Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2177/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri 17 saylı Vəkil Bürosunun cavabdeh Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğv edilməsi və artıq ödənilmiş pul vəsaitinin qaytarılması; işin hallarının araşdırılması prinsipinə dair normaların tələblərinin təmin olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili Məmmədov İlkin Rövşən oğlunun, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Bakı şəhəri 17 saylı Vəkil Bürosunun cavabdeh Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı (üçüncü şəxs: DSMF-nin İri Sığortaedənlərlə İş Departamenti) “sərəncamın ləğv edilməsi və artıq ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2-1(103)-834/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək məcburi dövlət sosial sığorta haqqı olaraq artıq ödənilmiş pulun geri qaytarılmasını xahiş etmiş, lakin müraciət təmin olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 2019-cu il 22 avqust tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2019-cu il tarixli, **********78 nömrəli sərəncamının ləğv edilməsi və həmin sərəncamla məcburi dövlət sosial sığorta haqqı olaraq artıq ödənilmiş 1.420,93 manat pulun üçüncü şəxsin bank hesabından iddiaçının bank hesabına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 17 saylı Vəkil Bürosunda 2019-cu ilin İ rübündə muzdlu işlə əlaqədar 3586 manat gəlir əldə edilmiş, həmin gəlirə görə “Sosial sığorta haqqında” Qanuna uyğun olaraq əmək haqqının 25%-i miqdarında 936 manat məcburi dövlət sığorta haqqı hesablanmış və qanunla tələb olunan müddətdə ödənilmişdir. Qeyri-muzdlu işlə əla qədar isə 28855 manat gəlir əldə edilmiş, həmin gəlirə görə 20%-i miqdarında 5174 manat məcburi dövlət sosial sığorta haqqı hesablanmış və qanunla tələb olunan müddətdə ödənilmişdir. Məcburi dövlət sığorta haqları yanvar ayına görə xx.xx.2019-cu il tarixdə 1731 manat, fevral ayına görə xx.xx.2019-cu il tarixdə 2832 manat və mart ayına görə xx.xx.2019-cu il tarixdə 1331 manat, xx.xx.2019-cu il tarixdə isə 222 manat, cəmi 6116 manat olmaqla tam ödənilmiş və borc qalmamışdır. Lakin buna baxmayaraq cavabdeh heç bir əsas olmadan 1420,93 manat məcburi dövlət sosial sığorta borcu hesablamış və həmin borcun ödənilməsi barədə xx.xx.2019-cu il tarixli, **********78 nömrəli sərəncam verərək iddiaçının hesabından silmişdir.
4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə vəkillik fəaliyyəti ilə əlaqədar 2019-cu ilin 1-ci rübü üçün 5171 manat məbləğində cari hesablama aparılmasının göstərilməsinə baxmayaraq, xx.xx.2019-cu il tarixədək cari hesablama ilə əlaqədar ödənişlər tam yerinə yetirilməmiş və nəticədə 1095,20 manat əsas, 13,86 manat penya üzrə, cəmi 1109,06 manat məbləğində borc yaranmışdır. Həmçinin, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə məcburi dövlət sosial sığorta haqları üzrə 2018-ci ilin 4-cü rübü üçün 877,50 manat məbləğində və 2019cu ilin 1-ci rübü üçün 896,50 manat məbləğində cari hesablama aparılmışdır. Lakin cəmi 1774 manat (877,50 + 896,50) məbləğində hesablama aparılmasına baxmayaraq, xx.xx.2019-cu il tarixədək cari hesablama ilə əlaqədar ödənişlər tam yerinə yetirilməmiş və nəticədə 310 m anat əsas, 1,87 manat penya üzrə, cəmi 311,87 manat məbləğində borc yaranmışdır. İddiaçının vəkillik fəaliyyəti ilə əlaqədar 1109,06 manat, məcburi dövlət sosial sığorta haqları üzrə isə 311,87 manat, cəmi 1420,93 manat borcu olmuşdur. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)3680/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı dövlət sosial sığorta haqları üzrə ödənişləri vaxtında ödəmədiyinə görə onun hesabına qanunla nəzərdə tutulmuş qaydada sərəncam qoyulmuş və iddiaçının borcu silinmişdir.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2-1(103)-834/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətində Bakı şəhəri 17 saylı Vəkil Bürosunun həm muzdlu işə aid olmayan vəkillik fəaliyyətindən, həm də muzdlu işlə əlaqədar fəaliyyətindən məcburi dövlət sosial sığorta ödəyicisi olduğundan, 2019-cu ilin İ rübü üçün muzd lu işə aid olmayan vəkillik fəaliyyəti ilə bağlı əldə edilmiş 25855 manat gəlirə görə 20 faiz hesabı ilə 5171 manat, muzdlu işə aid fəaliyyətdən əldə edilmiş 3586 manat gəlirə görə isə 25 faiz hesabı ilə 896,5 manat, cəmi 6067.5 manat məcburi dövlət sosial sığorta haqqı hesablanaraq işə əlavə edilmiş xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli ödəniş tapşırıqları ilə 48.5 manat artıq olmaqla cəmi 6116 manat ödənilməsi, eləcə də 2018-ci ilin İV rübü üçün muzdlu işə aid olmayan vəkillik fəaliyyətindən əldə edilmiş 28269 manat gəlirə görə 20 faiz hesabı ilə 5653.8 manat, muzdlu işlə əlaqədar fəaliyyətdən isə 3519 manat gəlirə görə 25 faiz hesabı ilə 879.75 manat cəmi 6533.55 manat məcburi dövlət sosial sığorta haqqı hesablanaraq işə əlavə edilmiş xx.xx.201 8-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli ödəniş tapşırıqları ilə 13.45 manat artıq olmaqla 6547 manat ödənilməsi göstərildiyi halda məhkəmə cavabdehin sübutlara əsaslanmayan və işin həqiqi hallarını əks etdirməyən etirazına istinad edərək vəkillik fəaliyyəti ilə bağlı 2019-cu ilin İ rübü üçün 5171 manat cari hesablama aparılması və bundan başqa 2018-ci ilin İV rübü üçün məcburi dövlət sosial sığorta haqqı üzrə 877.5 manat və 2019-cu ilin İ rübü üçün 896.5 manat cari hesablama aparılması, hesablamış məbləğlərin tam ödənilməməsi ilə 2019-cu ilin İ rübü üçün 1095.2 manat əsas, 13.86 manat penya cəmi 1109.06 manat borc yaranması, 2018-ci ilin İV rübü üçün 877.5 manat və 2019-cu ilin İ rübü üçün 896.5 manat hesablanmış məbləğlər tam ödənilmədiyindən 310 manat əsas, 1.87 manat cəmi 311.87 manat borc yaranmasını göstərməklə uyğunsuzluq yaratmışdır. Belə ki, 2019-cu ilin İ rübü üçün muzdlu işə aid olmayan fəaliyyətlə bağlı hesablanmış 5171 manat ayrıca deyil, həmin dövr üçün muzdlu işlə bağlı hesablanmış 896.5 manat eyni ödəniş tapşırıqları ilə ödənilmiş, 2018-ci ilin İV rübü üçün muzdlu işə aid olmayan fəaliyyətlə bağlı hesablanmış 5653.8 manat ilə həmin dövr üçün muzdlu işlə bağlı hesablanmış 877.75 manat da eyni ödəniş tapşırıqları ilə ödənilmişdir. Muzdlu işə aid olmayan vəkillik fəaliyyəti ilə bağlı hesablanmış məcburi dövlət sosial sığorta haqqı və muzdlu işə aid məcburi dövlət sığorta haqqı ayrı-ayrılıqda ödənilməmişdir. 12. 2019-cu ilin İ rübü və 2018-ci ilin İV rübü üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqının artıqlaması ilə ödənilm əsi və borcun yaranmaması işə əlavə edilmiş köçürmə tapşırıqları ilə tam təsdiq edilir. Cavabdehin göstərdiyi borcun yaranmasına dair isə cavabdeh məhkəməyə hər hansı sübut təqdim etməmişdir. 13. “Sosial sığorta haqqında” Qanunun 9-1.1-ci maddəsində göstərilir ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.
14. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87.3 maddəsində göstərilir ki, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 14.1-ci maddəsində göstərilir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 58.7-ci maddəsində göstərilir ki, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 87.8- ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlilərinə münasibət bildirilməlidir.
16. Göründüyü kimi, məhkəmə kollegiyası iş üzrə sübutlara tam və hərtərəfli araşdırdıqdan sonra qiymət verməli olduğu halda, sübutları araşdırmadan və cavabdehdən mübahisələndirilən xx xxxxx 2019-cu il tarixli sərəncamın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu təsdiq edən sübutlar tələb etmədən yarımçıq qərar qəbul etməklə “Sosial sığorta haqqında” Qanunun 9-1.1 maddəsinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87.3 maddəsinin, İPM-in 14.1, 58.7 və 87.8-ci maddələrinin tələblərini pozmuşdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər.
18. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi.
19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri hald a da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
20. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddə sinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadını n təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş ü zrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “İşin faktiki hallarına əsasən iddiaçı dövlət sosial sığorta haqları üzrə ödənişləri vaxtında etmədiyinə görə onun hesabına qanunla nəzərdə tutulmuş qaydada sərəncam qoyulmuş və iddiaçının borcu silinmişdir, iddiaçının borcu sərəncamla ödənildiyindən həmin sərəncam cavabdeh tərəfindən geri çağırılmışdır. İddiaçının hesabatlarında göstərilmiş dövlət sosial sığorta haqları üzrə məbləğlərin onun hesabına sərəncam qoyulana qədər ödənilməsi məhkəmədə sübuta yetirilmədiyi üçün məhkəmə cavabdehin iddiaçının hesabına qoyduğu sərəncamı qanunsuz hesab etmir, hazırda iddiaçının dövlət sosial sığorta haqları üzrə borcu olmasa da bu, iddiaçının hesabına qoyulmuş sərəncamla vəsaitin tutulması hesabına baş vermişdir, həmçinin dövlət sosial sığorta haqlarının hesabatlarda göstəriləndən artıq ödənilməsi də inzibati məhkəmə icraatının gedişində sübuta yetirilməmişdir.”
25. Məhkəmə kolleg iyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni və bu nəticənin əsası kimi istinad etdiyi hallarla bağlı əsaslandırmalarını İPMin 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları – 2018-ci ilin İV rübü üçün təqdim olunmuş hesabatlar üzrə xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli ödəniş tapşırıqlarını və 2019-cu ilin İ rübü üçün təqdim olunmuş hesabatlar üzrə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli ödəniş tapşırıqlarını məhkəməyə təqdim etdiyinə baxmayaraq, həmin sübutlarda əks olunmuş (ödənilmiş) məbləğlərin işə əlavə olunmuş 2018-ci ilin İV rübünə və 2019-cu ilin İ rübünə dair “Məcburi dövlət sosial sığor tası üzrə rüblük hesabat”larda əks olunmuş məlumatlarla birgə tədqiq olunduğu və onlara müqayisəli şəkildə qiymət verildiyi qərarda əsaslandırılmamışdır. Həm də qeyd olunan ödəniş tapşırıqları cavabdehin mübahisələndirilən sərəncamından əvvəl verilmişdir.
26. Digər tərəfdən, qeyd olunan məlumatlara iddiaçının apellyasiya şikayətində də istinad edildiyinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarındakı əsaslara istinad etməklə kifayətlənmiş, şikayətin həmin dəlillərinə münasibət bildirməmişdir. Bu səbəbdəndir ki, iddiaçı haqlı olaraq məhkəmənin yalnız cavabdehin dəlilləri əsasında qərar qəbul etdiyini qeyd edir.
27. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82, 87.8-ci maddələrinin tələblərinin pozulması ilə qəbul e dildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmini barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 21(103)-834/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İ lqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov