Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2172/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: başqa dövlətin ərazisində əmək fəaliyyəti müddətinin sosial sığorta stajına daxil edilməsi, elmi dərəcəyə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi, yaşa görə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “başqa dövlətin ərazisində fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilməklə, elmlər doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi və yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 2-1(103)1689/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur.
2. Gürcüstan Elmlər Akademiyası Arxeologiya Mərkəzi tərəfindən mart 2000-ci il də verilmiş 000965 nömrəli diploma əsasən, iddiaçıya tarix ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.
3. Türkiyə Respublikası Uludağ Universiteti ilə iddiaçı arasında bağlanmış “Xarici akademik heyət üçün müqavilə”lərə, sığorta bildirişi və əmək haqqı cədvəllərinə əsasən, iddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək və xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək həmin Universitetin ədəbiyyat fakültəsinin arxeoloji bölməsində ona əmək haqqı ödənilməklə (sosial ayırmalar tutulmaqla) əmək fəaliyyəti ilə məşğul olmuşdur.
4. İddiaçı cavabdehə müraciət edərək, 2015-2017-ci illərdə Türkiyə Respublikası Uludağ Universitetində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə, ona elmlər doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunmasını və xx.xx.2021-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan sığorta stajı 22 il 9 ay 4 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 il) az olduğu üçün ona Azərbaycan Respublikası Prezidentinin Təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdiril məsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2015-2017ci illərdə Türkiyə Respublikası Uludağ Universitetində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə, ona elmlər doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və xx.xx.2021-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli, 1229 nömrəli Fərmanına əsasən elmi dərəcə üçün verilən təqaüdü almaq məqsədi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun elmi müəssisə və təhsil sahəsində stajının guya 22 il 9 ay 4 gün olduğu bildirilməklə, qanunvericilikdə tələb olunan müddətdən (25 il) az olması səbəbi ilə ona elmi dərəcəyə görə təqaüdün təyin edilməsindən imtina edilmişdir. O, 2015-ci, 2016-cı və 2017-ci illərdə (3 il müddətində) Türkiyə Respublikasında Uludağ Universitetində Prof. Dr. vəzifəsində çalışmışdır. Bu illər nə iş stajında, nə də fərdi hesabının sığorta hissəsində nəzərə alınmamışdır. Cavabdehin etirazları:
8. Cavabdehin etirazında qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının təqdim etdiyi sənədlərin surətinə əsasən, xx.xx.1973-cü il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixinədə k təhsil aldığı illər, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla xx.xx.2006-ci il tarixədək 30 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 2311,31 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiya məbləğində dəyişiklik olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği (200 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün əmək pensiyası minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixdən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 248,16 manat a çatdırılmışdır. İddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan sığorta stajı 22 il 9 ay 4 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 il) az olduğu üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının 2015-2017-ci illərdə Türkiyə Cümhuriyyətindəki iş illəri əmək kitabçasında qeyd olunmamış və göstərilən illərə dair əmək haqqı cədvəli təqdim olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-1(112)-9813/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 2015-2017-ci illərdə (xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək və xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək) Türkiyə Respublikası Uludağ Universitetində Prof. Dr. vəzifəsində işlədiyi dövrlər onun sosial sığorta stajına daxil edilməklə, ona elmlər doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və xx.xx.2021-ci il tarixdən ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən dövrlərin əmək kitabçasında qeyd olunmaması iddiaçının hüququnun həyata keçirilməsini məhdudlaşdıran hal kimi qəbul oluna bilməz. İddiaçının əmək kitabçasında qeyd olunmuş elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan sığorta stajının 22 il 9 ay 4 gün hissəsinin işin mübahisələndirilməyən halı olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, 2015-2017-ci illərdə Türkiyə Respublikası Uludağ Universitetində işlədiyi dövrlər onun sosial sığorta stajına daxil edilməklə, ona elmlər doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması öhdəliyi cavabdehə həvalə olunmalıdır
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2 023-cü il tarixli, 2-1(103)-1689/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını onun imtina məktubunda və iddiaya qarşı etirazında göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya insta nsiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə
21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülki yyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.... Maddə
23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sı ğorta haqları ödənildikdə, sığorta stajına daxil edilir.
18. Azərbaycan Respublikasının 1 dekabr 1998-ci il tarixli, 557-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında” Saziş Maddə
1. Əsas anlayışlar
1. Bu Sazişin mətnində istifadə olunan anlayışlar aşağıdakı mənanı daşıyırlar: 1.1. “Ölkə” - Türkiyə Respublikası baxımından Türkiyə Respublikası, Azərbaycan Respublikası baxımından Azərbaycan Respublikası;... 1.3. “Səlahiyyətli Orqan” – Türkiyə Respublikası baxımından Türkiyə Respublikası Əmək və Sosial Müdafiə Nazirliyi və digər əlaqədar Nazirliklər, Azərbaycan Respublikası baxımından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər əlaqədar Nazirliklər və təşkilatlar;... 1.10. “Yardım” – Tərəflərin öz qanunvericiliklərində nəzərdə tutulan hər hansı bir yardım (pensiya, müavinət və digər ödəmələr) və ya ianələr.... Maddə
3. Tətbiq edildiyi şəxslər Bu Saziş bir və ya hər iki Tərəfin qanunvericiliyinin tətbiq edildiyi və ya tətbiq edilmiş olduğu şəxslərə və onların iki ölkədən birinin qanunvericiliyinin təsir dairəsində olan ailə üzvlərinə və buna hüququ olan digər şəxslərə tətbiq edilir. Maddə
4. Fəaliyyət bərabərliyi 3-cü maddədə göstərilən şəxslər Tərəflərin qanunvericiliyində nəzərdə tutulan eyni hüquqa malikdirlər və bərabər məsuliyyət daşıyırlar.... Maddə
16. Sığortalılıq müddətlərinin birləşdirilməsi
1. Tərəflərdən birinin qanunvericiliyinə görə yardım almaq hüququnun meydana gəlməsi, qorunması və ya yenidən qazanılması, müəyyən sığortalılıq müddətlərinin tamamlanmasına bağlı olduğu hallarda, bir Tərəfin Səlahiyyətli İdarəsi digər Tərəfdəki sığortalılıq müddətlərini, eyni vaxta təsadüf etməmək şərti ilə öz qanunvericiliyinə uyğun qəbul edərək birləşdirir.... Maddə
18. Yardımların hesablanması
1. Bir Tərəfin qanunvericiliyinə görə 16-cı maddə tətbiq edilmədən yardım hüququ meydana gəlirsə, həmin Tərəfin Səlahiyyətli İdarəsi təkcə öz qanunvericiliyinə uyğun olan sığortalılıq müddətlərini nəzərə alaraq yardımı müəyyən edir. 2. 1-ci bəndə əsasən yardım hüququ mövcud olmadıqda, bu Sazişin 16-cı maddəsinə görə sığortalılıq müddətləri nəzərə alınaraq yardımlar aşağıdakı kimi hesablanır: 16-cı maddənin tətbiq edilməsi ilə əlaqədar olaraq idarə toplanmış sığortalılıq müddətlərini öz qanunvericiliyinə uyğun hesab edir və b undan sonra toplanmış müddətdən yalnız öz qanunvericiliyinə görə keçmiş müddəti nəzərə alaraq yardımın miqdarını müəyyən edir. 19. “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli, 1229 nömrəli Fərmanı
1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir; 2.2. dövlət bü dcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiy a instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirməd ən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSAS İYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları pr osessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bu qərarın 19-cu bəndində qeyd olunan normalara əsasən 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr tə yin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilir.
27. İddiaçının elmlər doktoru elmi dərəcəsinin və xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003cü il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində 22 il 9 ay 4 gün sığorta stajının olması işin mübahisələndirilməyən halıdır.
28. Tərəflər arasında mübahisə iddiaçının 2015-2017-ci illərdə Türkiyə Respublikası Uludağ Universitetində işlədiyi dövrlərə münasibətdə yaranmışdır.
29. Türkiyə Respublikası Ul udağ Universiteti ilə iddiaçı arasında bağlanmış “Xarici akademik heyət üçün müqavilə”lərə, sığorta bildirişi və əməkhaqqı cədvəllərinə əsasən, iddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək və xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək həmin Universitetin ədəbiyyat fakültəsinin arxeoloji bölməsində ona əmək haqqı ödənilməklə (sosial ayırmalar tutulmaqla) əmək fəaliyyəti ilə məşğul olmuşdur.
30. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, mübahisələndirilən dövrlər iddiaçının əmək kitabçasında qeyd edilməmiş və həmin dövrlərə dair əməkhaqqı cədvəli təqdim edilməmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 2015-2017-ci illərdə Türkiyə Respublikası Uludağ Universitetində işlədiyi dövrdə aldığı əməkhaqqından sosial ayırmalar tutulmasına dair sığorta bildirişi və əməkhaqqı cədvəllərini məhkəməyə təqdim etmişdir.
32. Azərbaycan Respublikasının 1 dekabr 1998-ci il tarixli, 557-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında” Sazişin 16-cı maddəsinin 1-ci bəndinə əsasən, Tərəflərdən birinin qanunvericiliyinə görə yardım (pensiya, təqaüd və sair) almaq hüququnun meydana gəlməsi, qorunması və ya yenidən qazanılması, müəyyən sığortalılıq müddətlərinin tamamlanmasına bağlı olduğu hallarda, bir Tərəfin Səlahiyyətli İdarəsi digər Tərəfdəki sığortalılıq müddətlərini, eyni vaxta təsadüf etməmək şərti ilə öz qanunvericiliyinə uyğun qəbul edərək birləşdirir. Həmin Sazişin 18-ci maddəsinin 2-ci bən dinə əsasən, 16-cı maddənin tətbiq edilməsi ilə əlaqədar olaraq idarə toplanmış sığortalılıq müddətlərini öz qanunvericiliyinə uyğun hesab edir və bundan sonra toplanmış müddətdən yalnız öz qanunvericiliyinə görə keçmiş müddəti nəzərə alaraq yardımın miqdarını müəyyən edir.
33. Göründüyü kimi, cavabdehin mübahisələndirilən dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsindən, iddiaçıya elmlər doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunmasından və onun yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
34. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəld iyi nəticə düzgündür, şikayətin təmin olunması üçün əsaslar yoxdur.
35. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 21(103)-1689/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.