Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2170/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “kompensasiyanın ödənilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-833/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasə n işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 291 nömrəli sərəncamı ilə M. Hadı küçəsi, ev
99. Mənzil 120-də yaşayan İddiaçı Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m-nə məxsus sahədə (müəssisə rəhbərliyinin razılığı ilə) 0,015 ha torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi və yaşayış evinin tikintisinə icazə verilmişdir.
2. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə təsdiq olunmuş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün tədbirlər planının icrası ilə əlaqədar tədbirlər proqramı həyata keçirilmiş və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 7-4010/17 saylı, xx.xx.2007-ci il t arixli Nəqliyyat Nazirliyi "xxxx" ASC-nin 4/01-3446 saylı, xx.xx.2007-ci il tarixli məktubları adı çəkilən tədbirlər planının, eləcə də şəhərin bəzi yolları və prospektlərinin yenidən tikilməsi barədə xx.xx.2007-ci il tarixli direktiv orqanların göstərişlərinin icrası məqsədilə Nobel pr., Zığ-yolu və Zığ dairəsi boyunca tikinti zolağından (yolun və prospektlərin torpaq zolağından) müxtəlif təyinatlı binaların, qurğuların, mühəndis-kommunikasiya xətlərinin ən qısa müddətdə köçürülməsi üçün təxirəsalınmaz tədbirlər görülmüş, köçürülən obyektlərin qiymətləndirilməsi və təzminat ödənilməsi məqsədi ilə tərkibində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Reyestr Xidməti və digər aidiyyəti orqanların nümayəndələri olmaqla Xətai Rayon İcra Hakimiyyətində müvafiq Komissiya yaradılmışdır.
3. İ ddiaçı cavabdeh inzibati orqan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 291 nömrəli sərəncanmı ilə onun istifadəsinə verilmiş 0,015 ha. torpaq sahəsinə dair və həmin torpaq sahəsində tikilinin sökülməsi nəticəsində ona dəymiş ziyanın əvəzi kimi kompensasiya məbləğinin ödənilməsini xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2018-ci il tarixli Q-175 nömrəli məktubla bildirmişdir ki, Rayon İcra Hakimiyyətinin komissiya üzvləri tərəfindən “Ağ şəhər” layihəsi çərçivəsində sökülməsi nəzərdə tutulmuş yaşayış və qeyri-yaşayış obyektlərində ölçmə işləri aparılarkən iddiaçıya məxsus olan sahədə hər hansı bir tikinti aşlar olunmadığından ona kompensasiya nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instan siya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona verilmiş Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m-nə məxsus sahədə 0,020 ha torpaq sahəsinə dair kompensasiyanın verilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barəd qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2000-ci il tarixində Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 291 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Babək prospekti 2210-cu məhəllə “Qartal” k/m-nə məxsus sahədə 0,020 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində yaşayış evi tikintisinə başlamış, lakin sonradan maddi vəziyyəti yaxşı olmadığından tikintini yarımçıq saxlamaq məcbu riyyətində qalmışdır. Daha sonra işlə əlaqədar xarici ölkəyə gedən iddiaçı bir neçə ildən sonra geri qayıtmış və tikintini başa çatdırmaq istədikdə, ona bildirilmədən tikdirdiyi evin söküldüyünü və yerində başqa tikinti işi getdiyini görmüşdür. Ona bildirmişlər ki, bu torpaq sahəsi plana düşüb və hal-hazırda burada “Ağ şəhər” layihəsi salınır. Buna görə İddiaçı kompensasiya ödəyəcəklərini demiş və iddiaçıdan torpağa aid olan bütün sənədləri alıb, gözləməli olduğunu söyləmişlər. Daha sonra iddiaçıya məlum olmuşdur ki, bu ərazidəki digər torpaq sahibləri ilə müqavilə bağlanılıb. Lakin iddiaçı ilə nəinki müqavilə bağlanılmış, hətta ona bu barədə məlumat belə verilməmişdir. İddiaçı 2018-ci ilin yanvar ayında Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsinin qəbulunda olmuş və iddiaç ıya mart ayında işə baxılacağı və bu barədə məlumat veriləcəyini bildirmişlər. İddiaçı ona heç bir məlumatın verilmədiyini gördükdə xx.xx.2018-ci il tarixdə ərizə ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Başçısına müraciət edərək vəziyyətini bildirmiş və ona dəymiş zərərin kompensasiya edilməsini, məsələnin aydınlaşdırılmasında köməklik göstərilməsini xahiş etmişdir. Lakin xx.xx.2018-ci il tarixində iddiaçının ərizəsinə cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən qeyd edilmişdir ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Komissiya üzvləri tərəfindən “Ağ şəhər” layihəsi çərçivəsində sökülməsi nəzərdə tutulmuş yaşayış və qeyri-yaşayış obyektlərində ölçmə işləri aparılarkən iddiaçıya məxsus olan sahədə hər hansı bir tikinti aşkar olunmadığın dan kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır.
7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin mümkünsüz sayılmas və ya rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddiaçı istər söküntü və köçürülmə işləri aparılan zaman, istərsə də üstündən uzun illər keçməsinə baxmayaraq, qeyd edilən məsələ ilə əlaqədar Komissiyaya müraciət etməmiş və 2018-ci ildə guya onun həmin ünvanda yarım tikilisi olduğunu xatırlayaraq ona kompensasiya ödənilməsini tələb edir. Halbuki, iddiaçının qeyd etdiyi tikili heç vaxt mövcud olmamışdır. Əgər belə bir tikili mövcud olsaydı, iddiaçı əvvəllər də komissiyaya müraciət etmiş olardı. İddiaçı işlə bağlı uzun illərdir ki, xarici ölkədə olduğunu, bu səbəbdən də mübahisəli ərazinin köçürü lməsi barədə məlumatı olmadığını bildirsə də, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, şəxsi mülkiyyətində olmayan və sərəncam əsasında ayrılan torpaq sahəsinin üzərində uzun illər təyinatı üzrə istifadə edilməyən boş torpaq sahələrinə kompensasiya ayrılması nəzərdə tutulmadığından iddiaçının tələbi təmin edilməməlidir. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)361/2019 saylı qərarına əsasən (hakim Rüstəm Kərimli) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçılara müvafiq ərazidə torpaq sahəsi daimi əsaslarla ayrılmamış və orada yalnız əsaslı tikinti aparılmaması şərtilə talvar quraşdırılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, iddaçılara əsaslı (bünövrəli) şəkildə daşınmaz əmlak inşa olunmasına icazə verilməmişd ir. Həmin ərazidə iddiaçılara məxsus daşınmaz əmlaka dair digər hüquq müəyyənedici sənəd isə təqdim edilməmişdir. Üzərində müvafiq işlərin aparılmasına icazə verilmiş torpaq sahəsinə gəldikdə isə, həmin torpaq sahəsi iddiaçının mülkiyyətində deyil, mülkiyyətində olsaydı da, onun kompensasiyası iddiaçının tələb etdiyi bu qaydada ödənilə bilməzdi.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-583/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi – Afaq Nuriyeva, hakimlər – Cahangir Yusifov, Aida Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)36 1/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-583/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1999/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, İ.K.Hüseynov və K.N.Bədəlov) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)583/2021 nömrəli, 28 aprel 2021-c i il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmələr torpaq sahəsinin iddiaçıya müvəqqəti istifadəyə verildiyini, həmin torpaq sahəsində iddiaçıya əsaslı tikinti aparılmasına icazə verilmədiyini qeyd etsə də, istinad edilən sərəncamın məzmunundan görünür ki, torpaq sahəsi daimi istifadə üçün verilmiş və yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin sərəncam hal-hazırda da qüvvədədir. Bu halı cavabdeh təkzib etməmiş, sərəncamın qüvvədən düşməsinə dair məhkəmələrə hər hansı sübut təqdim etməmişdir.
16. Məhkəmə kollegiyası Torpaq Məcəlləsinin 73.1, 73.2, 73.3, 73.4, 75.1, 75.2, 75.3 və 75.5-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verir. Hazırkı iş üzrə isə iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində istifadə hüququnun xitamı barədə nə məhkəmə, nə də müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edilməmiş, eyni zamanda iddiaçı özü həmin torpaq sahəsindən könüllü imtina etməmişdir. Bununla da müəyyən olunur ki, iddiaçının torpaq sahəsinə istifadə hüququnun xitamı yuxarıda qeyd olunan maddi hüquq normalarında göstərilən qaydada baş verməmişdir.
17. Bundan başqa məhkəmə kollegiyası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanununun 1.1, 4.1, 6.1, 52.1 və 54.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, torpaqların dövlət ehtiyacları üçün alınmasına görə iddiaçıya kompensasiya ödənilməsi torpaq sahəsini dövlət ehtiyacı üçün alan orqanın vəzifəsidir. İddiaçının tələbi isə ona məxsus torpaq sahəsi üzrə ona kompensasiya ödənilməsidir. Odur ki, məhkəmələr cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin alınması ilə bağlı qeyd olunan normaların tələblərinə uyğun araşdırma aparmalı idi. Lakin işə baxan məhkəmələr bu istiqamətdə heç bir araşdırma aparmamışdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-833/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarı ilə ( hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və V.Ə.Baxışova) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-361/2019 nömrəli, 18 dekabr 2019-cu il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmişdir. İddiaçıya verilmiş Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m-nə məxsus sahədə 0.015 ha torpaq sahəsinə görə 255.000 (iki yüz əlli beş min) manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki işə baxmış Ali Məhkəmənin qərarında qeyd olunmuş məcburi göstərişə uyğun olaraq qeyd olunan məsələ ilə bağlı növbəti apellyasiya baxışı zamanı məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli, 2-1(103)833/2022 saylı qərardadla Torpaq Məsələləri və Ekspertiza Mərkəzi MMC-yə müvafiq sorğu ünvanlanmışdır. Torpaq Məsələləri və Ekspertiza Mərkəzi MMC müvafiq sorğuya cavab olaraq bildirmişdir ki, iddiaçıya məxsus olan Babək prospekti 2210-cu məhəllədə mövcud olan 0.015 ha torpaq sahəsinin 2006-2007-ci illərdə orta bazar qiyməti 225.000 (iyimi iki min beş yüz min) manat təşkil etmişdir. Hazırki bazar qiyməti 255 (iki yüz əlli beş min) manat təşkil edir. Qeyd: Göstərilən ünvanda yerləşən torpaq sahəsinin əmlak bazarında mövcud olan tələb və təklifdən, həmin sahənin istifadə imkanlarından və digər amillərdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə yüksəlmə və yaxud azalma olması istisna edilmir.
20. Məhkəmə kollegiyası İPM-nin 29-1-ci və Mülki Məcəllənin 103.1 və 88-ci maddələrinə istinad edərək qeyd etmiş dir ki, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın təmin edilməli olduğuna dair nəticəyə gəlir.
21. Cavabdeh qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya məhkəməsi Ali Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2-1(102)-1999/2021 saylı qərarına istinadən Ali Məhkəmənin hüquqi mövqeyinin apellyasiya instansiya məhkəməsi üçün məcburi olmasını vurğulasa da buna əməl etməmiş və iş üzrə Ali Məhkəmənin qərarının 53-cü bəndində göstərilən tələblərini icra etməmişdir.
23. Belə ki Ali Məhkəmə sözügedən q ərarının 53-cü bəndində qeyd edir ki, “İddiaçının tələbi ilə ona məxsus torpaq sahəsi üzrə ona kompensasiya ödənilməlidir. Odur ki, məhkəmə cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin alınması ilə bağlı hazırkı qərarın 29-33-cü bəndində qeyd olunan normalların tələblərinə uyğun araşdırma aparmalı idi. Lakin işə baxan məhkəmələr bu istiqamətdə heç bir araşdırma aparmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma-dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; (-); 1.1.5. alınan torpaq-bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; 1.1.7. siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix; (-). Maddə
3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (p aylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə
5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alın a bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə
23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiymə ti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə
58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə to rpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 26. “Qiymətləndirmə haqqında” Qanun: Maddə
7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyə ti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə
8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenid ən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.
27. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”: 2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: (-); 2.0.8. daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə özəlləşdirilən müəssisələrin qiymətləndirilməsini təşkil etmək; 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: (-); 3.0.22. mülkiyyət növündən asılı olmayaraq, daşınmaz əmlakın qiymətləndirilməsini təşkil etmək və bu sahədə nəzarəti həyat a keçirmək; (-).
28. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”: 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: (-); 2.0.4. daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə müəssisələrin qiymətləndirilməsini təşkil edir. 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: (-); 3.0.25. mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın qiymətləndirilməsini təşkil etmək, daşınmaz əmlakın qiymətləndirilməsini (dövlət müəssisə və obyek tləri istisna olmaqla) və bu sahədə nəzarəti həyata keçirmək, daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində qiymətləndiricilərin fəaliyyətinə nəzarət etmək; (-).
29. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Süb utlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilm iş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə artıq bir dəfə Ali Məhkəmənin İnzibati Kollegiyasının məhkəmə baxışının predmeti olmuş və bunun nəticəsində iş üzrə 2-1(102)-1999/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qərar qəbul edilmişdir ki, həmin qərarla Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 2-1(103)-583/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır.
33. Ali Məhkəmə sözügedən qərarda qeyd etmişdir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1, 4.1, 6.1, 52.1 və 54.2-ci maddələrinə əsasən torpaqların dövlət ehtiyacları üçün alınmasına görə iddiaçıya kompensasiya ödənilməsi torpaq sahəsini dövlət ehtiyacı üçün alan orqanın vəzifəsidir. İddiaçının tələbi isə ona məxsus torpaq sahəsi üzrə ona kompensasiya ödənilməsidir. Odur ki, məhkəmələr cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin alınması ilə bağlı qeyd olunan normaların tələblərinə uyğun araşdırma aparmalı idi. Lakin işə baxan məhkəmələr bu istiqamətdə heç bir araşdı rma aparmamışdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə təkrar baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmadığından qəbul edilən məhkəmə qərarı ləğv olunmalıdır.
35. Belə ki, apellyasiya məhkəməsi tərəfindən Ali Məhkəmənin qərarında qeyd olunmuş göstərişə uyğun olaraq hazırkı mübahisə ilə bağlı təkrar apellyasiya baxışı zamanı "xxxx" MMC-yə müvafiq sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq bildirmişdir ki, iddiaçıya məxsus Babək prospekti 2210-cu məhəllədə mövcud olan 0.015 ha torpaq sahəsinin 2006-2007-ci illərdə orta bazar qiyməti 225.000 (iyimi iki min beş yüz min) manat təşkil etmişdir. Hazırki bazar qiyməti 255.000 (iki yüz əlli beş min) manat təşkil edir. Qeyd: Göstərilən ünvanda yerləşən torpaq sahəsi nin əmlak bazarında mövcud olan tələb və təklifdən, həmin sahənin istifadə imkanlarından və digər amillərdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə yüksəlmə və yaxud azalma olması istisna edilmir.
36. Məhkəmə kollegiyası kompensasiyanın məbləğinin müəyyən edilməsi ilə bağlı apellyasiya məhkəməsinin yanaşmasını və ona uyğun olaraq gəldiyi nəticəni əsaslı hesab etmir.
37. Belə ki, apellyasiya instansiyası məhkəməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun torpaq sahəsinin bazar qiyməti ilə bağlı lazımi araşdırma aparmamış, ərazidə torpaq sahəsi ilə bağlı alqı-satqını həyata keçirən orqanlar kimi notariuslara və notariat arxivlərinə sorğular verməmiş, torpağın bazar qiymətini qanunvericiliyin tələb etdiyi qaydada müəyyən etməmişdir.
38. Nəzərə alınmalıdır ki, əmlakın bazar qiyməti müəyyən edilərkən yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1-58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmadığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir.
39. Bundan başqa, əmlakın yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında alınacaq əmlaka uyğun torpağın bazar qiymətini müəyyən edən baza r olmadıqda isə, əmlakın bazar qiyməti digər mötəbər sübutlara istinadla müəyyən edilməlidir. Belə mötəbər sübutlara isə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə riayət edilməklə verilmiş mütəxəssis rəyləri və Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış rəylər aid edilə bilərlər. Apellyasiya instansiyası məhkəməsi isə əmlakın bazar qiymətini müəyyən etmək üçün düzgün araşdırma aparmamış, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrini ümumiyyətlə tələb edərək tədqiq etməmişdir.
40. Nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dəyərinin qiymətləndirilməsi peşəkar lisenziya tələb edən bir fəaliyyət olmaqla mübahisəli daşınmaz əmlakın xüsusiyyətlərinə əsasən qiymətləndirmə prosesi aparılmalı olduğundan, apellyasiya instansiyası məhkəməsi bu xüsusda araşdırma aparmamış, qiymətləndirməni həyata keçirmiş mütəxəssisin (MMC-nin) belə səlahiyyətə malik olmasını, mübahisəli daşınmaz əmlakın xüsusiyyətlərinə əsasən qiymətləndirmə aparılmasını araşdırmamışdır.
41. Bəhs olunanların müəyyən edilməsi iş üzrə düzgün qərarın qəbul olunması üçün əhəmiyyət daşıyır.
42. Odur ki, apellyasiya məhkəməsi tərəfindən İPM-nin 12, və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından kasasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-833/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılma sı üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.