Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2176/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh X1 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar sözlər: (çıxarışın ləğv edilməsi və qeyri-yaşayış binasına olan mülkiyyət hüququna dair qeydiyyatın bərpa edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı cavabdeh X1 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iştirakı ilə) qarşı çıxarışın ləğv edilməsi və qeyri-yaşayış binasına olan mülkiyyət hüququna dair qeydiyyatın bərpa edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyaının xx xxxx 2020-ci il tarixli, 2-1(103)-1002/2020 nömrəli qərardadından üçüncü şəxs tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı cavabdeh X1 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin imtinası qanunsuz hesab edilməklə, ünvan 1 ünvanında yerləşən 965 kv.m sahəsi olan qeyri-yaşayış binasına dair “xxxx” ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən **********78-06301 reyestr nömrəli ********* qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışın verilməsinin qanunsuz hesab edilməsi, çıxarışın ləğv olunması və qeyri-yaşayış binasına olan mülkiyyət hüququna dair qeydiyyatın bərpa olunmasının cavabdehin öhdəsinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
2. Eyni zamanda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək, müvəqqəti xarakterli müdafiə tədbiri kimi “xxxx” ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən **********78-06301 reyestr nömrəli ********* qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışa ə sasən ünvan 1ünvanında yerləşən 965 kv.m sahəsi olan qeyri-yaşayış binasının üzərinə həbs qoyulması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
3. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(82)-3958/2019 nömrəli (sədrlik edən hakim Şəhla Süleymanova) qərardadı ilə iddiaçının ərizəsinin təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb qurtaranadək «xxxx» ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən **********78-06301 reyestr nömrəli ********* qeydiyyat nömrəli xx xxxx 2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 965 kvadrat metr sahəsi olan qeyri-yaşayış binasının üzərinə həbs qoyulması, qərardadın icrası Azərbaycan Respublikası X1 Komitəsi yanında Daşınmaz Əmlakın Dövl ət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 40.1, 40.2, 41.2, 43.1.1-ci maddələrinə əsaslanmışdır.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli,2-1(112)-273/2020 nömrəli (sədrlik edən hakim Fərid Mədətli) qərardadı ilə “xxxx” ASC-nin üçüncü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır.
6. Üçüncü şəxs həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1002/2020 nömrəli (hakimlər Həmid Həmidov- sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Vidadi Məmmədov) qərardadı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi inzibati-prosessual hüquq normalarını tətbiq etməklə, birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadını qanuni və əsaslı hesab etmişdir. Kasasiya şikayətinin dəlilləri:
9. Üçüncü şəxsin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddianın təmini tədbirinin tətbiqinin zəruriliyi öz mahiyyəti ilə iddia tələbinin əsas və dəlilləri ilə birgə qiymətləndirilərək həll olunan məsələdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası X1 Komitə si yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qanuna müvafiq qaydada verilmiş çıxarışin ləğv olunmasının tələb edilməsi absurddur. Odur ki, bu cür tələbin təmini tədbirinin tətbiqi də qanunsuz və əsassız hesab edilməlidir.Bundan başqa iddianı təmin etmə tədbiri tətbiq olunarkən məhkəmə işdə iştirak edən şəxslərin, eləcə də qəbul edəcəyi qərarla hüquqlarına toxuna biləcək digər şəxslərin də mənafelərini nəzərə almalıdır. Lakin hazırkı işdə məhkəmə yalnız iddiaçının mənafeyindən çıxış edərək qərar qəbul etmişdir. Odur ki, yuxarıda göstərilən əsaslar nəzərə alınaraq Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(103)-1002/2020 saylı qərardadı ləğv edilməlidir.
10. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs kasasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(103)-1002/2020 saylı iş üzrə qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
11. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:
12. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə üçüncü şəxsin kasasiya şikayəti qismən təmin edilməli, apelyasi ya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
14. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
15. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri məsələsindən üçüncü şəxs tərəfindən verilmiş kasasiya şikayətinə baxılsa da, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhkəməyə verdiyi iddia ərizəsində irəli sürülmüş tələblərin araşdırılmasına zərurət yaranmışdır.
16. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası X1 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsini, ünvan 1 ünvanında yerləşən 965 kvadrat metr sahəsi olan qeyri-yaşayış binasına dair «xxxx» ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən **********78-06301 reyestr nömrəli ********* qeydiyyat nömrəli xx xxxx 2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışın verilməsinin qanunsuz hesab edilməsini, çıxarışın ləğv olunmasını və qeyri-yaşayış binasına olan mülkiyyət hüququna dair qeydiyyatın bərpa olunmasının cavabdehin öhdəsinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
17. Eyni zamanda, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək, müvəqqəti xarakterli müdafiə tədbiri kimi «xxxx» ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən **********78-06301 reyestr nömrəli ********* qeydiyyat nömrəli xx xxxx 2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 965 kvadrat metr sahəsi olan qeyriyaşayış binasının üzərinə həbs qoyulması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir.
18. Burada xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçının mübahisələndirdiyi sözügedən qeyri-yaşayış binasına dövlət reyestrindən çıxarış üçüncü şəxsə açıq hərracın keçirilməsi nəticələrinə əsasən verilmişdir.
19. Yeri gəlmişkən qeyd edilməlidir ki, binanın müəyyən edilmiş qiyməti ilə bağlı iddiaçı məhkəmələrdə iddia qaldırmış, lakin son nəticə olaraq Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-8358/2019 saylı qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, yəni, həmin mülki işin yekun nəticə si iddiaçının əleyhinə olmuş və Ali Məhkəmənin adıçəkilən qərarı qanuni qüvvəyə minmişdir.
20. Lakin hazırkı işə baxmış məhkəmələr sözügedən məsələni nəzərə almamış, yəni, iddiaçının hazırkı iddiasını onun mümkün olub-olmaması baxımından ümumiyyətlə araşdırmadan (İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsi), tələmtələsik müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə xx xxxxxxxx 2019-cu il tarixli qərardad qəbul etmiş (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi), belə ki, mübahisə predmeti olan binanın üzərinə həbs qoymuş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası isə özünün xx xxxx 2020-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadını dəyişdirilmədən qüvvədə saxlamışdır.
21. Bununla əlaqədar olaraq məhkəmə kollegiyas ı bir daha xatırlatmağı zəruri hesab edir ki, məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməsi – İnzibati Prosessual Məcəllənin eyni adlı Vİİ fəslində yer almışdır.
22. Belə ki, İnzibati Prosessual Məcəllənin 40.1-ci maddəsinə görə maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra — müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər.
23. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hə rəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər.
24. Həmin Məcəllənin 41.2-ci maddəsinə müvafiq olaraq işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə, həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə daya ndırılması barədə də qərardad qəbul edə bilər.
25. Beləliklə, yuxarıda göstərilən inzibati-prosessual hüquq normalarından göründüyü kimi, nəyinsə üzərinə «həbs qoymaq» kimi müdafiə xarakterli müdafiə tədbiri ümumiyyətlə inzibati prosessual qanunvericiliklə müəyyən edilməmişdir (İnzibati Prosessual Məcəllənin 40.3-cü maddəsi), yəni, burada məhkəmələr kobud prosessual pozuntuya yol vermişdir.
26. Digər tərəfdən, məhkəmə tərəfindən inzibati aktın icrasının dayandırılması kimi müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməsi işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda mümkündür (İnzibati Prosessual Məcəllənin 41.2-ci maddəsi).
27. Lakin məhkəmələr sözügedən məsələni həll edərkən ümumiyyətlə inzibati pr osessual qanunvericiliyinin bu tələbini nəzərə almamış, həmin istiqamətdə heç bir araşdırma aparmamışlar.
28. Buna görə də heç də təsadüfi deyildir ki, həm birinci instansiya, həm də apelyasiya instansiyası məhkəməsi müvəqqəti xarakterli müdafiə tədbirləri ilə əlaqədar qərardadlarının faktiki olaraq «Əsaslandırma hissəsi» yoxdur, belə ki, məhkəmələr orada ancaq eyni inzibati prosessual hüquq normalarının mətnini Məcəllədən köçürməklə (İnzibati Prosessual Məcəllənin 40.1, 40.2, 41.2, 43.1.1-ci maddələri), onları işin faktiki və hüquqi halları ilə ümumiyyətlə əsaslandırmamışlar.
29. Eyni zamanda qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardad qəbul edildiyi zaman «xxxx» ASC artıq xx xxx 2020-ci il tarixdə bank olaraq məhkə mə tərəfindən müflis elan edilərək ləğv edilmiş və bankın bütün səlahiyyətləri Əmanətlərin Sığortalanması Fonduna verilmişdir.
30. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməli, kasasiya şikayəti qismən təmin edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, iş üzrə çoxlu sayda sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Nəticəvi hissə:
31. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Üçüncü şəxsin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(103)-1002/2020 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.