Məhkəmə qərarları › İş №2-1(102)-2177/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2177/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2177/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəxsin ərizəsi əsasında dövlət qulluğuna xitam verilməsi ilə bağlı əmrin ləğvi; işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2023-cü il tarixli 2-1(106)-98/2023 nömrəli qərarından iddi açı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2014-cü il tarixli, 50 saylı əmrlə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə aparıcı məsləhətçi-psixoloqu vəzifəsinə təyin edilmişdir.

2. İddiaçının Hacıqabul Rayon İcra Hakimiyyəti başçısına ünvanladığı 28 aprel 2020-ci il tarixli ərizədə onu 28 aprel 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.

3. Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 2020-ci il tarixli, 25 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) iddiaçının dövlət qulluğuna xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona işdən çıxmağı barədə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 25 saylı əmrinin ləğv edilərək, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə aparıcı məsləhətçi-psixoloqu vəzifəsinə bərpa olunmağı və işə bərpa barədə əmrin veriləcəyi günə qədər məcburi buraxılmış iş günlərinin əmək haqqısının hesablanaraq ödənilməsi”ni xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsasland ırmışdır ki, 2020-ci il aprel ayının 28-də saat 18:00-da Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Nümayəndə2 onu iş otağına dəvət edərək demişdir ki, İcra Hakimiyyəti başçısının bəzi tapşırıqları var. Bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin şəhər (rayon) icra hakimiyyəti başçısına Əsasnamə ilə verdiyi səlahiyyətlərdən biri kimi yeni təyin olunmuş icra hakimiyyəti başçısı aparat işçilərinin tam heyətdə istefa ərizələrini qəbul etməlidir. Bundan sonra isə kimin istefasını qəbul etmək, kimi işdə saxlamaq icra hakimiyyəti başçısının səlahiyyətindədir. Həmçinin bildirmişdir ki, yeni icra başçısı 2019-cu ildə təyin olunmuş lakin ondan istefa ərizəsi almaq unudulmuşdur, odur ki, ərizə formal cəhətdən sənəd olaraq yazılıb ümumi şöbədə qovluğa qoyulmalıdır və iddiaçı nec ə ki, İH başçısının vaxtından artıq 5 aydır ki işləyirdir, yenədə işini eyni vəzifədə eyni funksiyalarla davam etdirəcək. Hadisədən 5 dəqiqə sonra iddiaçı qayıdıb köməkçidən ərizəni geri istəyərkən ona bildirmişdilər ki, onun işdən çıxmağı barədə əmri imzalanıb və kitaba salınıb.Köməkçinin təhriki ilə işdən çıxarıldığı 28 aprel 2020-ci il tarixi Respublikada Xüsusi Karantin rejimi şəraitində Nazirlər Kabineti Operativ Qərargahının yerli icra hakimiyyəti orqanı üçün məhdudlaşdırdığı qeyri-iş gününə düşür. Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə görə işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək hər-hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. İcra Hakimiyyətinin başçısının köməkçisi tərəfindən aldadılaraq, guya başçının tapşırığı ilə ərizə yazmağa vadar edildikdən sonra, köməkçinin ona qarşı qanunsuzluğunu bilərək əsəb sarsıntısı keçirir, ailə üzvlərinə, qohum-tanışa, iş yerində onunla ünsiyyətdə olanlara hərəkətinin məntiqini izah edə bilmir.

6. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsinə dəqiqləşdirmə verərək, əlavə olaraq bildirmişdir ki, iş vaxtı çərçivəsindən kənar alınmış ərizə əsasında əmrləşmə iş vaxtından kənar qaydada aparılmışdır. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinin mənasına görə işçi ərizəsində göstərdiyi gün əmək müqaviləsinin ləğvini israr edirsə, ərizədə bunun səbəbini göstərməlidir. Əks halda bu ərizə etibarsız sayılmalıdır. Qanunsuz işdən çıxarılmağı mülki məhkəmə icraatı zamanı ikinci mənəvi zərəri İH aparatının əməkdaşı X2 vurmuşdur. Belə ki, o məhkəməyə gö ndərdiyi və özünün imzaladığı və hələ göndərilənə qədər məzmununun icra hakimiyyətində bir neçə nəfərə məlum olduğu məktubunda onun hərəkətlərinin cəmiyyət arasında dedi-qodulara səbəb olduğunu, bir sıra idarə və təşkilatlarının rəhbərləri ilə kobud rəftar göstərməklə şərəfvə ləyaqəti subay gənc qız olaraq alçaltmışdır. Bu ərizəni diqtə ilə İH-nin inzibati binasında İH başçısının otağında, saat 18:15-də yazdığı bir neçə dəqiqə sonra köməkçidən geri istəməsi, ümumi şöbəyə göndərilməsi və şöbə müdrindən eşitməsi ki, “gecikmisən, əmrin verilib”, bu da ona qarşı qərəzin sübutudur.

7. Cavabdeh iddiaya dair etiraz verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əvvəllər işlədiyi Hacıqabul Rayon İcra Hakimiyyəti yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyası”nın uşaqlarla iş üzrə məsləhətçi-psixoloq vəzifəsi “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə Əlavədə “Rayon İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” cədvəlində öz əksini tapmışdır. Bu baxımdan həmin vəzifəni daşıyan şəxs “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsidir və həmin Qanunun 10.5-ci maddəsinə əsasən inzibati vəzifə hesab edilir.. İddiaçı əvvəllər tutduğu vəzifə həmin Qanunun 11.1.8.1-ci maddəsinə əsasən inzibati vəzifələrin yeddinci təsnifatına aid edilir. İddiaçı dövlət qulluğuna Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 2020- ci il tarixli, 25 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında ” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsi lini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin maddənin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı tutduğu vəzifədən azad olunması barədə verdiyi ərizədə işdən azad olunması günü göstərdiyi üçün onun əmək müqaviləsinin xitam olunması zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçının gətirdiyi digər arqumentlərə gəldikdə isə bild irirlər ki, iddiaçının iddiasında hadisələrin gedişi, yəni onun işdən azad olunması vəziyyəti özünün müəllifi olduğu iddia ərizəsində bir formada, yuxarı dövlət orqanlarına və internet saytlarında isə başqa formada ifadə olunur. İddiaçı şikayətində onun barəsində rayonun müxtəlif qurumlarından rayon rəhbərliyinə daxil olan şikayətlərin və rayon İcra Hakimiyyətinin bir qrup vəzifəli şəxsinin təqdimatının rəsmi daxil olmadığını, yəni üzərinə dərkənar qoyulmadığını bildirərək həmin sənədləri etibarsız hesab edir. Halbuki, iddiaçının gənc olması, qadın olması və işində bir daha belə hərəkətlərə yol verməyəcəyini söz verməsi səbəbindən qeyd edilən hallar rəsmiyyətə salınmamış, İddiaçı bir daha yeni şanslar verilmişdir (rəsmiyyətə salınmış olsa idi iddiaçı müvafiq əmrlə işdən azad edilmiş olar dı). Sonuncu dəfə yenə bu kimi hərəkətə yol verdiyinə görə ona bildirilən iradlardan sonra iddiaçı 28 may 2020-ci il tarixdə şəxsən özü məhz həmin tarixdə işdən azad edilməsi barədə ərizə vermişdir. Rəhbərlik tərəfindən onun vəzifədən hər hansı bir qüsur səbəbindən deyil (hansı ki bu qüsurlar kifayət qədər mövcud idi) öz istəyi ilə çıxmasının onun sonrakı iş həyatına heç bir maneə törətməyəcəyi nəzərə alınaraq ərizəsi qəbul edilmiş və tutduğu vəzifədən azad olunması barədə əmr verilmişdir. İddiaçının problemlərlə dolu bir əməkdaş olması faktı onun tələblərində də özünü açıq büruzə edir. Belə ki, məhkəməyə etiraz mətni hazırlamış İcra Hakimiyyəti başçısı aparatının hüquqşünasından külli miqdarda pul tələbi əsassız varlanma sevdası ilə yanaşı, həm də məhkəmə icraatı zamanı tərəflərin sərbəst çəkişmə prinsipinə təsir göstərmək məqsədini daşıyır.

8. Şirvan İnzibati Məhkəməsinin 07 fevral 2022-cı il tarixli, 2-1(120)-268/2022 nömrəli qərarı ilə (hakim F.Abbasov) iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddiasını əsaslandırmaq üçün irəli sürdüyü arqumentlər öz təsdiqini tapmamış, o, işdən azad edilməsi barədə ərizəni təzyiq, təhrik və hədə-qorxu altında və ya aldadılmaqla yazdığını sübut edə bilməmişdir. Məhz bu səbəbdən, iddiaçının, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulmuş olması iddiasını məhkəmə əsaslı hesab etmir.

10. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məh kəməsində icraat

11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2022-ci il tarixli, 2-1(106)-120/2022 nömrəli qərarı ilə (hakimlər: O.İsmayılov /sədrlik edən və məruzəçi/, Z.Allayarov və M.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2-19102)-1800/2022 nömrəli qərarı ilə (hakimlər: Z.Qul iyev – /məruzəşi/, N.Rəsulbəyova və S.Kərimov) kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2022-ci il tarixli, 2- 1(106)-120/2022 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı istər iddia ərizəsində, istərsə də birinci və apellyasiya məhkəmələrində keçirilən məhkəmə iclaslarında, eləcə də apellyasiya şikayətində Hacıqabul rayon İcra Hakimiyyəti başçısının köməkçisi Nümayəndə2 tərəfindən aldadıldığını, yəni iddiaçının işdən azad olunması barədə ərizəsinin, məhz onun diktəsi ilə yazdığını, sonradan isə bunu anlayaraq, 10 dəqiqədən sonra həmin ərizəni geri götürmək istədiyini, lakin ümumi şöbənin müdirinin iddiaçıya artıq gec qaldığı nı söylədiyini bildirsə də, apellyasiya məhkəməsi sözügedən məsələləri ümumiyyətlə araşdırmamışdır. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2-1(106)-98/2023 nömrəli qərarı ilə (hakimlər: S.Həsənov /sədrlik edən və məruzəçi/, İ.Əsədov və S.Mayılov) iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, dövlət qulluğuna xitam verilməsi ilə bağlı iddiaçı tərəfindən yazılmış ərizədə işdən xaric olmanın səbəbi göstərilməsə də, nə ərizənin yazılmasında, nə də ki, həmin ərizənin qəbul edilməsində iddiaçı və cavabdehin hərəkətlərində qanunazidd hallar aşkar edilməmişdir. Başqa sözlə, səbəbinin göstərilməməsindən asılı olmayaraq işçinin əriz ədə göstərildiyi gündə onun dövlət qulluğuna xitam verilməsi dövlətə, cəmiyyətə hər hansı zərər yetirmirsə həmin ərizə təmin edilməlidir. Bunun əksi olaraq inzibati orqan həmin ərizəni qəbul etməyib, işçini işdə saxlamaq istəsəydi bu halda öz hərəkətlərini və ya qərarını əsaslandırmağa borclu idi.

18. Həmçinin apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin qərarında şərh edilən göstərişləri icra etmək məqsədilə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının köməkçisi Nümayəndə2 məhkəmə iclasında dindirilməsi ilə bağlı zəruri prosessual hərəkətlər etmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti başçısının köməkçisi Nümayəndə2 məhkəmə iclasında izahatında bildirmişdir ki, İddiaçı 28 aprel 2020-ci il tarixdə onun deyil, şəxsən başçının qəbulunda olmuş və başçı özü ona iradlarını bildirmiş, qəbuldan çıxdıqdan sonra həmin gün heç bir müdaxilə olmadan ərizəsini yazaraq ona deyil, bir-başa ümumi şöbəyə təqdim etmiş və ərizəsi nəzərə alınaraq həmin gün dövlət qulluğuna xitam verilməsi ilə bağlı əmr verilmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, o, iddiaçını aldadaraq ərizəsini almamış, iddiaçıya bütün işçilərdən ərizə alındığını, lakin iddiaçıdan unudularaq ərizə alınmadığını deməmiş, qeyd edilənlərlə bağlı iddiaçının ərizədə göstərdikləri onun vəzifə səlahiyyətlərinə aid olmamaqla həqiqətə uyğun deyildir.

19. Eyni zamanda iş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 1(071)29/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı Nümayəndə2 və X2 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə kollegi yası iddiaçının apellyasiya şikayətindəki dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının aldadılması halı müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayətində qeyd edir ki, apellyasiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarında tərəflərin təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, bununla da maddi və prosessual hüquq normaları düzgün tətbiq etməməklə səhv nəti cəyə gəlmişdir. Məhkəmə Əmək Məcəlləsinin 69.3-cü maddəsinin “qanunvericilikdə nəzərdə tutulmuş digər halları” ifadəsinə istinad edərkən nəzərə alınmalı olan vacib məsələ həmin halların qanuna zidd olmaması kimi qiymətləndirsə də əslində həmin maddənin “qanunvericilikdə nəzərdə tutulmuş digər halları” məhz qanuni əsaslar göstərilməsini ehtiva edir. Məhkəmə həmçinin işçinin işdən çıxmaq üçün işəgötürənə ciddi səbəbinin olmasına inandırmaq hissəsini heç bir mötəbər dəlilə istinad edə bilmədiyi üçün qiymətləndirə bilməmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Əmək Məcəlləsi: Maddə

69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, t əhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 24. “Dövlət qulluğu haqqında” Qanun: Maddə

33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə;

25. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübah isəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

30. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı ape llyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının dövlət qulluğuna xitam verilməsi, eləcə də bununla bağlı mübahisələndirilən əmrin ləğv olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

34. İddiaçının hüquqi marağı hazırkı mübahisədə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının əmrinin ləğv edilməsi və onu əvvəlki vəzifəsinə bərpa olunmasına yönəlmişdir.

35. Göründüyü kimi, iddiaçı cavabdehin qəbul etdiyi inzibati aktı mübahisələndirir, halbuki iş materialları ilə müəyyən olunur ki, inzibati akt iddiaçının özünün iradəsinə uyğun olaraq könüllü yazdığı ərizə əsasında qəbul edilmiş, bunun əksi, yəni həmin ərizənin iddiaçının iradəsi əleyhinə (təzyiq, təhrik altında və aldadılaraq) yazıldığı isə məhkəmə araşdırılmaları zamanı sübuta yetirilməmişdir.

36. Həmçinin qeyd edilməlidir ki, dövlət qulluğuna xitam verilməsi ilə bağlı iddiaçı tərəfindən y azılmış ərizədə işdən xaric olmanın səbəbi göstərilməsə də nə ərizənin yazılmasında, nə də ki, həmin ərizənin qəbul edilməsində cavabdehin hərəkətlərində qanunazidd hallar aşkar edilməmişdir.

37. Eyni zamanda iddiaçının onun işdən azad edilməsi barədə ərizəsində və cavabdehin mübahisə predmeti olan 28 aprel 2020-ci il tarixli, 25 nömrəli əmrinin əsaslandırıcı hissəsində iddiaçının, məhz “öz arzusu ilə” 28 aprel 2020-ci il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etməsinin yazılmaması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən araşdırılmışdır.

38. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsində dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi öz əksini tapmış, həmin Qanunun 34-cü maddəsind ə Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası müəyyən edilmişdir. Həmin maddədə nəzərdə tutulmuş qaydalarda işdən azad olunma ilə bağlı işçi tərəfindən verilən ərizədə “öz arzusu ilə” sözünün yazılması ilə bağlı məcburi göstəriş yoxdur. Həmin qayadalara görə vacib olan məsələ işçinin işdən azad olunma gününü ərizədə göstərilməsidir. İddiaçı dövlət qulluqçusu olduğu və ərizəsində işdən azad olunduğu konkret günü göstərdiyi üçün cavabdeh tərəfindən düzgün olaraq onun ərizəsi nəzərə alınaraq məhz “Dövlət qulluğu haqq ında” X1 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) xitam verilmişdir.

39. Bu baxımdan, cavabdeh tərəfindən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilmir.

40. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxar ıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2023-cü il tarixli 21(106)-98/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar