Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-217/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birdəfəlik ödəmənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə “190 manat birdəfəlik ödəmənin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 01.10.2021-ci il tarixli, 21(103)-2169/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 15.04.2020-ci tarixdə məşğulluq altsistemində anket yaratmış, anket 26.04.2020-ci il tarixdə təsdiq edilmiş, iddiaçıya 26.04.2020-ci il tarixində işsizlik statusu verilmişdir.
2. İddiaçıya 190 manat birdəfəlik ödəmə ilə bağlı aprel ayı üçün “Azərpoçt”-a, may, avqust ayları üçün isə "xxxx" ASC-yə ödəmələr həyata keçirilmişdir. May ayı üçün təyin olunmuş ödəmə nağdlaşdırılmadığından və iyun ayı üçün araşdırılma aparılan zaman aktivində yaşayış minimumu (190 manat) qədər vəsait aşkarlandığından iyun ayı üçün ödəmə hesaba yüklənmiş olsa da, həmin əsas la müvafiq ay üçün köçürülmüş vəsaitə cavabdeh tərəfindən blok qoyularaq geri çəkilmişdir.
3. İddiaçı 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh 04.12.2020-ci il tarixli imtina məktubunda bildirmişdir ki, iyun ayı üçün araşdırılma aparılan zaman iddiaçının aktivində yaşayış minimumu qədər vəsait aşkarlanmışdır. İddiaçıya əmək haqqı 250-550 manat olan bir neçə iş yeri təklif olunsa da, iddiaçı həmin işlərdən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2020-ci ilin iyul ayı üçün nəzərdə tutulan 190 (yüz doxsan) manat məbləğində birdə fəlik ödəmənin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
5. İddiаçı tələbini belə əsаslаndırmışdır ki, birdəfəlik ödəmənin verilməsi və yaxud ondan imtina edilməsi barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Lakin “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydaları”nın 3.6-cı bəndinə əsasən ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul edildikdən sonra birdəfəlik ödəmə bank və ya poçt vasitəsilə ödənilir və bu barədə şəxsin mobil telefonuna SMS göndərilir. Göründüyü kimi, iddiaçıya təyin edilmiş müavinətin ödənilməsi əsassız olaraq dayandırılmışdır. Qanunvericilikdə cavabdehin istinad etdiyi əsasa görə müavinətin ödənilm əsinin dayandırılması nəzərdə tutulmamışdır.
6. Bakı İnzibati Мəhkəməsinin 22.04.2021-ci il tarixli 2-1(112)-3465/2021 nömrəli qərarı ilə (hakim Aygün Abdullayeva) iddia təmin edilmiş, iddiaçıya 2020-ci ilin iyul ayı üzrə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçı iş üzrə mübahisə predmeti olan dövrdə işsiz kimi qeydiyyatda olan şəxs kimi yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə almaq hüququna malik şəxs olmasına baxmayaraq, iddiaçıya cavabdeh tərəfindən işsiz kimi qeydiyyatda olan şəxs kimi yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməmişdir. Birdəfəlik ödəmənin verilməmə səbəbi kimi, may ayı üçün təyin olunmuş ödəmənin nağdlaşdırılmaması əsas gətirilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”-da birdəfəlik ödəmənin verilməsindən imtina edilməsi üçün əsaslarda belə bir müddəa nəzərdə tutulmamışdır
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.10.2021-ci il tarixli, 21(103)-2169/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Mirzə Tağızadə, hakimlər – Xəyalə Cəmilova və Həmid Həmidov) apellyasiya şikayəti tə min edilməmiş, Bakı İnzibati Мəhkəməsinin 22.04.2021-ci il tarixli 2-1(112)-3465/2021 nömrəli qərarı, “iyul” ayı “iyun” ayı hesab edilməklə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçıya birdəfəlik ödəmənin edilmədiyi ay 2020-ci ilin iyun ayıdır. Buna görə də cavabdeh orqanın üzərinə iddiaçıya 2020-ci ilin iyun ayı üzrə 190 manat birdəfəlik ödəmənin verilməsi öhdəliyi qoyulmalıdır
11. Cavabdeh 16.11.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.10.2021-ci il tarixli, 2-1(103)-2169/2021 nömrəli qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassas iya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, birdəfəlik ödəmə həyata keçirilməmiş şəxs MAS-da işsiz kimi qeydiyyatda saxlanılır və bu şəxsin istəyi və müraciəti olduğu halda onun məşğulluğunun təmin olunması məsələsinə Qanuna müvafiq olaraq baxılır. Mümkün olduğu halda dayanıqlı məşğulluq tədbirlərindən imtina edən, yalnız passiv şəkildə ödəmə almaq niyyətində olan şəxs işsiz anlayışına uyğun gəlmir. Bundan başqa, “Mediasiya haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü və tərəflərin razılığı ilə, yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Belə halda məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Lakin məhkəmə qanunvericiliyin bu imkanından istifadə etməyərək, dövlət, o cümlədən dövlət büdcəsinin əlavə maliyyə yükünə səbəb olur. Göründüyü kimi, məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən qərar qəbul etmişdir.
13. Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarına və prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Apellyasiya instansiyası məhkəməsi isə yuxarıda göstərilən əsaslarla iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli olduğu halda bunu etməmiş, iş üzrə iddiaçının tələbinə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş, beləliklə prosessual pozuntuya yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Cavabdehin vəsatəti
15. Cavabdeh 27.12.2021-ci il tarixində məhkəməyə vəsatət təqdim edərək işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatəti belə əsaslandırmışdır ki, dövlətin maliyyə dayanıqlığının qorunması, sosial təminat sisteminin bütövlüyünün təmini, işin adekvat həllinə nail olunması, eləcə də, oxşar işlərə baxılmasında məhkəmə təcrübəsinin formalaşması baxımından müvafiq işə məhkəmə iclasında baxılmalıdır.
16. Ali Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının vəsatəti təmin ol una bilməz. Belə ki, hazırkı inzibati iş hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olmadığından İPM-in 96.4-cü maddəsinə uyğun olaraq (hazırkı qərarın 24-cü bəndi) işə yazılı məhkəmə icraatı qaydasında baxılmalıdır. Cavabdeh vəsatətdə hazırkı inzibati işin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olmasını sübut edən dəlillər irəli sürməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs- işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir.
18. Azərbaycan Respublikası Nazi rlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə 07.04.2020-ci il tarixli 127 nömrəli qərarının 1-ci bəndində əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19 ) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfə lik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir.
20. Həmin Qaydalara əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2. 3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri).
21. Həmin Qərarın 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara(2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə(2.3.5); işsizlikdə n sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə(2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara(2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10).
22. Sonradan “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazir lər Kabinetinin 149 saylı 25.04.2020-ci il tarixli Qərarın 2.3-cü bəndinə 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara(2.3.13); yaşı 18-dən aşağı olanlara (2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin, 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır.
23. İnzibati Prosessual Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Həmin Məcəllənin 96.4-cü maddəsinə əsasən kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir
25. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məh kəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
26. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kassasiya şikayətinin dəlillərində cavabdeh məhkəmənin iş üzrə ətraflı araşdırma aparmadığını, maddi hüquq normasının tətbiqində səhvə yol verdiyini qeyd etsə də, məhkəmə kollegiyası kassatorun bu dəlillərini əsassız hesab edir.
31. Belə ki, hazırkı qərarın 16-21-ci bəndlərində göstərilən normaların məzmunundan görünür ki, işsiz kimi qeydiyyatda olan şəxslərə aylıq birdəfəlik ödəmə verilir. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçıya 26.04.2020-ci il tarixində işsizlik statusu verilmişdir. Beləliklə, iddiaçı qanunvericilikdə birdəfəlik ödəmənin verilməsi nəzər də tutulmuş şəxslərin dairəsinə aiddir.
32. Cavabdehin imtinasının əsası isə odur ki, may ayı üçün təyin olunmuş ödəmə iddiaçı tərəfindən nağdlaşdırılmamışdır. Halbuki, hazırkı qərarın 20-21-ci bəndlərində göstərilən normaların məzmunundan görünür ki, qanunvericilikdə birdəfəlik ödəmənin verilməsindən imtina edilməsi üçün əsaslarda belə bir müddəa nəzərdə tutulmamışdır.
33. Belə olan halda, birdəfəlik ödəmənin tətbiq edildiyi dövrdə iddiaçıya 2020-ci ilin aprel, may, avqust ayları üzrə birədəflik ödəmənin edilməsinə baxmayaraq, iyun ayı üzrə ödəmənin qanunvericilikdə nəzərdə tutulmamış əsaslara görə həyata keçirilməməsi iddiaçının hüquqlarını pozur.
34. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birdəfəlik ödəmənin verilməsi müddətinin sona çatması və icra müddətinin bitmiş olması, həmin ödəmələrin edilməsi məqsədilə ayrılmış büdcənin artıq xərclənmiş olması iddiaçının pozulmuş hüququnun bərpasını istisna ediən hal hesab edilə bilməz.
35. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin mövqeyi haqlı olmuşdur. Cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır.
36. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.10.2021-ci il tarixli, 2-1(103)-2169/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.10.2021-ci il tarixli, 21(103)-2169/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.