Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2173/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X5 iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (mülkiyyət hüququnun qeydiyyata alınması; çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X5 iştirakı ilə) qarşı bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-48/2021 nömrəli iş üzrə 09.07.2021-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə 17 noyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhər İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli, 8/447 saylı qərarı ilə ona ayrılmış 218 saylı bağ-tikinti kooperativinin nəzdində Bakı şəhər Pirşağı massivində 0,12 hektar sahəli 261-B saylı bağ sahəsinə mülkiyyət hüququnun tanınaraq qeydiyya ta alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin 20.06.1991-ci il tarixli 8/447 nömrəli qərarı ilə ona 218 nömrəli bağ-tikinti kooperativinin nəzdində Bakı şəhəri, Pirşağı massivində 0.12 ha sahəli 261B nömrəli bağ sahəsi ayrılmışdır. Qərarın əsasında 218 nömrəli bağ-tikinti kooperativi tərəfindən ona 261-b sahəsinin mülkiyyətinə ayrılması barədə 04.07.1991-ci il tarixli order verilmişdir. Həmin sahə 1991-ci ildə bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin nümayəndəsi tərəfindən ona göstərilib təqdim edilmiş, lakin sahənin nə sxem i, nə xəritəsi, nə də koordinatları ona verilməmişdir. Həmin ərazidə iddiaçı tərəfindən tikinti işləri aparılmamışdır. 2015-ci ildə iddiaçı Bakı şəhər İK 20.06.1991-ci il tarixli 8/447 nömrəli qərarını və 218 nömrəli bağ-tikinti kooperativi tərəfindən verilmiş 04.07.1991-ci il tarixli orderi cavabdeh idarəyə təqdim edərək, bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ona reyestrdən çıxarış verilməsini xahiş etmişdir. Lakin, iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.3, 8, 9.1.2 və 11.1-ci maddələrinə, Azərbaycan Respublikası MM-in 176.1-ci maddəsinə və Azərbaycan Respublikası İPM-in 2.2.2-ci və 73.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilmə sini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 14.12.2017-ci il tarixli, 2-1(82)75/2017 nömrəli (sədrlik edən hakim Zaur Tağıyev) qərarı iddianın təmin edilməsi, Bakı şəhəri Xalq Deputatları İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli, 8/447 nömrəli qərarı ilə Bakı şəhər Pirşağı massivində 218 saylı bağ-tikinti kooperativinin nəzdində 0,12 ha sahədən ibarət ayrılmış 26İB nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Torpaq Məcəlləsini 67-ci madd əsinə, “Torpaq islahatı haqqında” Qanunun 9, 10-cu maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri xidməti haqqında” Qanunun 15-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 24.1, 24.2-ci maddələrinə, İPM-in 15.1, 34.1, 52, 58.1, 68.1, 68.2-ci maddələrinə istinadən belə hesab etmişdir ki, iddia qanuni və əsaslıdır.
5. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 14.12.2017-ci il tarixli, 2-1(82)-75/2017 nömrəli qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsinin 13.04.2018-ci il tarixli, 2-1(103)1085/2018 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Döv lət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi ilə əvəz edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin 02.05.2018-ci il tarixli, 2-1(103)1085/2018 saylı qərardadı ilə X8 hazırki iş üzrə üçüncü şəxs kimi inizibati məhkəmə icraatına cəlb edilmişdir. 8. 03.07.2018-ci il tarixdə cavabdeh və üçüncü şəxs X8 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 15.03.2019-cu il tarixli, 21(103)-50/2019 nömrəli (hakimlər Səriyyə Seyidova - sədrl ik edən və məruzəçi, Vidadi Məmmədov və İlham Əhmədov) qərarı ilə cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətlərinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 14.12.2017-ci il tarixli, 21(82)-75/2017 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, “Daşınmaz əmlakın dövlət reyestri xidməti haqqında” Qanunun 2.1, 2.2, 8.0.1, 12.1, 15-ci maddələrini, “Torpaq islahatı haqqında” Qanunun 9, 10-cu maddələrini, İPM-in 1.2, 58.7-ci maddələrini tətbiq etməklə belə hesab etmişdir ki, cavabdeh iddiaçıya rədd cavabı verəndə haqlı olmuşdur.
11. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 15.03.2019-cu il tarixli, 2-1(103)-50/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsindəki icraat
12. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 06.11.2019-cu il tarixli, 2-1(102)-2149/2019 nömrəli (hakimlər Sevda Hüseynova - sədrlik edən və məruzəçi, İlqar Dadaşov və Kəmaləddin Bədəlov) qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, apellyasiya məhkəməsinin 15.03.2019-cu il tarixli, 2-1(103)-50/2019 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 09.07.2021-ci il tarixli, 2-1(103)-48/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Afaq Nuriyeva) qərarı ilə cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 14.12.2017-ci il tarixli, 2-1(82)-75/2017 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, Torpaq Məcəlləsini 67-ci maddəsinə, Torpaq islahatı haqqında” Qanunun 9, 10-cu maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri xidməti haqqında” Qanunun 8.0.7-ci maddəsinə,, “İnzibati icraat haqqında” Qanunun 12.1, 12.2, 12.4-cü maddələrinə, İPM-in 96.11-ci maddəsinə istinad edərək belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qərarı qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Ka ssasiya şikayətinin dəlilləri
15. Üçüncü şəxsin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər Sabunçu rayonu Pirşağı Bələdiyyəsi ilə X8 arasında bağlanmış “Bələdiyyə mülkiyyətində olan (yaşayış və qeyri-yaşayış) torpaq sahəsinin icarəyə verilməsi haqqında” 14 sentyabr 2005-ci il tarixli, 611 nömrəli icarə müqaviləsinə əsasən (Bakı şəhəri Pirşağı Bələdiyyəsinin 05.09.2005-ci il tarixli, 09 saylı ümumi iclasının qərarına əsasən) Pirşağı bağ massivi ünvanında yerləşən 2100 kv.m təşkil edən qeyri-yaşayış sahəsi “Bağçılıq” məqsədilə Azad Məmmədovun icarəsinə verilmişdir. Həmin bağ sahəsinə görə mütəmadi olaraq Pirşağı Bələdiyyəsinə vergi ödənişlərini həyata keçirmişdir. Eləcə də həmin vaxtdan mübahisəli torpaq sahəsi onun sahibliyində və istifadəsində olmaqla həmin mübahisəli torp aq sahəsindən Azad Məmmədov istifadə etmişdir.
16. Bundan əlavə onu da qeyd etmək istəyir ki, həmin vaxtlar bir ailəyə yalnız 1 bağ sahəsi ayrılırdı. Tərəfindən sorğu verilmiş və məlum olmuşdur ki, İddiaçı Nardaranda bağ sahəsi verilmişdir. İddiaçının mübahisəli bağ sahəsini heç bir aidyyəti yoxdur.
17. Lakin buna baxmayaraq işə baxmış apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2018-ci il tarixli ekspert rəyin istinad edərək, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərini əsassız olması qənaətinə gəlməklə birinci instansiya məhkəməsinin əsassız və qanunsuz qərarını dəyişdirilmədən saxlamışdır.
18. Halbuki, sözügedən ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bəl ədiyyəsinin 611 nömrəli 14 sentyabr 2005-ci il tarixli icarə müqaviləsi əsasında X4 icarəsinə verilmiş 2100 kv.metr torpaq sahəsinin sxemində koordinatlar və yaxud hər hansı istinad nöqtəsindən məsafə və ölçülər göstərilməməsi səbəbindən sözügedən icarəyə verilmiş torpaq sahəsinin dəqiq olaraq sərhədlərini təyin etmək və İddiaçı ayrılmış 0,12 hektar 261 B saylı bağ sahəsi (iş materiallarına 216B nömrəli bağ sahəsinin sxemi əlavə edilməmişdir) ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır.
19. Bundan əlavə apellyasiya instansiya məhkəməsi öz qətnaməsində qeyd edərək göstərmişdir ki, iş üzrə aparılmış araşdrıma zamanı və mütəxəssis tərəfindən keçirilmiş baxış zamanı mübahisəli torpaq sahəsinin, yəni Bakı şəhər Sabunçu rayonu Pirşağı bağ massivində yerləşən 26 lb saylı bağ bağların b ölgüsünə dair sxematik xəritədə aşkar olunmaması və dövlət qeydiyyatından keçməməsi müəyyən edilmişdir.
20. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsi (bağ sahəsi) bağların bölgüsünə dair sxematik xəritədə aşkar olunmamasına və dövlət qeydiyyatından keçməməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi öz qərarında yalnız Ali Məhkəmənin göstərişinə uyğun olaraq cavabdeh inzibati orqandan tələb etdiyi və cavabdehin 05.04.2021-ci il tarixli, **********19 saylı məktubu ilə Bakı Şəhər İcraiyyə Komitəsinin 3/75 nömrəli, 01.03.1991-ci il tarixli qərarı ilə Sabunçu rayonu, Pirşağı bağ massivində 218 nömrəli bağ tikinti kooperativi üzvlərindən adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış bağ sahəsi aşkar olunanlar barədə əldə edilən məlumatlara istinad edərək qeyd etmişdir ki, məhkəməyə təqdim edilən 6 şəxs haqqında məlumatdan da görünür ki, həmin şəxslərin adlarına dövlət reyestində qeydiyyat iddiaçıda mövcud olan eyni sənədlər (order) əsasında aparılmışdır.
21. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi cavabdeh inzibati orqanın iddiaçının adına dövlət reyestrində qeydiyyatın aparılmasından imtina etməsinin 3 əsası göstərildiyini və həmin halların imtina üçün əsas olmadığını göstərməklə nəticələnmiş və qeyd edilən halların tam araşdırılması, yəni X4 icarəsinə verilmiş 2100 kv.metr torpaq sahəsinin sxemində koordinatların müəyyən edilməsi üçün Bakı şəhər Sabunçu rayonu Pirşağı bələdiyəsini də üçüncü şəxs qismində cəlb edərək müvafiq sənədləri ondan tələb edərək iş üzrə düzgün nəticəyə gəlməyə cəhd etməmişdir.
22. Bundan əlavə, mübahisəli tor paq sahəsinə dair Azad Məmmədovla icarə müqaviləsi bağlanarkən həmin torpaq sahəsinin Bakı şəhər Sabunçu rayonu Pirşağı bələdiyəsinin, yoxsa Dövlətin mülkiyyətində olmasının aydınlaşdırılması üçün müvafiq ekspertiza keçirməmişdir.
23. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 2-1(103)-48/2021 nömrəli qərarının ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir.
24. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq bağ sahəsinə dair çıxarış və plan-ölçü almaq məqsədilə 1 saylı Bakı Ərazi İdarəsinə 24.11.2015-ci il tarixdə müraciət etmişdir.
25. Aparılmış araşdırmalar nəticəsində məl um olmuşdur ki, Bakı şəhər Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən 261 b saylı bağ bağların bölgüsünə dair sxematik xəritədə aşkar edilməmişdir. Bundan başqa, yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, bağ sahəsinin ərazisindən magistral kanalizasiya xətti keçir və göstərilən sahənin şimal hissəsindən 4.87.3 metr aralıda 10 kV elektrik xətti keçir. Həmçinin, müvafiq bağ sahəsi mübahisə predmetidir. Belə ki, müvafiq bağ sahəsinə digər fiziki şəxslər - X8, X3, X2 da iddialıdır. (Məlumat üçün bildiririk ki, həmin bağ sahəsinin 262K saylı bağ sahəsi kimi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar təmin edilmiş iddia tələbi əsasında qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 06.08,2021-ci il tarixli, 2-1(103)-1674/2021 saylı qərarından idarə tərəfindən kassasiya şikayəti verilmişdir).
26. Qeyd olunan səbəblərə görə, ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır.
27. Göründüyü kimi, yuxanda qeyd olunan hallar və qanunvericiliyin tələbləri birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir.
28. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 2-1(103)48/2021 nömrəli qərarının ləğv edilməsi və iddiaç ının iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
30. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. (13 oktyabr 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Tətbiq edilən hüquq
31. İnzibati Prosessual Məcəllə: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəməni n hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
32. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır.
35. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPMnin 91-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
36. Məhkəmə kollegiyası iş üzrə üçüncü şəxsin kassasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi hazırkı inzibati mübahisə üzrə başlamış iş Ali Məhkəmənin İnzibati Kollegiyasının məhkəmə baxışında olm uş və bununla bağlı Ali Məhkəmənin İnzibati Kollegiyasının 06.11.2019cu il tarixli, 2-1(102)-2149/2019 nömrəli qərarı qəbul edilərək, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin 15.03.2019-cu il tarixli, 2-1(103)-50/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
37. Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, “işin hallarından göründüyü kimi, iddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün istinad olunan Qanunun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müvafiq sənədləri təqdim etmişdir. İddiaçı tərəfindən təqdim edilməyən sənəd torpaq sahəsinin plan və ölçüsünə aiddir ki, həmin sənəd cavabdeh tərəfindən tərtib olunmalıdır. Belə ki, iddiaçıya bağ sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsər rüfatının inkişaf və istismarı birliyi tərəfindən verilmişdir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Beləliklə, istifadəsində olan torpaq sahəsinə dair ilkin sənədlərin, o cümlədən həmin bağ sahəsinin ona verilməsi zamanı tərtib edilmiş planın lazımi qaydada təsdiq olunmuş sürətini əldə etmək məqsədilə məhz cavabdeh ondan saxlanılan arxiv sənədlərinin təsdiq olun muş surətlərini, o cümlədən, torpaq sahəsinin planının verilməsini təmin etməlidir. Cavabdeh tərəfindən bu məsələyə dair bildirmiş mövqeyi iddiaçı mübahisələndirmiş və məhkəmə kollegiyası iddiaçının bu hissədə bildirdiyi dəlillərlə razılaşdığını qeyd edir. Belə ki, işin 10-cu səhifəsində olan cavabdehin məktubundan göründüyü kimi, cavabdeh bildirmişdir ki, 218 saylı bağ tikinti kooperativi nəzdində Sabunçu rayonu, Pirşağı bağları ərazisində ayrılmış bağ sahələrinin yerləşmə sxemi və 261B saylı bağ sahəsinə aid cizgi aşkar olunmamışdır. İşin 11-ci səhifəsində olan cavabdehin məktubundan göründüyü kimi, cavabdeh eyni əsas barədə bildirmiş və əlavə olaraq göstərmişdir ki, 261b bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığı üçün mülkiyyət hüququnun qeydə alınması m ümkün olmamışdır. İşin 95-ci səhifəsində olan cavabdehin məktubundan göründüyü kimi, cavabdeh bildirmişdir ki, 218 saylı bağ tikinti kooperativinə aid arxiv qovluğunda bağ sahələrinin sxematik xəritəsi aşkar olunmamışdır. Cavabdehin bu qaydada verdiyi ziddiyyətli məlumatlarına baxmayaraq, apellyasiya məhkəməsi işin halı kimi müəyyən etmişdir ki, Bakı şəhər Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 261b saylı bağ bağların bölgüsünə dair sxematik xəritədə aşkar olunmamamışdır. Apellyasiya məhkəməsinin bu qaydada ifadə edilmiş mövqeyindən belə qənaətə gəlmək olar ki, 218 saylı bağ tikinti kooperativinə aid sxematik xəritə mövcuddur, lakin həmin xəritədə 261b saylı bağ sahəsi göstərilməmişdir. Lakin bu halın, yəni bağların bölgüsünə dair sxematik xəritənin mövcudluğunun hansı sübuta əsas ən müəyyən edildiyini apellyasiya məhkəməsi qərarında göstərməmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən yeni apellyasiya baxışı zamanı bilavasitə 218 saylı bağ tikinti kooperativinə aid qovluq bütövlükdə tələb olunmalı, həmin qovluqda olan sənədlər tədqiq olunmalı və bağ kooperativi üzvlərinin bağ sahələri üzərində hüquqlarının qeydə alınıb-alınmaması, alındığı təqdirdə, əgər kooperativə dair sxematik xəritə mövcud deyildirsə, hansı qaydada qeydiyyatın aparıldığı araşdırılmalıdır.”
38. Məlum olduğu kimi İPM-in 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
39. Belə ki, Ali Məhkəmənin göstərişinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən 25.02.2020-ci il tarixli 2-1(103)-518/2020 sa ylı qərardad qəbul edilərək, Bakı şəhəri, Pirşağı massivində yerləşən 218 saylı BTK-ya aid bağ qovluqlarının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən baxış keçirilməsi üçün götürülməsi qərara alınmışdır.
40. Bakı Apellyasiya Məhkəməsinin 10.03.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən qovluq tam olaraq təqdim edilməmişdir. Bu səbəbdən apellyasiya məhkəməsi tərəfindən yenidən cavabdehə sorğular ünvanlanaraq, ünvan 1 bağ qovluqlarının, həmçinin 218 saylı Bağ Tikinti Kooperativinə məxsus bağ qovluğunda olan Kooperativin üzvlərinin siyahısında adları qeyd olunan şəxslərə verilmiş bağ sahələrinə dair çıxarışın verilib-verilməməsinə dair məlumat, çıxarış ve rildiyi təqdirdə həmin şəxslərə çıxarışın verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir.
41. Cavabdehin 05.04.2021-ci il tarixli **********19 saylı məktubu ilə Bakı Şəhər İcraiyyə Komitəsinin 3/75 nömrəli, 01.03.1991-ci il tarixli qərarı ilə Sabunçu rayonu, Pirşağı bağ massivində 218 nömrəli bağ tikinti kooperativi üzvlərindən adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış bağ sahəsi aşkar olunanlar barədə əldə edilən məlumatlar məhkəməyə təqdim edilmişdir. Təqdim edilən 6 şəxs haqqında məlumatdan da görünür ki, həmin şəxslərin adlarına dövlət reyestrində qeydiyyat iddiaçıda mövcud olan eyni sənədlər (order) əsasında aparılmışdır. Məktuba həmin orderlərin və dövlət reyestrindən çıxarışların təsdiq edilmiş surətləri də əlavə edilmişdir.
42. Bu nunla əlaqədar apellyasiya məhkəməsi düzgün olaraq “İnzibati İcraat haqqında” qanunun 12-ci maddəsinə istinad etmişdir, belə ki, 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.
43. Bu baxımdan apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan başqa şəxslərə iddiaçıda mövcud olan eyni qüvvəli order əsasında dövlət reyestrindən çıxarışlar vermiş, həmin şəxslərə dövlət reyestrindən çıxarışlar verilərkən ord erdən başqa sənədin təqdim edildiyi öz təsdiqini tapmamışdır. Belə olan halda iddiaçıya ayrılmış torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi əsası ilə çıxarışın verilməsindən imtina edilməsi əsassızdır.
44. Eyni zamanda apellyasiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, imtinanın ikinci əsası kimi göstərilmiş bağ sahəsinin ərazisindən magistral kanalizasiya xəttinin keçməsi isə öz təsdiqini tapmadığı kimi, daşınmaz əmlakın dövlət reyestri haqqında qanunda belə bir əsasın olması daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina üçün əsas olaraq nəzərdə tutulmamışdır.
45. Digər üçüncü hal olan bağ sahəsinin mübahisə predmeti olmasına gəldikdə isə apellyasiya məhkəməsi düzgün olaraq vurğulamışdır ki, məhkəmə araşdırması zamanı mübahisələndirilən torpaq sa həsinin dövlət mülkiyyəti torpağı olması öz təsdiqini tapmış (3-cü şəxsə torpaq sahəsi bələdiyyə ilə bağlanmış icarə müqaviləsi əsasında verilmişdir), həmçinin birinci apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə ekspertizasının nəticəsi olaraq qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinin 611 nömrəli, 14 sentyabr 2005-ci il tarixli icarə müqaviləsi əsasında X4 icarəsinə verilmiş 2100 kv. metr torpaq sahəsinin sxemində koordinatlar və yaxud hər hansı istinad nöqtəsindən məsafə və ölçülər göstərilməməsi səbəbindən sözügedən icarəyə verilmiş torpaq sahəsinin dəqiq olaraq sərhədlərini təyin etmək və İddiaçı ayrılmış 0,12 hektar 261 B saylı bağ sahəsi (mülki iş materiallarına 261B nömrəli bağ sahəsinin sxemi əlavə edilməmişdir) ilə üst-üstə düşməsini müəyyən etmək mümkü n olmamışdır.
46. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 09.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 2-1(103)-48/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.