Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-217/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində hüquqUn dövlət qeydiyyatına alınması, işin hallarının araşdırılmaması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Mə sələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2023-cü il tarixli, 2-1(103)-1660/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Əzizbəyov rayonu Şüvəlan Bələdiyyəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.2004-cü il tarixli 43 №-li sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yaşayan İddiaçı Şüvəlan qəsəbəsində ev tikmək üçün 1000 kv. metr torpaq sahəsi ayrılmış, bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi ilə “Satıcı” Əzizbəyov rayonu Şüvəlan Bələdiyyəsi “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq Şüvəlan Bələdiyyəsinin 43 saylı qərarı əsasında Bakı şəhəri Əzizbəyov rayonunda yerləşən ümumi sahəsi 1000 kv.m olan torpaq sahəsini, “Alıcı” İddiaçı satmışdır. Satılan torpaq sahəsi “Fərdi ev tikmək” məqsədilə alıcının mülkiyyətinə verilmişdir (müqavilənin 1.4-cü bəndi).
2. Əzizbəyov rayonu, Şüvəlan Bələdiyyəsinin 43 saylı, xx.xx.2004-cü il tarixli 43 saylı sərəncamına əsasən Şüvəlan qəsəbəsində İddiaçı ayrılmış torpaq sahəsinin cizgi və xəritədən çıxarışı tərtib olu nmuşdur. Cizgi və xəritədən çıxarış Xəzər rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə İnzibati Ərazi dairəsinin nümayəndəliyi və Şüvəlan Bələdiyyəsinin sədri tərəfindən təsdiq olunmuşdur.
3. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
4. Cavabdeh 03 mart 2022-ci il tarixdə müraciətə cavab olaraq bildirmişdir ki, təqdim edilmiş bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqavilələri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şüvəlan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 43 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində onun mülkiyyətinə verilmiş 1000 kv. metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şüvəlan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 43 n ömrəli Sərəncamı ilə Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində ev tikmək üçün 1000 kv. metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair onunla bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Eyni zamanda Şüvəlan Bələdiyyəsi tərəfindən torpaq sahəsinin cizgisi tərtib edilərək, ona təqdim edilmişdir. Torpağı aldığı vaxtdan istifadə edir. Həmin torpağın dövlət reyestrindən qeydiyyatdan keçirərək çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, ona imtina məktubu ilə bildirilmişdir ki, bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqavilələri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmamışdır. Hesab edir ki, imtina qanunsuz və əsassızdır.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7438/2022 saylı, 26 a prel 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.
8. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7438/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim X1) iddia təmin edilmiş, Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon Şüvəlan Bələdiyyəsinin “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2004-cü il tarixli 43 №-li sərəncamı ilə İddiaçı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində ayrılmış 1000 kv. metrdən ibarət torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, buna dair onun adına Azərbayc an Respublikası Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhər Əzizbəyov (Xəzər) rayon Şüvəlan Bələdiyyəsinin torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan xx.xx.2004-ci il tarixli, 43 saylı sərəncamı əsasında həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüququ nun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2023-cü il tarixli, 2-1(103)-1660/2023 nömrəli qərarı ilə (hakimlər X3 (məruzəçi), X2 və X4) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7438/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏT İNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Şikayətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə, eləcə də Torpaq Məcəlləsinin 68-ci maddəsinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassız hesab edilir.
16. Qeyd edilir ki, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, torpaq sahəsinin mülkiyyətə verilməsinə dair bələdiyyənin qərarı və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətindədir. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə
5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə
9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilin də yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə
102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsi plərini və qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə ba ğlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİ N HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı ləğv edilmə li, iş təkrar apelyasiya baxışına göndərilməlidir.
24. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvi ilə əlaqədar mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir. Hazırki inzibati iş üzrə mübahisə predmeti Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan Bələdiyyəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.2004-cü il tarixli, 43 №-li sərəncamı ilə iddiaçıya Şüvəlan qəsəbəsində ev tikmək üçün ayırdığı 1000 kv. metr torpaq sahəsi ilə bağlıdır.
25. İşin hallarından görünür ki, yuxarıda qeyd edilən bələdiyyə qərarı əsasında 1000 kv.m torpaq sahəsi fərdi yaşayış evi üçün iddiaçıya verilmiş, bununla bağlı iddiaçı ilə Əzizbəyov rayonu Şüvəlan Bələdiyyəsi arasında 12 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.
26. İdd iaçı həmin torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən mübahisəli torpaq sahəsi ilə bağlı təqdim edilmiş alqı-satqı müqavilələrinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmadığına istinad etmişdir.
27. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı məhkəməyə müraciət etmiş, həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyi ilə razılaşaraq iddia tələbini qanuni və əsaslı hesab etmişlər.
28. Hazırda cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarını mübahisələndirməklə iddia tələbinin rədd edilməsini xahiş edir.
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə mahiyyəti üzrə baxarkən ə traflı araşdırma aparmadan iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir.
30. Belə ki, iş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə 21(102)-7438/2022 saylı, 26 aprel 2022-ci il tarixli sorğu göndərərək mübahisəli torpaq sahəsinin təyinatına əsasən dövlət və ya bələdiyyə torpağı olub olmaması, eyni zamanda həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən halların mövcud olub olmaması barədə məlumat verilməsini xahiş etmişdir. 31. 01 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, göstərilən sahə vahid elektron kadastr baza məlumatlarına əsasən Dövlət mülkiyyətindədir və göstərilən sahənin şimal qonşuları kollektiv bağçılıq yoldaşlıq təsərrüfatlarına aid ərazilərdir (iş 61-62).
32. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 18 may 2023-cü il tarixdə tərtib edilmiş mütəxəssis rəyi də əvvəlki mütəxəssis rəyi ilə eyniyyət təşkil etmişdir. Belə ki, həmin rəydə də mübahisəli torpaq sahəsinin vahid elektron kadastr baza məlumatlarına əsasən Dövlət mülkiyyətində olduğu və sahənin şimal qonşuları kollektiv bağçılıq yoldaşlıq təsərrüfatlarına aid ərazi olduğu qeyd edilmişdir.
33. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının o byektiv araşdırılması məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, məhkəmə ekspertizasının 10/4814 saylı, 11 iyul 2023-cü il tarixli rəyində mübahisəli torpaq sahəsinin Şüvalan Bələdiyyəsinin mülkiyyətində olduğu qeyd edilmişdir ( iş vər 139-142)/
34. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi ekspert və mütəxəssis rəylərini qarşılıqlı şəkildə müqayisə etdikdən sonra bu qənaətə gəlmişdir ki, ekspert rəyi əsaslıdır.
35. Lakin apelyasiya instansiyası məhkəməsi mütəxəssis rəyi ilə razılaşmama səbəblərini qərarda göstərməmiş, ekspert rəyi ilə mütəxəssis rəyi arasında kəskin ziddiyyətlərin olmasına baxmayaraq, apelyasiya instansiyası məhkəməsi rəy vermiş mütəxəssis və eksperti məhkəməyə dəvət edib ziddiyyətin aradan qaldırılmasını eləcə də, təkrar ekspe rtiza təyin edilməsi məsələsini müzakirə etməmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, ziddiyyətli halların aradan qaldırılması məqsədi ilə işə təkrar baxan apellyasiya məhkəməsi tərəfindən müvafiq sorğular verilməli və həmin torpaq sahəsinin bələdiyyəyə təhvil verilən torpaq sahələrinə aid olub-olmaması yoxlanılmalıdır. Bundan əlavə, torpaq sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən ərazinin elektron kadastr baza məlumatlarına baxış keçirilməli, həmin məlumatlar kağız formatında tələb edilib işə əlavə olunmalı, torpaq sahəsinin dövlət mülkiyyətində, yaxud bələdiyyəyə məxsus olması, ümumi istifadə edilməsi üçün nəzərdə tutulan ərazidə yerləşməsi yoxlanılmalı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətindən məlumatlar əldə edilməlidir.
37. Bu səbəbdən də, işə apellyasi ya instansiyası məhkəməsində təkrar baxılan zaman qeyd edilən hallar araşdırmalı, aparılan araşdırmalar nəticəsində mübahisə predmeti olan torpaq sahəsinə zərurət olduqda tərəflərin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin müəyyən etdiyi mütəxəssis və ekspertin iştirakı ilə birgə baxış keçirməli, ərazinin sxemi tərtib edilib işə əlavə edilməlidir.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, əlavə araşdırmaya zərurət olduğundan iddianın rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir.
39. Yuxarıda göstərilə nlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2023-cü il tarixli, 2- 1(103)-1660/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.