Məhkəmə qərarları › İş №2-1(102)-2171/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2171/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2171/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2018-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzə rinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2025-ci il tarixli, 2-1(107)124/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericiliklə tələb olunan 30412,30 manat pensiya kapitalından az olduğundan müraciətin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdi rilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı il tarixdə Şəkidə beyindaxili qansızma ilə (insuit) koma vəziyyətinə düşmüş, təcili yardımla Bakı şəhəri, X4 göndərilmiş və xx.xx.2016-cı il tarixdə, “Hemorragik gedişatlı kəskin beyin qan dövranı pozulması, spontan baraxnoidal, mədəcikdaxili qansızma, Baş-beyin AcoA-da kisəli anevrizma” diaqnozu ilə “MediStyle” klinikasında, qapalı (endovaskuiyar) beyin əməliyyatı keçirmişdir. Həmin klinikada xx.xx.2017-ci il tarixinə qədər, əməliyyatdan sonrakı bərpa müddətini keçmiş, sonrakı müalicəsini Şəki rayon X2 şöbəsində davam et dirmişdir və ambulator müalicələri bugünkü günə qədər də davam edir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şəkidəki Tibbi-Sosial Ekspert komissiyasına sənədlərini təqdim etdikdən sonra ona xx.xx.2018-ci il tarixində İİ qrup (əmək qabiliyyətsiz), əlillik təyin edilmiş və həmin məlumat, rəsmi şəkildə ona xx.xx.2019-cu il tarixində təqdim edilmişdir. Əlillik arayışını aldığı gün Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1 təqdim etmişdir. Həmin filialda əmək fəaliyyəti barəsində heç nə soruşulmamış və sonrakı aydan əlilliklə bağlı minimum müavinət təyin edilmişdir. Halbuki, Filialda onun əmək fəaliyyəti ilə bağlı məlumat toplanılmalı və əlilliyə görə əmək pensiyası təyin edilməli idi. Məsələnin həlli ilə bağlı xx.xx.2023-cü il tarixində rəsmi olaraq DSMF-in 2 saylı Şəki-Zaq atala RF-na ünvanladığı müraciətə, DSMF-nin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023cü il tarixli, 3-17-1/2-Ə-20029/2023 nömrəli qərarla imtina cavabı verilmişdir.

4. Cavabdeh iddia tələbinə yazılı etiraz, daha sonra etiraza əlavə təqdim edərək bildirmişdir ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum pensiya kapitalı 13896,59 (PSK=SH*T*K=116,27*144*0,83) manat təşkil edir. İddiaçının 2018-ci il üzrə xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən 14 il 4 ay 17 gün ümumi iş stajına əsasən 10087,62 manat pensiya sığorta kapitalı və xx.xx.2006-cı il tarixindən əlilliyin müəyyən edildiyi xx.xx.2018-ci il tarixədək 260,10 manat pensiya sığorta kapitalı olmaqla 6 ay sığorta stajı nəzərə alındıqda, sığorta stajı cəmi 14 il 1 0 ay 17 gün, pensiya sığorta kapitalı 10347,72 manat təşkil edir.

5. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 18 oktyabr 2024-cü il tarixli e2-1(116)-353/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsinin əsaslandırması: 6.1. İddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün o, 2 şərtə cavab verməli idi: 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalı, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçıya münasibətdə xx.xx.2018-ci il tarixə tələb olunan sığorta stajı 13 il 4 ay (55 yaş -15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 40 x 4 ay = 160 ay/12 = 13 il 4 ay), əli lliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum pensiya kapitalı isə 13.896,59 manat təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən ümumi iş stajı 14 il 04 ay 17 gün təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 altsistemində olan məlumata əsasən iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2008-ci il tarixdən 01.11 2008-ci il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövr üzrə qeydə alınmış pensiya kapitalının 2018-ci il üzrə indeksləşdirilmiş məbləği 260,10 manat, 2022-ci il üzrə indeksləşdirilmiş məbləği 301,5 manat, 2024-cü il üzrə indeksləşdirilmiş məbləği 373,62 manat təşkil edir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən 1 4 il 04 ay 17 gün ümumi iş stajına əsasən 10087,62 manat pensiya sığorta kapitalı və xx.xx.2006-cı il tarixindən əlilliyin müəyyən edildiyi xx.xx.2018-ci il tarixinədək 260,10 manat pensiya sığorta kapitalı olmaqla, 6 ay sığorta stajı nəzərə alındıqda sığorta stajı cəmi 14 il 10 ay 17 gün, pensiya sığorta kapitalı 10347,72 manat təşkil edir. 6.2. İddiaçı hesab edir ki, Şəki "xxxx" X5 1992-ci ilin İİ, İİİ, İV rübləri üzrə və "xxxx" MMC-nin 1993-cü ilin İİ, İİİ, İV, 1994-cü ilin İ, İİ, İİİ, İV, 1995-ci ilin İ, İİ rübləri üzrə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği, hazırda ölkədə dövriyyədə olan Azərbaycan manatına indeksasiya edilməklə hesablanarsa, onun tələb olunan pensiya sığorta kapitalı tamamlanacaqdır. Məhkəmə iddiaçının həmin dəlilinə münasibətdə qeyd edir ki, pensi ya təminatında sığortaolunanlara fərdi hesablar xx.xx.2006-cı il tarixdən açıldığından ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda həmin tarixdən fərdi uçotu aparıldığından və vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçot məlumatları əsasında bu tarixdən müəyyənləşdirildiyindən, 1992-1995-ci illərdə ödənilmiş vəsaitin fərdi hesabda əks olunması yolverilməzdir. Yəni həmin tarixlərdə ödənilən məcburi dövlət sosial sığorta haqları fərdi hesabda qeydə alınmalı olan vəsait olaraq yox, nəzərə alınmalı olan iş stajı kimi qəbul edilə bilər ki, işin hallarından göründüyü kimi, iddiaçı həmin məbləğlərin fərdi hesabında qeydə alınmasında maraqlıdır. İş materiallarınan görünür ki, cavabdeh orqan faktiki olaraq həmin müddətləri iddiaçının əmək fəaliyyəti dövrləri ki mi nəzərə almaqla onun xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən 14 il 04 ay 17 gün ümumi iş stajına daxil etmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.2018-ci il tarixə mübahisələndirilməyən sığorta stajı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajından çox olsa da, pensiya sığorta kapitalı qanunvericiliklə tələb olunan məbləğdən azdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, T. H.Həsənov və V.İ.Məlikov) 31 yanvar 2025-ci il tarixli, 21(107)-124/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

11. Kassasiya şikayətinin əsasını iddia ərizəsində və apellyasiya şikayətində qeyd olunanlar təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğində n az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.... Maddə

13. Əlilliyə görə əmək pensiyasının məbləği 13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə a lınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. 14. xx.xx.2018-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 saylı xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.5-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçilərinin və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən ailə üzvlərinin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İ darə tərəfindən PAS-a daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir. 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olund uğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsini n qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanu nvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə xx.xx.2018-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pe nsiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə mövqeyi ilə razılaşmışdır.

22. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Belə ki, işin araşdırılmış hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının pensiya sığorta kapitalı 10347,72 manat təşkil edir. Halbuki, hazırkı məzmunda tələbin təmin olunması üçün 13.896,59 manat minimum pensiya kapitalı tələb edilir.

24. Beləliklə də, hazırkı məzmunda iddianın təmin olunması üçün iddiaçıya münasibətdə ƏPQ-nin 12.1-ci maddəsinə əsasən tələb edilən zəruri həddə sığorta stajı şərti ödənilsə də, həmin normanın digər dispozisiya şərti, yəni fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ödənilmir. Odur ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçı tələbində haqlı sayıla bilməz.

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti ve rilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2025-ci il tarixli, 21(107)-124/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar