Məhkəmə qərarları › İş №2-1(102)-2170/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2170/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2170/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (Vergi mübahisələri; qərarın ləğv edilməsi, ödənilmiş verginin qaytarılması barədə rəy verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi və ödənilmiş verginin qaytarılması barədə rəy verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-344/2021 nömrəli iş üzrə 13.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 17 noyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ********** qeydiyyat nömrəli 21 avqust 2018-ci il tarixli nizamnamədən görünür ki, İddiaçı MMC-nin təsisçisi X1r.

2. Hüquqi şəxsin onlayn fəaliyyəti dayandırması haqqında ərizədən görünür ki, "xxxx" MMC 20.11.2018-ci il tarixdə fəaliyyətini dayandırmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Əlavə dəyər vergisi ödəyicisinin **********7 saylı qeydiyyat bildirişindən görünür ki, "xxxx" MMC əlavə dəyər vergisi ödəyicis idir.

3. Vergi ödəyicisinin 2018-ci ilin dekabr ayı üzrə vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisinin bəyannaməsindən görünür ki, müəssisənin ƏDV 18% dərəcə ilə cəlb olunan əməliyyatlarını dövriyyə məbləği (ƏDV-siz) 33295,22 manat, əlavə dəyər vergisi məbləği isə 5993,14 manat təşkil etmişdir. Müəssisənin işdə olan şəxsi hesab vərəqəsindən görünür ki, onun 28.01.2019-cu il tarixə 5017,69 manat məbləğində artıq ödəməsi mövcud olmuşdur. İddiaçı "xxxx" MMC “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” 20.08.2019-cu il, 11.09.2019-cu il və 26.09.2019-cu il tarixli ərizələrlə vergi orqanına müraciət edərək onun ayrı-ayrı tarixlərə olan, sonuncu dəfə isə 20.12.2018-ci il tarixə olan 3867,85 manat artıq ödəməsinin qaytarılmasını xahiş etmişdir.

4. H əmin ərizələrə cavab olaraq vergi orqanı tərəfindən ərizələrdə vergi orqanının adının, ödəniş tarixinin düzgün qeyd olunmadığı, ərizəni tərtib edən şəxsin vəzifəsinin və artıq ödəmənin yaranma səbəbinin qeyd olunmaması və ərizələrin düzgün tərtib olunmaması səbəblərindən müraciətin icrasının mümkün olmadığı, qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra dürüstləşdirilmiş ərizə ilə müraciət ediləcəyi təqdirdə qaldırılan məsələyə qanunamüvafiq qaydada baxılaraq zəruri tədbirlərin görülməsinin təmin ediləcəyi bildirilmişdir.

5. Bundan sonra “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********270900 saylı 06.09.2019-cu il tarixli qərarla iddiaçıya kameral qaydada 2018-ci ilin mənfəət vergisi üzrə 1109,84 manat məbləğində vergi hesablanmışdır. Da ha sonra “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********221200 saylı 28.11.2019-cu il tarixli qərarla iddiaçıya 2018-ci ilin dekabr ayı üçün əlavə dəyər vergisi üzrə kameral qaydada 5.993,14 manat vergi hesablanmışdır.

6. İddiaçı hesab edir ki, vergi orqanı tərəfindən kameral qaydada ona 28.11.2019-cu il tarixli qərarla 5993,14 manat vergi borcunun hesablanması əsassız olmuş, buna görə də həmin qərar ləğv edilməli, onun artıq ödədiyi vergi məbləğinin geri qaytarılması barədə rəy verilmə öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı "TUNA-COMPANİ” MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəli rlər Baş İdarəsinə qarşı "TUNA-COMPANİ” MMC-yə hesablanmış 2.777,99 manat vergi borcunun silinməsi və artıq ödənilmiş verginin qaytarılması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

8. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********221200 saylı, 28.11.2019-cu il tarixli qərarının ləğv edilməsi və ödənilmiş verginin İddiaçı MMC-yə qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehə havələ edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 20.11.2018-ci il tarixdə şirkətin fəaliyyəti dayandırılmış, 11.10.2018-ci il tarixdə gömrük və digər xərclərdən başqa 5.017,69 manat artıq ödəniş etmişdir. Ərizə ilə cavabdeh orqana müraciət edərək, artıq ödənilmiş vergilərin qaytarılmasını tələb etmiş, həmin məktuba əsasən 23.10.2019cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsinin Səyyar Vergi Yoxlamaları İdarəsinin rəisi Akif Allahverdiyev və şöbə müdiri Zeynəb Məmmədova tərəfindən qəbul edilmiş, lakin müxtəlif bəhanələr gətirilərək artıq ödədiyi verginin ona qaytarılmasından imtina edilmişdir. Bundan sonra artıq ödəmələr vergi orqanı tərəfindən silinmiş, məlum olmuşdur ki, ona kameral vergi borcu hesablanmışdır.

10. Bakı İnzibati Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) 10.08.2020-ci i l tarixli, 2-1(112)-860/2020 nömrəli (sədrlik edən hakim Pərviz Hüseynov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1, 24.0.1, 24.0.2, 36.1, 37.1, 37.4, 77.3, 78.1, 85.4, 154.1, 159.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia təmin edilməməlidir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 10.08.2020-ci il tarixli, 2-1(112)-860/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiya məhkəməsi) 13.07.2021-ci il tarixli, 2-1( 103)-344/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Azər Hüseynov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 10.08.2020-ci il tarixli, 2-1(112)-860/2020 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********221200 saylı, 28.11.2019-cu il tarixli qərarının ləğv edilməsi, İddiaçı MMC tərəfindən artıq ödənilmiş 3867.85 manat məbləğində verginin qaytarılması barədə rəyin verilmə öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

14. Apell yasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8, 24.0.1, 37.1, 37.2, 37.2-1, 37.3, 37.4, 67.1, 83.3, 85.5, 87.1, 87.1.1, 87.1.2-ci maddələrini, AR Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 3.1, 3.2, 4.1-ci bəndlərini, “İnzibati icraat haqqında” Qanunun 15, 24.2, 24.3-cü maddələrini tətbiq etməklə, belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

15. Cavab dehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 2018-ci il ərzində 27.746,05 manat məbləğində mallar idxal edildiyi halda, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində vergiyə cəlb edilən dövriyyənin göstərilmədiyi, mənfəət vergisi bəyannaməsinin təqdim edilmədiyi, eyni zamanda uçot-baza məlumatlarına əsasən qeydiyyata alınmış təsərrüfat subyektinin olmadığı müəyyən edilmiş, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Əksinə iddiaçı 28.01.2019-cu il tarixdə 2018-ci ilin noyabr ayı üçün təqdim etdiyi ƏDV bəyannaməsində 27.876,06 əvəzləşdirilən dövriyyə bəyan etməklə idxal ödədiyi 5.017,69 manat məbləğində ƏDV-ni əvəzləşdirmişdir. Qeyd edilənlər iddiaçı tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kən arlaşma ilə əlaqədar iddiaçıya 06.11.2019-cu il tarixli **********460800 “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166,1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci ilin dekabr ayı üçün ƏDV üzrə 5.993,14 manat {(27.746,05+(27.746,05*20%)x18%} əlavə vergi məbləği hesablanmış, bu barədə iddiaçıya 28.11.2019-cu il tarixli, **********221200 nömrəli ‘‘Vergilərin, sosial sığorta və işsizlik sığortası haqla rının hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmə kameral vergi yoxlaması ilə bağlı bildirir ki, iddiaçı tərəfindən 2018-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisinin bəyannaməsi vergi orqanına təqdim olunmuş və həmin bəyannaməyə görə müəssisənin ƏDV 18% dərəcə ilə cəlb olunan əməliyyatlar dövriyyə məbləğinin (ƏDV-siz 33.295,22) manat, əlavə dəyər vergisi məbləğinin isə 5.993,14 manat təşkil etdiyi bəyan edilmişdir. Bununla da məlum olur ki, iddiaçı tərəfindən 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi təqdim olunduğu halda vergi orqanının belə bəyannamənin təqdim olunmamasına istinad etməklə 28.11.2019-cu il tarixdə kameral qaydada vergi hesablanması əsassız olmuşdur. İlk öncə qeyd etmək istəyir ki, iddiaçı tərəfindən 2018-ci il üzrə malların idxal olunmasına baxmayaraq vergi or qanına mənfəət və ƏDV-nin bəyannaməsi təqdim edilməmişdir. Bunu iddiaçının iş materiallarına əlavə olunan şəxsi hesab vərəqəsinə baxmaqla asanlıqla görmək olur. Sadəcə olaraq iddiaçı 28.01.2019-cu il tarixdə 2018-ci ilin noyabr ayı üçün təqdim etdiyi ƏDV bəyannaməsində 27.876,06 əvəzləşdirilən dövriyyə bəyan etməklə idxal ödədiyi 5.017,69 manat məbləğində ƏDV-ni əvəzləşdirmişdir (bəyannamənin surəti əlavə olunur). Lakin idxal etdiyi mallara görə bu günə qədər büdcəyə ƏDV tutulan dövriyyə bəyan etməmişdir. Göründüyü kimi iddiaçı tərəf malları idxal etdikdən sonra həmin malların dərhal əvəzləşdirilməsini tələb etməsinə baxmayaraq nədənsə dövlət büdcəsinə çatacaq vergi məbləğini bəyan etməkdə çətinlik çəkməklə yanaşı hətta həmin məbləğin sui-istifadə etməklə məhkəmə yolu ilə qaytarılması qəna ətinə gəlmişdir. Məhkəmə isə öz növbəsində iddiaçı tərəfə vergidən yayınmağa şərait yaratmışdır. Yuxanda qeyd edilənlərdən də, bir daha aydın olur ki iddiaçı tərəf vergi orqanına bəyannamə təqdim etməmiş sadəcə idxal etdiyi malların əvəzləşdirilməsini istəmişdir. Daha sonra məhkəmə qərarında qeyd edir ki, cavabdeh kameral vergi yoxlamasını vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirir və bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.21-ci maddəsinə göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Lakin hazırkı işdən göründüyü kimi, cavabdeh orqan 30 günlük müddəti ötürməklə 28.11.201 9-cu il tarixdə iddiaçıya 2018-ci ilin dekabr ayı üzrə kameral qaydada ƏDV hesablamışdır. Məhkəmənin qeyd etdiyi dəlillərlə ilə bağlı öncəliklə bildirir ki, iddiaçı tərəfindən 2018-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi təqdim edilmədiyi halda 30 günlük prosessual müddətin ötürülməsinə istinad edilərək yuxarıda qeyd olunan maddi hüquq normalarının tətbiq edilməsi işin faktiki hallarına və iş üzrə müəyyən olunmuş hallarına uyğun deyildir. Belə ki, vergi qanunvericiliyi ilə müəyyən olunmuş 30 günlük iş günü müddəti Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan hesablanır. Lakin məhkəmə qəbul etdiyi qərarda 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsinin vergi ödəyicisi tərəfindən təqd im edilməsi faktını müəyyən edərkən hər hansı əsaslandırma aparmamış, prosessual müddət üzrə müddət axımının başlanğıcını müəyyən etməmiş, iş materiallarında qeyd olunan dövr üzrə hər hansı bəyannamənin olduğu müəyyən edilmədiyi halda sadəcə fərziyyə əsasında bəyannamə təqdim edilməsi faktını müəyyən etmiş və yanlış nəticəyə gəlmişdir. Digər tərəfdən məhkəmə kollegiyasının qərarı mübahisələndirilən inzibati aktın ləğvi hissəsi üzrə gəlinən nəticə baxımından da ziddiyyətlidir. Belə ki, məhkəmə bir tərəfdən iddiaçı tərəfindən 2018-ci ilin dekabr ayı üzrə bəyannamənin təqdim edildiyini bildirir və hesab edir ki, iddiaçı təqdim etdiyi bəyannaməsində müəssisənin ƏDV üzrə 18% dərəcə ilə cəlb olunan əməliyyatları ƏDV-siz 33.295,22 manat, əlavə dəyər vergisinin məbləğinin isə 5.993,14 manat təşkil etdiyini bəyan etmişdir. Məhkəmənin qeyd etdiyi sözügedən dəlili üzrə məhkəmənin qəbul etdiyi qərarında ifadə edilmiş gəldiyi nəticə tamamilə ziddiyyətlidir. Belə ki, əgər məhkəmə iddiaçının bəyannamə təqdim etdiyini və yuxarıda qeyd olunan məbləğləri həmin bəyannamədə qeyd etdiyini qəbul edirsə mübahisələndirilən inzibati aktın ləğv edilməsi nəticəsinə gəlməməli idi. Çünki mübahisələndirilən inzibati akt üzrə hesablamalar məhkəmənin iddiaçı tərəfindən təqdim edilmiş hesab etdiyi bəyannamə üzrə məbləğlərlə üst-üstə düşür. Bu baxımdan da hesab edir ki, məhkəmə ƏDV hesablanması üzrə tamamilə yanlış nəticəyə gəlmişdir. Həmçinin bildirməyi zəruri hesab edir ki, iddiaçı mal idxal etdikdən sonra əvəzləşdirmə üçün müraciət etmiş və daha sonra isə dərhal fəaliyyətini dayandırmışdır. Eyni zamanda iddiaçıya 06.09.2019-cu il tarixli **********270900 saylı qərarla 2018-ci il üçün 1.109,84 ({(27.746,05+(27.746,05x20%)/6x20%} manat mənfəət vergisi hesablanmış, iddiaçı həmin hesablama ilə razılaşdığı təqdirdə, yəni qeyd olunan inzibati aktı mübahisələndirmədiyi halda, ƏDV üzrə hesablamaları mübahisələndirmiş və ƏDV ilə razılaşmamışdır. Qeyd olunan bu hallar birmənalı şəkildə vergidən yayınmağa əsas verən hallardır. Digər tərəfdən iddiaçı fəaliyyəti üzrə əgər mal qalığı qaldığı halda mənfəət vergisi bəyannaməsi təqdim etməli və bəyannaməsinin əlavəsində bu barədə müvafiq qeyd ər etməli idi. Qeyd olunanlardan anlaşılan budur ki, idxal olunmuş mallar birmənalı şəkildə təqdim edilmiş, vergisi isə büdcədən yayındırılmışdır. Eyni zamanda malların təqdim edlməsini təsdiq edən faktlardan biri də uçot-baza məlumatlarına əsasən iddiaçının obyektinin, təsərrüfat subyektinin qeydiyyatda olmaması ilə bağlıdır. Əgər məhkəmənin "təsərrüfat subyektinin olmaması vergidən yayınma halını təsdiq etmiş dəlili ilə məsələyə yanaşsaq, o zaman sual olunur ki, idxal olunmuş mallar haradadır?! Cavab isə birmənalıdır ki, mallar təqdim edilmişdir. İddiaçının malların mövcudluğu və varlığı barədə hər hansı sübut təqdim etməməsi isə cavabı bir daha təsdiq etməkdədir.

16. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin 13.07.2021-ci il tarixli, 2-1(103)344/2021 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbi q edilən hüquq

18. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Maddə 24.0.1. Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək; vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanının vəzifəsidir. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəy icisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlər də olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqd im edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqan ına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlə rin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Maddə 83.3. Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesa blanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Maddə 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Maddə 87.1. bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1-ci maddəsinə əsasən digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2-ci maddəsinə əsasən vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.

19. AR Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarix li, 313 nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarını n qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət etməlidir. 3.2-ci bəndinə görə büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər.

20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunm uş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instans iyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi gö stərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəm ə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Belə ki, iddiaçı iddia tələbində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********221200 saylı, 28.11.2019-cu il tarixli qərarının ləğv edilməsini və ödənilmiş verginin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

25. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının bir neçə dəfə artıq ödədiyi vergi məbləğlərinin ona qaytarılması ilə bağlı vergi orqanına müraciətlər etdiyi, lakin onun ərizələrinin vergi orqanı tərəfindən təmin edilmədiyi müəyyən olunur. İddiaçının ərizələrinin təmin edilməməsinə səbəb ərizələrin düzgün tərtib olunmaması ilə bağlı olmuşdur. İddiaçı 12.03.2020-ci il tarixdə verdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində hansı məbləğdə ödədiyi verginin qaytarılmasını dəqiq göstərmədiyi üçün apellyasiya baxışı zamanı ona bu tələbini dəqiqləşdirmək təklif olunmuş və verdiyi ərizə ilə iddiaçı tələbində 3867,85 manat məbləğində artıq ödədiyi vergi məbləğinin geri qaytarılmasını nəzərdə tutduğunu bildirmişdir.

26. İş materiallarında olan müəssisənin şəxsi hesab vərəqəsinə əsasən 28.01.2019-cu il tarixə 5017,69 manat məbləğində artıq ödəməsi mövcud olmuşdur. Lakin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********270900 saylı 06.09.2019-cu il tarixli qərarla iddiaçıya kameral qaydada 2018-ci ilin mənfəət vergisi üzrə 1109,84 manat məbləğində vergi hesablandığı üçün həmin məbləğ və əlavə olaraq hesablanmış 40 manat şəxsi vərəqədə silinərək 06.09.2019-cu il tarixə vergi ödəyicisinin artıq ödəməsi 3867,85 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçının vergi orqanına artıq ödəməsinin qaytarılması ilə bağlı 11.09.2019-cu il və 26.09.2019-cu il tarixlərdə müraciət etdiyi zaman onun həqiqətən də 3867,85 manat artıq ödəməsi mövcud olmuşdur. Bu hal vergi orqanı tərəfindən əvvəl mübahisələndirilməsə də, sonrakı mülahizəsində ziddiyyətli fikirlərlə təkzib olunmuşdur.

27. Məhkəmə kollegiyası Vergi Məcəlləsinin 87.1.2-ci maddəsinə (qərarın 18-ci bəndinə) əsasən qeyd edir ki, vergi ödəyicisinin artıq ödəməsinin sonrakı öhdəliklər üzrə ödəmələr hesabına aid edilməsinə yalnız vergi ödəyicisinin razılığı ilə yol verilir. Lakin hazırkı işdə iddiaçının onun artıq ödəməsinin sonrakı öhdəlikləri üzrə ödəmələrə aid edilməsi ilə bağlı razılıq verdiyi müəyyən edilməmişdir. Əksinə, iddiaçı bu artıq ödəməsinin ona qaytarılmasını dəfələrlə vergi orqanına etdiyi müraciətlərlə tələb etmiş, digər tərəfdən, ona kameral qaydada hesablanmış vergilərlə razı olmadığı üçün bu barədə vergi orqanının qəbul etdiyi 28.11.2019-cu il tarixli qərarı məhkəmə qaydasında mübahisələndirmişdir.

28. İddiaçının iddia etdiyi artıq ödəmənin qaytarılması barədə rəy verilməsi vəzifəsinə gəldikdə isə, qeyd edilməlidir ki, bu məsələ AR Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə tənzimlənir. (qərarın 19 bəndi) Bu səbəbdən də vergi orqanının həmin artıq ödəmənin iddiaçıya qaytarılması ilə bağlı müvafiq Qaydalara əsasən rəy vermək öhdəliyi vardır.

29. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, iddiaçı tərəfindən 2018ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi təqdim edilmədiyi halda 30 günlük prosessual müddətin ötürülməsinə istinad edilərək yuxarıda qeyd olunan maddi hüquq normalarının tətbiq edilməsi işin faktiki halla rına və iş üzrə müəyyən olunmuş hallarına uyğun deyildir. Belə ki, vergi qanunvericiliyi ilə müəyyən olunmuş 30 günlük iş günü müddəti Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan hesablanır. Lakin məhkəmə qəbul etdiyi qərarda 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsinin vergi ödəyicisi tərəfindən təqdim edilməsi faktını müəyyən edərkən hər hansı əsaslandırma aparmamış, prosessual müddət üzrə müddət axımının başlanğıcını müəyyən etməmiş, iş materiallarında qeyd olunan dövr üzrə hər hansı bəyannamənin olduğu müəyyən edilmədiyi halda sadəcə fərziyyə əsasında bəyannamə təqdim edilməsi faktını müəyyən etmiş və yanlış nəticəyə gəlmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh in bu dəlili əsassızdır. Belə ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********221200 saylı 28.11.2019-cu il tarixli qərarla iddiaçıya 2018-ci ilin dekabr ayı üçün əlavə dəyər vergisi üzrə kameral qaydada 5.993,14 manat vergi hesablanmışdır. Həmin qərarda vergilərin hesablanmasına əsas kimi ƏDV bəyannaməsinin təqdim edilməməsi və əlaqəli məlumatlara əsasən əlavə dəyər vergisinin hesablandığı göstərilmişdir.

31. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 37.1, 37.2-ci maddələrinə əsasən kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Belə ki, ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş g östəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Qanunun tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. (qərar 18-ci bəndi)

32. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə bağlı 2018-ci ilin dekabr ayı tərtib olunmuş 28.11.2019-cu il tarixli qərarda verginin hesablanma əsası kimi ƏDV bəyannaməsinin təqdim olunmaması və əlaqəli məlumatlar əsasında ƏDV hesablandığı göstərilmişdir.

33. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən 2018-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisinin bəyannaməsi vergi orqanına təqdim olunmuş və həmin bəyannaməyə görə müəssisənin ƏDV 18% dərəcə ilə cəlb olunan əməliyyatlar dövriyyə məbləğinin (ƏDV-siz) 33295,22 manat, əlavə dəyər vergisi məbləğinin isə 5993,14 manat təşkil etdiyi bəyan edilmişdir. Bununla da məlum olur ki, iddiaçı tərəfindən 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi təqdim olunduğu halda vergi orqanının belə bəyannamənin təqdim olunmamasına istinad etməklə 28.11.2019-cu il tarixdə kameral qaydada vergi hesablaması əsassız olmuşdur. Həmçinin iddiaçı tərəfindən 2018ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi təqdim edildiyi üçün bu dövrə görə vergi orqanı tərəfindən kameral qaydada vergilər 28.11.2019-cu il tarixdə, yəni vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq sonuncu bəyannamənin təqd im edildiyi gündən 30 gün keçdikdən sonra hesablanmışdır.

34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 2018-ci ilin dekabr ayı üzrə ƏDV hesablanması ilə vergi qanunvericiliyinin tələbləri pozulmuşdur.

35. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı mal idxal etdikdən sonra əvəzləşdirmə üçün müraciət etmiş və daha sonra isə dərhal fəaliyyətini dayandırmışdır. Eyni zamanda iddiaçıya 06.09.2019-cu il tarixli **********270900 saylı qərarla 2018-ci il üçün 1.109,84 ({(27.746,05+(27.746,05x20%)/6x20%} manat mənfəət vergisi hesablanmış, iddiaçı həmin hesablama ilə razılaşdığı təqdirdə, yəni qeyd olunan inzibati aktı mübahisələndirmədiyi halda, ƏDV üzrə hesablamaları mübahisələndirmiş və ƏDV ilə razılaşmamışdır. Qeyd olunan bu hallar birmənalı şəkildə vergidən yayınmağa əsas verən hallardır.

36. Məhkəmə kollegiyası hesab edir ki, bu dəlil də əsassızdır.

37. Belə ki, cavabdeh tərəfindən 06.11.2019-cu il tarixli uyğunsuzluq məktubunda 28876,1 manat (ƏDV-siz) məbləğində malların idxal edildiyi bildirilsə də, təqdim etdiyi yük gömrük bəyannamələri haqqında məlumat vərəqəsində 27746,05 manat dəyərində malın idxal olunduğu (ƏDV 5017,69 manat) müəyyən olunur, bununla yanaşı ümumiyyətlə, həmin malın idxalına görə vergi ödəyicisinin gəlir əldə etməsi faktını təsdiq edə biləcək sübutlar təqdim olunmadığı üçün bu məlumatlar, o cümlədən iddiaçının təsərrüfat subyektlərinin olmaması onun vergidən yayınma halını təsdiq etmir. İddiaçının təqdim etdiyi 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində isə müəssisənin ƏDV 18% dərəcə ilə cəlb olunan əməliyyatlarının dövriyyə məbləği (ƏDV-siz) 33295,22 manat, əlavə dəyər vergisi məbləğinin isə 5993,14 manat təşkil etməsi dəqiq olaraq göstərilmişdir.

38. Cavabdeh kameral vergi yoxlamasını vergi ödəyicisi tərəfindən Vergi Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirir və bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Lakin hazırkı işdən göründüyü kimi, cavabdeh orqan 30 günlük müddəti ötürməklə 28.11.2019-cu il tarixdə iddiaçıya 2018-ci ilin dekabr ayı üzrə kameral qaydada ƏDV hesab lamışdır.

39. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 13.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.07.2021-ci il tarixli, 21(103)-344/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar