Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2173/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 may 2023-cü il tarixli, 2-1(103)-1320/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, xx.xx.1978-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.
2. Mərkəzi Dənizçilər Xəstəxanasının Uşaq Poliklinikası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 93 nömrəli arayışa əsasən, iddiaçının xx.xx.1982-ci il təvəllüdlü oğlu X6 həmin poliklinikada kəskin leykoz xəstəliyi ilə dispanser qeydiyyatı nda olmuşdur.
3. Bakı şəhəri Lenin rayon Sosial təminat şöbəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 116084 nömrəli pensiya vəsiqəsinə əsasən, iddiaçıya əlil uşağa qulluq etdiyinə görə “Dövlət pensiyaları haqqında” Qanuna və “Dövlət pensiyalarının təyin edilib verilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək müavinət təyin edilmişdir.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Pediatriya Elmi-Tədqiqat İnstitutuna ünvanlanmış xx.xx.1991-ci il tarixli, 3-541/16 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.1991-ci il tarixli, 1495 nömrəli məktubuna əsasən, 8 yaşlı uşaq Kluş R. stasionar müalicəyə göndərilir.
5. Moskva şəhər Qaqarin VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, X-MÖ 252767 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.1992-ci il tarixdə kəskin leykoz xəstəliyindən vəfat etmişdir.
6. İddiaçı cavabdehə müraciət edərək, ona “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
7. Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən, sağlamlıq imkanları məhdud övladın ı 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarı tələb olunur. Yuxarıda qeyd olunan maddəyə uyğun olaraq tələb olunan sənədi təqdim etdikdən sonra iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə yenidən baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2015-ci ildən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının övladı X6 xx.xx.1982-ci il tarixdə doğulmuş və uşaqlıqdan əlil olmuşdur. Övladı üçün yaşayış yeri üzrə Bakı şəhəri Lenin (Sabunçu) rayon Sosial təminat şöbəsindən müavinət almışdır. X7 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, 20 il əmək stajına malikdir. İddiaçı sağlamlıq imkanları məhdud olan uşağını təkbaşına böyütdüyü və 10 ildən artıq əmək stajının olduğu nəzərə alınaraq ona “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi barədə cavabdehə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə əmək pensiyasının təyin edilməsi üçün uşağın 18 yaşınadək sağlamlı q imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarı tələb olunur. İddiaçının 1982-ci il təvəllüdlü uşaqlıqdan əlil olmuş mərhum oğlu X5 müavinətin verilməsi üçün həmin dövrdə zəruri sənədlər Bakı şəhəri Lenin (Sabunçu) rayon Sosial təminat şöbəsinə təqdim olunmuşdur. Bundan başqa, Mərkəzi Dənizçilər Xəstəxanasının Uşaq Poliklinikası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış da təqdim edilmişdir. Hal-hazırda 1992-ci ildə vəfat etmiş oğlunu tibbi-sosial ekspert komissiyasına təqdim etmək mümkün deyil ki, qərar da verilsin.
10. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı övladı X5 məxsus sağlamlıq imkanlarının məhdudluğuna dair tibbi-sosial ekspert komissiyasının qərarını və digər zəruri sənədləri cavabdeh inzibati orqa na təqdim edə bilmədiyindən, ona yaşa görə əmək pensiyasının təyin edilməsi imkan xaricindədir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: Aytən Oruczadə) 07 dekabr 2021-ci il tarixli, 2-1(112)-4829/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı həqiqətən də, sağlamlıq imkanları məhdud olan övladına baxmışdır, onun övladında olan xəstəlik (kəskin leykoz) “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 3.1.46-cı maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşdüyündən, o cümlədən də, uşağın sağlamlıq imkanların ın məhdud olması təqdim olunmuş Mərkəzi Dənizçilər Xəstəxanasının Uşaq Poliklinikası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışda və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Pediatriya Elmi-Tədqiqat İnstitutuna ünvanlanmış xx.xx.1991-ci il tarixli məktubda öz əksini tapdığından, eyni zamanda, iddiaçıya əlil uşağa qulluğa görə xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə kimi müavinət təyin edildiyindən “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsində təsbit olunmuş “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa... qulluq edilməsi müddəti” ilə bağlı müddəa iddiaçıya münasibətdə tətbiq edilərkən, 1982-ci ildə doğulmuş və sağlamlıq imkanın məhdudluğu müəyyən edilmiş X4q müddəti əllik qrupundan asılı olmayaraq - sağlamlıq imkanı məhdud uşaq kimi nəzərə alınmalıdır.
13. Eyni zamanda, xx.xx.2015-ci il tarixdə qüvvədə olmuş qanunvericiliyə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qadınların yaş həddi 60 yaş müəyyən olunsa da, iddiaçının 10 ildən çox ümumi iş stajının olduğu və sağlamlıq imkanı məhdud uşağını səkkiz yaşınadək tərbiyə etdiyi müəyyən olunduğundan, ona xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsi tətbiq edilməlidir. Belə olan halda, iddiaçı qanunla müəyyən olunmuş yaş həddinə (55 yaş) çatmaqla tələb olunan sosial sığorta stajına (10 il) malik olduğundan, onun yaşa görə əmək pensiyası hüququ xx.xx.2015-ci il tarixdən yaranmışdır.
14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi ni və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aida Hüseyn /sədrlik edən və məruzəçi/, Səadət Bektaşi və Azər Hüseynov) 12 may 2022-ci il tarixli, 21(103)-1252/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddiaçıya əmək pensiyasının cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 il üçün, yəni xx.xx.2017-ci il tarixdən təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı əmək pensiyası təyin edilməsi barədə tələb irəli sürsə də, son nəticədə, bu iddianı qaldırmaqda onun marağı pensiya hüququ yaranan vaxtdan ödənilməli olan pensiya məbləğinin hesablanıb ödənilməsi ilə bağlıdır. Məhkəmə mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırkı iddia tələbi ilə əlaqəli olan və iddiaçının pensiya hüququna təsir edə bilən digər hallara da aydınlıq gətirməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli, 03/2020-ci nömrəli qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilm əsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi, iddiaçı pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. Bu halda iddiaçıya pensiya xx.xx.2020-ci il tarixdən əvvəlki üç ilə görə, yəni xx.xx.2017-ci ildən ödənilə bilər.
17. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasını n (hakimlər: İlqar Hüseynov /sədrlik edən və məruzəçi/, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) 18 oktyabr 2022-ci il tarixli, 2-1(102)-1683/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı “iddiaçının əmək pensiyasının təyinatı ilə bağlı cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 ilə, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi” hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, iddiaçının şikayəti iddianın tam təmin olunması hissəsində təmin edilməmiş, cavabdehin şikayəti qalan hissədə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı “iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi ö hdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində cavabdehin şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırkı iddia tələbi ilə əlaqəli olan və iddiaçının pensiya hüququna təsir edə bilən digər hallara da münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı ona pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. Bu nöqteyi-nəzərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə yanaşması düzgün olmuşdur. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi bu qənaət ə gələrkən Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 sentyabr 2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə uyğun olaraq iddiaçının hazırkı tələblə bağlı daha əvvəldən cavabdehə müraciət edib-etmədiyini, etmədiyi halda, bunun səbəblərini araşdırmamışdır. Bu səbəbdəndir ki, iddiaçı inzibati orqana xx.xx.2020-ci il tarixdən daha əvvəl müraciət etdiyini kassasiya şikayətində göstərmişdir. Beləliklə, İPM-in 12.1, 58.7 və 82 -ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından, apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçının əmək pensiyasının təyinatı ilə bağlı cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 ilə, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməli, qərar həmin hissədə prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın tam təmin olunması tələbinə münasibətdə təmin edilməməlidir.
21. Cavabdehin şikayətinə gəldikdə, cavabdehin əsas dəl ili ondan ibarətdir ki, “məhkəmələr iddianın əsaslı olması nəticəsinə gələrkən Mərkəzi Dənizçilər Xəstəxanasının Uşaq Poliklinikası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 93 nömrəli arayışa və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.1991-ci il tarixli, 1495 nömrəli məktubuna istinad etməkdə haqlı olmamışlar. Belə ki, həmin arayışlar uşağın sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edən sənəd kimi qiymətləndirilə bilməz. Bundan başqa, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun xx.xx.2021-ci il tarixli, 415 nömrəli məktubunun məzmunundan aydın olur ki, uzun müddət keçdiyindən arxivdə X5 məxsus hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmələr qeyd edilən bu halları araşdırmamışdır.” Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkə məsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, iddianın əsaslılığı ilə bağlı qənaət təkcə həmin sənədlərdəki məlumatlara əsaslanmır. İşdən göründüyü kimi, Bakı şəhər keçmiş Lenin rayon Sosial təminat şöbəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 116084 nömrəli pensiya vəsiqəsinə əsasən, iddiaçıya əlil uşağa qulluq etdiyinə görə xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək müavinət təyin edilmişdir. Məhkəmə də haqlı olaraq hesab etmişdir ki, iddiaçıya əlil uşağa qulluğa görə xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə kimi müavinət təyin edildiyindən “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsində təsbit olunmuş “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa... qulluq edilməsi müddəti” ilə bağlı müddəa iddiaçıya münasibətdə tətbiq edilərkən 1982-ci ildə doğulmuş və sağlamlıq imkanın məhdudluğu müəyyən edilmiş X4q müddəti əllik qrupundan asılı olmayaraq – sağlamlıq imkanı məhdud uşaq kimi nəzərə alınmalıdır. Beləliklə, cavabdehin apellyasiya şikayətinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə cavabdehin üzərinə “iddiaçının əmək pensiyasının təyinatı ilə bağlı cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 (üç) ilə, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi” öhdəliyi qoyulduğundan və apellyasiya instansiyası məhkəməsinin qərarı həmin hissədə ləğv edilməli olduğundan, cavabdehin şikayəti də həmin hissəyə münasibətdə təmin olunmalı, qərar q alan hissədə dəyişdirilmədən saxlanılmalıdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Şərafət Məmmədova) 03 may 2023-cü il tarixli, 2-1(103)-1320/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya yaşa görə əmək pensiyasının xx.xx.2015-ci il tarixdən hesablanaraq ödənilməsi göstərilməklə, dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərinə uyğun olaraq aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı hələ xx.xx.2018-ci ildə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sa bunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etmişdir. Qeyd olunan inzibati işin (2-1(82)-404/2019 nömrəli) materiallarına məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Həmin işin materiallarında olan sənədlərdən görünür ki, iddiaçı ona pensiya təyini üçün 2017-ci ilin iyul ayında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon şöbəsinə müraciət etmiş, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon şöbəsi həmin müraciətlə bağlı iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli, 19/5588-01 nömrəli məktubla müraciətin təmin edilməsindən imtina olunduğunu bildirmişdir. Göründüyü kimi, iddiaçı ona pensiya təyin edilməsi üçün cavabdeh inzibati orqanın həmin dövrdə səlahiyyətli qurumuna hələ 2017-ci ildə müraciət etmi şdir. İddiaçının ona pensiya təyin edilməsi üçün cavabdeh inzibati orqana 2017-ci ildə müraciət etməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. İddiaçının pensiya hüququnun xx.xx.2015-ci ildə yarandığı və xx.xx.2017-ci ildə cavabdeh tərəfindən müraciətinə imtina cavabı verildiyi nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tələblərinə əsasən (müraciət edilən tarixdən əvvəlki üç ilin iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2015-ci ildən də əvvələ təsadüf etməsi nəzərə alınmaqla) xx.xx.2015-ci il tarixdən hesablanaraq ödənilməlidir.
24. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş et mişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
25. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7 (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər is tisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1dək hər il altı ay artırılır. Maddə 8.2 (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32.1 (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvə yə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7 (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
28. Azərbaycan Respublikasının İnzibati P rosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin t əmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.11-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciə t edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.” 30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarı “...Ali Məhkəmənin İnzibati Kollegiyası tərə findən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər...” KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti mümkündür. Şika yət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Avropa İnsan Hüqu qları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn, eləcə də kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işi n faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Hazırkı kassasiya baxışının predmeti baxımından, iddiaçının hüquqi marağı və məqsədi yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən alınmamış əmək pensiyası məbləğinin keçmiş bütün müddət üçün hesablanaraq ödənilməsinə nail olmaqdan ibarətdir.
37. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya alınmamış əmək pensiyası məbləğinin xx.xx.2015-ci il tarixdən hesablanıb ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətlən dirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
38. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
39. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından, eləcə də alınmamış pensiya məbləğinin keçmiş müddət üçün ödənilməsindən imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehi n xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
40. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxsl ərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
41. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün h əlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.
42. Bu qərarın 29-30-cu bəndlərində istinad olunmuş qərarlarda ifadə olunmuş hüquqi mövqelərə görə, pensiya hüququ “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə üç illik məhdudiyyətin tətbiq olunmağa başlandığı xx.xx.2017-ci il tarixədək yaranmış şəxslər qeyd edilən tarixdən əvvəl inzibati orqana müraciət etdikləri təqdirdə, hesablanmış pensiya məbləği ötən bütün müddət üçün ödənilməlidir. Həmin şəxslər qeyd edilən tarixdən sonra inzibati orqana müraciət etdikləri halda isə, səbəbləri lazımi qaydada araşdırılmaqla belə müraciətin qeyd edilən tarixədək edilməməsinin şəxsin iradəsindən asılı olan hallara görə mümkün olmadığının müəyyən edildiyi təqdir də, hesablanmış pensiya məbləği müraciət edilən tarixdən əvvəlki üç illik dövr üçün ödənilməlidir.
43. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının ona pensiya təyin edilməsi barədə müraciətinin təmin edilməsindən Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixli, 19/5588-01 nömrəli məktubla imtina edilmişdir.
44. İddiaçının pensiya hüququnun xx.xx.2015-ci ildə yarandığını və cavabdeh tərəfindən onun müraciətinə xx.xx.2017-ci ildə imtina cavabı verildiyini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyası xx.xx.2015-ci il tarixdən hesablanaraq ödənilməlidir.
45. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalıdir. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 may 2023-cü il tarixli, 21(103)-1320/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.