Məhkəmə qərarları › İş №2-1(102)-2172/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2172/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2172/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əmrin ləğv edilməsi, işə bərpa edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1782/2021 nömrəli iş üzrə 12.08.2021-ci il tarixli qərarından iddiaçı tərəfində n verilmiş kasasiya şikayətinə əsasən işə 17 noyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2012-ci ildə daxili işlər orqanlarında xidmətə daxil olmuşdur. 15.01.2018-ci il tarixdə leytenant rütbəsi verilməklə Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Bölməsi tərəfindən iddiaçı əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən müəmmalı və kriminal həyat tərzi keçirən şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaradaraq şəxsi münasibətlər qurduğu, tanımadığı şəxsin sağlamlığına ağır xəsarət yetirilməsi faktı üzrə ziddiyyətli izahatlar verməklə vaxtında, tam və hərtərəfli araşdırma aparılmasına, obyektivliyin təmin olun masına köməklik göstərməməsi barədə Daxili İşlər Nazirliyinə xüsusi məlumat verilmişdir. Azərbaycan Respublikası Daxili X1 Təhqiqatlar İdarəsində aparılmış araşdırma nəticəsində iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əmri ilə daxili işlər orqanlarından xaric edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 05.04.2019-cu il tarixli Ə 255-001-19 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması barəd iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

3. İddiaçının iddia tələbi onun la əsaslandırılmışdır ki, o, 2012-ci ildə daxili işlər orqanlarında xidmətə daxil olmuşdur. 15.01.2018-ci il tarixdə leytenant rütbəsi verilməklə Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Bölməsi tərəfindən iddiaçı əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən müəmmalı və kriminal həyat tərzi keçirən şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaradaraq şəxsi münasibətlər qurduğu, tanımadığı şəxsin sağlamlığına ağır xəsarət yetirilməsi faktı üzrə ziddiyyətli izahatlar verməklə vaxtında, tam və hərtərəfli araşdırma aparılmasına, obyektivliyin təmin olunmasına köməklik göstərməməsi barədə Daxili İşlər Nazirliyinə xüsusi məlumat verilmişdir. Göstərilənlərlə bağlı araşdırma Azərbay can Respublikası Daxili X1 Təhqiqatlar İdarəsində çox səthi aparılmış və əsassız olaraq iddiaçının əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən müəmmalı və kriminal həyat tərzi keçirən R.Mədədov və S.Həsənovla xidməti zərurətlə bağlı olmayan əlaqələr yaradaraq şəxsi münasibətlər qurduğuna, R.Abbasovun sağlamlığına ağır xəsarəti yetirilməsi faktı üzrə ziddiyyətli izahatlar verməklə, vaxtında tam və hərtərəfli araşdırma aparılmasına, obyektivliyin təmin olunmasına köməklik göstərməməsinə, tapşırılan sahənin işini təmin etməməklə, iddiaçının xidməti fəaliyyəti qeyri-qənaətbəxş olduğuna, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyini səbəb gətirərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə daxili işlər orqanlarından xaric edilmişdir. İddiaçı hesab ed ir ki, əmr ədalətsizdir. Rusiya Federasiyası Volqoqrad Polis Akademiyasında təhsil aldığı 5 (beş) il ərzində və xidmət etdiyi Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Bölməsi tərəfindən ona qarşı heç bir intizam tənbehləri tətbiq edilməmiş, əksinə, təhsil aldığı Rusiya Federasiyası Volqoqrad Polis Akademiyasının rəisi tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif edilmişdir. Əgər hər hansı bir xidməti intizam qaydalarını pozsaydı belə, daxili işlər orqanlarının əməkdaşı kimi barəsində məzəmmət, töhmət və ya şiddətli töhmət intizam tənbehləri tətbiq edilə bilərdi. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 109-cu maddəsinin tələblərinə zidd olaraq, gənc əməkdaş olmasına baxmayaraq, rəislər tabeliyində olan əməkdaş kimi xidməti fəaliyyətini və peşə hazırlığının artırılması üçün lazımi şərait yaratmamaqla yanaşı, xidməti fəaliyyətini qiymətləndirərkən aşkarlığı və obyektivliyi təmin etməmiş, əsassız olaraq xidməti fəaliyyətini qeyri qənaətbəxş qiymətləndirmişlər. Mövcud qanunvericiliyə uyğun olaraq hansı səbəbə görə işdən azad olması məlum deyil (Əsasnamənin 116, 117-ci madələrinə istinad olunur.) Daxili təhqiqatın əsas prinsplərindən biri “barəsində araşdırma aparılan şəxsin nədə təqsirli bilinməsini bilməsidir”, lakin bu barədə iddiaçıya heç nə deyilməmiş, məhz bu hüquq pozuntusu kimi qiymətləndirilməlidir. İddiaçının müəmmalı və kriminal həyat tərzi keçirən şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaratmaqla şəxsi münasibətlər qurması barədə olan məlumatlar tam əsassızdır. Əməliyyat müvəkkili vəzifəsində isə cəmi 1 i l 2 aya yaxın müddət ərzində xidmət etmişdir. R.Abasovun sağlamlığına ağır xəsarət yetirilməsi faktı üzrə ziddiyyətli izahatlar verilməsi ilə bağlı qeyd olunanlarla əlaqədar bildirir ki, iddiaçı polis bölməsinə daxil olarkən oranın rəhbərliyi tərəfindən şərəf və ləyaqətinə hörmət etmədən onun üzərinə səsini ucaldaraq sanki cinayətkar kimi ona “sən cinayətkarsan” və başqa nalayiq ifadələrə yol vermişlər. Bu azmış kimi iddiaçını Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə hədələmişlər. Əlbəttə, bu cür münasibətdən sonra əsəbləşdiyinə görə izahatında iddiaçı bildirmişdir ki, o heç nə bilmir, heç kimi tanımır və istintaq dövründə ifadə verəcəkdir. Evə getdikdən sonra onunla məsləhətləşmişdir, o da iddiaçıya səbrli olmasını və onlar barəsində olan məlumatları verməsini tövsiyə etmişdir. İddiaçı da bildiyi məlumatları istintaqa təqdim etmiş, işin tam və hər tərəfli araşdırma aparılmasına, obyektivliyin təmin olunmasına bacardığı köməkliyi göstərmişdir. Tapşırılan sahənin işini təmin etməməsi barədə məlumatla bağlı bildirilir ki, bu tamamilə həqiqəti əks etdirmir. Belə ki, iddiaçı əməliyyat işinə qısa müddətdir ki, təyin olunmuşdur. Bu sahədə hər hansı nöqsanı olmayıb və işini hami-tərbiyəçinin nəzarəti ilə qurmuşdur. Sürücülük vəsiqəsi olmadan iddiaçının nəqliyyat vasitəsini idarə etməsi barədə deyilənlər də qərəzlidir. Dəfələrlə onun və nəqliyyat vasitəsinin ərazidə tanınmadığını əsas gətirərək bölmə rəhbərliyinin tapşırığı ilə iddiaçıya məxsus nəqliyyat vasitəsinin xidməti zərurətlə əlaqədar istifadə edilməsinə heç bir irad tutmadığı halda, bu məsələ bu gün qərəzli olar aq şişirdilir. DİN-nin DTİ-nin iddiaçı barəsində apardığı yoxlama öz obyektivliyini əks etdirmir. İddiaçının cinayət aləminin ünsürləri ilə əlaqələrinin möcudluğunu təsdiq edən heç bir sübutları olmadan barəsində qeyri-obyektiv və qərəzli rəy çıxarmışlar və onun əsasında iddiaçını daxili işlər orqanlarından ədalətsiz olaraq xaric etmişlər...”

4. Birinci instansiya məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(112)1000/2021 nömrəli (sədrlik edən hakim Pərviz Hüseynov) qərarı ilə iddianın rədd edilməsi qərara almışdır.

5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli, 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 1, 2, 108, 135-ci maddələrinə, İPM-in 2.2.1, 32.1, 52, 58.1, 68.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddia təmin edilməməlidir.

6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(112)-1000/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2021-ci il tarixli, 2-1(103)-1782/2021 nömrəli (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Elmira Nağıyeva) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(112)-1000/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmı şdır.

8. Apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən, «Polis haqqında» Qanunun 13-cü maddəsinin İ hissəsinin 7-ci bəndinə, İİ, V, Vİ hissələrinə, 33cü maddəsinin İİ hissəsinin 3-cü bəndinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 08.04.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksinə, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu, habelə, “Polis haqqında” Qanunun 34-cü maddəsinin 9-cu bəndlərinə istinad edərək qeyd etmişdir ki, cavabdehin 05.04.2019-cu il tarixli Ə 255-001-19 nömrəli əmrinin ləğv edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA Q ARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

9. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı işlədiyi ərazidə yaşayan (kriminalla əlaqəli və ya əlaqəsi olmayan, həmyaşıd və ya qeyri həmyaşıd, müəmmalı və ya normal həyat tərzi keçirən) şəxsləri tanıması qəbahət deyil, əksinə gələcəkdə xidməti zərurət yarandığı təqdirdə onlarla əlaqə yaradılması üçün imkandır. İddiaçı istintaqa dəvət edildiyi zaman ayrıca əmr və göstəriş gözləməmiş, əməkdaşlıq etməyə hazır olmuş, müstəntiq E.Vəliyev tərəfindən DİO əməkdaşlarının etik davranış Kodeksinə uyğun olmayan şəkildə davranılması isə onu insan kimi məyus etmişdir. Müstəntiq ona qeyri etik münasibət göstərməsinə baxmayaraq o, polis əməkdaşı kimi faktın araşdırılmasına köməklik göstərmişdir. Lakin apellyasiya məhkəməsin in qərarında faktın vaxtında, tam və hərtərəfli araşdırılmasına köməklik göstərmədiyi öz təsdiqini tapmışdır kimi qeyd edilmişdir. Buradan da görünür ki, məhkəmə kollegiyası xüsusi ilə vaxtında sözünü vurgulamaqla qərəzli mövqe tutmuşdur. Çünki, iddiaçı tərəfindən faktın araşdırılmasına müvafiq qaydada köməklik göstərmədiyini təsdiq edəcək sübut yoxdur. Sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etməyi barədə deyilənlər də qərəzlidir. Belə ki, dəfələrlə onun və nəqliyyat vasitənin ərazidə tanınmadığını əsas gətirərək bölmə rəisinin tapşırığı ilə ona məxsus nəqliyyat vasitəsinin xidməti zərurətlə əlaqədar istifadə edilməsinə heç bir irad tutulmadığı halda, bu məsələ bu gün qərəzli olaraq şişirdilir. Əgər o, hər hansı bir xidməti intizam qaydalarını pozsaydı belə daxili işlər orqa nlarının əməkdaşı kimi barəsində məzəmmət, töhmət və ya şiddətli töhmət intizam tənbehləri tətbiq edilə bilərdi. Lakin gənc əməkdaş olmağına baxmayaraq rəislər tabeliyində olan əməkdaş kimi xidməti fəaliyyətini və peşə hazırlığının artırılması üçün lazımi şərait yaratmamaqla yanaşı, xidməti fəaliyyətini qiymətləndirərkən aşkarlığı və obyektivliyi təmin etməmiş, əsassız olaraq xidməti fəaliyyətini qeyri qənaətbəxş qiymətləndirmişlər ki, bununda əsasında onu xidmətdən xaric etmişlər.

10. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 12.08.2021-ci il tarixli, 2-1(103)-1782/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlillər i

11. Cavabdehin kassasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı xidməti fəaliyyətində də ciddi nöqsanlara yol vermiş, əlaqəsindəki məxfi əməkdaşlarla işi zəif təşkil etmiş, bağlı qalmış cinayətlərin açılmasına səy göstərməmiş, istintaq təcridxanalarına və cəzaçəkmə müəssisələrinə sorğular göndərməmiş, axtarışda olanların tutulması, itkin düşmüş şəxslərin tapılması, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində heç bir iş görməmiş, eləcə də sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etmişdir. Xidməti təhqiqat zamanı Suraxanı RPİ 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili İddiaçı kriminalla əlaqəli, həmyaşıdı olmayan müəmmalı həyat tərzi keçirən şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaratmasının səbəbini aydınl aşdırmamış, yaşadığı Nardaran qəsəbəsindən uzaq yol qət edərək Yasamal rayonu, Şərifzadə küçəsinə gəlməsi, əvvəllər məhkum olunmuş Saleh Həsənovun tapşırığına əsasən hərəkət etməsi, cinayət başa çatdıqdan sonra isə Ramin və Salehi sifariş olunan ünvanlara çatdırması kimi xüsusatların motivini izah edə bilməmişdir. Bundan əlavə polis leytenantı N. Ağaməmmədov cinayət hadisəsi ilə bağlı Yasamal RPİ 27-ci PB və İstintaq şöbəsində aparılan araşdırmalarda qeyri-səmimi mövqe tutmasını, həmkarlarına köməklik etməməsini, baş vermiş hadisə barədə məlumatsız olması, eləcə də işinə görə qorxması ilə əlaqələndirmiş, halbuki sərbəst izahatında Saleh və Raminin həmin gün tanışı ilə mübahisə etməsi barədə ona məlumat verməsini qeyd etmişdir. Qeyd olunan hal onun 07.02.2019-cu il tarixdə baş vermiş hadisə barədə məlumatlı olmasını təsdiqləyir və hadisədə iştirak edənlərin şəxsiyyəti barədə məlumatları həmkarlarından qərəzli olaraq gizlətməsinə dəlalət edir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh apelyasiya instansiyası məhkəməsinin 12.08.2021-ci il tarixli, 2-1(103)-1782/2021 nömrəli qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: «Polis haqqında» Qanunun 13-cü maddəsinin İ hissəsinin 7-ci bəndinə əsasən polis əməkdaşı səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının vəzifəsidir. Həmin maddənin İİ hissəsinin tələbinə görə polis əməkdaşları öz vəzifələrini həyata keçirərkən ayrıca ə mr və göstəriş gözləmədən əməkdaşlıq etməyə, qarşılıqlı fəaliyyət göstərməyə və bir-birinə hərtərəfli kömək etməyə borcludurlar. Həmin maddənin Vİ hissəsinə əsasən hər hansı vəzifələrin yerinə yetirilməsinə cəlb edildikdə, polis əməkdaşı xidmət üzrə tabeliyi olmayan polisin yuxarı rütbəli şəxsinin əmr və göstərişlərini icra etməyə borcludur. Həmin maddənin V hissəsinə əsasən polis əməkdaşı həmçinin tabeçilik üzrə yuxarı rəisin əmr və göstərişlərini icra etməyə borcludur. Həmin Qanunun 33-cü maddəsinin İİ hissəsinin 3-cü bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə intizam məsuliyyətinə cəlb edilir.

13. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 08.04.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kod eksinə əsasən polis əməkdaşı: xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən prinsipial, qərəzsiz, səmimi, obyektiv və özünə qarşı tələbkar olmalı, məsələyə aidiyyəti olmayan amillərin təsiri altına düşməməlidir(maddə 6, 1-ci h). çalışqanlığı, intizamlığı və təşəbbüskarlılığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır (maddə 10 1-ci h.); iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə h allar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir.

14. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 96.4 Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılı r. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

15. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətindəki dəlilləri əsassızdır.

18. Belə ki, iddiaçı kassasiya şikayətində yazır ki, “müstəntiq ona qeyri etik münasibət göstərməsinə baxmayaraq o, polis əməkdaşı kimi faktın araşdırılmasına köməklik göstərmişdir. Lakin apellyasiya məhkəməsinin qərarında faktın vaxtında, tam və hərtərəfli araşdırılmasına köməklik göstərmədiyi öz təsdiqini tapmışdır kimi qeyd edilmişdir.”

19. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının DİN Daxili Təhqiqatlar İdarəsinin xidməti təhqiqatın nəticəsinə dair rəyinə və cavabdehin iddia ərizəsinə qarşı etirazına əsasən Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edən İddiaçı əvvəllər - müəmmalı həyat tərzi keçirən Ramil Mədədov, eləcə də, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmuş və hazırda Səbail RPİ İŞ-də istintaqı tamamlanmış ********* nömrəli cinayət işi üzrə CM-nin 221.3, 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Saleh Həsənovla 2018-ci ildən xidməti zərurətlə bağlı olmayan əlaqələr yaradaraq, şəxsi münasibətlər qurduğu müəyyən edilmişdir.

20. Həmçinin, 07.02.2019-cu il tarixdə saat 22.00 radələrində Yasamal rayonu ərazisində taksi sürücüsü Rafiq Abasova bıçaqla ağır xəsarət yetirilməsi faktı ilə bağlı 08.02.2019-cu il tarixində Yasamal RPİ-nin istintaq şöbəsinin müstəntiqi Elnur Vəliyev tərəfindən CM-nin 126.1-ci maddəsi ilə başlanılmış cinayət işinin istintaqı əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, ha disə baş verməmişdən bir qədər əvvəl iddiaçı sürücülük vəsiqəsi olmadığı halda, R.Mədətovu və S.Həsənovu idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə Yasamal rayonu, Şərifzadə küçəsindən Bakı Dəniz Vağzalının qarşısına gətirdikdən sonra, zərərçəkmiş (tasi sürücüsü) R.Abasovun idarə etdiyi “Daewoo" markalı avtomobilə əyləşib Suraxanı rayonu istiqamətinə getmiş, həmçinin hadisədən sonra, iddiaçı öz avtomobili ilə S. Həsənovu Suraxanı rayonu, R.Mədətovu isə Yasamal rayonlan ərazisindən yaşadıqlan ünvanlarına aparmışdır. İddiaçı xidməti təhqiqat zamanı kriminalla əlaqəli, həmyaşıdı olmayan müəmmalı həyat tərzi keçirən şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaratmasının səbəbini aydınlaşdırmamış və yaşadığı Nardaran qəsəbəsindən uzaq yol qət edərək Yasamal rayonu, Şərifzadə küç əsinə gəlməsi, əvvəllər məhkum olunmuş S.Həsənovun tapşırığına əsasən hərəkət etməsi, cinayət başa çatdıqdan sonra isə R. Mədətovu və S.Həsənovu sifariş olunan ünvanlara çatdırması kimi xüsusatların motivini izah edə bilməmişdir.

21. İddiaçı istintaqa dəvət edilsə də, həmin şəxslər barədə məlumat verməkdən yayınmış, 13.02.2019-cu il tarixindən isə müstəntiq E.Vəliyevin zənglərinə cavab verməmiş, 22.02.2019-cu il tarixdə şahid qismində verdiyi ifadəsində qeyd olunan şəxsləri tanımadığını bildirmiş, lakin növbəti gün həqiqəti etiraf etmişdir.

22. Həmçinin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsinə və onun apellyasiya şikayətinə, eləcə də məhkəməyə verdiyi izahatlarında yuxarıda qeyd olunanlar onun tərəfindən inkar olunmur və daxili işlər orqanlarında tə crübəsinin az (1 il 2 aya yaxın) olduğunu, həmin müddət ərzində xidmət göstərərkən və bundan əvvəl polis akademiyasında təhsil alarkən onun heç bir intizam məsuliyyətinə cəlb olunmadığını əsas gətirərək, cavabdehin onun xidmətdən xaric edilməsini əsassız sayır. İddiaçı hətta hazırkı mərhələdə məhkəmənin ona verdiyi zərərçəkmiş R.Abasova bıçaqla ağır xəsarət yetirilməsi faktı üzrə vətəndaşlar R.Mədətovu və S.Həsənovu tanıması ilə bağlı məhkəmənin sualını cavablandırarkən, həmin şəxsləri tanımasını onun əməliyyat müvəkkili kimi vəzifəsindən irəli gəldiyi ilə izah edərək, başqa cür işləməyin qeyri-mümkün olduğunu bildirmişdir.

23. Məhkəmə kollegiyası işin müəyyən edilən hallarına əsasən qeyd edir ki, apelyasiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, İddiaçı 07.02.2019-cu il tarixində ta ksi sürücüsü R.Abasovun ağır xəsarət alması faktının vaxtında, tam və hərtərəfli araşdırılmasına köməklik göstərmədiyi öz təsdiqini tapmışdır.

24. İddiaçı kassasiya şikayətində bununla yanaşı göstərmişdir ki, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etməyi barədə deyilənlər də qərəzlidir. Əgər o, hər hansı bir xidməti intizam qaydalarını pozsaydı belə daxili işlər orqanlarının əməkdaşı kimi barəsində məzəmmət, töhmət və ya şiddətli töhmət intizam tənbehləri tətbiq edilə bilərdi.

25. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır, belə ki, qərarın 12-13-cü bəndlərində göstərilmiş hüquq normalarının müddəalarını nəzərə alaraq törətdiyi qanun pozuntularına görə məzəmmət, töhmət və ya şiddətli töhmət intizam tənbehləri tətbiq edilə bilməzdi.

26. Belə olan halda apelyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, cavabdehin 05.04.2019-cu il tarixli Ə 255-001-19 nömrəli əmrinin ləğv edilməsi üçün əsaslar yoxdur.

27. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 12.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2021-ci il tarixli, 21(103)-1782/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar