Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2177/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Nigar Rəsulbəyovadan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2406 /2021 nömrəli iş üzrə 06.09.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 03 noyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı onun barəsində qəbul edilmiş 31 oktyabr 2019-cu il tarixli "İntizam tənbehin görülməsi haqqında" əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə işə bərpa edilməsi, onun məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
2. Birinci instansiya məhkəməsinin 29.06.2021-c i il tarixli, 2-1(112)4438/2021 nömrəli (sədrlik edən hakim Pərviz Hüseynov) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarına, İPM-in 2.2.1, 24.1, 24.4, 35.1, 38.1-ci maddələrinə istinad edərək, belə hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır.
4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 29.06.2021-ci il tarixli, 2-1(112)-4438/2021 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılması barədə yeni qərardadın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 06.09.2021-ci il tarixli, 2-1(103)-2406/2021 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Cahangir Yusifov) qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4438/2021 saylı, 29 iyun 2021-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, birinci instansiya məhkəməsinin də istinad etdiyi prosessual hüquq normalarını tətbiq etməklə, belə hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məh kəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
7. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 31 oktyabr 2019-cu İl tarixli təhvil-təslim aktına əsaslanaraq iddiaçının işdən azad olunması barədə əmrdən məlumatlı olması qənaətə gəlsə də, ilk növbədə qeyd edilməlidir ki, cavabdehin özünün istinad etdiyi təhvil-təslim aktında həmin əmrin nömrəsi **********285400 və tarixi 19 mart 2019-cu il qeyd edilmişdir. Halbuki, iddiaçı işdən **********441700 nömrəli 31.10.2019-cu il tarixli əmrlə işdən azad edilmişdir. Eyni zamanda, həmin təhvil-təslim aktında işdən azad edilməsinə dair əmr fərqli nömrədə və tarixdə göstərilsə də, həmin aktın məzmununda işdən azad edilməsi sözləri belə qeyd edilməmişdir. Belə olan halda, iddiaçı hansı əmrlə bilməli idi ki, o, işdən azad olunub?.
8. Həmçinin, nəzərə alınmalıdır ki, vergi orqanlarında təkçə işdən azad edildikdə deyil, başqa vəzifəyə keçirildikdə, inzibati binanı dəyişdikdə və yaxud işdən kənarlaşdırıldıqda eyni məzmunda təhvil-təslim aktı imzalanır ki, həmin aktla da yalnız işə aid olan sənədlər, iş masası və dolab təhvil verilir ki, bu da iddiaçının hüquqlarının pozulduğunun aşkar edildiyi gün kimi qəbul etmək olmaz.
9. Belə olan halda, işdən azad edilməsinə aid sözlər belə qeyd edilmədən və əmrin nömrəsi və tarixi fərqli olan təhvil-təslim aktı ilə iddiaçı məhz işdən azad edildiyini bilə bilməzdir. Bu səbəbdən də, həmin təhvil-təslim aktına istinad edilməklə iddiaçının güya təhvil-təslim aktının tərtib edildiyi günü öz hüquqlarının pozulduğunun bildiyi gün kimi qiymətləndirmək qanunveric ilik baxımından əsassız və qanunsuzdur.
10. Bundan əlavə, əmək qanunvericiliyi imperativ norma ilə qeyd edir ki, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni ona müvafiq əmrin və əmək kitabçasının verildiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, əmək qanunvericiliyi təhvil-təslim aktının imzalandığı günü deyil, müvafiq əmrin və əmək kitabçasının verildiyi günü işci hüququnun pozulduğunu aşkar etdiyi gün kimi qeyd etmişdir. Ona görə də məhkəmənin qeyd edilən dəlilləri hüquqi müstəvidə əsassızdır.
11. Eyni zamanda bildirir ki, məhkəmə iddiaçının iştirakı ilə imzalanmış təhvil-təslim aktında işdən azad edilməsi barədə əmrin nömrəsi və tarixinin fərqli olmasına ümumiyyətlə münasibət birdirmədən iddiaçının həmin əmrdən təhvil-təslim aktı imzaladığı and an məlumatlı olduğu qənaətə gəlmişdir. Buradan belə aydın olur ki, məhkəmə sözügedən təhvil-təslim aktının məzmununa belə diqqət yetirməmişdir. Çünki, təhvil-təslim aktının və onun əlavəsinin məzmununda iddiaçının işdən azad edilməsi və yaxud vergi orqanlarında xidmətinə xitam verilməsi sözləri ümumiyyətlə qeyd edilməmiş, yalnız müvafiq nömrədə və tarixdə olan əmrin icrası ilə bağlı sözləri göstərilmişdir. Yəni, məhkəmə qərardad qəbul edərkən təhvil-təslim aktına diqqətlə nəzər yetirsə idi, görə bilərdi ki, həmin aktın məzmununda işdən azad edilməsinə dair hər hansı sözlər qeyd edilməmişdir. Təhvil-təslim işlərinin isə aparılması başqa tarixdə və nömrədə olan əmrin icrası ilə bağlı olmuş, lakin təəssüflər olsun ki, məhkəmə iddiaçının bu dəlilinə ümumiyyətlə qiymət verməmişdir.
12. Məhkəmən in iddiaçıya əmək kitabçanının götürülməsi və ya poçt vasitəsi ilə göndərilməsinə razılığın verilməsi haqqında məktubun göndərilməsi ilə bağlı dəlilinə dair bildirir ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsində imperativ qaydada müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələri ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Sadalanan normalardan görünür ki, işəgötürən hər bir halda işçinin əmək müqaviləsinə xitam verildiyi gün, yəni son iş günü işçiyə əmrin surətini, əmək kitabçasını və son haqq-hesabı verməyə borcludur. Lakin qanunvericilik yalnız işçinin işdə olmadığı təqdirdə ona əmək kitabçasının götürülməsi və yaxud da sonuncunun razılığı ilə poçt vasitəsi ilə göndərilməsi barədə bildirişin göndərilməsini mümkün etmişdir. Başqa sözlə desək, əgər işçi işdən çıxan günü işdə olmuşdursa, ona hər bir halda elə həmin gün əmək kitabçası verilməli idi.
13. Göründüyü kimi, məhkəmə cavabdeh orqan tərəfindən əmrin surətinin və əmək kitabçasının sonuncu iş günü işçiyə verilməsi ilə bağlı vəzifə borcunun yerinə yetirməməsinə və qanunvericiliyin yuxarıda qeyd olunan normaların kobud surətdə pozulmasına qiymət verməmiş, lakin buna baxmayaraq hazırda əmək kitabçanın götürülməsi ilə bağlı məktuba istinad edərək iddiaçının öz hüquqlarının pozulmasının həmin məktubun aldığı tarix dən hesablandığı qənaətinə gəlmişdir.
14. Həmçinin məhkəmə qeyd etmişdir ki. “iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi vanında Dövlət Vergi Xidmətinə 09.07.2020-ci il tarixdə müraciət edərək 31.10.2019-cu il tarixli əmrlə Əmək Məcəiləsinin 70-ci maddəsinin «c» bəndinə əsasən işdən azad edildiyini bildirərək barəsində verilmiş əmrin dəyişdirilərək öz ərizəsi ilə işdən azad edilməsinə köməklik göstərilməsini xahiş etmişdir."
15. Məhkəmənin belə qənaətə gəlməsinə heç bir hüquqi əsas mövcud deyil. Belə ki, məhkəmənin də istinad etdiyi Azərbaycan Respublikası İPM-nin 38-ci maddəsində inzibati aktın mübahisələndirilməsi üzrə müddətin axımının başlanması onun təqdim və ya elan olunduğu vaxtla müəyyən edilmişdir.
16. Habelə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu n 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
17. Beləliklə, inzibati qanunvericliklə müddətin axımının başlanğıc tarixi bilavasitə inzibati aktın təqdim və ya elan edilməsi tarixi ilə əlaqələndirilmişdir.
18. İddiaçı tərəfindən hazırda mübahisələndirilən və işdən azad edilməsinə əsas olan inzibati akt iddiaçıya nə elan edilmiş, nə də ki təqdim edilmiş, bununla bağlı məhkəməyə cavabdeh inzibati orqan tərəfindən hər hansı sübutlar təqdim edilməmişdir ki, bu da iddiaçının həmin əmrdən məlumatlı olması kimi qiymətləndirilməsinə əsas kimi çı xış edə bilməz. Çünki, iddiaçının işdən azad edilmə əsasının dəyişdirilməsi ilə bağlı cavabdeh vergi orqanına müraciət edilməsi heç də sonuncunun həmin inzibati aktın məzmunundan xəbərdar olması və öz hüquqlarının pozulmasının bildiyi anı kimi qəbul edilə bilməz. İddiaçı özünün işdən azad edilməsini ehtimal etsə və yaxud bu barədə digər vergi əməkdaşlarından eşitsə də, sonuncu işdən azad olunmasına əsas olan əmr ilə tanış edilməmiş, həmin əmr ona elan və yaxud təqdim edilməmişdir.
19. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 06.09.2021-ci il tarixli, 2-1(103)-2406/2021 nömrəli qərardadının ləğv edilməsi iddia tələbinin mümkün sayılması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessua l Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
21. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. (11 oktyabr 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli qərarı: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxla nılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallard a cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
23. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələ ndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; Maddə 3 8.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPMnin 91-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
28. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir, belə ki, iş materiallardan görünür ki, Vergilər Nazirliyinin 31.10.2019-cu il tarixli əmrinə əsasən Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin Daxili audit şöbəsinin baş dövlət vergi müfəttişi İddiaçı vergi orqanlarında xidmətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə və «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. Daxili təhlükəsizlik baş idarəsinin rəisi müavini, Daxili təhlükəsizlik baş idarəsinin Daxili audit şöbəsinin rəisi, İnsan resursları baş idarəsinin İnsan resurslarının planlaşdırılması şöbəs inin baş mütəxəssisi, Maliyyə baş idarəsinin Təchizat şöbəsinin böyük mütəxəssisi və İddiaçı tərəfindən imzalanmış 31.10.2019-cu il tarixli Təhvil-təslim aktına və həmin akta əlavəyə əsasən Vergilər nazirinin 19.03.2019-cu il tarixli əmrinin icrası ilə əlaqədar akta əlavə olunmuş sihayıda qeyd olunan sənədlərin, inventarın, avadanlıq və ofis ləvazimatının təhvil-təslimi aparılmışdır. Həmçinin 2019-cu ilin noyabr ayında iddiaçı ilə son-haqq hesab da aparılmışdır. Bundan başqa, 07.11.2019-cu il tarixdə İddiaçı əmək kitabçasını Vergilər Nazirliyindən götürməsi barədə məktub ünvanlanmış, məktub poçt vasitəsi ilə İddiaçı 03.12.2019-cu il tarixdə çatdırılmışdır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 09.07.2020-ci il tarixdə müraciət edərək 31.10.20 19-cu il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edildiyini bildirərək barəsində verilmiş əmrin dəyişdirilərək öz ərizəsi ilə işdən azad edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 09.07.2020-ci il tarixdə müraciət edərək, 31.10.2019-cu il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edildiyini bildirərək barəsində verilmiş əmrin dəyişdirilərək öz ərizəsi ilə işdən azad edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. 31.10.2019-cu ildə iddiaçının da iştirakı ilə imzalanmış Təhvil-təslim aktına və həmin akta əlavəyə əsasən iddiaçının icraatında olan sənədlər, iş qovluqları, xidməti vəsiqə, iş otağı, iş masası və digər sənədl ər, inventar, avadanlıq və ofis ləvazimatı iddiaçı tərəfindən cavabdehin əməkdaşlarına təhvil verilmişdir və həmin tarix də iddiaçının hüququnun pozulduğunu bildiyi gün hesab edilir.
29. İddiaçı məhkəməyə 1il 2 aydan artıq müddət keçdikdən sonra hazırkı iddia tələbi ilə müraciət etmiş, bununla da iddia müddətini buraxmışdır.
30. Bu baxımdan Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisədə iddiaçının iddia qaldırmaq müddətin ötürüldüyü üçün iddianın əsaslılığının araşdırılmasına imkan vermir.
31. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Az ərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
32. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
33. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia müm kün sayılır.
34. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 06.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.09.2021-ci il tarixli, 2-1(103)-2406/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.