Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2173/2019 30.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: birinci instansiya məhkəməsinin qərarının tarixinin apellyasiya şikayətində səhv göstərilməsi, apellyasiya şikayətinin mümkünlüyü giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əh alinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı müharibə veteranı üçün nəzərdə tutulan müavinətin ödənilməsi tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-285/2019 saylı, 30 aprel 2019-cu il tarixli qərardadından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək müharibə veteranları üçün nəzərdə tutulan müavinətin 2006-2018-ci illər üzrə ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisa di Məhkəməsinin 12 mart 2019-cu tarixli qərarı ilə iddia qismən təmin edilərək 20 noyabr 2015-ci ildən 20 noyabr 2018-ci ilə qədər olan dövr üçün müavinətin iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, idida qalan hissədə rədd edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin 12 mart 2018-ci il tarixli qərarının ləğvini xahiş etmiş, şikayətdə məhkəmə qərarının tarixi düzgün göstərilmədiyinə görə bu barədə cavabdehə apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə bildirişi göndərilərək apellyasiya şikayətinin mümkünlük məsələsinə 30 aprel 2019-cu il tarixdə baxılacağı bildirilib nöqsanın aradan qaldırılması təklif edilmişdir. Cavabdeh tərfindən həmin nöqsan aradan qaldırılmamı şdır. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 30 aprel 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamışdır. Cavabdeh 16 may 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin qərarından veilən apellyasiya şikayətində qərarın tarixi şikayətin əvvəlində düzgün göstərilmiş, sonunda texniki səhv olaraq 12 mart 2019-cu il əvəzinə 12 mart 2018-ci il qeyd edilmişdir. Bu barədə apellyasiya məhkəməsinin məhkəmə bildirişi onlara 26 aprel 2019-cu il tarixdə çatmış, sonrakı iki gün qeyri-iş günü olmuşdur. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxma yaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslı deyildir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İşin hallarından görünür k i, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə 12 mart 2019-cu il tarixli qərar qəbul etmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, şikayətin əvvəlində qərarın tarixi 12 mart 2019-cu il, nəticə hissəsində 12 mart 2018-ci il qeyd edilmişdir. Yekunda cavabdeh apellyasiya məhkəməsinin 12 mart 2018-ci il tarixli qərarının ləğvini xahiş etmişdir. Cavabdehin özünün də etiraf etdiyi kimi, nöqsanın aradan qaldırılması barədə məhkəmə bildirişini 26 aprel 2019-cu il tarixdə almışdır. Lakin şikayətin mümkünlüyü ilə bağlı məhkəmə iclası 30 aprel 2019-cu il tarixə təyin edilmiş, cavabdeh məhkəmə iclasından bir neçə gün əvvəl bundan məlumatlı olsa da, hər hansı hərəkət etməmişdir. İPM-in 86.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayətində barəsində şikayət veril ən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatlar göstərilməlidir. Cavabdeh apellyasiya şikayətində barəsində şikayət verilən məhkəmə qərarının tarixini düzgün göstərməmişdir. İPM-in 87.4-cü maddəsinə görə apellyasiya mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı cavabdehi lazımi qaydada məlumatlandıraraq onun dinlənilmə hüququnu təmin etmişdir. Cavabdeh apellyasiya şikayətində barəsində şikayət verdiyi məhkəmə qərarının tarixini düzgün göstərmədiyindən apellyasiya şikayətini mümkün saymamaqla məhkəmə düzgün nəticəyə gəlmişdir. Odur ki, kassasiya şikayət i təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-285/2019 saylı, 30 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2173/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2173/2019
30.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver