Məhkəmə qərarları › İş №2-1(102)-2170/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2170/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2170/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə Fondunun Xüsusi Şərtlərlə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü, şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Bakı şə həri Suraxanı rayon İcra və Probasiya şöbəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla pensiyadan tutulan vəsaitin bərpa olunması, aylıq müavinətin indeksasiya edilməklə pensiyaya əlavə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1974/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi rütbəli şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, pensiyasından tutu lan 175 manat vəsaitin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənəvi ziyan olaraq cavabdehdən 10.000 manat pulun tutulub onun pensiya hesabına ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, əmək pensiyasından kəsilən 350 manat gecikmə faizinin indeksasiya edilməklə bərpa edilməsi, "Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2007-ci ilin yanvarından başlayaraq aylıq hesablanmalı olan toplam 115 manatın indeksasiya edilməklə pensiyasına əlavə olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4182/2018 saylı, 12 noyabr 2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. Qərardaddan iddiaçı apellyasiya şikayəti v erərək, qərardadın ləğv olunmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-106/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4182/2018 saylı, 12 noyabr 2018-ci il tarixli qərardadı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

6. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1601/2019 saylı, 24 aprel 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-106/2019 saylı 08 yanvar 2019-c u il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) ilə əvəz edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1678/2019 saylı, 24 iyul 2019-cu il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-4182/2018 saylı, 12 noyabr 2018-ci il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

11. Bakı İnzibati Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2-1(112)-3273/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1602/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhk əməsinin 2-1(112)-3273/2020 saylı, 11 avqust 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır

14. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını və iddianın mümkün sayılmasını xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2-1(102)575/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli, 2-1(103)1602/2020 nömrəli qərardadı qismən-“əmək pensiyasından kəsilən 350 manatın gecikmə faizi indeksasiya edilməklə bərpa edilməsi”nə dair iddia tələbinin mümkün sayılmaması hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmaqla baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmiş, qalan hissədə qərardad dəyişdiril mədən saxlanılmışdır.

16. Bakı İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(112)-6036/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiası (Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) əmək pensiyasından kəsilən 350 manatın gecikmə faizi indeksasiya edilməklə bərpa edilməsi hissəsində təmin olunmamışdır.

17. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1974/2021 saylı, 3 avqust 2021-ci il tarixli qərarı ilə iddiaç ının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6036/2021 saylı, 25 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYANİN MÜMKÜNLÜYÜ:

20. İş kassasiya instansiyasına daxil olduqdan sonra iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və şikayətin müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur. Kassasiya şikayətinin müddət ötürülməklə verildiyi iddiaçının nəzərinə çatdırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, e lan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-). Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

23. Bu qərarın 21-ci bəndində istinad olunan normaya görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

24. İş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarı SS136218499AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamə ilə iddiaçıya 30 avqust 2021-ci il tarixdə imza edilməklə təqdim olunmuşdur (2-ci cild iş.v.255). İddiaçı və onun vəkili tərəfindən tərtib olunmuş kassasiya şikayəti isə 23 iyun 2023-cü il tarixində, yəni prosessual qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra poçt şöbəsinə təqdim edilmişdir. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında hər hansı sübut yoxdur.

25. Bundan əlavə, İPM-in 24.4-cü maddəsinə görə, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olma qla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

26. Hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən kassasiya şikayəti qərarın iddiaçıya çatdırıldığı vaxtdan bir ildən çox müddət keçdikdən sonra məhkəməyə təqdim olunmuşdur. İPM-in 24.4-cü maddəsi ilə nəzərdə tutulmuş bir illik müddət məhdudiyyətini istisna edən şərtlərin, yəni təbii fəlakət və ya digər qarşısıalınmaz halların, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı halların mövcudluğu iş üzrə materiallardan müəyyən edilməmişdir. İddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.

27. İddiaçı və onun vəkilinə məhkəmə bildirişi göndərilməklə qeyd olunan çatışmazlıq onların diqqətinə çatdırılmış, bildirişdə qeyd edilən tarixədək kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutların təqdim olunması və ya buraxılmış prosessual müddətin bərpasına dair müvafiq ərizə (vəsatət) verilməsi təklif edilmiş, eləcə də qeyd olunan çatışmazlığın aradan qaldırılmamasının hüquqi nəticələri barədə məlumat verilmişdir. Lakin müəyyən edilmiş müddətdə qeyd edilən çatışmazlıq aradan qaldırılmamış, kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutlar, eləcə də müddətin bərpa edilməsinə dair ərizə (vəsatət) məhkəməyə təqdim olunmamışdır.

28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qərardan kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılmasının iddiaçının təqsirli davranışına bağlı olduğu da iş üzrə materiallarla təsdiq olunur.

29. Bu baxımdan kass asiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

30. Yuxarıdakılara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-1974/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar