Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-217/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü; prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “müraciətə mahiyyəti üzrə cavab verilməsi“ tələbinə dair iş üzrə Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2972/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müraciətə mahiyyəti üzrə cavab verilməsi öhdəliyinin cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, razlaşmaya əsasən, 28 oktyabr 2022-ci il tarixinə ünvan 1 ünvanında yerləşən “Sonalar Sonası” şadlıq ev ində toy mərasimi razlaşdırılmışdır. Razılaşmaya görə menyuda qeyd edilən qəlyanaltı, isti yeməklər, içkilər, təbii şirələr və desert toya dəvət olunmuş qonaqlara limitsiz olaraq verilməli idi. Toy zamanı məlum olmuşdur ki, bu işdə cavabdeh olan “Sonalar Sonası” şadlıq evinin inzibatçısı İmdat adlı şəxs nəinki menyuda qeyd edilən yeməkləri limitsiz verir, heç menyuda qeyd edilən yeməkləri belə vermir. Xidmətin çox zəif olması barədə dəfələrlə onlara xəbərdarlıq etsə də heç bir müsbət nəticə əldə edə bilməmişdir. İddiaçı da ona sonda nəzərdə tutulmuş pulu ödəməyəcəyini bildirmişdir. İmdat isə istədiyi pulu alacağını, pulun ödənməyəcəyi halda isə video diski pozmaqla onu təhtid etmişdir. İddiaçı bu özbaşınalıq barəsində hüquq mühafizə və digər nəzarətçi dövlət qurumlarına müraciət edəcəyini bildirmişdir. Buna görə də xx.xx.2022-ci il tarixində AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195) zəng edərək, 28 oktyabr 2022-ci il tarixinədək, ünvan 1 ünvanında yerləşən “Sonalar Sonası” şadlıq evində neçə adamın əmək müqaviləsi ilə işlədiyini və ziyafət zamanı nağd şəkildə ödədiyi 14350 (on dörd min üç yüz əlli) manat pul vəsaitinin kassa qəbzinin ona nə üçün təqdim edilməməsinin araşdırılması üçün şadlıq evində yoxlamanın aparılmasını xahiş etmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195) eyni məzmunlu çox saylı əsaslı şikayətlərinə baxmayaraq şikayəti cavabdeh tərəfindən tam araşdırılmamış, şablon cavab verməklə kifayətlənmişdilər. Cavabdehin yalnız 29 mart 2023-cü il tarixli **********227200N9-1İ məktubunda, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində, AR Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi və tədbirin nəticəsi olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən cəmiyyətə 16000 (on altı min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edildiyi qeyd edilsə də, bu maliyyə sanksiyasını təsdiq edəcək nə Aktın surətini, nə də ki bu vəsaitin dövlət büdcəsinə ödənilməsini təsdiq edən heç bir sənəd onun ünvanına göndərilməmişdir. Eyni zamanda bu maliyyə sanksiyası bu cəmiyyət üçün kifayət qədər azdır. Çünki həmin şadlıq evinin 4 iri zalının olması nəzərə alınsa onda bu şadlıq evində ümumi işləyən personalın sayı 150 nəfərdə n az olmamalıdır. Buna görə də həmin şadlıq evində 8 nəfərin əmək müqaviləsiz işləməsi barədə Akt tərtib edilməsi ağlabatan deyil. 28 oktyabr 2022-ci il tarixinədək “Sonalar Sonası" şadlıq evi ilə neçə nəfər işçinin əmək müqaviləsi bağladığı faktı cavabdeh tərəfindən obyektiv araşdırılsaydı bütün həqiqətlər ortaya çıxmış olardı. Dövlət qurumu olaraq ən azından, dövlətin iqtisadi maraqlarını təmin etmək məqsədi ilə şikayəti cavabdeh tərəfindən dərhal nəzarətə götürülməli və lazımı tədbirlər görülməli idi. Bu məsələdə cavabdeh qurum olan AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mənim əsaslı şikayətimin araşdırılmasında maraqlı olmamışdır. Bununla da cavabdeh tərəfindən dövlət büdcəsinə əlavə olaraq küllü miqdarda, ən azı 200000 (iki y üz min) manat vəsaitin daxil olmasının qarşısı alınmışdır.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5726/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim A.Əhədova) iddia mümkün sayılmamışdır.
4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2972/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qərardadı ilə (hakimlər: E.Əliyev - sədrlik edən və məruzəçi, R.Səmədov və X.Cəmilova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin qəbulundan imtina edilmişdir.
6. Apellyasiya instansiyas məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı həmin qərardad dan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
8. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan elektron çıxarışdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5726/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı iddiaçının elektron kabinetinə xx.xx.2024-cü il tarixində saat 21:34-də yerləşdirilmiş və həmin qərardaddan apellyasiya şikayəti xx.xx.2024-cü il tarixində verilməklə qanunla müəyyən edilmiş 10 günlük müddəti ötürmüşdür.
9. Elə bu səbəbdən də, yəni, apellyasiya şikayətinin verilməsinin prosessual müddəti guya ötürüldüyündən, Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qeyri-mümkün hesab etməklə şikayətin qəbulundan imtina etmişdir. Məhkəmənin bu mövqeyi ilə qəti olaraq razı deyillər və hesab edirlər ki, məhkəmə prosessual qanunvericiliyin tətbiqində səhvə yol vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gü n müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməklə həmin normalar mübahisəyə düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhk əməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
14. Prosessual müddətlərin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mümkünlük məsələsinə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmiş və iddiaçının elektron kabinetinə xx.xx.2024-cü il tarixində İPM-in 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım məktubu yerləşdirilmiş, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardaddan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Lakin tələbkar tərəfindən bununla bağlı hər hansı ərizə təqdim edilməmişdir.
16. Bununla bağlı kollegiya apellyasiya məhkəməsinin araşdırmalarını əsaslı hesab edərək qeyd edir ki, ərizəçinin apellyasiya qaydasında mübahisələndirdiyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5726/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından apellyasiya şikayətini qanunla müəyyən edilmiş 10 günlük müddət ərzində verdiyini təsdiq edən sübutları və ya həmin müddətin ö türüldüyü təqdirdə həmin müddətin üzrlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizəni verməklə bağlı hüquqi yardım göstərilsə də, iddiaçı həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirməmiş, buna görə də apellyasiya məhkəməsi haqlı olaraq şikayəti qeyri-mümkün saymış və onun qəbulundan imtina etmişdir.
17. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
18. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 2-1(103)-2972/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.