Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2174/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının ödənilməsinin bərpa edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müda fiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasının ödənilməsinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1779/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-ci ilədək hərbi xidmətdə olmuş, əmək kitabçasının məlumatlarına əsasən, xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Şərab Zavodunda, xx.xx.1981-ci ildən xx.xx.1981-ci il tarixədək Azərbaycan SSR Bakı şəhəri Bakı Tekstil Fabrikində, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək “Azərelektromontaj” Trestində, xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “AvtoServis” № 1 Texniki Xidmət Stansiyasında 24 №-li Avtodayanacaqda, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək 24 №-li Dayanacaqda, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək 27 №-li Dayanacaqda, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək 5 saylı A\Dayanacaqda, xx.xx.1998-ci il tarixdən xx.xx.2014-cü il tarixədək isə Ədliyyə Nazirliyi MQİBİ-nin İntendant Ticarət və Təchizat Bazasının İƏM-14 nəzdindəki yeməkxana–kafesinin müdiri vəzifəsində işləmişdir. İddiaçının xx.xx.2013-cü il tarixdə 57 yaşı tamam olmuşdur.
2. İddiaçı xx.xx.2014-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
3. İddiaçı ərizəsinə işlədiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təchizat İdarəsinin xx.xx.2014-cü il tarixli 17/57-358 nömrəli arayışını əlavə etmişdir. Həmin arayışda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1998-ci ildən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təchizat İdarəsində ticarət sahəsində müəssisələrin daxilində və kənarında yerləşən 14 saylı yeməkxana-kafe müdiri, sonradan yeməkxananın mətbəx fəhləsi vəzifələrində işləyərək şəxsi heyətin və məhkumların qidalanmasını təmin etmişdir. Təqdim edilmiş sənədlər əsasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin 1909 saylı noyabr 2014-cü il tarixli qərarı ilə iddiaçıya xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
4. Daha sonra, DSMF-nin X1 Departa mentindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli əmək pensiyasının dayandırılması haqqında qərarı ilə iddiaçıya təyin edilmiş pensiya dayandırılmışdır.
5. İddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, ona pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.2003- xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “Ədliyyə Nazirliyinin Penitensiar Xidməti”nin Təchizat İdarəsində satıcı-aşpaz (fəhlə) peşəsində işlədiyi qeyd olunmuş, işlədiyi satıcı-aşpaz (fəhlə) peşəsi yuxarıda qeyd olunan mətbəx müdiri vəzifəsinə uyğun olmamış, bu səbəbdən onun güzəştli iş st ajı 12 il 6 aydan az (4 il 4 ay 13 gün) olduğundan, təyin edilmiş pensiya dayandırılaraq xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində, ümumilikdə 16.013,62 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edildiyindən həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması xahiş olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının bərpa olunması və əsassız olaraq hesablanmış 16.013,62 manat pul vəsaitinin silinməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2021-c i il tarixli qərarının ləğv olunması və əmək pensiyasının ödənilməsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ilin 10 oktyabr tarixindən 2014-cü ilin 27 oktyabr tarixinə qədər AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı yeməkxanasının müdiri işləmiş, xx.xx.2013-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən ona **********5 nömrəli, xx.xx.2021-ci il tarixli məktub göndərilmişdir ki, cari təftiş zamanı güzəştli iş stajının az olması səbəbindən DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Bu səbəbdən də iddiaçı nın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığından təyin olunmuş əmək pensiyası dayandırılır və xx.xx.2013xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16.013,62 manat artıq ödənilmiş pul vəsaiti könüllü şəkildə büdcəyə qaytarılmalıdır. Cavabdeh orqanın təyin olunmuş əmək pensiyası ödənişini dayandırması və ondan xeyli miqdarda pul tələb etməsi iddiaçının hüquqlarını pozduğundan hüquqlarının bərpa olunması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etirazın əsaslarına görə, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 dep artamenti tərəfindən araşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Penitensiar müəssisələrdə mülki işlər bölməsində (34) mətbəx müdiri vəzifəsi nəzərdə tutulmuşdur. Vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə onun xx.xx.2003-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “Ədliyyə Nazirliyinin Penitensiar Xidməti”nin Təchizat İdarəsində satıcı-aşpaz (fəhlə) peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi satıcı-aşpaz (fəhlə) peşəsi yuxarıda qeyd olunan mətbəx müdiri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 4 ay 13 gün) təşkil edir. Araşdırma zamanı yuxarıda göstərilənlərə əsasən ona xx.xx.2013-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir.
10. Məsələ ilə bağlı iddiaçının işlədiyi müəssisəyə verilmiş sorğuya cavab olaraq Penitensiar Xidmət tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2014-cü il tarixədək işlədiyi satıcıaşpaz ştat vahidi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (indiki - Penitensiar xidmət) intendant Ticarət və Təchizat Bazasının nəzdində Baş İdarə üzrə xx.xx.2003-cü il tarixli 116ş/h n ömrəli əmrlə yaradılmışdır. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə penitensiar müəssisələrin təchizatı, o cümlədən maddi-texniki təchizatı ilə məşğul olan idarə olmuş, iddiaçı da həmin İdarənin işçisi olmuşdur.
11. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin 2015-ci il tarixli aktında qeyd edilmişdir ki, iddiaçının pensiya hüququnu təsdiq edən güzəştli arayış yerində yoxlanılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçı penitensiar müəssisədə mülki işçi kimi işləmiş, xx.xx.1998-ci ildən mətbəx müdiri vəzifəsinə qəbul edilmiş və bu vəzifəni işdən azad olunanadək icra etmişdir. xx.xx.2003-cü il tarixdən həmin vəzifə ixtisara düşmüş, lakin iddiaçı həmin vəzifəni əvvəlki qaydada tam gücündə icra etmişdir. Mətbəx sahəsində əlavə i şçi olmamışdır. Bütün işləri iddiaçı özü tək icra etmişdir.
12. Həmçinin, məhkəməyə təqdim edilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təchizat İdarəsinin xx.xx.2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, iddiaçı xx.xx.1998-ci ildən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin (əvvəllər MQİBİ) Təchizat İdarəsinin (əvvəllər İTTB) ticarət sahəsinin 14 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yerləşən 14 saylı kafe-yeməkxanasında müdir vəzifəsində çalışmışdır. xx.xx.2003-cü ildə yeməkxana müdiri vəzifəsi ixtisara düşmüş və ştatda ancaq bir vəzifə saxlanıldığı üçün həmin tarixdən satıcı-aşpaz vəzifəsinə köçürülmüşdür. İddiaçı 2014-cü ilin noyabr ayınadək həmin vəzifədə işləyərək şəxsi heyətin və məhkumların qidalanmasını təmin etmişdir. Mətbəxdə başqa işçi olmamış, vəzifəsini tək özü icra etmişdir. İşçi hər il məzuniyyət hüququndan istifadə etmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1280/2022 saylı, 14 fevral 2022-ci il tarixli qərarı ilə (hakim S.İ.Salahova) iddiа təmin edilərək cavabdehin “əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********3 nömrəli qərarı ləğv edilmiş, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh 2014-cü ildə iddiaçıya əmək pensiyası təyin edilməsi barədə qərar qəbul etmişdir. Həmin akt iddiaçıya əlavə hüquqlar verməklə onun barəsində qəbul edilmiş əlverişli inzibati akt olmuş, cavabdeh DSMF-nin X1 departamentindən daxil olmuş xx.xx.2020-ci il tarixli ********** 5 nömrəli məktuba əsasən öz təşəbbüsü ilə inzibati icraata başlayaraq xx.xx.2021-ci il tarixdə həmin pensiyanın ödənilməsini dayandırmaq barədə qərar qəbul etməklə, özünün iddiaçıya pensiya təyin edilməsi barədə 2014-cü il tarixli əlverişli inzibati aktının ləğv edilməsinə səbəb olmuşdur. Lakin iddiaçı cavabdeh tərəfindən həmin inzibati icraata cəlb olunmamış, iddiaçının dinlənilmə hüququ təmin olunmamış, cavabdeh ümumiyyətlə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarla bağlı inzibati icraat aparmamış, qərarda gəldiyi nəticənin əsası kimi hər hansı maddi hüquq normasına istinad etməmişdir.
15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 2-1(103)-1779/2022 saylı, 27 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və M.Ə.Abbasov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2-1(112)-1280/2022 saylı, 14 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayəti imtina məktubuna və iddiaya dair verilmiş etiraza uyğun tərtib edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1 Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvv əl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 5.3 Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: Maddə 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; Maddə 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; Maddə 37.8.3. B u Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlav ələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fizik i və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araş dırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcl udur. Maddə 67 İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Cavabdehin şikayəti üzrə kassasiya mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhk əmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Yasama rayon şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh sonradan aparılmış araşdırma nəticəsində iddiaçının güzəştli pensiya hüququna malik olmadığ ı, nəticədə xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 16013,62 manat pul vəsaitinin artıq ödənildiyi qənaətinə gələrək iddiaçıya təyin edilmiş pensiyanı dayandırmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçıya pensiya ödənişinin dayandırılması barədə məlumat verməklə yanaşı, həm də artıq ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmişdir.
31. İş materialları ilə müəyyən edilir ki, hər iki məsələ barədə hər hansı inzibati akt qəbul edilməmiş, cavabdeh inzibati orqan hər iki məsələ ilə bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli məktub ünvanlamaqla kifayətlənmişdir.
32. Cavabdeh iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə hər hansı dəlil təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya pensiya təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə olmuşdur.
33. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada ləğv olunması ilə bağlı məhkəmələrə sübut təqdim etməmişdir.
34. Qeyd olunmalıdır ki, iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun əmək şəraiti z ərərli və ağır olan işlərdə çalışan işçilərlə bağlı normalarının, həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərini n, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən, şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabit liyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
35. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
36. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.
37. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan bu qərarın 27-ci bəndində qeyd olunmuş qaydada əvvəlk i qərarın qəbulu üzrə inzibati icraatı təzələməyə, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin mü bahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1779/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.