Məhkəmə qərarları › İş №2-1(102)-2169/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2169/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2169/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1974-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “müharibə veteranları üçün nəzərədə tutulm uş sosial müavinətin əvvəlki illər üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 2-1(104)-103/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Gədəbəy Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, 4/481 nömrəli arayışa əsasən, iddiaçı Azərbaycan Respublikasının müharibə veteranıdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən imtiyazlardan istifadə etmək hüququna malikdir. Arayışın verilməsinə М/В 050220 nömrəli müharibə veteranı vəsiqəsi əsas olmuşdur.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ve rilmiş xx.xx.2021-ci il tarixli, M/V 089583 nömrəli müharibə veteranı vəsiqəsinə (dublikat) əsasən iddiaçı Azərbaycan Respublikasının müharibə veteranıdır.

3. İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsi barədə cavabdehə müraciət etmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan təqaüd veteran vəsiqəsinin verildiyi xx.xx.2021-ci il tarixdən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir. İddiaçının veteran vəsiqəsi xx.xx.2021-ci il tarixdə verildiyindən (dublikat), eyni zamanda sözügedən müavinət ləğv edildiyindən ona ərizəsind ə qeyd etdiyi dövrlər üzrə müavinətin (və ya təqaüdün) təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə xx.xx.2001ci il tarixli, M/V 050220 nömrəli veteran vəsiqəsinin sahibi olmuşdur. Rusiya Fedarasiyasının Altayskıkray vilayətində olduğu vaxt avtoqəza keçirmiş və müharibə veteranı vəsiqəsi də daxil olmaqla üzərində olan sənədlər hadisə yerində yoxa çıxmışdır. Vəsiqəni bərpa etmək üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş və ona xx.xx.2021-ci il tarixdə dublikat M/V 089583 nömrəli vəsiqə təqdim olunmuşdur. İddiaçı ona ödənilməmiş əvvəlki illər üçün sosial müavinətin ödənilməsi barədə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.

7. Gəncə İnzibati Məhkəməsinin (hakim Fikrət Hüseynov) 24 oktyabr 2022-ci il tarixli, 2-1(114)-1765/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə müharibə veteranları üçün qanunla müəyyən edilmiş ödənilməmiş sosial müavinətin, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üzrə müharibə veteranları üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2001-ci il tarixdən verilmişdir. Bu işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, “Sosial müavinətlər haqqında” Qanun xx.xx.2006-cı il tarixdən qüvvəyə minmişdir. Ümumi qaydaya görə, hüquq norması hüquqi müəyyənlik prinsipi baxımından qanuni qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq edildiyindən iddiaçıya müharibə veteranı üçün müəyyən edilmiş sosial müavinət xx.xx.2006-cı il tarixdən həmin müavinətin əvəzinə verilən prezident təqaüdünün ödənilməsinə başlananadək, yəni xx.xx.2019-cu il tarixədək ödənilməlidir. Bundan əlavə, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanında həmin təqaüdün 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinətin əvəzinə verilməsi birmənalı olaraq qeyd edilmişdir. İddiaçıya müharibə veteranı statusu 2001-ci ildən verildiyindən xx.xx.2019-cu il tarixdən müharibə veteranı adı və vəsiqəsinin dublikatı verildiyi və müvafiq təqaüdün ödənilməsinin başlanğıcı, yəni xx.xx.2021-ci il tarixədək sözügedən təqaüd ona ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qismən əsassız olmuş, belə ki iddiaçıya xx.xx.2006-cı ildən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə müharibə veteranları üçün qanunla müəyyən edilmiş ödənilməmiş sosial müavinət, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üzrə isə müharibə veteranları üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilməlidir

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Rəşad Mamedov /sədrlik edən və məruzəçi/, Aygül İsgəndərova və Azər Bayramov) 11 may 2023-cü il tarixli, 2-1(104)-103/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(114)1765/2022 nöm rəli qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə müharibə veteranları üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə müharibə veteranları üçün qanunla müəyyən edilmiş ödənilməmiş sosial müavinətin verilməsi hissəsində təmin etməkdə haqlı olmamışdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixli, 817 nömrəli protokol ilə müharibə veteranı adı və vəsiqəsinin dublikatı verilmişdir. D oğrudur ki, iddiaçıya xx.xx.2001-ci il tarixli, 111 nömrəli protokolla müharibə veteranı adı və M/V 050220 nömrəli vəsiqə verilmiş, lakin iş materiallarından da müəyyən edilir ki, iddiaçı müharibə veteranları üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi ilə bağlı inzibati orqana müraciət etməmişdir. Yəni iddiaçı şəxsiyyət vəsiqəsinin və veteran vəsiqələrinin surətləri əlavə edilməklə ərizə ilə cavabdeh inzibati orqana müraciət etməli idi. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə müharibə veteranları üçün qanunla müəyyən edilmiş ödənilməmiş sosial müavinətin verilməsi hissəsində təmin etməklə qanunvericiliyin tələblərini pozmuşdur. Bundan başqa, məhkəmə kollegiyası he sab edir ki, inzibati orqanın xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə müharibə veteranları üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi ilə bağlı imtinası qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarı ilə təsdiqlənmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 1.3-cü bəndinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, iddia tələbi iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə müharibə veteranları üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi hissəsində əsaslıdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun imtinasının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şik ayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. 16. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. Sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əv vəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Maddə 10-1.5. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. 17. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı 1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki: bu Fərmanın 1-ci hissəs inə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir....

5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qa ydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyiş dirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habel ə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tər əfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçıya xx.xx.2001-ci il tarixli, 111 nömrəli protokolla müharibə veteranı adı və M/V 050220 nömrəli vəsiqə verilmiş, xx.xx.2021-ci il tarixli, 817 nömrəli protokolla isə müharibə veteranı adı və vəsiqəsinin dublikatı verilmişdir.

24. İddiaçının hüquqi marağı ona xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş sosial müavinətin hesablanaraq ödənilməsinə yönəlmişdir.

25. Apellyasiya instansi ya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi qismən təmin edilərək iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə müharibə veteranları üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmış, iddiaçı həmin qərarı mübahisələndirməmişdir. Buna görə də hazırkı kassasiya baxışının predmetini yalnız cavabdeh tərəfindən mübahisələndirilən hissə təşkil edir.

26. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində bu qənaətə gəlmişdir ki, inzibati orqanın xx.xx.2016-cı il tarixdən xx.xx.2019cu il tarixədək olan müddət üzrə müharibə veteranları üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi ilə bağlı imtinası qanun vericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarı ilə təsdiqlənmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 1.3-cü bəndinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. İddia tələbi iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə müharibə veteranları üçün müəyyən edilmiş Azər baycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi hissəsində əsaslıdır.

27. Apellyasiya instansiyası məhkəməsi düzgün qənaətə gəlsə də, həmçinin hazırkı mübahisə üzrə gəldiyi nəticə əsaslı olsa da, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə müharibə veteranları üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü deyil, sosial müavinət müəyyən edilmişdir. Müharibə veteranları üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü sözügedən sosial müavinətin əvəzinə xx.xx.2019-cu il tarixdən ödənilməyə başlanılmışdır.

28. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının iddia tələbi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla b ağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Məhkəmə mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 21(104)-103/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar