Məhkəmə qərarları › İş №2-1(102)-2171/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2171/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2171/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illəri sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi; əmək kitabçasındakı məlumatların mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı(təvəllüd: xx.xx.1958-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi F ilialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-327/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmişdir.

2. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2H-72633/2023 saylı məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur.

3. İmtinanın əsasları kimi göstərilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən sığorta stajı 20 il 11 ay 9 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (eyni xətt və eyni qələmlə yazıldığından) həmin dövrün mötəbərliyinə əsaslı şübhə olduğundan sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəz ərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azəriqazbaştikinti İstehsalat İdarəsinin "xxxx" ASC-də 4-cü dərəcəli çilingər işlədiyini və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-nin 9 saylı İTQİ-də 5-ci dərəcəli çilingər peşəsində işlədiyini nəzərə alaraq həmin illəri sığorta stajına daxil etməklə ona yaşa görə əmək pensiyasını n təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1991-xx.xx.1992-ci illərdə Azəriqaz Dövlət Şirkəti Az.qaz.baş tikinti istehsalat idarəsinin 9 nömrəli İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində və xx.xx.1999xx.xx.2005-ci illərdə "xxxx" ASC-nin 9 nömrəli İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində işlədiyi illərinin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 65 yaşı tamam olanda yaşa görə əmək pensiyasına çıxmaq üçün müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Cavabdeh orqan onun təqdim etdiyi sənədlər əsasında sığorta stajını 20 il 11 ay 9 gün hesablamışdır.

7. Əslində isə onun sığorta stajı 28 ildən artıqdır. Cavabd eh onun sığorta stajını hesablayarkən əsassız olaraq əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrün doldurulma qaydasının pozulduğunu, yəni eyni xətt və eyni qələmlə yazıldığını bəhanə göstərərək həmin dövrü sığorta stajına daxil etməmişdir.

8. Cavabdehin ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi qanunsuzdur və onun hüquqlarını məhdudlaşdırır. Əmək kitabçasında həmin qeydlərin eyni qələmlə yazılmasını ancaq ekspertiza müəyyən edə bilər. Əmək kitabçasındakı qeyd həmin dövrlərdə işləmiş şəxs tərəfindən də yazıla bilərdi. O, xx.xx.1991-ci il tarixdə Azəriqazbaştikinti istehsalat idarəsinin "xxxx" ASC-nə 4-cü dərəcəli çilingər peşəsinə qəbul edilmişdir. xx.xx.1992 -ci il tarixdə öz ərizəsi ilə işdən azad olaraq 1-ci Qarabağ müharibəsinə getmişdir. 1999-cu ildə ordudan tərxis olunaraq xx.xx.1999-cu il tarixdə yenidən həmin cəmiyyətə (bu dəfə adı dəyişirilmişdir) "xxxx" ASC-nin 9 saylı İTQİ-nə 5-ci dərəcəli çilingər peşəsinə qəbul edilərək, xx.xx.2005-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir.

9. Onun həqiqətən həmin illərdə orada işlədiyini onunla birlikdə işləmiş şahidlər də təsdiq edə bilərlər. O, döyüşlərdə olarkən yaralanmışdır. Lakin həmin vaxt əlillik almaq üçün lazımı yerlərə müraciət etməmişdir. Hazırda ağır xəstədir, maddi cəhətdən imkanı çox çətindir. Cavabdeh orqan əsassız imtina verməklə onun vəziyyətini daha da ağırlaşdırmışdır. Qeyd olunan illər onun sığorta stajına daxil edilməklə ona əmək pensiyası təyin edilməlidir. Cavabdeh in etirazları:

10. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, bildirmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş pensiya yaşına xx.xx.2023cü il tarixdə çatmışdır. xx.xx.1987-ci il tarixli, ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının mübahisələndirilməyən sığorta stajı 20 il 11 ay 9 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azəriqaz Dövlət Şirkəti Az.qaz.baş tikinti istehsalat idarəsinin 9 nömrəli İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində 4-cü dərəcəli çilingər və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-nin 9 nömrəli İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində 5-ci dərəcəli çilingər işlədiyi illərdir. İddiaçının ******* nömrəli əmək ki tabçasında qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (eyni xətt və eyni qələmlə yazıldığından) həmin dövrün mötəbərliyinə əsaslı şübhə olduğundan sığorta stajına daxil edilməsi qanuna müvafiq hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2777/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azəriqaz Dövlət Şirkəti Azqazbaştikinti istehsalat idarəsinin 9 nömrəli İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində 4-cü dərəcəli çilingər və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-nin 9 nömrəli İxtisaslaş dırılmış Tikinti Quraşdırma İdarəsində 5-ci dərəcəli çilingər işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: 1) şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.

13. İddiaçının xx.xx.2023-cü il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.

14. İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olması isə iş materialları ilə öz təsdiqini tapır.

15. Belə ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən o, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək hərbi xidmətdə (1 il 1 ay 20 gün), xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək X1 Zavodunda (2 il 5 ay 7 gün), xx.xx.1991-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Azəriqaz Baş Tikinti İstehsalat İdarəsinin "xxxx" ASC-də (1 il 5 ay 21 gün) və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-nin 9 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində (5 il 8 ay 29 gün) işləmişdir.

16. Bundan əlavə, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək (2 il 18 gün), xx.xx.1979-cu il tarixdən xx.xx. 1980-ci il tarixədək (1 il 3 ay 27 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.1987-ci il tarixədək (6 il 11 ay 6 gün) və xx.xx.1992-ci il tarixdən xx.xx.1999cu il tarixədək (6 il 7 ay) müddəti də vardır ki, o da nəzərə alınan zaman iddiaçının sığorta stajının 25 ildən çox (27 il 8 ay 18 gün) olması müəyyən edilir.

17. Məhkəmə iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azəriqaz Dövlət Şirkəti Azqazbaştikinti istehsalat idarəsinin 9 nömrəli İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində 4-cü dərəcəli çilingər və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-nin 9 nömrəli İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində 5-ci dərəcəli çilingər işlədiyi əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SS Rİ Nazirlər Kabinetinin xx.xx.1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır.

18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-327/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2777/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini n hüquqi mövqeyi ilə razılaşmışdır.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri Maddi hüquq normalarının pozulmasına dair dəlillər:

22. İddiaçıya məxsus xx.xx.1987-ci il tarixli ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının mübahisələndirilməyən sığorta stajı 20 il 11 ay 9 gün təşkil edir.

23. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azəriqaz Baş Tikinti İdarəsinin "xxxx" ASC-də 4-cü dərəcəli çilingər, xx.xx.1999cu il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-nin İTQİ-də 5-ci dərəcəli çilingər işlədiyi illərdir.

24. Belə ki, iddiaçının ******* nömrəli əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (eyni xətt və eyni qələmlə yazıldığından) həmin dövrün mötəbərliyinə əsaslı şübhə olduğundan sığorta stajına daxil edilməsi qanuna müvafiq hesab edilməmişdir. 25. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.

26. İddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir.

27. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının” 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

29. Qaydaların 3.2-ci bəndində qeyd olunur ki, işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır:

30. İşçinin soyadı, adı, atasının adı (işçinin soy adı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır.

31. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. 32. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir.

33. Əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgö türən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Eyni zamanda qeyd olunur ki, şahid ifadələri əsasında əmək kitabçasında hər hansı düzəlişlər edilməsi yolverilməzdir.

34. Yuxarıda qeyd olunanlara baxmayaraq həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri pozularaq iddiaçının iddia tələbi əsassız olaraq təmin edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi qərara alınmışdır. Prosessual hüquq normalarının pozulmasına dair dəlillər:

35. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.x x.2024-cü il tarixli 21(104)-327/2024 nömrəli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, əmək kitabçasının doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq qurumlar tərəfindən həyata keçirilir və orada qeyd olunan hər bir məlumat (işə qəbul, işdən azad edilmə və s.) onların möhürü ilə təsdiqlənir. Yəni, hər bir halda ki, əmək kitabçasında qeyd olunan məlumatları təsdiq etmək işəgötürənin vəzifəsidir, belə olan halda cavabdehin işçinin işə qəbul edilməsi və işdən çıxması ilə bağlı tarixlərlə bağlı doldurulma qaydalarına riayət edilməməsi kimi ehtimalı irəli sürməsi, şəxsin həmin dövrdəki fəaliyyətini təkzib etməməlidir, başqa sözlə bu kimi hallar iddiaçının ziyanına şərh edilə bilməz. Digər tərəfdən, iddiaçıya məxsus əmək kitabçasındakı göstərilmiş qeydlə rin mötəbərliyini şübhə altına alacaq sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilməmişdir.

36. Məhkəmə kollegiyasının yuxarıda qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildiririk ki, apellyasiya şikayətində də qeyd olunduğu kimi ******* nömrəli əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (eyni xətt və eyni qələmlə yazıldığından) həmin dövrün mötəbərliyinə əsaslı sübhə doğurmuşdur. Lakin məhkəmə kollegiyası yanlış qənaətə gələrək bildirmişdir ki, bu kimi hallar iddiaçının ziyanına şərh edilə bilməz.

37. Əmək kitabçasının doldurulma qaydasının pozulmasında işçinin təqsirinin olmaması əmək kitabçasının mötəbər olduğu anlamına gəlmir.

38. Bunda n başqa işəgötürənlə yanaşı işçilər də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarının təsir dairəsinə düşür.

39. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 3.5-ci maddəsinə əsasən işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. Normanın məzmunundan göründüyü kimi işçinin əmək kitabçasındakı səhv və qeyri-dəqiq yazılar üzərində düzəlişlər edilməsini işəgötürənin diqqətinə çatdırmaq və tələb etmək hüququ v ə bu hüquqdan istifadə etmək öhdəliyi vardır.

40. Həmin qaydaların 3.7-ci maddəsinə əsasən əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri-dəqiq yazılış aparmış hüquqi şəxs ləğv edilmişdirsə, düzəlişlər hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır. Yuxarı orqan olmadıqda və ya düzəliş edilməsindən imtina etdikdə isə ümumi məhkəmələrə müraciət edilməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə ümumi məhkəmələr tərəfindən baxılır.

42. Beləliklə iddiaçının əmək kitabçasındakı səhvlər və ya qeyri-dəqiq yazılar işəgötürən və ya ümumi məh kəmələr tərəfindən öz həllini tapdıqdan sonra iddiaçı ona pensiyanın təyin edilməsi üçün müvafiq inzibati orqana müraciət etməli idi.

43. Diqqətəlayiq hallardan biri də budur ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Bu normada qanunverici bütün sənədləri və dəlilləri deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına uyğun formada tərtib edilmiş sənədləri və dəlilləri nəzərdə tutmuşdur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçası sözüge dən qaydalara mütənasib olmadığından “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin təsir dairəsinə düşmür.

44. Göründüyü kimi qeyd edilən halların heç biri məhkəmələr tərəfindən araşdırılmamış və nəzərə alınmamışdır.

45. Həmçinin iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərə əsasən onun 19911992 və 1995-2005-ci illərdə mübahisələndirilən müəssisədə işlədiyi qeyd edilmişdir.

46. Lakin məhkəmə qərarında da qeyd olunduğu kimi "xxxx" ASC-nin nizamnaməsindən məlum olur ki, cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin D-3471 saylı şəhadətnaməsi ilə xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

47. İddiaçı məhz 1991-1992 və 1995-2005-ci illərdə mübahisələndirilən müəssisədə işlədiyini iddia edirsə, həmin müəssisənin həmin illərdə faktiki fəaliyyət göstərdiyi, iddiaçını n mübahisələndirilən dövrlərdə orada işlədiyi şübhələrdən azad sübutlarla təsdiq olunmalıdır.

48. Belə ki, təkcə iddiaçının deyil, həm də ümumiyyətlə müəssisənin fəaliyyətinə dair məlumatların eyni zamanda iddiaçının onun əmək fəaliyyətinə dair təqdim etdiyi sənədlərdəki məlumatların mötəbərliyinin yoxlanılmasını zəruri edir.

49. Göründüyü kimi iddiaçıya məxsus əmək kitabçasında onun müvafiq müəssisədə 1991-ci il tarixdən işlədiyi qeyd edilsə də, Nizamnaməyə əsasən xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Dövlət qeydiyyatına alınmamış müəssisənin fəaliyyətinin qanuni hesab edilmədiyi kimi, iddiaçıya məxsus əmək kitabçasında həmin müəssisədəki fəaliyyəti ilə bağlı qeydlər də mötəbər hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

50. Kassasiya şikayə tinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

51. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardad ı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

52. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

53. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, ha belə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, o cümlədən apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

56. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarını lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qal mır.

57. Cavabdehin şikayətinin dəlilinə görə, "xxxx" ASC-nin nizamnaməsindən məlum olur ki, cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin D-3471 saylı şəhadətnaməsi ilə xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı məhz 1991-1992 və 1995-2005-ci illərdə mübahisələndirilən müəssisədə işlədiyini iddia edirsə, həmin müəssisənin həmin illərdə faktiki fəaliyyət göstərdiyi, iddiaçının mübahisələndirilən dövrlərdə orada işlədiyi şübhələrdən azad sübutlarla təsdiq olunmalıdır.

58. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdə olan sübutlarla təsdiq olunur ki, "xxxx" ASC iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi Azqazbaştikinti istehsalat idarəsin in tərkibinə daxil olan və nizamnaməsinə əlavədə göstərilən müəssisələrin çevrilməsi nəticəsində onların bazasında yaradılmışdır və onların hüquq varisidir. Həmin müəssisələr sırasında iddiaçının vaxtilə işlədiyi 9 nömrəli İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsi də qeyd olunmuşdur. İddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi müəssisələrin adlarının və təşkilatı-hüquqi formalarının dəyişməsi iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır.

59. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir

60. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə ko llegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(104)-327/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar