Məhkəmə qərarları › İş №2-1(102)-2171/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2171/2022

29.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2171/2022 29.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlak (torpaq sahəsi) üzərində mülkiyyət hüquqlarının qeydə alınması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan R espublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 21(103)-1791/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti başçısının “Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 7, ev 7-də yaşayan vətəndaş X2 fərdi yaşayış evi tikmək üçün Suraxanı rayonu, Bülbülə qəsəbəsində torpaq sahəsinin ayrılması haqqında” 272 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamına əsasən, iddiaçıya fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində 600,0 kv.m torpaq sahəsi ayrılmış, iddiaçıya ayrılmış sahədə 185-00-İİİC №-li bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. 2. 10 mart 1999-cu il tarixli Aktda qeyd olunmuşdur ki,, Suraxanı İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 272 saylı sərəncamı ilə Bülbülə qəsəbəsi S.Bəhlülzadə küçəsində 600 kv.m torpaq sahəsinin ölçülərini naturada ifadəsi ilə pay bölgüsünü daimi nişanlar qoyulmuş və R.Şükürova təhvil verilmişdir.

3. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2020-ci il tarixli, **********21 nömrəli məktubla bildirmişdir ki, ele ktron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələrinin göstərilmədiyi və tam hasarlanmayan torpaq sahəsinin yaşıllıq olan ərazidə yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 21.1-ci maddəsinə əsasən şəhər hüdudlarından kənarda yerləşən, şəhər ərazisinin genişləndirilməsi üçün ehtiyat sayılan, abadlaşdırma və şəhər təsərrüfatının normal işləməsi ilə əlaqədar zəruri qurğuların yerləşdirilməsi və tikilməsi üçün nəzərdə tutulan torpaqlar, habelə qoruyucu və sanitariya-gigiyena məqsədləri güdən və əhalinin istirahət yeri olan meşələrlə, meşəparklarla və digər yaşıllıqlarla örtülü torpaqlar aidiyyəti üzrə müvafıq icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq bələdiyyələr tərəfindən şəhərin şəhərətrafı zonasına ayrılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtina bildirişinin qanunsuz və əsasız sayılması, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən ona məxsus 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı t ələbini onunla əsaslandırmışdır ki, ona Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 272 saylı sərəncamı ilə Bülbülə qəsəbəsi, 1ci Mədən ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin naturada bölgüsünün aparılması barədə Suraxanı rayonu İcra Hakimiyyəti başçısı, Suraxanı rayonu İcra Hakimiyyəti Bülbülə qəsəbə nümayəndəliyi tərəfindən təsdiqlənmiş aktı və sxemi mövcuddur. Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən ona məxsus 600 kv.m. torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatının aparılması məqsədilə yuxarıda qeyd etdiyi zəruri sənədlərlə birgə aidiyyətı qaydada cavabdeh təşkilata xx.xx.2020-ci il tarixdə müraciət etmişdir, lakin 35 gündən sonra, yəni xx.xx.2020-ci i l tarixdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina edilməsi barədə əsassız və qanunsuz imtina bildirişi verilmişdir. Cavabdeh təşkilat tərəfindən ərizəçiyə imtina bildirişi 5 gün müddətində verilməli olduğu halda, prosessual müddəti pozaraq 35 gündən sonra bildiriş tərtib edilmişdir, həmçinin həmin məktub Azərbaycan Respublikası Nazırlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiqlənmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 3 nömrəli əlavəsinə uyğun deyildir. Bundan əlavə imtina bildirişində qeyd edilənlər yerləşmə cizgisində istinad məsafələrinin göstərilməməsi, torpağın hasarlanmaması və torpağın yaşıllıq ərazidə yerləşməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində sadalanan hüquqların dövlət qeydiyyatından imtina əsası kimi nəzərdə tutulmamışdır. Halbuki, elektron kadastr baza məlumatına əsasən istinad məsafələri müəyyənləşdirilə bilirsə, yerləşmə cizgisində həmin istinad məsafələrinin göstərilməməsi kimi uyğunsuzluğun aradan qaldırılması bir vəzifə borcu olaraq cavabdeh təşkilatın üzərindədir. Əgər bu halın əksini sübut edə biləcək faktiki sərtlərin mövcudluğu barədə inzibati orqanın hər hansı bir sübutu və ya rəsmi sənədləri varsa, inzibati icraatın aparılması qaydalarına uyğun olaraq onu bu barədə məlumatlandırmağa, zəruri sübutları təqdim etməyə borcludur. Bundan əlavə Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə ona ayrılmış 600 kv.m torpaq sah əsi ətrafında olan qonşular cavabdeh təşkilat tərəfindən eyni qaydada torpaq sahələrinə dair dövlət reyestrindən çıxarışlarla təmin edilmişdir.

6. Cavabdeh iddia ərizəsinə qarşı 27 iyul 2020-ci il tarixli imtina məktubuna uyğun yazılı etiraz təqdim etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2-1(112)-341/2022 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən 600 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 272 №-li, xx.xx.1995-ci il tar ixli sərəncamı hal-hazırda qüvvədə olmaqla mübahisələndirilməmişdir. Belə olan halda iddiaçı həmin dövrdə qüvvədə olmuş Torpaq Məcəlləsinə və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən torpaq sahəsinə qanuni istifadəçi kimi mülkiyyət hüququ əldə etmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşən dövlət mülkiyyəti torpaq olmaqla meşə fonduna aid torpaq sahəsi olmadığından, həmin sahədə ağacların mövcud olması, həmçinin elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələrinin göstərilməməsi iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün əsas ola bilməz.

9. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia nın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1791/2022 nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və M.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2-1(112)-341/2022 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim etsə də, təqdim edilən hüquqmüəyyənedici sənədin təyinatının məhz ev tikintisi üçün verilməsi və hazırki məqamadək həmin torpaq sahəsinin hasarlanmaması, on dan istifadə edilməməsi, sərəncamda qeyd edilən müddət ərzində (sərəncamın 7-ci bəndi) heç bir tikinti işlərinin başlanmaması və həmin torpaq sahəsində diametrləri 36-64 sm, yaşı 50-55 illik olan Eldar şamı cinsindən 90 (doxsan) ədəd ağacların mövcudluğu nəzərə alınaraq, XXİ əsrdə səhralaşmaya və quraqlığa qarşı mübarizənin zəruriliyi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn tədbirlər planının mövcudluğu dövlətin ən başlıca məqsədləri kimi diqqət mərkəzində qoyularaq, cavabdeh inzibati orqanın imtinasının demokratik cəmiyyətdə zəruri olması nəticəsinə gəlməyə imkan verir.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏ Rİ a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayətində qeyd edir ki, məhkəmə qərar çıxararkən işə mahiyyəti üzrə baxaraq hüquqi qiymət verməsi qanunauyğun olduğu halda etməmiş, yalnız cavabdeh və sorğu etdiyi digər qurumların qeyri-müəyyən cavabları ilə kifayətlənərək maddi hüquq normalarının tətbiqi əsaslarını pozmaqla düzgün tətbiq etməmişdir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “ 19 noyabr 2021-ci il tarixli Qərarına əsasən Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

15. Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsi ətrafında olan qonşular cavabdeh təşkilat tərəfindən eyni qaydada torpaq sahələrinə dair dövlət reyestrindən çıxarışlarla təmin edilmişdir. Nümunə üçün X1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bülbü lə 1-ci küçəsi, 47H saylı fərdi yaşayış evinin və yerləşdiyi 0.10 ha torpağa dair xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşımaz əmlakın Dövlət reyestrindən Çıxarışın surəti də əlavə olunmuşdur. Lakin cavabdeh orqan eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarlar qəbul edir ki, bu da qanunla qadağandır.

16. Kassasiya şikayətinin hüquqi əsasını Mülki Məcəllənin 7,14,139–157 maddələri, “İnzibati icraat haqqında” Qanunun 12,15,24,45,46-cı maddələri, “Torpaq islahatı haqqında” Qanunun 1, 9, 10, 25-ci maddələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2,8,10,15-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istif adəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndi təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aş ağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olm ayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gü ndən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Al i Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiy i üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MOVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

23. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 272 saylı sərəncamı ilə Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə 600 kv.m torpaq sahəsi ayrılmasını, torpaq sahəsi ilə bağlı təsdiqlənmiş akt və sxem olduğunu bildirib torpaq sahəsinə hüququn qeydə alınmasını xahiş etmişdir.

24. Apellyasiya mə hkəməsi təqdim edilən hüquqmüəyyənedici sənədin torpaq sahəsinin təyinatının məhz ev tikintisi üçün verilməsi və hazırkı məqamadək həmin torpaq sahəsinin hasarlanmaması, ondan istifadə edilməməsi, sərəncamda qeyd edilən müddət ərzində (sərəncamın 7-ci bəndi) heç bir tikinti işlərinin başlanmaması və həmin torpaq sahəsində diametrləri 36-64 sm, yaşı 50-55 illik olan Eldar şamı cinsindən 90 (doxsan) ədəd ağacların mövcudluğunu bildirib iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən İPM-in 12 və 58-ci maddələrinin tələbinə uyğun araşdırma aparmamış, fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya torpaq sahəsini ayırmış Suraxanı rayon İcra Hakimiyyətinə sorğu edərək torpaq sahəsinin naturada yerini müəyyən etməmiş, rayon icra hakim iyyəti tərəfindən ayrılmış torpaq sahəsinin 1999-cu ildə tərtib edilmiş sxemə uyğunluğunu, 15 fevral 1995-ci il tarixli sərəncamla ayrılan torpaq sahəsində çoxillik ağaclar olub-olmamasını müəyyən etməmişdir.

26. Apelyasiya instansiyası məhkəməsi həmçinin Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ayrılmış, iddiaçının iddia etdiyi torpaq sahəsinə onun, cavabdehin, rayon icra hakimiyyətinin, habelə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafi Xidmətinin və Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndələrinin birgə iştirakı ilə baxış keçirilməsini müzakirə etməmiş, 15 fevral 1995-ci il tarixli sərəncamla ayrılmış torpaq sahəsinin ümumi istifadədə olan yaşıllıq sahəsi, çoxillik şam ağaclarının mövcud olmas ını yoxlamamışdır.

27. Apellyasiya məhkəməsi tərəfindən iddiaçıya 1995-ci ildə torpaq sahəsi ayrılan zaman həmin vaxt qüvvədə olmuş maddi hüquq normalarının tələblərinə riayət edilibedilməməsi araşdırılmalıdır.

28. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi ayrılan zaman onun hansı kateqoriyaya aid olması müəyyən edilməli və sonradan torpağın kateqoriyasında dəyişiklik olduğu halda, həmin dəyişikliyi təsdiq edən sənədlər tələb edilməli və araşdırmanın nəticəsindən asılı olaraq mübahisəyə hüquqi qiymət verilməlidir.

29. Bəhs olunanların müəyyən edilməsi iş üzrə düzgün qərarın qəbul olunması üçün əhəmiyyət daşıyır.

30. Beləliklə apellyasiya məhkəməsi tərəfindən İPM-in 12, 48 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya inst ansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iddianın təmin olunması barədə yekun qərar qəbul edilməsi üçün əsaslar olmadığından həmin hissədə şikayət təmin edilməməlidir.

31. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 21(103)-1791/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar