olunmuşdur. Həmçinin, xx.xx.2002-ci il tarixli 2 nömrəli əmrdə ata adı qaralanmaqla "Mamed" kimi qeyd olunmuşdur. Hazırda şəxsiyyətini təsdiq edən sənədlərdə olan soyadı, adı və ata adı (İddiaçı) ilə qeyd olunan hüquq müəyyənedici sənədlərdə (sabiq Gədəbəy rayonu 6 nömrəli TTTS-nin xx.xx.1991-ci il tarixli 2 nömrəli, xx.xx.1995-ci il tarixli 7 A-$ 2 nömrəli, xx.xx.2002-ci il tarixli 2 nömrəli və xx.xx.2002-ci il tarixli 3 nömrəli əmrlərində) olan soyadı, adı və ata adı ilə düz gəlmir. Bu isə ona pensiya təyin edilərkən həmin illərin sığorta stajına hesablanması ilə bağlı hüquqlarının həyata keçirilməsinə maneə törədir. Bu səbəbdən hüquq müəyyənedici sənədlər olan sabiq Gədəbəy rayonu 6 nömrəli TTTS-nin xx.xx.1991-ci il tarixli 2 nömrəli, xx.xx.1995-ci i l tarixli 7 A-$ 2 nömrəli, xx.xx.2002-ci il tarixli 2 nömrəli və xx.xx.2002-ci il tarixli 3 nömrəli əmrlərinin ona məxsus olması faktının müəyyən edilməsi ilə bağlı Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, xüsusi icraat qaydasında mülki işə baxılarkən maraqlı şəxs kimi Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialını ərizəsində qeyd etmiş, lakin Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialı məhkəməyə etiraz ərizəsi göndərərək sözügedən hüquq müəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsinə etiraz etmişdir. Bu səbəbdən mülki iş üzrə mübahisə yarandığına görə ərizəsi baxılmamış saxlanılmışdır. Belə olan halda hesab edir ki, cavabdeh orqan onun xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək sabiq Gədəbəy rayonu 6 nömrəli TTTS İdarəsində sürücü, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək isə Gədəbəy rayonu 2 saylı ATF-də fəhlə işlədiyi illəri sosial sığorta stajına hesablamalı və ona xəstəliyə görə əmək pensiyası təyin etməlidir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10516/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
8. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Gədəbəy rayon 161 saylı TMSD-də, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Gədəbəy rayonu 6 nömrəli TTTS-də və xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək isə Gədəbəy rayonu 2 saylı ATF-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehin etirazları:
9. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Fondun 19 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş Gədəbəy rayon 161 saylı TMSD-nin xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, Gədəbəy rayon 6 saylı TTTS-nin xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və Gədəbəy rayon 2 saylı ATF-nin xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan əmr kitablarında ata adı səhv qeyd olunduğu və əmək haqqı kitablarının saxlanıldığı faktiki ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması və sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. "Əmək pensiyaları haqqında" Qanununun 12.1ci maddəsinə əsasən, İl və İİl dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, İl və İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin mövcud olması mütləqdir: 1) Ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olması; 2) Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı na imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin edilməsi üçün bu şərtlərin hər ikisinin mövcudluğu araşdırılmalıdır. İddiaçının xx.xx.1965-ci il təvəllüdlü olması və ona xx.xx.2021-ci il tarixdə İl dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 13 il 4 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində 23.040 manat pensiya kapitalı tələb olunur. İddiaçı M.İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (19.106,09 manat) əmək pensiyasının minimum məbləğindən (200) az olmayan pensiya təminatına imkan vermir. "Əmək pensiyaları haqqında" Qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq ikinci dərəcəli əlillik təyinatının aparıldığı xx.xx.2021-ci il tarixdə qanunla ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən sosial sığorta stajına malik olsa da, 23.040 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2659/2022 nömrəli qərarı ilə iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Gədəbəy rayon 161 saylı TMSD-də, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Gədəbəy rayonu 6 nömrəli TTTSdə və xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək isə Gədəbəy rayonu 2 saylı ATF-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiy asının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
11. Məhkəmənin qənaətinə görə İİ və İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin mövcud olması mütləqdir. Ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olması və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması.
12. Əlilliyə görə pensiya təyin edilməsi üçün bu şərtlərin hər ikisinin mövcudluğu araşdırılmalıdır.
13. İddiaçının xx.xx.1965-ci il təvəllüdlü olması və ona xx.xx.2021-ci il tarixdə İİİ dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 13 il 4 ay sığorta stajı və fə rdi hesabın sığorta hissəsində 23040 manat pensiya kapitalı tələb olunur.
14. İddiaçının əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq tələb olunan sosial sığorta stajı 13 il 4 aydır. Hazırki işdə isə iddiaçının stajı tələb olunandan artıq təşkil edir.
15. İddiaçının İİİ dərəcəli əlil kimi əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalının məbləği 23040 manat təşkil edir.
16. İddiaçının əmək kitabçasında qeyd edilən dövrlər (təhsil illəri daxil olmaqla) nəzərə alındığı halda belə, 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı aşağıdakı qaydada hesablanır: 17. (1 0 il faktiki iş stajı x 306 manat) + (306 manat:12 ay x 7 ay) + (306 manat: 365 gün x 03 gün = 3241 manat (2006-cı ilədək iddiaçının 5 il 2 ay 17 gün mübahisələndirilməyən və 5 il 4 ay 16 gün mübahisələndirilən iş stajı). 18. 3241 + 8.3 % + 16.7 % + 20.8 % + 1.5 % + 5.7 % + 7.9 % + 1.1 % + 2.4 % + 1.4 % + 4 % + 12.4 % + 5.7 % + 3 % + 2.6 % + 2.8 % = 8.071,37 AZN təşkil edir. Cavabdehin iddia tələbinə dair etirazında qeyd olunduğu kimi, xx.xx.2006-cı ildən sonra iddiaçının kapitalı 15.133,23 manat təşkil edir. 15.133,23 + 8.071,37 = 23.204,60 göründüyü kimi iddiaçının pensiya kapitalı 23.204,60 manat təşkil edir ki, bu da iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 23.040 manatdan artıqdır (23.204,60 > 23.040).
19. Göründüyü kimi, İddiaçı fərdi hesabının sığort a hissəsində qeydə alınmış pensiya kapitalı (23.204,60 manat) əmək pensiyasının minimum məbləğindən (200) az olmayan pensiya təminatına imkan verir.
20. Məhkəmə hesab etmişdir ki, İddiaçı əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq tələb olunan sosial sığorta stajı 13 il 4 aydır. Hazırki işdə isə iddiaçının stajı tələb olunandan artıq təşkil edir. Pensiya kapitalı isə 23.204,60 manat təşkil edir ki, bu da iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 23.040 manatdan artıqdır (23.204,60 > 23.040). Göründüyü kimi, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (23.204,60 manat) əmək pensiyasının minimum məbləğindən (200) az olmayan pensiya təminatına imkan verir.
21. Cavabdeh həmin qərardan apell yasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
22. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı təqdim olunmuş ölüm haqqında şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdə ölmüş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mərhumun arvadı X2 iddiaçının prosessual hüquq varisi tanınmışdır.
23. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-285/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə ol araq qeyd etmişdir ki, mərhum iddiaçı pensiya hüququ yarandığı tarixdən öldüyü xx.xx.2023-cü il tarixədək pensiya ödənişinin subyekti olduğundan həmin tarixlər üzrə pensiya hesablanaraq ödənilməlidir.
25. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
26. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə düzgün araşdırma və əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b. kassasiya şikayətinə etirazın dəlillər i
27. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2021-ci il tarixdə qüvvədə olan redaksiyada): (iddiaçıya əlilliyin təyin edildiyi Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesa blanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27- ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta d avamiyyəti əmsalıdır.
29. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əs assızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edi lməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 33. ”Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin tələbindən göründüyü kimi, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.
34. C avabdeh imtina məktubunda və iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının xx.xx.1965-ci il təvəllüdlü olması və ona xx.xx.2021-ci il tarixdə İl dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 13 il 4 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində 23.040 manat pensiya kapitalı tələb olunur. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (19.106,09 manat) əmək pensiyasının minimum məbləğindən (200) az olmayan pensiya təminatına imkan vermir. "Əmək pensiyaları haqqında" Qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq ikinci dərəcəli əlillik təyinatının aparıldığı xx.xx.2021-ci il tarixdə qanunla ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən sosial sığorta stajına malik olsa da, 23.040 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir.
35. Cavabdeh, həmçinin iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Gədəbəy rayon 161 saylı TMSD-də, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Gədəbəy rayonu 6 nömrəli TTTS-də və xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək Gədəbəy rayonu 2 saylı ATF-də işlədiyi müddətləri mübahisələndirmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, 1992-ci ildə qəbul edilmiş və iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən dövründə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idar ə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq olunur. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. 37.İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, xx.xx.1986-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək müxtəlif müəssisələrdə, o cümlədən xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Gədəbəy rayon 161 saylı TMSD-də, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Gədəbəy rayonu 6 nömrəli TTTS-də və xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək isə Gədəbəy rayonu 2 saylı ATF-də işləmişdir.
38. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 39.İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
40. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
41. İddiaçıya iddia olunan məzmunda əmək pensiyasının təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində 23.040 manat pensiya kapitalının tələb olunduğuna dair dəlilə gəldikdə, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə (o cümlədən, cavabdehin mübahisələndirdiyi iş dövrləri nəzərə alınmaqla) iddiaçının pensiya kapitalı 23.204,60 manat, yəni cavabdehin bəyan və zəruri hesab etdiyi 23.040 manatdan artıq təşkil edir.
42. Buna görə də məhkəmə kollegiyası iddiaçının tələbinin tə min olunması ilə bağlı nəticə ilə razılaşır. 43.Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, İddiaçı 2023-cü il 9 yanvar tarixdə ölmüş, onun arvadı prosessual hüquq varisi kimi icraata cəlb olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hüquq varisliyi ilə bağlı məsələni həll etsə də, qərarın nəticə hissəsində mərhum İddiaçı əmək pensiyası hüququnun yarandığı tarixdən onun öldüyü tarixədək hesablanmalı olan pensiya məbləğinin hüquq varisinə ödənilməli olduğunu göstərməmişdir. 44.Beləliklə, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı iş üzrə qərarı dəyişdirilməli, cavabdehin üzərinə mərhum İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Gədəbəy rayon 161 saylı TMSD-də, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Gədəbəy rayonu 6 nömrəli TTTS-də və xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək Gədəbəy rayonu 2 saylı ATF-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən öldüyü xx.xx.2023-cü il tarixədək ödənilməli olan pensiya məbləğinin onun hüquq varisi X1 ödənilməsi öhdəliyi qoyulmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(104)-285/2023 nömrəli qərarı dəyişdirilir. Cavabdehin üzərinə mərhum İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Gədəbəy rayon 161 saylı TMSD-də, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Gədəbəy rayonu 6 nömrəli TTTS-də və xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək Gədəbəy rayonu 2 saylı ATF-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən öldüyü xx.xx.2023-cü il tarixədək ödənilməli olan pensiya məbləğinin onun hüquq varisi X1 ödənilməsi öhdəliyi qoyulur. Kassasiya şikayəti təmin edilmir. Qərar qətidir.