Məhkəmə qərarları › İş №2-1(102)-2171/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2171/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2171/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 55 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli, 2-1(103)76/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının diplomundan, əmək kitabçasından müəyyən olunur ki, İddiaçı 1982ci ildə həmin instituta daxil olmuş və 1988-ci ildə müalicə işi ixtisası üzrə tam kursu bitirmiş, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək M.Qasımov adına Respublika xəstəxanasının qastroentroligiya şöbəsində həkim-inter (10 ay 20 gün), xx.xx.1989-cü ildən x x.xx.1994-cü ilədək Azərbaycan SSR Səhiyyə Nazirliyi Respublika Diaqnostika Mərkəzində həkimradioloq (4 il 2 ay 14 gün), xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilədək həmin mərkəzdə həkim-metodist (04 il 06 ay 14 gün), xx.xx.1998-ci ildən halhazıradək Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedra-asisstenti, dosent, şua diaqnostikası kafedrasının müdiri vəzifəsində işləyir.

2. Azərbaycan Respublikası Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin 25 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Angioloji və Mikrocərrahiyyə Mərkəzində (indiki Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə) xx.xx.2007-ci il tarixli 02 № saylı və xx.xx.2009-cu il tarixli 02 № saylı əmrlərinə əsasən xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək qəbul diaqnostika şöbəsində əvəzçilik üzrə əlavə 0,5 ştat vahid maaş tarifində həkim rentgenoloq vəzifəsində çalışmışdır. Göstərilən müddət Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə 19 bölmənin 3 bəndinə əsasən radioloji şöbədə çalışan “Həkim-rentgenoloqlar” güzəştli şərtlərlə yaşa görə və stajına daxil olmaqla əmək pensiyaya təminat verir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Onkologiya Mərkəzinin aydınlaşdırıcı arayışından görünür ki, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin radionuklid diaqnostika şöbəsində şüa diaqnostikası üzrə həkim İddiaçı həqiqətən xx.xx.2018-ci il tarixdən (xx.xx.2018-ci il tarixli, əmr № 61-k) bu günə qədər əvəzçilik üzrə 0,5 ştat vahidində həmin şöbədə şüa dia qnostikası üzrə həkim vəzifəsində iş yerində 226 radiy 10 millikuridən artıq olan radioaktiv zəhərliyinin miqdarı olan ona ekvivalent olan radioaktiv maddələrlə həmin şöbədə generator Molebden-99/Texnesium99m (Mo99/Tc99m) radioaktiv izotopun zəhərli təsiri zonasında işləyir. Göstərilən müddət Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.2007-cu il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə 19 bölməyə əsasən radioloji şöbədə çalışan işçilər güzəştli şərtlərlə yaşa görə və stajına daxil olmaqla əmək pensiyaya təminat verir

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin 4/113134 saylı xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş aydınlaşdırıcı arayışdan görünür ki, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin radionuklid diaqnostika şöbəsində şüa diaqnostikası üzrə həkim İddiaçı həqiqətən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixli əmr № 61-k) bu günə qədər əvəzçilik üzrə 0,5 ştat vahidində həmin şöbədə şüa diaqnostikası üzrə həkim vəzifəsində iş yerində 226 radiy 10 millikuridən artıq olan radioaktiv zəhərliyinin miqdarı olan ona ekvivalent olan radioaktiv maddələrlə həmin şöbədə generator Molebden-99/Texnesium-99m (Mo99/Tc99m) radioaktiv izotopun zəhərli təsiri zonasında işləyir. Göstərilən müddət Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə 19 bölməyə əsasən radioloji şöbədə çalışan işçilər güzəştli şərtlərlə yaşa görə və stajına daxil olmaqla əmək pensiyaya təminat verir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 26 saylı xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və X1 şöbədə şüa-diaqnostiası üzrə həkim (həkimrentgenoloq) vəzifəsində çalışmışdır. Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993- cü il tarixli qərarına əsasən güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahıya əsasən pensiyaya çıxmaq hüququ yaranır.

6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

7. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın səhiyyə və sosial təminat idarələri bölməsinin (19) həkimrentgenoloqlar, həmçinin rentgen cərrahiyyəsi və angioqrafiya kabinetlərində daimi məşğul olan həkimlər nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 30 iyun 1989cu il tarixli, l/İT-l ******* nömrəli əmək kitabçasında xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində Respublika Diaqnostika mərkəzində həkim-metodist, xx.xx.1998-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin mərkəzdə asistent işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə və vəzifələr yuxarıda göstərilən sahə və vəzifələrə uyğun deyil. Eyni zamanda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin ona dair 16 senty abr 2019- cu il tarixli 26 nömrəli arayışında qeyd olunmuş xx.xx.2008-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində sözügedən mərkəzdə şüa-diaqnostikası üzrə həkim (həkimrentgenoloq) vəzifəsində işləməyi faktı əmək kitabçasında öz əksini tapmamışdır. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38330,26 manat təşkil edir. Qeyd olunanları nəzərə alar aq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı əmək kitabçasında və arayışlarda əksini tapmış işlədiyi bütün illər və təhsil aldığı illər sığorta stajına daxil edilməklə 55 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir.

9. İddiaçı təl əbini onunla əsaslandırmışdır ki, Filialın imtinası əsasız və qanunsuzdur, imtina məktubunda yazılanlar həqiqəti əks etdirmir. O, hal-hazırda da Ə.Əliyev adına Azərbaycan Dövlət həkimlərin təkmiləşdirilməsi İnstitutunda şua diaqnostikası kafedrasının kafedra müdiri vəzifəsində işləyir, bura onun əsas iş yeridir. Bunlardan başqa, o, xx.xx.2007-ci il tarixdən 02 saylı əmrlə Angioloji və Mikrosərrahiyyə Mərkəzinə (indiki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəz) əvəzçilik üzrə əlavə 0,5 ştat vahid həkim rentgenoloq vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2009-cu il tarixdən isə 02 saylı əmrlə öz xahişilə həmin vəzifədən azad olunmuşdur. Qeyd olunan bu hallar onun adına olan əmək kitabçasında öz əksini tapmışdır. Yuxarıda göstərilən və əmək kitabçasında öz ək sini tapan əsas iş yerlərindən əlavə olaraq o əmək qanunvericiliyin ona verdiyi hüquqlardan istifadə edərək, 02 aprel 2008-ci il tarixdən 10 aprel 2018-ci il tarixədək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və X1 şöbədə şüa-diaqnostikası üzrə həkim (həkimrentgenoloq) vəzifəsində, habelə xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Angioloji və Mikrocərrahiyyə Mərkəzində əvəzçilik üzrə əlavə 0,5 ştat vahid həkim rentgenoloq vəzifəsində işləmişdir. Əsas iş yerindən başqa əlavə iş yerlərində işləməyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin xx.xx.2019-cu il tarixli, 26 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzin 17 sentyabr 2019-cu il tarixli, 135 nömrəli arayışları ilə tam təsdiq edilir. Adına ol an əmək kitabçasında və əlavə iş yerləri üzrə adına verilmiş arayışlardan və digər sənədlərdən də göründüyü kimi o, 31 il 8 ay 23 gün sığorta stajına malikdir ki, onun 15 ildən çox müddəti zərərli iş yerlərinə aid olan işlər olmuşdur. Bu isə öz növbəsində onun güzəştli şərtlərlə əmək pensiya hüququnu təmin edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunan Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında onun 15 ildən çox müddətdə işlədiyi həkim-radioloq və həkim-rentgenoloq peşələri nəzərdə tutulmuşdur. həmin siyahıda həkim-rentgenoloqun daimi və ya yarımştat olması barədə hər hansı xüsusi qeyd yoxdur. Həmçinin o, əlavə iş yerlərində 15 il dən çox müddətdə tam ştat üzrə həkim-rentgenoloq işləmişdir. 15 ildən çox müddətdə əlavə iş yerlərində işləməyi barədə adına olan əmək kitabçasında qeyddiyyatın aparılmaması ilə bağlı isə onu qeyd edir ki, qüvvədə olan Əmək Məcəlləsində işəgötürənlə işçi arasında əmək münasibətlərinin yaranmasını təsdiq edən sənəd yalnız əmək kitabçası hesab edilmir. Əlavə iş yerləri üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində 02 aprel 2008-ci il tarixdən 10 aprel 2018-ci il tarixədək Ambulator şöbədə şüa diaqnostikası üzrə həkim (həkimrentgenoloq) vəzifəsində, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə 16 fevral 2007-ci il tarixdən 02 mart 2009-cu il tarixədək əvəzçilik üzrə əlavə 0,5 ştat vahid həkim rentgenoloq vəzifə sində işləməyi yalnız tibb müəssisələrinin verdikləri rəsmi arayışlarla kifayətlənmir. Belə ki, həm Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində, həm də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə əlavə iş yeri üzrə işə qəbul olunarkən, işəgötürənlə onun arasında müvafiq əmək müqavilələri bağlanmışdır. Daha sonra həmin müqavilələrin bildirişləri əmək qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının, yəni Əmək Müfəttişliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada dövlət qeydiyyatına alınmışlar. Həmin iş yerləri üzrə ona əmək haqqı hesablanmış, əmək haqqından məcburi sosial ayırmalar da həyata keçirilmişdir. Əmək M üfəttişliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirilmiş informasiya cavabdeh idarə üçün aşkardır və bu məlumatları İdarə özü də əldə etmək imkanına malikdir.

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Mərkəzi Filiala təqdim edilən 30 iyun 1989-cu il tarixli HTİ ******* nömrəli əmək kitabçasında iddiaçı xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində Respublika Diaqnostika mərkəzində həkim-metodist, xx.xx.1998- xx.xx.2007ci il tarixləri arasındakı dövr ərzində həmin mərkəzdə asistent işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi sahə və vəzifələr yuxarıda göstərilən sahə və vəzifələrə uyğun deyil. Eyni zamanda Səhiyyə Nazirliyinin İctimai Səhiyy ə və İslahatlar Mərkəzinin iddiaçıya dair 16 sentyabr 2019-cu il tarixli 26 nömrəli arayışında qeyd olunmuş xx.xx.2008-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində sözügedən mərkəzdə şüa-diaqnostikası üzrə həkim (həkim-rentgenoloq) vəzifəsində işlədiyi faktı əmək kitabçasında öz əksini tapmamışdır. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya ka pitalı cəmi 38330,26 manat təşkil edir. Bu səbəblərdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

11. Bakı İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(112)3222/2021nömrəli qərarı ilə (hakim: Şəlalə Həsənova) iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8, 1.0.10, 3.1, 9.1ci maddələrinə istinad edərək hesab edilməlidir ki, iddiaçının qanunla tələb olunan güzəştli iş stajı yaranmadığından, həmçinin fərdi hesabın sığor ta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunan pensiya kapitalından az olduğundan cavabdeh inzibati orqan tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 2-1(103)-2521/2021 nömrəli qərarı ilə (hakimlər: Səadət Bəktaşi (sədrlik edən və məruzəçi), Azər Hüseynov və Aida Hüseyn) Bakı İnzibati Məhkəməsinin 28 iyul 2021 -ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüqu qi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. kassasiya instansiyası məhkəməsində birinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 2-1(102)-424/2022 nömrəli qərarı ilə (hakimlər: Zakir Quliyev (sədrlik edən və məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

18. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının 10 il güzəştli iş stajına malik olmaması qənaətinə gələrkən iddiaçının “əvəzçilik üzrə 0,5 ştat vah idi ilə həkim-rentgenoloq vəzifələrində işləməsi” ilə əsaslandırmış, lakin bu zaman həmin hüquqi mövqeyini hər hansı bir maddi hüquq norması ilə təsdiq etməmiş, yəni apellyasiya məhkəməsinin həmin qənaəti ümumiyyətlə əsaslandırılmamışdır. Azı 10 il güzəştli stajın müəyyən edilməsi baxımından qanunvericilikdə “əvəzçilik üzrə 0,5 ştat vahidi ilə” deyilən meyar yoxdur. İddiaçının 10 ildən də artıq güzəştli staja malik olması apellyasiya məhkəməsinin özünün də qərarında müəyyən etdiyi iş materialları ilə təsbit olunur. Həmçinin apellyasiya instansiyası məhkəməsi həmin məsələyə dair faktiki olaraq heç bir araşdırma aparmadan, yəni iddiaçının pensiya işini tələb edib, oradakı məlumatları, rəqəmləri, hesablamaları öyrənmədən, bunun sayəsində cavabdehdən onun hesabladığı rəqəmlərin açıqlamasını yo xlayıb araşdırmadan, yalnız cavabdehin təqdim etdiyi 43.200,00 manat məbləğini həqiqi rəqəm kimi qəbul edərkən, İPM-in “İşin hallarının araşdırılması” adlanan 12-ci maddəsinin tələblərini pozmuşdur. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli, 2-1(103)-76/2023 nömrəli qərarı ilə (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X3 və X4) Bakı İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçıya əmək kitabçasında və arayışlarda əksini tapmış işlədiyi bütün illər və təhsil aldığı illər sığorta stajına daxil edilməklə 55 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdu r.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin 25 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Angioloji və Mikrocərrahiyyə Mərkəzində (indiki Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə) xx.xx.2007-ci il tarixli 02 № saylı və xx.xx.2009-cu il tarixli 02 № saylı əmrlərinə əsasən xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək qəbul diaqnostika şöbəsində əvəzçilik üzrə əlavə 0,5 ştat vahid maaş tarifində həkim rentgenoloq vəzifəsində çalışmışdır. Göstərilən müddət Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə 19 bölmənin 3 bəndinə əsasən radioloji şöbədə çalışan “Həkim-rentgenoloqlar” güz əştli şərtlərlə yaşa görə və stajına daxil olmaqla əmək pensiyaya təminat verir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Onkologiya Mərkəzinin aydınlaşdırıcı arayışından görünür ki, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin radionuklid diaqnostika şöbəsində şüa diaqnostikası üzrə həkim İddiaçı həqiqətən xx.xx.2018-ci il tarixdən (xx.xx.2018-ci il tarixli, əmr № 61-k) bu günə qədər əvəzçilik üzrə 0,5 ştat vahidində həmin şöbədə şüa diaqnostikası üzrə həkim vəzifəsində iş yerində 226 radiy 10 millikuridən artıq olan radioaktiv zəhərliyinin miqdarı olan ona ekvivalent olan radioaktiv maddələrlə həmin şöbədə generator Molebden-99/Texnesium99m (Mo99/Tc99m) radioaktiv izotopun zəhərli təsiri zonasında işləyir. Göstərilən müddət Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.2007-cu il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə 19 bölməyə əsasən radioloji şöbədə çalışan işçilər güzəştli şərtlərlə yaşa görə və stajına daxil olmaqla əmək pensiyaya təminat verir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin 4/113-134 saylı xx.xx.2021ci il tarixli məktuba əlavə edilmiş aydınlaşdırıcı arayışdan görünür ki, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin radionuklid diaqnostika şöbəsində şüa diaqnostikası üzrə həkim İddiaçı həqiqətən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixli əmr № 61-k) bu günə qədər əvəzçilik üzrə 0,5 ştat vahidində həmin şöbədə şüa diaqnostikası üzrə həkim vəzifəsində iş yerində 226 radiy 10 millikuridən artıq olan radioaktiv zəhərliyinin miqdarı olan ona ekvivalent olan radioaktiv maddələrlə həmin şöbədə generator Molebden-99/Texnesium-99m (Mo99/Tc99m) radioaktiv izotopun zəhərli təsiri zonasında işləyir. Göstərilən müddət Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə 19 bölməyə əsasən radioloji şöbədə çalışan işçilər güzəştli şərtlərlə yaşa görə və stajına daxil olmaqla əmək pensiyaya təminat verir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 26 saylı xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və X1 şöbədə şüa-diaqnostiası üzrə həkim (həkimrentgenoloq) vəzifəsində çalışmışdır. Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993cü il tarixli qərarına əsasən güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahıya əsasən pensiyaya çıxmaq hüququ yaranır. İddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 10 ildən az olmayan xüsusi stajın mövcud tələbi tam olaraq tamamlanmış sayılır. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını tələb edən şəxslərə münasibətdə “pensiya kapitalı” tələb olunmur. İddiaçının 55 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixə onun ümumi və xüsusi iş stajının tamamlandığını, zərərli işlərdə işləməsi faktının işəgötürən müəssisələr tərəfindən təsdiq olunduğunu nəzərə alaraq hesab edir ki, hazırda qüvvədə olan qanunvericiliyin tələbinə görə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün bu kateqoriya şəxlərə münasibətdə “pensiya kapitalının tələb olunmaması” ilə bağlı şərt “qazanılmış hüquq konsepsiyası” baxımından iddiaçıya da şamil olunmalıdır.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda səhiyyə və sosial təminat idarələri bölməsinin (19) həkim rentgenoloqlar, həmçinin rentgen cərrahiyəsi və angioqrafiya kabinetlərində daimi məşğul olan həkimlər nəzərdə tutul muşdur. İddiaçının İşlədiyi vəzifələr İsə nəzərdə tutulmamışdır. iddiaçı xx.xx.2008 - xx.xx.2018-ci il tarixləri arasındaki dövr ərzində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində şüa diaqnostikası üzrə həkim vəzifəsində işlədiyini iddia etməsinə baxmayaraq bu onun əmək kitabçasında öz əksini tapmamışdır. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 45600 manat olmalı olduğu halda, 38330.26 manat təşkil etmişdir. Bu əsaslarla da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi 09 fevral 2022-ci il tarixli qərarının 24-cü abzasında iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan 4 elementdən birinin minimum pen siyaya imkan verən pensiya kapitalı olduğunu göstərmişdir. Ona görə də təkrar apellyasiya baxışı zamanı iddiaçının topladığı pensiya kapitalının məbləği, həmçinin iddiaçıya münasibətdə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi dəqiq müəyyən edilməlidir. Lakin təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası sorğuya cavab məktubu və ekspert rəyi ilə iddiaçının fərdi hesabının sığorta hissəsində topladığı pensiya kapitalının kifayət qədər olmadığını müəyyən etsə də, bunun heç bir əhəmiyyət kəsb etmədiyini, iddiaçıya pensiya təyin edilməsi üçün zəruri pensiya kapitalına ehtiyac olmadığını göstərərək iddianı təmin etmişdir. Hesab edirik ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 fevral 2022 -ci il tarixli qərarındakı sözügedən göstərişi nəzərə almamış, qanunsuz və əsassız qərar qəbul edilmişdir. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinin tələblərini pozmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışansığortaolunanların:kişilər -60yaş ına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55yaşına çatdıqda, azı 20 ilsığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsavə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 25. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiya) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstərici lərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı

27. İnzibati Prosessual Məcəllə: Maddə 14.Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzi fəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhk əmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərba ycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndir mişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmə tərəfindən İPM-in 96.11-ci maddəsinə görə məcburi xarakter daşıyan göstərişlər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış, hüquqi qərar qəbul edilmişdir.

36. Belə ki, hazırkı qərarın 1-ci bəndində qeyd olunan əmək kitabçasında və diplomda nəzərdə tutulan təhsil müddəti və iş stajını nəzərə aldıqda iddiaçının tələb olunan 20 il sosial sığorta stajını topla nılması müəyyən olunur. Həmçinin hazırkı qərarın 2-5-ci bəndlərində təqdim edilmiş güzəştli arayışlarından görünür ki, iddiaçının 10 il artıq güzəştli şərtlərlə iş stajının mövcud olması öz təsdiqini tapmışdır.

37. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliyin icrası haqqında iddia olsa da, bu iddia növündə də öhdəliyin icra edilməli olmasını sübut etmək vəzifəsi iddiaçının, həmin öhdəliyin icra olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İPM-in 14.3-cü maddəsinin tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir.

38. Odur ki, kassasiya şikayəti əs assız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli, 2-1(103)-76/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar