Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2177/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı səhhətinə dəymiş ziyana görə birdəfəlik kompensasiyanın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövl ət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı səhhətinə dəymiş ziyana görə birdəfəlik kompensasiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-162/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2011-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsi tərəfindən müddətsiz olmaqla əlilliyə görə əmək pensiyası, 01.01,2022ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən radiasiya qəzası nət icəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət (237 manat məbləğində), xx.xx.2011-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən radiasiya qəzası nəticəsində Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar müharibə əlillərinə İİ qrup aylıq təqaüd təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı səhhətinə dəymiş ziyana görə birdəfəlik kompensasiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak zamanı əlil olduğunu, 2-ci qrup əlilliyinin müəyyən edilərək müvafiq vəsiqə verildiyini bildirərək “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə uyğun olaraq birdəfəlik maddi yardımın ödənilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan qeyd olunan maddədə göstərilən kompensasiyaların (birdəfəlik maddi yardım, hər il müalicə üçün birdəfəlik müavinət) verilməsi qaydalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çernobıl nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompen sasiyalarının verilməsi Qaydaları” ilə müəyyən edilməsini və Qərarın qüvvədə olduğu 13 sentyabr 2006-cı ilədək həmin Qaydalarla tənzimlənməsini, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə əlaqədar sözügedən Qərar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 2006- cı il 13 sentyabr tarixli 204 nömrəli Qərarı ilə qüvvədən düşmüş hesab edilməsini, Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə yalnız hər il müalicə üçün birdəfəlik müavinətin ödənilməsi müəyyən olunmasını bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. buna görə d ə hazırkı inzibati mübahisə yaranmışdır.
4. Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1(116)-1473/2022 nömrəli qərarı ilə (hakim V.Musayev) iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə İddiaçı Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı səhhətinə dəymiş ziyana görə birdəfəlik kompensasiyanın hesablanıb verilməsi öhdəliyi qoyulmuşdur.
5. Məhkəmə hesab etmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin xx.xx.2020-ci il tarixli qərarı ilə "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesab lanması və bir növdən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin kompensasiyaların təyinatının həyata keçirilməsi məqsədilə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı yaradılmışdır. Cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, hazırda iddiaçıya müddətsiz olmaqla əlilliyə görə əmək pensiyası və hər il müalicə üçün birdəfəlik müavinət cavabdeh orqan tərəfindən faktiki olaraq ödənilir. Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsinin tərkib hissəsi olaraq sözügedən Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə minimum əmək haqqının 20 misli məbləğində birdəfəlik maddi yardımın ödənilməsi də cavabdeh orqan tərəfindən həyata keçirilməlidir.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməklə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
7. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(107)-177/2023 nömrəli qərardadı ilə (hakimlər: R.Rəfiyev sədrlik edən və məruzəçi, M.Əsədli və G.Cavadova) cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdehə qarşı "Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı səhhətinə dəymiş ziyana görə birdəfəlik kompensasiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.
8. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur.
9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2-1(102)-2621/2023 nömrəli qərarı ilə (hakimlər: N.Rəsulbəyova - sədrlik edən v ə məruzəçi, İ.Hüseynov və K.Bədəlov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin 12 iyul 2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi hazırkı iddia üzrə müddətin ötürülməsinə istinad edərək iddianı mümkün saymamışdır. Halbuki hazırkı iddia mübahisələndirmə iddia növünə aid deyil. Hazırkı iddia öhdəliyin icrası iddia növünə aiddir. Qeyd olunmalıdır ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Nəzərə almaq lazımdır ki, “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 406 №li qərarı ilə təsdiq edilmişdir. Sözügedən qərarın “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qəbul edilməsi istinad olunan qərarın giriş hissəsindən aydın şəkildə görünür. İşin hallarından müəyyən olunur ki, iddiaçıya əlillik ilkin olaraq 1991-ci il tarixdə təyin olunmuş və Nazirlər Kabinetinin adı çəkilən qərarı qüvvədən düşənədək iddiaçıda əlillik statusu mövcud olmuşdur. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunun 14-cü maddəsi “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsinin birbaşa hüquqi əsasını təşkil edir və həmin hüququn həyata keçirilməsini tənzimləyən Qaydaların sonradan qüvvədən düşməsi iddiaçının həmin Qanunda göstərilən birdəfəlik yardımı almaq hüququnu aradan qaldırmır.
12. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-162/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər: V.Məlikov sədrlik edən və məruzəçi, E.Hüseynov və Ə.Məcidov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Sosial müavinətlər haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar sözügedən Qərar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” xx.xx.2006cı il tarixli 204 nömrəli Qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir. “Sosial müavinətlər haqqında” Qanunda isə Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə yalnız hər il müalicə ücün birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulmuşdur. 17. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunun qüvvədə olmasına baxmayaraq, onun tətbiq edilməsini tənzimləyən Qaydalar qüvvədən düşmüş, bununla bağlı hər hansı ödənişin ödənilməsi “Sosial müavinətlər haqqında" Qanunun tətbiqinə dair Qaydalar əsasında tənzimlənir. Sözügedən qanunvericilik aktlarında isə belə bir ödənişin ödənilməsinə dair hər hansı bir müddəa nəzərdə tutulmadığından həmin ödənişinin ödənilməsi qanuna müvafiq deyildir.
18. Əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 №-li fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərində hər hansı bir maddi yardımın verilməsi nəzərdə tutulmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
5. Vətəndaşların kateqoriyaları Bu Qanun aşağıdakı vətəndaşlara şamil olunur: 1.Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlilliyi müəyyən edilmiş şəxslər... Maddə
14. Əlilliyi olan şəxslərin səhhətinə və başçısını itirmiş ailələrə vurulmuş ziyana görə kompensasiya Bu Qanunun 5-ci maddəsinin 1- ci bəndində göstərilən əlilliyi olan şəxslərin səhhətinin pozulmasına səbəb olmuş ziyana görə onlara aşağıdakı məbləğlərdə birdəfəlik maddi yardım göstərilir: orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə —minimum əmək haqqının 30 misli məbləğində; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə —minimum əmək haqqının 20 misli məbləğində; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə —minimum əmək haqqının 15 misli məbləğində. Onlara habelə hər il müalicə ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğlərdə birdəfəlik müavinətlər verilir. Səhhətinə vurulmuş ziyana görə əlilliyi olan şəxslərə və başçısını itirmiş ailələrə birdəfəlik ko mpensasiya Azərbaycan Respublikasının büdcəsi hesabına verilir.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandır ma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şik ayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
24. Şikayət də fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunveric iliyin yuxarıda istinad olunan normaları baxımından hazırkı iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. İşin faktiki hallarına əsasən qeyd edilməlidir ki, iddiaçıya xx.xx.2011-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsi tərəfindən müddətsiz olmaqla əlilliyə görə əmək pensiyası, 01.01,2022-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinat ı üzrə mərkəzi filial tərəfindən radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət (237 manat məbləğində), xx.xx.2011-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən radiasiya qəzası nəticəsində Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar müharibə əlillərinə İİ qrup aylıq təqaüd təyin edilmişdir.
29. İddiaçının hazırkı iş üzrə hüquqi marağı Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı səhhətinə dəymiş ziyana görə birdəfəlik kompensasiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır.
30. Məhkəmə kollegiyası bildirir ki, işə ilk dəfə kassasiya qaydasında baxılarkən apellyasiya məhkəməsi qarşında qoyulmuş göstərişlər nəzərə a lınaraq müəyyən edilmişdir ki, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunun 14-cü maddəsi “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsinin birbaşa hüquqi əsasını təşkil edir və həmin hüququn həyata keçirilməsini tənzimləyən Qaydaların sonradan qüvvədən düşməsi iddiaçının həmin Qanunda göstərilən birdəfəlik yardımı almaq hüququnu aradan qaldırmır.
31. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunun 14-cü maddəsi tələbdə qeyd edilmiş hüququn yaranmas ını, “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları isə yaranmış hüququn realizəsini tənzimləyir (hazırda qüvvədə deyil). Cavabdeh orqanın hüququn realizəsi qaydalarının qüvvədən düşməsinə istinad etməklə, iddiaçının istinad olunan Qanunun 14-cü maddəsinə əsasən birdəfəlik yardım almaq hüququnun olmamasını bildirməsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
32. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
33. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-162/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.