Məhkəmə qərarları › İş №2-1(102)-2173/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2173/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2173/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: pensiyanın təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə İddiaçı (xx.xx.1954-cü il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təy inatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1982/2022 nömrəli, 3 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əmək kitabçasına əsasən əmək fəaliyyəti aşağıdakı kimidir: xx.xx.1976 – xx.xx.1979 – sürücü; xx.xx.1979-xx.xx.1988 – sürücü; xx.xx.1988 - xx.xx.1991 – sürücü; xx.xx.1992-xx.xx.2005- sürücü

2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alı nmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, təqdim etdiyi xx.xx.1979-cu il tarixində tərtib edilmiş ИТ-İ № ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992- ci il tarixindən xx.xx.2001-ci il tarixinədək Naftalan Avtonəqliyyat ATSC-də olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır.

3. Cavabdehin müraciətinə əsasən "xxxx" ASC tərəfindən bildirilmişdir ki, "xxxx" ASC 2007-ci ildən özəl cəmiyyət kimi fəaliyyət göstərir və onun arxiv sənədlərində bu işlə əlaqədar heç bir sənəd əldə etmək mümkün olmamışdır.

4. Cavabdehin müraciətinə əsasən 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən bildirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2004-cü il tarixdə hüquqi şəxs kimi vergi orqanında ********** saylı VÖEN-lə uçota alınmışdır. Eyni zamanda bildirilmişdir ki, xx.xx.2004-cü il tarixdə 3104 qeydiyyat nömrəsi ilə Ədliyyə Nazirliyinin Hüquqi aktların dövlət reyestrinə daxil edilmiş “İcra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”nın 3.3-cü bəndinə əsasən vergi orqanına təqdim olunmuş vergi bəyannamələrinin saxlanma müddətinin 5 (beş) il olmasını nəzərə alaraq vergi ödəyicisinin 2006-cı ildən (X1 Sistemi (AVİS) 2006-cı ildən tətbiq olunur) geri tarixə olan, fəaliyyətini əks etdirən məlumatların aşkar olunaraq Sizə təqdim olunması mümkün deyildir. Bundan əlavə vergi ödəyicisinin fəaliyyətinin olub-olmaması barədə məlumatlar onun vergi orqanına təqdim etdiyi bəyannamələr (hesabatlar) əsasında müəyyən edilir. Qeyd olunan səbəblərdən adıçəkilən müəssisənin qeyd etdiyiniz dövrlər (1992-2005-ci illər) üzrə fəaliyyətinin olub-olmaması barədə hər hansı məlumatın Sizə təqdim edilməsi mümkün deyildir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci, 7, 12.1-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, qeyd olunan maddələrin tələblərinə əsasən iddiaçıya xx.xx.2013-cü il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.1979-cu il tarixində tərtib edilmiş HT-İ № ******* saylı əmək kitabçasına və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin xx.xx.2021-ci il tarixli № 237 saylı arayışına əsasən ümumi sığorta stajı 5 il 4 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır və fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3.539,46 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28.800 manatdan) az olduğu üçün əmək pensiyasının minimum məbləğindən (200 manatdan) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018 ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi "xxxx" ASC əmr kitablarını və əməkhaqqı cədvəllərini Naftalan şəhər Dövlət Arxivinə təhvil vermədiyi üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pens iyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən aktiv VÖEN hesabı (**********) olduğu üçün iddiaçıya yaşa görə müavinətin təyin edilməsi qanunauyğun hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1992-ci-xx.xx.2001-ci illərdə Naftalan Avtonəqliyyat ATSC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1954-cü ildə Tərtər rayon Sarov kəndində anadan olub. xx.xx.1976-cı ildən əmək fəaliyyətinə başlayıb. xx.xx.1976-cı il dən xx.xx.2004-cü ilədək müxtəlif idarə və müəssi sələrdə işləyib, işlədiyi illər barədə əmək kitabçasında qeydlər edilibdir. Hal-hazırkı pensiya təyinatı haqqında qanunvericiliyə əsasən vətəndaşa əmək pensiyası təyin edilməsi əmək kitabçası əsasında aparılır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 3.1.1-ci maddəsində göstərilmişdir ki, qanun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Hazırda 27 il 9 ay əmək kitabçasında yazılmaqla stajı olduğuna istinadən pensiya almaq üçün DSMF-nin Tərtər rayon Şöbəsinə müraciət etmiş, orada ondan stajla bağlı sənədləri və əmək kitabçası tələb olunmuş, iddiaçı göstərilən illərə aid stajla bağlı əmək kitabçasını təqdim etmişdir. xx.xx.1992 - xx.xx.2001- ci illərdə Naftalan Avtonəqliyyat ATSC -də işlədiyi illərdə olan stajı sosial sığorta stajına hesablanmışdır.

8. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1928/2021 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

9. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bildirilmişdir ki, "xxxx" ASC xx.xx.1999-cu il tarixində keçmiş "xxxx" Dövlət Konserninin X2nin bazasında təsis edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq həmin ASC-nin səhmlərinin 100 (yüz) faizinin özəlləşdirilməsi prosesi xx.xx.2006-cı il tarixində başa çatmışdır.

10. İddiaçı tərəfindən məhkəməyə X2 və "xxxx" ATSC-yə işlədiyi 1992-2005-ci illərə aid adına yazılmış çoxsaylı yol qaimələrinin əsilləri və aidiyyəti sənədləri (əmək haqqının alınmasına dair tabellər, maşının və yanacağın təhvil alınmasına dair cədvəllər və s.) təqdim edilmiş, həmin sənədlərin əsilləri məhkəmə iclasında cavabdehin nümayəndəsinin iştirakı ilə tədqiq edilərək əsilləri cavabdehə qaytarılmışdır.

11. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 002843№-li bildir işə əsasən iddiaçı "xxxx" ATSC-nin səhmlərinin əmək kollektivinə güzəştli satışında iştirak edərək 4 ədəd özəlləşdirmə çeki təqdim etmişdir və nəticədə 28 ədəd səhm almışdır.

12. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 28 fevral 2022-ci il tarixli, 2-1(112)-3450/2022 nömrəli qərarı ilə iddiа təmin edilərək iddiaçıya 1 aprel 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin qurumların mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə (xx.xx.1992-xx.xx.2005) sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair dəlili məhk əmə əsassız hesab edir.

14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1982/2022 nömrəli, 3 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və H.Ü.Həmidov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçıya yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: 1)qanunla tələb edilən yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.

19. Naftalan ASC tərəfindən bildirilmişdir ki, "xxxx" ASC 2007-ci ildən özəl cəmiyyət kimi fəaliyyət göstərir və onun arxiv sənədlərində bu işlə əlaqədar heç bir sənəd əldə etmək mümkün olmamışdır. 20. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən bild irilmişdir ki, "xxxx" ASC xx.xx.2004-cü il tarixdə hüquqi şəxs kimi vergi orqanında ********** saylı VÖEN-lə uçota alınmışdır, xx.xx.2004-cü il tarixdə 3104 qeydiyyat nömrəsi ilə Ədliyyə Nazirliyinin Hüquqi aktların dövlət reyestrinə daxil edilmiş "İcra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”nın 3.3-cü bəndinə əsasən vergi orqanına təqdim olunmuş vergi bəyannamələrinin saxlanma müddətinin 5 (beş) il olmasını nəzərə alaraq vergi ödəyicisinin 2006-cı ildən (X1 Sistemi (AVİS) 2006-cı ildən tətbiq olunur) geri tarixə olan, fəaliyyətini əks etdirən məlumatların aşkar olunaraq Sizə təqdim olunması mümkün deyildir. 21. 2 iyun 2021-ci il tarixdə Naftalan şəhər Dövlət Arxivində keçiri lmiş qarşılıqlı yoxlamada "xxxx" ASC-nin əməkhaqqı və əmrlər kitabı aşkar edilməmişdir.

22. Dövlət Statistika Komitəsinin Gəncə şəhər Statistika İdarəsinə ünvanlanmış 28 oktyabr 2021-ci il tarixli **********7 nömrəli sorğuya cavab məktubunda "xxxx" ASC Gəncə şəhər Statistika idarəsinin statistik vahidlərin Dövlət reyestrində mövcud olmadığı bildirilmişdir.

23. İddiaçının əmək kitabçasındakı qeydlərlə bağlı müvafiq orqanlara ünvanlanmış sorğulara cavablardan müəyyən olunur ki, onun xx.xx.1992-xx.xx.2005-ci il tarixlərdə "xxxx" Açıq Səhmdar Cəmiyyətində sürücü vəzifəsində işlədiyi dövrlər dövlət arxivinin arayışları ilə öz təsdiqini tapmır.

24. Bundan əlavə 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ''NaftalanAvtonəqliyyat" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2004-cü il tarixdə hüquqi şəxs k imi vergi orqanında ********** saylı VÖEN-lə uçota alındığı bildirilmişdir.

25. Qanunvericiliyə əsasən, hüquqi şəxsin dövlət qeydiyyatına alınması hələ onun fəaliyyət göstərməsi demək deyil. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməlidir.

26. İddiaçının "xxxx" ASC-də olan əmək fəaliyyətinin öz təsdiqini tapmaması, tələb olunan minimum sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyası təminatına imkan verən pensiya kapitalının olmaması ona yaşa görə əmək pensiyası təyinatı aparılmasını istisna edir.

27. Göründüyü kimi, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir.

28. Bu da öz növbəsind ə qərarın kasasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır.

29. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 3.1.1ci, 7-ci, 31.2-1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

30. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 2 5 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 32. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensi ya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 34. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

35. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəz ərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

37. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

40. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının xx.xx.1992xx.xx.2005-ci il tarixlərdə "xxxx" Açıq Səhmdar Cəmiyyətində sürücü vəzifəsində işlədiyi dövrlər dövlət arxivinin aray ışları ilə öz təsdiqini tapmır. Məhkəmə isə bu istiqamətdə hərtərəfli araşdırma aparmamış, göstərilən halları nəzərə almamışdır.

41. Şikayətin bu dəlilinə münasibətdə nəzərə almaq lazımdır ki, mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının həmin dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmələr haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir.

42. Hazırkı qərarın 31-33-cü bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Cavabdeh isə iddiaçının iş stajını təsdiq edən əlavə sübutlar tələb edərək, qeyd olunan normanın tələbini p ozmuşdur.

43. Nəzərə alınmalıdır ki, əmək kitabçasının iş illərinə dair qeydləri ilə bağlı müvafiq sənədlərin arxivə təhvil verilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən də görünür ki, iddiaçının 01 yanvar 1992-ci il tarixindən 01 yanvar 2006-cı il tarixinədək müvafiq müəssisələrdə iş fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).

44. Əlavə olaraq qeyd edilməlidir ki, məhkəməsinin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bildirilmişdir ki, "xxxx" ASC xx.xx.1999-cu il tarixində keçmiş "xxxx" Dövlət Konserninin X2nin bazasında təsis edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq həmin ASC-nin səhmlərinin 100 (yüz) faizinin özəlləşdirilməsi prosesi xx.xx.2006-cı il tarixində başa çatmışdır. 45. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən bildirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2004-cü il tarixdə hüquqi şəxs kimi vergi orqanında ********** saylı VÖEN-lə uçota alınmışdır. Eyni zamanda bildirilmişdir ki, xx.xx.2004-c ü il tarixdə 3104 qeydiyyat nömrəsi ilə Ədliyyə Nazirliyinin Hüquqi aktların dövlət reyestrinə daxil edilmiş “İcra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”nın 3.3-cü bəndinə əsasən vergi orqanına təqdim olunmuş vergi bəyannamələrinin saxlanma müddətinin 5 (beş) il olmasını nəzərə alaraq vergi ödəyicisinin 2006-cı ildən (X1 Sistemi (AVİS) 2006-cı ildən tətbiq olunur) geri tarixə olan, fəaliyyətini əks etdirən məlumatların aşkar olunaraq Sizə təqdim olunması mümkün deyildir. Bundan əlavə vergi ödəyicisinin fəaliyyətinin olub-olmaması barədə məlumatlar onun vergi orqanına təqdim etdiyi bəyannamələr (hesabatlar) əsasında müəyyən edilir. Qeyd olunan səbəblərdən adıçəkilən müəssisən in qeyd etdiyiniz dövrlər (1992-2005-ci illər) üzrə fəaliyyətinin olub-olmaması barədə hər hansı məlumatın Sizə təqdim edilməsi mümkün deyildir.

46. Nəzərə almaq lazımdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilmiş məktubda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1992-2005-ci illərdə fəaliyyət göstərmədiyi deyil, sadəcə həmin dövrlərdə fəaliyyətinin olub-olmaması barədə hər hansı məlumatın təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir.

47. Göründüyü kimi, cavabdehin qeyd olunan dəlillərinə dair məhkəmələr tərəfindən hərtərəfli araşdırma aparılmış və araşdırma nəticəsində cavabdehin dəlilləri təsdiqini tapmamışdır. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlillərini əsassız hesab edir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin sosia l sığorta haqqının ödənilməməsi barədə dəlilinə münasibətdə hazırkı qərarın 23-cü bəndində göstərilən normalarda təsbit edilmiş hüquqi tənzimləmə nəzərə alınmalıdır. Həmin normalara görə, qanunverici tərəfindən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmiş, qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, həmin dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinin iddiaçının ziyanına təfsir olunması və onun pensiya hüququnun məhdudlaşdırılması qanunvericiliyə ziddir. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır.

49. Məhkəmə kollegiyası hesab edir ki, y uxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.

50. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

51. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsi n. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1982/2022 nömrəli, 3 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar