Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2174/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin təmin olunması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinə qarşı “pensiyan ın təyin edilməsi” tələbinə dair iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.02.2021-ci il tarixli, 2-1(103)-633/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 29.06.2017-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 15.11.2002-ci ildən 02.09.2004-cü ilədək “X7 İnk” şirkətində, 02.09.2004-cü ildən 01.05.2006-cı ilədək “X1 Company S.A.L.” şirkətində işlədiyi müddə tin sosial sığorta stajına daxil edilməklə 02.01.2006-cı il tarixdən (50 yaşdan), həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2-1(82)3293/2017 saylı qərarı (hakim Z.Tağıyev) ilə iddia təmin edilmiş, İddiaçı 15.11.2002-ci ildən 02.09.2004-cü ilədək “X7 İnk” şirkətində, 02.09.2004-cü ildən 01.05.2006-cı ilədək “X1 Company S.A.L.” şirkətində işlədiyi dövr üzrə iş stajının sosial sığorta stajına dax il edilməklə, 02.01.2006-cı il tarixdən (50 yaşdan), həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
3. Qərardan narazı qalan cavabdeh 17.08.2017-ci il tarixdə apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2018-ci il tarixli, 2-1(103)-30/2018 saylı qərarı ilə (hakimlər Ü.Mayılov, M.Tağızadə, K.Abiyeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Apelyasiya instansiyası məhkəməsinin həmin qərarından cavabdeh tərəfindən kassasiya şik ayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli, 2-1(102)-2509/2018 saylı qərardadı ilə (hakimlər K.Bədəlov, İ.Dadaşov, S.Hüseynova) Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2018-ci il tarixli, 2-1(103)-30/2018 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, cavabdehin şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina olunmuşdur.
5. Qeyd edilən həmin qərar 12 mart 2018-ci il tarixdə qanunu qüvvəsini almış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2-1(82)-3293/2017 saylı qərarı 10 aprel 2018-ci il tarixli, 2-1(82)-3293/2017 sa ylı məktubla icra olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə göndərilmişdir. 6. 27.01.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Nizami rayon şöbəsi və 13.02.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ərizə ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndəbirinci instansiya məhkəməsi) müraciət edərək, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
7. Birinci instansiya məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(82)-3293/2017 nömrəli (sədrlik edən hakim Fərid Mədətli) qərardadı ilə ərizənin təmin edilməsi, İddiaçı 15.11.2002-ci ildən 02.09.2004-cü ilədək “X7 İnk” ş irkətində, 02.09.2004-cü ildən 01.05.2006-cı ilədək “X1 Company S.A.L.” şirkətində işlədiyi dövrün iş stajının sosial sığorta stajına daxil edilməklə 02.01.2006-cı il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 20042005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2-1(82)-3293/2017 saylı qərarının ləğv edilməsi, məhkəmə qərarının icrasının dayandırılması, hazırkı işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə hökmü əsasında “X6 İnk” şirkətinin Azərbayca n Respublikasındakı nümayəndəliyinin adından saxta sənədlər tərtib edildiyi, təqsirləndirilən şəxs X4 oğlu Vüsalın 2006-2014-cü illər ərzində Dövlət Sosial Müdafiə Fondunda işlədiyi müəyyən edilmişdir və oxşar cinayət əməllərinin törədilməsi ilə bağlı həmin şəxs barəsində istintaq aparılmaqdadır.
9. İddiaçı apelyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını və ərizənin rədd edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.02.2021-ci il tarixli, 21(103)-633/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Vidadi Məmmədov) qərardadı ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(82)-3293/2017 nömrəli qər ardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayəti məzmun baxımından apelyasiya şikayətinə uyğundur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz təqdim olunmuşdur. Etirazda Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.02.2021-ci il tarixli, 2-1(103)-633/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq
15. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin ye ni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə
103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə
106. Yeni açılmış ha llarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslara bağlıdır. 106.2 İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Kassasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələblər i göstərilmişdir.
17. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
20. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nə ticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
21. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktlarların aşkar olunduğu hallarda, proses iştirakçısının, konkret halda ərizəçinin maraqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və obyektiv səbəblərdən məhk əməyə təqdim edilməyən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.
22. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə əlverişli qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.
23. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnmə si yalnız müəyyən zaman çərçivəsində mümkündür. Bu qərarın 15-ci bəndində istinad edilən normaların tələbinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizəçiyə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.
24. İş üzrə materiallardan görünür ki, hazırkı mübahisəyə münasibətdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə ilə müraciət edən tərəf yuxarıda istinad ed ilən normanın tələbinə uyğun olaraq yeni sübutların və halların olduğunu yetərli şəkildə əsaslandırmışdır. Həmçinin qeyd etmək lazımdır ki, ərizəçinin istinad etdiyi sübutlar və hallar sonradan yaranmamış, mübahisənin olduğu dövrdə həmin sübutlar və hallar mövcud olmuş və obyektiv səbəblərdən mübahisəyə baxıldığı dövrdə məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda yuxarıda istinad olunan normanın müddətlə bağlı tələbinə ərizəçi tərəfindən riayət edildiyi iş üzrə materiallarla təsdiq olunur.
25. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı zamanı iddiaçı tərəfindən məlum səbəblərdən Ermənistan Respublikasında qaldığı bildirilərək əmək kitabçası təqdim edilməmiş, buna görə də məhkəmə tərəfindən əmək kitabçasına istinad olunmadan təqd im edilmiş arayışlar və Xətai Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2(011)-3734/2017 saylı qətnaməsi əsasında iddiaçının sosial sığorta stajı müəyyən edilmişdir.
26. İş materiallarına əlavə olunmuş Xətai Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2(011)-3734/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı 1976-cı ildən 1988-ci ilədək Ermənistan Respublikasının Zod Qızıl Mədənində (keçmiş “Armzoloto”) yeraltı dağ-mədən fəhləsi işləməsi faktı məhkəmə qaydasında müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, həmin peşə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr siyahısına aiddir və məhz buna görə iddiaçıya 02.01.2006-cı il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur.
27. Lakin iddiaçının mübahisə ilə bağlı məhkəmə icraatları zamanı t əqdim etmədiyi əmək kitabçası sonradan aşkar edilmiş, ərizəçinin sorğusu əsasında ARDNŞ-in Nəqliyyat Departamenti tərəfindən təqdim edilmiş həmin əmək kitabçasına əsasən onun 01.09.1976-cı il tarixdən 14.02.1977-ci il tarixədək, 14.03.1977-ci il tarixdən 16.08.1983-cü il tarixədək Ermənistan Respublikasının Vardenis rayonunda yerləşən X2 sürücü, 03.02.1983-cü il tarixdən 01.12.1988-ci il tarixədək sovxozda sürücü vəzifəsində işlədiyi müəyyən edilmişdir. Qeyd olunan peşələr güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr siyahısında nəzərdə tutulmamışdır və bu baxımdan iddiaçıya 02.01.2006-cı il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunan zaman nəzərə alına bilməzdi.
28. Bundan başqa, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarında n görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı zamanı iş materiallarında olan arayışlarda iddiaçının 15.11.2002-ci ildən 02.09.2004-cü ilədək “X7 İnk” şirkətində, 02.09.2004-cü ildən 01.05.2006-cı ilədək “X1 Company S.A.L.” şirkətində işlədiyi göstərilsə də, iddiaçıya məxsus olan və sonradan aşkar olunmuş əmək kitabçası əsasında onun 20.12.1999-cu il tarixdən 15.11.2002-ci il tarixədək Bakı Dövlət Cıdır Meydanında sürücü, 25.08.2003-cü il tarixdən X5 sürücü, 01.04.2004-cü il tarixdən 01.12.2004-cü il tarixədək çilingər vəzifəsində işlədiyi, 03.05.2006-cı il tarixdə sürücü vəzifəsinə keçirildiyi və hazıradək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azneft X3 Departamentində sürücü işlədiyi müəyyən edilmişdir.
29. Qeyd olun anlardan əlavə, məhkəməyə təqdim olunmuş X4 Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 1(101)-149/2020 saylı hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs 05.01.2000-ci il tarixdən 30.04.2004-cü il tarixədək Panama Respublikasının “X6 İnk” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində guya servis meneceri vəzifəsində işlədiyini bildirərək həmin şirkətin əmək haqqı məbləğinin aylar üzrə hesablanması barədə guya həmin nümayəndəlik tərəfindən verilmiş saxta arayışları istintaqla müəyyən edilməyən tarixdə və şəraitdə qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə hazırlayaraq, bilə-bilə hüquq verən saxta sənədləri DSMF-nun rayon şöbəsinə təqdim etməklə, saxta sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə nail olmuşdur. Bununla bağlı nəzərə alınmalıdır ki, iş materiallarında olan arayışlarda iddiaçının 15.11.2002-ci ildən 02.09.2004cü ilədək məhz həmin “X7 İnk” şirkətində işlədiyi qeyd edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının 15.11.2002-ci ildən 02.09.2004-cü ilədək “X7 İnk” şirkətində, 02.09.2004-cü ildən 01.05.2006-cı ilədək “X1 Company S.A.L.” şirkətində işlədiyi dövrlər üzrə iş stajı sosial sığorta stajına daxil edilmiş, ona 02.01.2006-cı il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və yaranmış fərqin birdəfəlik ödənilməsi qərara alınmışdır.
30. Göründüyü k imi, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onlar məhkəmənin yekun qərarına həlledici təsir göstərə və məhkəmə tərəfindən ərizəçiyə münasibətdə əlverişli qərarın qəbuluna əhəmiyyətli şəkildə təsir edə bilərdi.
31. Məhkəmə kollegiyası hesab edir ki, icraatın təzələnməsi barədə ərizədə göstərilən hallar və sübutlar yuxarıda qeyd edilən səbəblərdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilməlidir.
32. Beləliklə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin təmin edilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə yuxarıda istinad olunan normaların tələblərinə u yğun olduğundan əsaslı və düzgün sayılmalıdır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.02.2021-ci il tarixli, 2-1(103)-633/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.