Məhkəmə qərarları › İş №2-1(102)-2177/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2177/2022

27.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2177/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə və “Xaliq-16” müəssisəsinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-2177/2022) (Açar sözlər: gömrük ödənişlərinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1971-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə və “Xali q-16” müəssisəsinə qarşı “gömrük ödənişlərinin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyul 2022-ci il tarixli, 2-1(103)-1804/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2020-ci il tarixli, **********5401 nömrəli Gömrük Bəyannaməsindən görünür ki, idxalatçı İddiaçı, ixracatçı "xxxx" Şirkəti (Seoul/Korea) olmaqla, Kia Sportage R (Dizel) markalı, buraxılışlı ili 2013-cü il, mühərrikin həcmi – 1995 sm3, avtomobilin invoys dəyəri 5590 ABŞ dolları (9503 AZN), statistik dəyəri 8000 ABŞ dolları (13600 AZN) olmuşdur.

2. Bəyannamənin 42-ci qrafasında invoys dəyəri – 5590 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri – 13600 manat, 46-cı qrafasında statistik dəyəri – 8000 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu 06 – ehtiyat üsul kimi qeyd edilmiş və göstərilənlərə əsasən gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı – 120 manat, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə gömrük yığımı – 30,00 manat; GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə gömrük yığımı – 20 manat, mühərrikin işçi həcminə görə tutulan idxal gömrük rüsumu – 4069,80 manat, idxal gömrük rüsumunun hesablanması qaydası – mühərrikin həcmi 1995 x 1,20 ABŞ dolları = 2394 ABŞ dolları x 1,7 (dolların məzənnəsi) = 4069,80 manat; aksiz vergisi – 598,50 manat; aksiz vergisinin hesablanması qaydası = mühərrikin həcmi 1995 x 0,30 manat = 598,50 manat, ƏDV – 3318,89 manat olmuşdur.

3. ƏDV hesablanması qaydası aşağıdakı şəkildə göstərilmişdir: gömrük dəyəri 13600,00 manat + gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı – 120,00 manat + Azərbaycan Respublikasının gömrük ərazisində gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə gömrük yığımı – 30,00 manat + GPS xidmətinə görə gömrük yığımı - 20,00 manat + mühərrikin işçi həcminə görə tutulan idxal gömrük rüsumu – 4069,80 manat + aksiz vergisi – 598,50 manat = 18438,30 manat x 18 % = 3318,89 manat. Nəqliyyat vasitəsinin ekspertizasına görə - 30 manat; texniki eyniləşdirmə şəhadətnaməsinin verilməsinə görə - 20 manat; elektron gömrük xidmətinin göstərilməsinə görə - 30 manat; elektron gömrük xidmətinin göstərilməsinə görə əlavə dəyər vergisi – 5,40 manat, cəmi – 8242,59 manat təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 29 noyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ödənilmiş 900 manat gömrük ödənişinin geri qaytarılmasının cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə, ödənilmiş 170 manat məbləğin isə cavabdeh “Xaliq-16” müəssisəsinə həvalə olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə onlayn qaydada 5.590 ABŞ dolları məbləğində ödəniş edilərək alınmış, qeyd olunan ödənişlərlə bağlı rəsmi sənədlər gömrük orqanına təqdim edilmişdir. Lakin gömrük orqanı tərəfindən əsassız olaraq avtomobilin dəyəri 8.000 ABŞ dolları kimi nəzərə alınmış, ondan əlavə olaraq 900 manat pul tutulmuşdur. İddiaçı qeyd edir ki, avtomobilin dəyəri müəyyən edilərkən onun qiymətinin hansı səbəbdən yuxarı qeyd edilməsi əsaslandırılmamışdır

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə avtomobilin statistik dəyərinin 8.000 ABŞ dolları olması bəyan edilmişdir. Bu və əlavə məlumatlar gömrük bəyannaməsində iddiaçı tərəfindən qeyd edilərək gömrük orqanına təqdim olunmuş, gömrük rəsmiləşdirilm əsi başa çatdıqdan sonra nəqliyyat vasitəsi sərbəst dövriyyəyə buraxılmışdır. Qeyd olunur ki, nəqliyyat vasitəsi ilə bağlı gömrük bəyannaməsi ilə əlaqədar tərəflər arasında heç bir mübahisə yaranmamışdır. Mübahisə olmadığına görə də gömrük ekspertizasının təyin edilməsinə zərurət də müəyyən edilməmişdir. Eyni zamanda, cavabdeh inzibati orqan iddiaçı tərəfindən müraciətin olmadığına əsaslanaraq, iddianın mümkün sayılmamasını xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-3417/2022 nömrəli qərardadı ilə iddia “ödənilmiş 170 manat məbləğin cavabdeh “Xaliq-16” müəssisəsinə həvalə edilməsi” hissəsində mümkün sayılmamışdır.

8. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-3417/2022 nömrəli qərarı (hakim: X4) ilə iddia cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə münasibətdə rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materialları ilə müəyyən edildiyi kimi, iddiaçı əslində mala çəkilən xərcin 5.590 ABŞ dolları olduğunu, gömrük orqanına təqdim edilən invoysun nəzərə alınmalı olduğunu iddia edir. Cavabdeh isə invoysda nəzərdə tutulan qiymətin əsas olmadığını iddiaçı tərəfindən gömrük bəyannaməsində sərbəst iradə ilə qeyd edilən gömrük dəyəri kimi 13.600 manat məbləğin əsas götürülməli olduğunu qeyd edir. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi qanuni və əsaslı olmaqla yuxarıda adıçəkilən maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. İddiaçının təqdim etdiyi gömrük bəyannaməsini və onlara əlavə olunan sənədləri gömrük orqanı öz vəzifə bo rcunu yerinə yetirərək təsdiqləmiş, əsaslı olaraq dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri üçün iddiaçının gömrük bəyannaməsində göstərdiyi gömrük dəyəri əsas götürülmüşdür. İddiaçı malın dövriyyəyə buraxılışı həyata keçirildikdən sonra dəyərini mübahisələndirsə də gömrük rəsmiləşdirilməsi zamanı isə iddiaçı tərəfindən idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyəri mübahisələndirilməmiş, gömrük dəyərində şübhələr yaranmadığına görə də gömrük orqanı tərəfindən gömrük ekspertizası təyin olunmamış, malın dəyərinin ekspert tərəfindən müəyyən edilməsinə zərurət müəyyən edilməmişdir. Həmçinin, iddiaçı gömrük rəsmiləşdirilməsi zamanı gömrük ekspertizasının aparılmasına dair hüququndan istifadə etməmiş, mötəbərliyi şübhə doğurmayan iddiaçı tərəfindən doldurulmuş gömrük bəyannaməsi ilə idxal etdiyi nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini başa çatdırmış və nəqliyyat vasitəsi sərbəst dövriyyəyə buraxılmışdır.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyul 2022-ci il tarixli, 2-1(103)-1804/2022 nömrəli qərarı (hakimlər: X3 oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1) ilə Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçının artıq ödədiyi 900 manat gömrük ödənişi məbləğinin iddiaçıya qaytarılması cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Göm rük İdarəsinə həvalə edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının ödədiyi 8242,59 manat hesbalanarkən avtomobilin dəyəri 8000 dollar göstərilmişdir. Halbuki, “İnvoys”da 5590 dollar göstərilir. Daşıma üçün ödənilən 780 dollar da əlavə edilsə, məbləğ 6370 dollar olur. xx.xx.2020-ci il tarixdə bu dəyərdə olan avtomobilin gömrük rüsumu isə təxminən 7363 manat olur. Bu günkü gömrük kalkulyatoruna görə isə 8023,30 manat təşkil edir, çünki ötən müddətdə həm Aksiz vergisi, həm əlavə dəyər vergisi, həm də əməliyyat haqqı müvafiq olaraq 300 manat, 303 manat və 60 manat artmışdır. Buna görə də, bu günkü tələb bu şəkildə ortaya çıxır: 8242 manatdan 8023 manat çıxılır, üzərinə müvafiq olaraq 300+303+60 manat gəlinir. Ümumi məbləğ isə belə olur = 882 manat. Məhkəmə ko llegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli Ödəniş Tapşırıqlarından görünür ki, idxal edilən avtomobilin (invoys) məbləği 5590,00 ABŞ dollarıdır (burada 5.540 manat avtomobilin dəyəridir, 250 manat gəmi daşımasının dəyəridir). Gömrük Bəyannaməsində malın invoys dəyəri olan 9503 manat əvəzinə statistik dəyəri olan 13600 manat götürüldüyü üçün və onun üzərinə gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı – 120,00 manat + Azərbaycan Respublikasının gömrük ərazisində gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə gömrük yığımı – 30,00 manat + GPS xidmətinə görə gömrük yığımı - 20,00 manat + mühərrikin işçi həcminə görə tutula n idxal gömrük rüsumu – 4069,80 manat + aksiz vergisi – 598,50 manat gəlməklə əldə edilmiş 18438,30 AZN məbləğ üzərindən ƏDV hesablanaraq (18%) 3318,89 AZN müəyyən edilmişdir. Lakin nəqliyyat vasitəsinin invoys dəyəri (5590 dollar=9503 manat) əsas götürülərək və bu məbləğin üzərinə + gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı – 120,00 manat + Azərbaycan Respublikasının gömrük ərazisində gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə gömrük yığımı – 30,00 manat + GPS xidmətinə görə gömrük yığımı - 20,00 manat + mühərrikin işçi həcminə görə tutulan idxal gömrük rüsumu – 4069,80 manat + aksiz vergisi – 598,50 manat gəldikdə, əldə edilmiş 14341,3 manat məbləğin 18% - hesablandıqda ƏDV 2581,44 manat təşkil edir. Məbləğlər arasın dakı fərq 3318,89 - 2581,44 = 737,46 manat təşkil edir. Bununla təsdiq olunur ki, iddiaçıdan gətirdiyi avtomobilinə görə 8242,59 manat gömrük rüsumu alınsa da, əslində bu gömrük rüsumunun məbləği 7505,14 manat təşkil edir. Fərq də (8242,59 - 7505,14 = 737,46) ƏDV-nin düzgün hesablanmaması səbəbindən yaranmışdır.

13. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsi həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, mövcud qanunvericilikdə malların və nəqliyyat vasitələri nin idxalı zamanı gömrük rəsmiləşdirilməsi üzrə artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması müvafiq qaydalarla tənzimlənir. Həmin qaydalarda ödəyicinin artıq ödənilmiş məbləğlərin qaytarılması ilə bağlı müraciətlərinə ödənişləri tətbiq etmiş gömrük orqanı tərəfindən onun müraciəti üzrə ödənişlərin qaytarılması barədə qərar qəbul olunması, rəy tərtib edilməsi və onların Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və maliyyə orqanına göndərilməsi və bundan sonra müvafiq ödənişlərin sonuncu tərəfindən qaytarılması nəzərdə tutulur. Lakin İddiaçı yuxarıda qeyd olunan qaydaların tələblərinə riayət etməmişdir. İddiaçı bəyannaməçi ilə idxal etdiyi nəqliyyat vasitəsinin bəyan edilib gömrük rəsmiləşdirilməsindən keçirilməsi üçün müqavilə bağlamış, bəyannaməçi də təmsil edilən şəxsin tap şırığı ilə öz adından və onun mənafeyi üçün çıxış edərək **********5401 sorğu nömrəli gömrük bəyannaməsini doldurmuş və gömrük bəyannaməsinin 50-ci qrafasında “gömrük bəyannaməsində göstərilən məlumatları təsdiq etmişdir”. Belə ki, nəqliyyat vasitəsinin buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsində düzəlişlər edilməsinə icazə verilmir. Gömrük rəsmiləşdirilməsi zamanı iddiaçı tərəfindən idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyəri mübahisələndirilməmiş, gömrük dəyərində şübhələr yaranmadığına görə gömrük ekspertizası təyin olunmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: Maddə 40.4 Gömrük orqanlarının vəzifəli şəxsləri bəyann aməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Maddə 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Maddə 299.4. Fiziki şəxs gömrük sərhədindən keçirmək istədiyi malların təsnifatını n, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciət əsasında bu Məcəllənin 50-ci maddəsinə müvafiq olaraq malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından icrası gömrük orqanları üçün məcburi olan qərar qəbul edilir. Maddə 322.1. Gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: 322.1.1. malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; 322.1.2. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; 322.1.3. malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; 322.1.4. ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; 322.1.5. malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; 322.1.6. ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; 322.1.7. radiasiya təhlükəsi olan malların müəyyən edilməsi; 322.1.8. malların gömrük dəyərinin təyin olunması; 322.1.9. malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi. Maddə 322.2. Gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyə nləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. 17. “Gömrük tarifi haqqında” qanun: Maddə 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Maddə 8.1. Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir. Maddə 10.1. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Maddə 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələ şmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Maddə 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.

18. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli, 25 saylı qərarına əsasən təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması” Qaydaları Bənd 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.2. gömrük ödənişlə rinin məbləği hesablanarkən səhvə yol verildikdə; Bənd

4. Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. Bənd 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 19. ”İnzibati icraat haqqında” qanun Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə ola n halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəm əsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya məhkəməsi gömrük ödənişlərinin geri qaytarılması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlillərinə görə, mövcud qanunvericilikdə malları n və nəqliyyat vasitələrinin idxalı zamanı gömrük rəsmiləşdirilməsi üzrə artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması müvafiq qaydalarla tənzimlənir. Həmin qaydalarda ödəyicinin artıq ödənilmiş məbləğlərin qaytarılması ilə bağlı müraciətlərinə ödənişləri tətbiq etmiş gömrük orqanı tərəfindən onun müraciəti üzrə ödənişlərin qaytarılması barədə qərar qəbul olunması, rəy tərtib edilməsi və onların Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və maliyyə orqanına göndərilməsi və bundan sonra müvafiq ödənişlərin sonuncu tərəfindən qaytarılması nəzərdə tutulur. Lakin qanunvericiliyin tələblərinə riayət edilməmişdir. İddiaçı bəyannaməçi ilə idxal etdiyi nəqliyyat vasitəsinin bəyan edilib gömrük rəsmiləşdirilməsindən keçirilməsi üçün müqavilə bağlamış, bəyannaməçi də təmsil edilən şəxsin t apşırığı ilə öz adından və onun mənafeyi üçün çıxış edərək **********5401 sorğu nömrəli gömrük bəyannaməsini doldurmuş və gömrük bəyannaməsinin 50-ci qrafasında “gömrük bəyannaməsində göstərilən məlumatları təsdiq etmişdir”. Belə ki, nəqliyyat vasitəsinin buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsində düzəlişlər edilməsinə icazə verilmir. Gömrük rəsmiləşdirilməsi zamanı iddiaçı tərəfindən idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyəri mübahisələndirilməmiş, gömrük dəyərində şübhələr yaranmadığına görə gömrük ekspertizası təyin olunmamışdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının gömrük ərazisinə gətirdiyi nəqliyyat vasitəsinə münasibətdə “ehtiyat üsul”un tətbiqinin iddiaçının öz iradəsinə uyğun olaraq baş verdiyinə dair cavabdehin dəlilləri də apellyasiya instansi yası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul edilə bilməz. Belə ki, əvvəla, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi avtomobilin sövdələşmə qiymətini əks etdirən invoysu cavabdeh orqana bəyan etsə də, cavabdeh bəyannamədə 8.000 ABŞ dolları statistik dəyərin hansı əsasla götürülməsinin izahını verməmişdir.

29. Digər tərəfdən, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinin tələbinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinin tələbinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

30. Həmin Qanunun 23.2-ci mad dəsinin (İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi) müddəalarının tələbinə görə, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur.

31. Cavabdeh inzibati orqanın maraqlı şəxsə yardım göstərilməsi, məsləhətlərin və zəruri məlumatların verilməsində ifadə olunan xidməti vəzifələrinə dair məcburi göstərişlər Gömrük Məcəlləsində də təsbit olunmuşdur. Belə ki, həmin Məcəllənin 40.4-cü maddəsinin tələbinə görə, gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyanna məsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər.

32. Beləliklə, istinad edilən qanun normalarının tələbləri nəzərə alındıqda, cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında" Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməli olduğu halda, bunu etməmişdir.

33. Digər tərəfdən, iddiaçı yuxarıda qeyd olunan nəqliyyat vasitəsinin idxalı üçün çəkəcəyi gömrük xərclərini bilavasitə cavabdehin rəsmi internet səhifəsindəki məlumat lara əsasən əvvəlcədən müəyyən etmişdir. Buna görə də, iddiaçıya münasibətdə tətbiq edilən üsulun onun iradəsinə uyğun olduğuna dair dəlil əsaslı hesab oluna bilməz. Hətta bəyannamənin məzmunu bəyannaməçinin iradəsinə uyğun olduğu halda belə, bu, gömrük orqanını (onun vəzifəli şəxsini) “İnzibati icraat haqqında” Qanunun 23.2, 24.1, 24.2-ci maddələrində və Gömrük Məcəlləsinin 40.4-cü maddəsində təsbit olunmuş xidməti vəzifələrini icra etmək öhdəliyindən azad etmir.

34. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyul 2022-c i il tarixli, 21(103)-1804/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar