Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2170/2025 19.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X51 16 saylı Ucar Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: plan və ölçü sənədinin verilməsi, obyektiv araşdırma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Rey estri X51 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan 0.310434 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025-ci il tarixli, 2-1(107)-173/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. JN 914 Kod 40806018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə müəyyən edilir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 17 sentyabr tarixli 42 saylı qərarı ilə İddiaçı Şəpi qızı, X27 və X1 təsərrüfatı məhsulları istehsalı üçün 0,55 hektar torpaq sahəsi ayrı lmışdır. 2. “Hüquqların dövlət qeydiyyatı haqqında” Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışla X8, X27 və X28 qeyd edilən torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqları qeydə alınmışdır.
3. Mülkiyyətçilərdən biri, yəni İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Göyçay rayonu, Qarabaqqla kəndində yerləşən 0,310434 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində dövlət reyestrində cari dəyişikliyin edilməsini xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və istifadədə olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Göyçay rayonu, Qarabaqqal kəndində yerləş ən 0,310434 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini dövlət reyestrində qeydə alınması üçün torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsinin elektron uçot məlumat bazasına əsasən başqa şəxsin istifadə edildiyi və mübahisə olduğu aşkar edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan 0.310434 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı Göyçay rayon Aqrar islahat Komissiyasının 19 dekabr 1998-ci il tarixli qərarı ilə Göyçay rayonu Qarabaqqal kəndi ərazisindən iddiaçıya, X14 və X37 0.310434 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 914 saylı Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsini qardaşı oğlu X15 alğı-satqı müqaviləsi əsasında satsa da, sonradan qeyd edilən torpaq sahəsini sonuncu satışa çıxarmış və xx.xx.2006-cı il tarixli alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. xx.xx.2006-cı il tarixli alğı-satqı müqaviləsi əsasında adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilməsi üçün tərəfindən cavabdeh inzibati orqana müraciət edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilsə də, lakin həmin torpaq sahəsinə dair plan və ölçü sənədi verilməmişdir.
7. Cavabdeh iddia tələbinə etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil etmişdir.
8. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1690/2024 saylı, 26 noyabr 2024-cü il tarixli qərarı ilə (hakim X23) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X51 16 saylı Ucar ərazi idarəsinin üzərinə Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən İddiaçı, X27 və X28 ümumi birgə mülkiyyətində olan 0,310434 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair plan və ölçü sənədinin verilm əsi öhdəliyi qoyulmuşdur.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, qeyd olunan torpaq sahəsi üzərində iddiaçının ümumi birgə mülkiyyət hüququ cavabdeh orqan tərəfindən qeydə alınaraq müvafiq çıxarış verilmişdir. Bu baxımdan da cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2025-ci il tarixli, 2-1(107)-173/2025 nömrəli qərardadı ilə X16, X4, X5, X38, X17, X29, X24, X30, X25, X9, X6, X10, X11, X2, X18, X19, X20, X7, X31, X26 və X12 iş üzrə inzibati məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişlər.
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025-ci il tarixli, 2-1(107)-173/2025 nömrəli qərarı ilə (hakimlər X32 (məruzəçi), X39 və X40) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1690/2024 saylı, 26 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
15. Şi kayətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 7 və 9.1.2ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
16. Belə ki, 16 saylı Ərazi İdarəsi qanunvericiliyin tələblərinə riayət etməklə təqdim edilmiş sənədləri dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlamış, inventarlaşdırma işləri aparılmış və istifadədə olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən 0.310434 ha torpaq sahəsinə plan və ölçü sənədi tərtib edilməmişdir. İdarənin baza məlumatlarında mövcud olan **********26 reyestr nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətə verilmiş 0.310434 ha torpaq sahəsinin yerlə şmə vəziyyəti Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları (TEKUİS) əsasında tərtib edilmiş elektron kadastr xəritəsinə uyğun deyildir, idarənin baza məlumatlarında mövcud olan 0.310434 ha torpaq sahəsinə dair tərtib edilmiş planı və ölçü sənədi “Göyçay rayonu Nizami adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində (DVJ) göstərilənJN-914Z nömrəli Dövlət Aktına uyğun tərtib edilmişdir. Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 0.310434 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini dövlət reyestrində qeydə alınması üçün torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsinin elektron uçot baza məlumatlarına əsasən başqa şəxsin istifadə edildiyi və mübahisə olduğu aşkar edilmişdir. Əlavə olaraq “Daşınmaz Əmlakın Dövl ət Kadastrı və Reyestri” X51 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli çıxarışda torpaq sahəsi 0.310434 ha qeyd olunsa da vətəndaşın faktiki istifadəsində 0.16 ha torpaq sahəsi var. Vətəndaşın alqı-satqı ilə əldə etdiyi torpaq sahəsi Dövlət aktı və elektron baza məlumatlarında (DVJ) 0.31 göstərilsə də yeni elektron uçot baza məlumatlarına (TEKUİS) 0.16 ha işlənmişdir. Belə olan halda isə Ərazi İdarəsi haqlı olaraq imtina vermişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bunda n sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 2 13.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə
222. Birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka da ir sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 222.4. Birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz.
20. Azərbaycan Respubli kasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında y enidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali M əhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazır kı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının tədqiqi zamanı ********** nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən 0,310434 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı, X27 və X28 ümumi birgə mülkiyyət hüququnun qeydə alındığı müəyyən edilmişdir.
24. İddiaçı hazırkı iddia qaldırmaqda hüquqi marağı Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən və xüsusi mülkiyyətində olan 0.310434 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə nail olmaqdan ibarətdir.
25. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarın ı dəyişdirmədən saxlayarkən bildirmişdir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar mövcud deyil, torpaq sahəsinin iddia olunan ölçüdə naturada yerinin müəyyən edilməsi mümkündür. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən İddiaçı, X27 və X28 ümumi birgə mülkiyyətində olan 0,310434 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, idarənin baza məlumatlarında mövcud olan **********26 reyestr nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətə verilmiş 0.310434 h a torpaq sahəsinə dair tərtib edilmiş planı və ölçü sənədi Göyçay rayonu Nizami adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində (DVJ) göstərilən JN-914Z nömrəli Dövlət Aktına uyğun tərtib edilmişdir.
26. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab etmir və həmin qərarın ləğv edilməsini, işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını lazım bilir.
27. Belə ki, apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşarkən iş materiallarında olan sənədlərdəki məlumatlara diqqət yetirməmiş, eyni zamanda cavabdehin apellyasiya şikayətində əks etdirdiyi dəlillərinə münasibət bildirməmişdir.
28. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində olduğu kimi apellyasiya şikayətində də torpaq sahəsinin başqa şəxs tərəfindən istifadə edildiyi və mübahisə olduğu vurğulanmışdır. Lakin apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin bu dəlilinə hər hansı münasibət bildirməmiş, şikayətdə öz əksini tapmış məsələnin həqiqətə uyğun olub olmamasını araşdırmamış, torpaq sahəsinin başqa şəxslər tərəfindən istifadə və plan və ölçü sənədi tərtib edilməsi xahiş olunan torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olması məsələsi müzakirə predmeti olmamışdır.
30. Odur ki, növbəti apelyasiya baxışı zamanı apellyasiya instansiya məhkəməsi xidməti vəzifələrinə uyğun olaraq cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməli, zərurət yaranarsa mütəxəss is cəlb etməklə mövcud sualları aradan qaldırmalıdır.
31. Eyni zamanda məhkəmə kollegiyası iş materiallarında diqqət çəkən bir məqamın da mövcud olduğunu bildirir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi JN 914 Kod 40806018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Göyçay rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 17 sentyabr tarixli 42 saylı qərarı ilə İddiaçı Şəpi qızına, X14 və X1 təsərrüfatı məhsulları istehsalı üçün 0,55 hektar torpaq sahəsi ayrılmışdır. “Hüquqların dövlət qeydiyyatı haqqında” Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışla X3, X13 və X28 qeyd edilən torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqları qeydə alınmışdır.
32. İddiaçı iddia ərizəsi verərək Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən və xüsusi mülkiyyətində olan 0.310434 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
33. İş materiallarından da göründüyü kimi plan və ölçünü verilməsi tələb edilən torpaq sahəsi ümumi birgə mülkiyyətdədir. Birgə mülkiyyətin ayrıca mülkiyyətdən əsas fərqi odur ki, birgə mülkiyyətin mülkiyyətçiləri hər hansı məsələ ilə bağlı birgə addım atmalı, mülkiyyət barədə istənilən qərarı birgə verməlidirlər. Əks yanaşma birgə mülkiyyət institutunun hüquqi təbiətinə ziddir və hüquqların məhdudlaşdırılması kimi qiymətləndirilir.
34. Lakin hazırkı iş üzrə iddia tələbindən də göründüyü kimi iddiaçı digər mülkiyyətçilərin məlumatı olmadan (ən azı onlar barədə iş materiallarında hər hansı məlumat mövcud deyildir) ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə pl an və ölçünün verilməsini tələb edir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, ümumi birgə mülkiyyətdə olan əmlakın digər mülkiyyətçilərinin də birgə iddiaçılar kimi məhkəmə prosesinə cəlb edilməsi növbəti apelyasiya baxışının araşdırma predmeti olmalı, bu əsasla iddia tələbinin dəqiqləşdirilməsi aparılmalı, yalnız bundan sonra obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq işə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməlidir.
36. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməsi hissəsində rədd edi lməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X51 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025-ci il tarixli, 21(107)-173/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.