Məhkəmə qərarları › İş №2-1(102)-2176/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2176/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2176/2024 05.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)91/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus diploma əsasən o, 1978-ci ildə Kirovabad politexnik texnikumuna daxil olmuş, 1982-ci ildə həmin texnikumun sənaye müəssisələrin və qurğularının elektrik avadanlığı ixtisası üzrə tam kursu bitirmiş, Dövlət İmtahan Komissiyasının 27 fevral 1982-ci il tarixli qərarı ilə ona texnik-elektrik ixtisası verilmişd ir.

2. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 20 avqust 2018-ci il tarixli arayışda, Əliyeva (Asadazəri) Nərgiz Dəmir qızının xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək sanitar, xx.xx.1987-ci il tarixdən 16 iyul 1987-ci il tarixədək aşpaz, 16 iyul 1987-ci ildə isə mətbəx işçisi vəzifəsində işləməsi qeyd olunmuşdur.

3. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.1988-ci tarixdən xx.xx.1992-ci il tarixədək “X6” İB-də süpürgəçi, daha sonra "xxxx" ASC–də (keçmiş Kirovabad Alüminium zavodu) xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cı il tarixədək Məişət Xidmət Sahəsində iş paltarlarının yuyulması ilə məşğul olan maşinist, xx.xx.1999-cu il tarixdən, xx.xx.2006-cı il tarixədək X3 4-cü dərəcə ilə elektrik çilingər, xx.xx.2006-cı il tarixdən, xx.xx.2013-cü il tarixədək X3 elektrik sazl ayıcı işləmişdir (xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasında ödənişsiz məzuniyyətdə olmuşdur). 4. 26 iyul 2013-cü il tarixli "xxxx" ASC tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, İddiaçı "xxxx" ASC Gəncə X1 xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixədək maşinist işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında 2110A030-14042 kodu ilə nəzərdə tutulmuş zəhərli maddələrlə zəhərlənmiş xüsusi geyimin yuyulması ilə məşğul olan xüsusi geyimin yuyulmas ı və təmiri üzrə maşinist peşəsinə (X bölmə, yarımbölmə 10a. Kimya istehsalatı) və xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi elektrik çilingəri vəzifəsi həmin Siyahıda 2140000a-18455 kodu ilə nəzərdə tutulmuş qazanxana, turbin avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işinin təmin edən ölçü vasitələri və elektrik montyorları, bütün adlarda elektrik çilingərləri (Xİİİ bölmə, yarımbölmə 13a.Elektrik stansiyaları, enerji qatarları və buxar güc təsərrüfatı) vəzifəsinə uyğundur.

5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.

6. Cavabdeh 28 oktyabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 yanvar 2007-c i il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metallurgiya istehsalatı bölməsinin müvafiq bəndində elektrik çilingəri vəzifəsi nəzərdə tutulmadığından həmin dövrlərin güzəştli staja daxil edilməsi mümkün deyildir. Güzəştli staj 12 il 06 aydan az olduğundan (06 il 11 ay 03 günxx.xx.1992-xx.xx.1999) İddiaçı güzəştli şərtlərlə pensiya hüququ yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş illərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş et mişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi və güzəştli iş stajını təsdiq edən sənədlər təqdim edildiyi halda, cavabdeh əsassız olaraq pensiya təyin edilməsindən imtina etmişdir.

9. Gəncə İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli, 2-1(114)-232/2022 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia rədd edilmişdir

10. Məhkəmə qeyd etmişdir ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş güzəştli arayışda vətəndaşın müvafiq vəzifəsi (elektrik çilingəri) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı bölməsinin müvafiq bəndində olan elektrik çilingəri vəzifəsi (2140000a-18455) ilə uyğunlaşdırılmışdır. Halbuki, "xxxx" ASC-nin fəaliyyət sahəsi metallurgiya sahəsi ü zrədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7) giltorpaq istehsalatı bəndində (7.29) təmirçi çilingər vəzifəsi nəzərdə tutulmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi elektrik çilingəri vəzifəsi yuxarıda qeyd olunan təmirçi çilingər vəzifəsinə uyğun deyil. Bu səbəbdən də, iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-nin Gəncə X1 X3 elektrik çilingəri vəzifəsində işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməsi v ə bu əsasla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(104)-35/2023 nömrəli qərarı ilə (hakimlər: R.Mamedov sədrlik edən və məruzəçi, A.Bayramov və A.İsgəndərova) birinci instansiya məhkəməsinin 5 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, apellyasiya şikayəti təmin edilmiş, İddiaçı xx.xx.1999-cu il tarixdən, xx.xx.2006-cı il tarixədək Gəncə X1 işlədiyi illəri nəzərə alıb, ona güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx" ASC-nin 26 iyul 2013-cü il tarixli arayışına əsasən, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-nin X1 X3 elektrik çilingəri vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının növbətçi və avandanlığın təmiri üzrə elektrik çilingəri vəzifəsi (2140100a-19931) ilə uyğunlaşdırılmışdır. Həmçinin "xxxx" ASC-dən daxil olmuş məktuba görə İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-nin struktur vahidi olan Gəncə “Gil-Torpaq” X2 Elektrik Mərkəzində elektrik montyoru peşəsində işləmişdir. Bu sahə metallurgiya istehsalat sahəsinə aid buxar güc, qazanxana, turbin avandanlıqları və s. olan təsərrüfat sahəsidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarında (2 saylı siyahısı, 8-ci bölmə, 13a yarımbölmə, 214000a-18455) İddiaçı işlədiyi peşənin adı güzəştli şərtlərlə pensiya təyini üzrə nəzərdə tutulmuş siyahıda əksini tapmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının işlədiyi sahə üzrə müvafiq koda və "xxxx" ASC-nin məktubunda qeyd olunan koda aydınlıq gətirilməmişdir. Bununla bağlı apellyasiya məhkəməsi "xxxx" ASC-yə sorğu ünvanlamış, lakin həmin müəssisə də məhkəmənin sorğularına aydınlıq gətirməmişdir ki, bu hal isə iddiaçının ziyanına şərh edilə bilməz. Buna görə də iddiaçının i şlədiyi elektrik çilingəri vəzifəsi növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingər vəzifəsinə (2140100a-19931) uyğundur və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-1(102)1399/2023 saylı qərarı ilə (hakimlər: N.Rəsulbəyova sədrlik edən və məruzəçi, K.Bədəlov və İ.Hüseynov) cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. apellyasiya instansiyası m əhkəməsində ikinci icraat

16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-91/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.Hüseynzadə sədrlik edən və məruzəçi, R.Muradov və Ş.Rzaquliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 05 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiqlənmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüs usilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısında 2140000a-18455 kodunda qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşələri Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsinə aid edilməklə, həmin sahənin əlvan metallurgiya sahəsi hesab olunan Gil-torpaq X2 Elektrik Mərkəzində ayrıca mövcud olması 1 nömrəli Siyahının 2140000a-18455 kodunda qeyd olunan peşənin iddiaçıya da aid edilməklə, güzəştli şərtlərlə pensiya hüququ v erən peşə hesab edilməsinə əsas verməkdədir.

18. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən ümumi is stajı 18 il 5 av 8 gün (xx.xx.1988-01,07.1992-ci il. xx.xx.1986-xx.xx.1987, xx.xx.1992- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli is stajı isə 6 il 11 av 3 gün (xx.xx.1992-xx.xx.1999-cu il tarixləri arasındakı dövr) təşkil edir.

20. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2022-ci il tarixədək qüvvədə olm uş 9.1- ci maddəsinin tələblərinə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün onun fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.

21. Belə ki, həmin dövrdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 38640,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18998,78 manat təşkil edir.

22. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən məsələləri lazımi qaydada araşdırmamış, iddiaçının qanunvericiliklə tələb olunan sosial sığorta stajının olmamasına və qanunvericiliklə tələb olunan pensiya kapitalının olmamasına düzgün hüquqi qiymət verməmişdir.

23. İş materiallarına əsasən, "xxxx" ASC tərəfindən təqdim edilmiş güzəştli arayışda iddiaçının müvafiq vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 saylı Qərarının Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı bölməsinin müvafiq bəndində olan elektrik çilingəri vəzifəsi (2140000a-18455) ilə uyğunlaşdırılmışdır. Halbuki, müvafiq ASC-nin fəaliyyət sahəsi metallurgiya sahəsi üzrədir. Yuxarıda adıçəkilən Qərarda metallurgiya istehsalatı bölməsinin müvafiq bəndində elektrik çilingəri vəzifəsi nəzərdə tutulmamışdır.

24. İş üzrə məhkəmə tərəfindən müəssisədən İddiaçı vəzifə təlimatları istənilməmiş, həmin vəzifən in həqiqətən güzəştli şərtlərlə pensiyaya hüquq verən vəzifələrə uyqun olubolmaması məhkəmə tərəfindən araşdırılmamışdır.

25. Bildiririk ki, iddiaçı Mərkəzi Filiala əyani təhsil müddəti barədə arayış təqdim etməmişdir.

26. Belə ki, iddiaçının 1978-1982-ci illərdə əyani təhsil almasını təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir.

27. Beləliklə, məhkəmə pensiya isinə dair sənədləri düzgün tətqiq etməmiş, təqdim edilən sübutlara düzgün hüquqi qiymət verməyərək səhv nəticəyə gəlmiş, is üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

28. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair öz ü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün halla rda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məl um olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək onun xx.xx.1988-ci il tarixdən xx.xx.2013-cü il tarixədək işləməsinin nəzərə alınaraq pensiya təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Gəncə X1 işlədiyi illəri nəzərə alıb, ona güzəştli şərtlərlə pensiya təyin olunması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin 01 fevral 2022- ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

33. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisəyə artıq bir dəfə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən yazılı icraat qaydasında Ali Məhkəmənin İnzibati Kollegiyasında baxılmış və işə baxılmanın nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 2-1(102)-1399/2023 saylı qərar qəbul edilmişdir.

34. Həmin qərara görə cavabdehin kassasiya şikayəti qismən edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(104)35/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

35. Ali Məhkəmənin sözügedən qərarında Azərbaycan Respublikasının İPM-in 96.11ci maddəsinə müvafiq olaraq, mübahisə edilən qərar la bağlı Ali Məhkəmənin apellyasiya instansiyası məhkəməsi üçün məcburi xarakter daşıyan göstərişlər verilmişdir.

36. Belə ki, Ali Məhkəmənin həmin qərarında apellyasiya məhkəməsi üçün məcburi olan aşağıdakı göstərişlər verilmişdir: “İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının tələbi pensiya təyini ilə bağlı olduğundan, onun hansı yaşdan pensiya hüququnun yarandığı məsələsinə aydınlıq gətirilməli və bu istiqamətdə iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım edilməlidir. Eyni zamanda, işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən qərarın nəticə hissəsində iddiaçının pensiya hüququnun yarandığı tarix göstərilməməklə yanaşı, pensiya ödənişinin də hansı tarixdən aparılmalı olduğu qeyd edilməmişdir (bu halda “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi n əzərə alınmalıdır). (qərarın 28-ci bəndi); “Bundan əlavə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə onun 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı olmalıdır.” (qərarın 29-cu bəndi); “İddiaçının ümumi stajının mövcudluğu tərəflər arasında işin mübahisələndirilməyən hallarına aiddir. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə pensiya təyinindən imtina zamanı yalnız güzəştli iş stajının tələb olunan müddətdən az olmasına istinad etmişdir ki, bu zaman onun xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi elektrik çilingəri vəzifəsinin Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmadığına istinad etmişdir.” (qərarın 30-cu bəndi); “İlk növbədə qeyd edilməlidir ki, iddiaçının işlədiyi illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı qüvvədə olmuşdur. Bundan əlavə, iddiaçının cavabdeh orqana pensiya təyini ilə bağlı müraciət etdiyi zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçir ilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.” (qərarın 31-32-ci bəndləri); “Beləliklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.” (qərarın 33-cü bəndi); “Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.” (qərarın 34-cü bəndi); “Hazırkı iş üzrə iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim edilmiş arayış mövcuddur (iş v. 11-12) və həmin arayışa əsasən mübahisəli dövrdə iddiaçının işlədiyi elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında 2140000a-18455 kodu ilə nəzərdə tutulmuş qazanxana, turbin avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işinin təmin edən ölçü vasitələri və elektrik montyorları, bütün adlarda elektrik çilingərləri (Xİİİ bölmə-Elektrik stansiyaları, enerji qatarları və buxar güc təsərrüfatı) vəzifəsinə uyğundur. Göründüyü kimi, arayışda iddiaçının işlədiyi elektrik çilingəri vəzifəsinin 2140000a-18455 koduna uyğunlaşdırıldığı qeyd edilmişdir. Buna baxmayaraq, apellyasiya instansiya məhkəməsinin qərarında iddiaçının işlədiyi vəzifənin arayışda 2140100a-19931 koduna uyğun olduğu qeyd edilmişdir (iş v. 162). Halbuki, arayışın məzmununda belə bir uyğunlaşdırma qeyd edilməmişdir. Bununla yanaşı, işə baxan məhkəmənin özü də iddiaçının işlədiyi vəzifəni həmin koda uyğunlaşdırmışdır.” (qərarın 35-36-cı bəndləri); “İlk növbədə qeyd olunmalıdır ki, 2140100a-19931 kodu ümumiyyətlə 2 nömrəli Siyahıda nəzərdə tutulmayıb. Ehtimal ki, məhkəmə texniki səhvə yol verərək 2040100a19931 kodu əvəzinə “2140100a-19931” qeyd etmişdir. Bununla yanaşı, 2040100a-19931 kodu ilə də “növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilingərlər)” nəzərdə tutulmuşdur ki, həmin kod Metallurgiya bölməsinin (qara metallar) Domna istehsalı yarımbölməsinə aiddir. Hazırkı halda iş materiallarında iddiaçının işlədiyi elektrik çilingəri peşəsinin nə qazanxana, turbin avadanlığının təmiri, yanacaq ötürmə avadanlı ğına və onların işinin təmin edən ölçü vasitələri və elektrik montyorları, bütün adlarda elektrik çilingərləri (Xİİİ bölmə-Elektrik stansiyaları, enerji qatarları və buxar güc təsərrüfatı; kod:2140000a-18455) vəzifəsinə uyğunluğunu, nə də, növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilingərlər) vəzifəsinə (İİİ bölmə -Metallurgiya(qara metallar); Domna istehsalı yarımbölməsi; kod: 2040100a-19931) uyğunluğunu təsdiq edən sənədlər yoxdur. Onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməkl ə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.” (qərarın 37-40-cı bəndləri); “Bundan əlavə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğunu (eyniliyini) işin konkret hallarına (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) istinad edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və pe şəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.” (qərarın 41-ci bəndi);

37. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin sözügedən göstərişlərinə riayət olunmamışdır.

38. Belə ki, apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının xx.xx.2024cü il tarixli, 2-1(104)-91/2024 saylı qərarının “Hüquqi məsələlər və əsaslandırma” hissəsində apellyasiya məhkəməsi göstərmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiqlənmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərd ə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısında 2140000a-18455 kodunda qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşələri Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsinə aid edilməklə, həmin sahənin əlvan metallurgiya sahəsi hesab olunan Gil-torpaq X2 Elektrik Mərkəzində ayrıca mövcud olması 1 nömrəli Siyahının 2140000a-18455 kodunda qeyd olunan peşənin iddiaçıya da aid edilməklə, güzəştli şərtlərlə pensiya hüququ verən peşə hesab edilmə sinə əsas verməkdədir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı güzəştli şərtlərə pensiya hüququ verən yaş həddinə çatmaqla, ümumilikdə 25 ildən artıq əmək stajına, o cümlədən "xxxx" ASC-də (keçmiş Kirovobad Alüminium zavodunda) xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Məişət Xidmət Sahəsində iş paltarlarının yuyulması ilə məşğul olan maşinist, xx.xx.1999-cu il tarixdən, xx.xx.2006-cı il tarixədək X3 elektrik çilingəri, yəni 13 ildən artıq güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işləməklə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır.”

39. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarlarında yazılmış məcburi göstərişlərdən biri-iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləmə sinə dair arayış (güzəştli iş arayışı) tələb edilməsi ilə əlaqədar olmuşdur.

40. Lakin apellyasiya məhkəməsi belə bir güzəştli arayış (iş səh. 254-255) tələb etsə də, həmin güzəştli arayışda iddiaçının konkret nə etdiyi görünmür, eyni zamanda görülən işin müvafiq kodlara uyğun olub-olmaması da bəlli deyildir, belə ki, güzəştli arayışda yalnız vəzifə və Kod göstərilmişdir.

41. Yəni, iddiaçının etdiyi işlər hansı iş funksiyalarına aid edilməsi müəyyən edilməmiş və araşdırılmamışdır.

42. Ümumiyyətlə bunlar metallurgiya sahəsinə aid edilib-edilməməsi də araşdırılmamışdır.

43. Bununla yanaşı qeyd edilməlidir ki, Ali Məhkəmənin göstərişlərindən digəri də, yəni iddiaçının pensiya hüququnun hansı yaşdan yarandığı məsələsinə aydınlıq gətirilməsi də icra edilməmiş, belə ki, apellyasiya məhkəməsi x x.xx.2024-cü il tarixli qərarından iddiaçıya hansı yaşdan güzəştli pensiya təyin edilməsi ümumiyyətlə bilinmir.

44. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının real gördüyü işlər onun əmək kitabçasında göstərilənlərə nəticə etibarı ilə də sözügedən Kodlara uyğun olub-olmaması tam və hərtərəfli olaraq araşdırılmamışdır.

45. Digər tərəfdən işin 11-12-ci səhifələrində olan "xxxx" ASC-nin 26 iyul 2013-cü il tarixli, 54 saylı arayışında qeyd edilmiş elektrik çilingəri vəzifəsinin hansı sahəyə mənsub olması məsələsi də araşdırılmamışdır.

46. Həmçinin həmin arayışda “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” adında sahəsinin "xxxx" ASC-də olub-olmaması da tam və hərtərəfli araşdırılmamışdır.

47. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasi ya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2024-cü il tarixli, 21(104)-91/2024 nömrəli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar