Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2174/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; ümumi iş stajı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini n tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2-1(107)-105/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuş, xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Mingəçevir şəhər 39 nömrəli orta texniki Peşə Məktəbində (hazırkı Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi) santexnik-çilingər və qaz qaynaqçıs ı ixtisası üzrə təhsil almış, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək 3-cü dərəcəli maşın sexinin avadanlıqlarının təmiri üzrə çilingər, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək həmin sexdə 3-cü dərəcəli buxar - qaz turbin avadanlığının təmiri üzrə çilingər, xx.xx.1989cu il tarixdən xx.xx.1993-cü il tarixədək həmin sexdə 4-cü dərəcəli buxar -qaz turbin avadanlığının təmiri üzrə çilingər, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək 5-ci dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək X1 və Təmiri sexində 5-ci dərəcəli təmirçi - çilingər, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək həmin sexdə usta, xx.xx.1996 -cı il tarixdən xx.xx.2001ci il tarixədək 6-cı dərəcəli təmirçi çilingər, xx.xx.2001-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Mexaniki Emal sexində 6-cı dərəcəli təmirçi - çilingər işləmişdir. 2. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 07-91 nömrəli “İşin xarakteri haqqında” və xx.xx.2022-ci il tarixli 07-92 nömrəli “şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına”dair arayışdan görünür ki, iddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.2008-ci il tarixədək işlərini ağır və zərərli iş şəraitində yerinə yetirmişdir. İşlədiyi müddət ərzində 8 saatlıq iş günü müddətində bilavasitə stansiyanın qazan və turbin sexində yerləşən avadanlıqların təmiri ilə məşğul olmuşdur. Belə ki, iddiaçı işlədiyi müddət ərzində xx.xx.1986-cı il tarixdən xx.xx.2008-ci il tarixədək zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mq/m3 3-4 sinif təhlükəli havanın hərəkət surətinin, iş yerində havanın temperaturun yüksək, nisbi rütubətin normadan yuxarı olması, toz, mq/m3 titrəmə, səs-küy, faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə ona işlədiyi müddət ərzində xx.xx.1986-cı il tarixdən xx.xx.2008-ci il tarixədək aylıq məvacibin 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 06 təqvim günü məzuniyyət günü verilmişdir. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən, idarəetmə strukturunun təkmilləşdiriməsi ilə əlaqədar “Azəbaycan DRES”"xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən, idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan DRES” "xxxx" MMC adlandırılmışdır. Çilingər və usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlər yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin “a” bəndinin “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində”, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqgötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingər elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə, (kod 2140000a-18455), “b” bəndinin avadanlığın yerində təmiri üz rə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz-turbini) yanacaqgötürülmə, tozhazırlama) vəzifəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıya (kod 2140000b-23398) uyğundur. "xxxx" MMC-də zərərli sahədə ümumi iş stajı xx.xx.1986-cı il tarixdən xx.xx.2008-ci il tarixədək 21 il 07 ay 08 gün təşkil edir.
3. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 11 ay 16 gün (xx.xx.1980-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1984xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il və xx.xx. 1986-xx.xx.2005-ci il tarixləri arasındaki dövrlər), güzəştli iş stajı 14 il 11 ay 29 gün (xx.xx.1986- xx.xx.2001-ci il tarixləri arasındakı dövr) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçının tələbi hazırkı qərarın 1-3-cü bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.
6. Cavabdehin iddia tələbinə yazılı etirazının əsasını iddiaçının müraciətindən imtinaya dair məktubda qeyd olunanlar təşkil edir.
7. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 06 noyabr 2023-cü il t arixli, 21(116)-2291/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsinin əsaslandırması: 8.1. İş materiallarından göründüyü kimi, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 57 yaşının tamamlandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır (iddiaçı xx.xx.1965-ci ildə doğulub). Cavabdeh orqan iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasını iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olması ilə əsaslandırır. Məhkəmə cavabdeh orqanın mövqeyi ni əsassız hesab etmişdir. 8.2. Müəyyən edilmişdir ki, iddiaçının xüsusi iş stajı cavabdeh orqan tərəfindən mübahisələndirilmir. Belə ki, cavabdeh orqan iddiaçının xüsusi iş stajını 14 il 11 ay 29 gün (xx.xx.1986-xx.xx.2001) olmaqla qəbul edir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 07-91 nömrəli “İşin xarakteri haqqında” və xx.xx.2022-ci il tarixli 07-92 nömrəli “şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına” dair arayışları ilə iddiaçının xx.xx.1986cı il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi çilingər və usta vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlər yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü bölm əsinin “a” bəndinin “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində”, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqgötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingər elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə, (kod 2140000a-18455), “b” bəndinin avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxarqaz-turbini) yanacaqgötürülmə, tozhazırlama) vəzifəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıya (kod 2140000b-23398) uyğun olması, 0xx.xx.2006-cı il tarixədək zərərli sahədə iş stajı 12 il 6 aydan çox olması sübuta yetirilir. 8.3. İddiaçının xx.xx.20 06-cı il tarixədək ümumi iş stajına münasibətdə isə müəyyən edilmişdir ki, iddiaçının hərbi xidmətdə olduğu (2 il, 1 ay, 13 gün), texniki peşə təhsili aldığı (2 il,10 ay, 15 gün) və əmək fəaliyyəti ilə məşğul olduğu (20 il, 9 gün) müddətin cəmi, 25 il, 7 günə bərabərdir ki, bu da tələb olunan 25 il ümumi iş stajından çoxdur. 8.4. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən edilmiş şərtlər ödənildiyindən, yəni onun 57 yaşı tamam olduğundan və xx.xx.2006-cı ilədək azı 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajına malik olduğundan, cavabdeh imtinasında haqlı olmamışdır.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) ap ellyasiya instansiyası məhkəməsində icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) 04 aprel 2024-cü il tarixli, 21(107)-105/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
13. Cavabdehin kassasiya şikayətinin əsasını iddiaçının müraciətindən imtinada, etirazda v ə apellyasiya şikayətində qeyd olunanlar təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. İddiaçı kassasiya şikayətinə etiraz verərək, şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla n əzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 23.2. 1992-ci il yan varın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşüb): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinet i tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə 67.1. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 67. 3 “v”. İş stajına hərbi (alternativ) xidmət müddəti də daxil e dilir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əs aslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həm in qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxıla n zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apell yasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla belə, məhkəmə kol legiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əvvəla onu qeyd edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan yaş həddinə çatması və 12 il 6 aydan artıq güzəştli iş stajının olması cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilməməklə iş materialları ilə öz təsdiqini tapır.
26. İşin mübahisələndirilən halı iddiaçının ümumi iş stajı ilə bağlıdır ki, bununla bağlı məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin araşdırması və gəldiyi nəticə ilə razılaşır. Belə ki, cavabdeh iddiaçının ümumi iş stajını mübahisələndirməklə onun xx.xx.2006-cı il tarixədək 25 ildən az, yəni 24 il 11 ay 16 gün ümumi iş stajı olduğunu bildirsə də, iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu və işlədiyi illər ümumilikd ə 25 ildən artıqdır. Odur ki, iddiaçıya hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 15-18-ci bəndlərində istinad olunan qanunvericiliyin tələbləri baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin ed ilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 21(104)-105/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.