Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2178/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluğuna xitam verilməsi barədə əmrin mübahisələndirilməsi; iddia tələbinin apelyasiya instansiyası məhkəməsində icraat zamanı dəyişdirilməsinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin nümayəndəsi X2, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası D övlət Gömrük Komitəsinə qarşı “işə bərpa və s.” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2-1(103)-1033/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru işləmiş, cavabdehin 2019-cu il 23 oktyabr tarixli 1000/1287Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəmə sindəki icraat
2. İddiaçı 2019-cu il 30 noyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun işdən azad olunmasının qanunsuz hesab edilərək əvvəlki iş yerinə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə bərpa edilməsi, onun qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2003-cü il tarixdə 323ş saylı əmrlə Bakı Baş Gömrük İdarəsinin "Bərə Keçidi" gömrük postunun inspektoru vəzifəsinə təyin edilmişdir. xx xxxxxxxx 2014-cü il tarixdə 100/662ş saylı əmrlə həmin ida rənin poçt göndərişlərinə nəzarət bölməsinin inspektoru vəzifəsinə keçirilmişdir. xx xxxxxx 2018-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə keçirilmişdir. xx xxxx 2019-cu il tarixdə komitənin sərəncamına götürülmüşdür. xx xxxxxxx 2019-cu il tarixdə isə heç bir səbəb bildirilmədən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə əsasən iddiaçının xidmətinə xitam verilmişdir. İşlədiyi 16 illik müddətdə həmin Əsasnamənin şərtlərinə uyğun, qanunun tələblərini əsas tutaraq öz xidməti vəzifəsini layiqincə, qüsursuz və vicdanla yerinə yetirmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edər ək bildirmişdir ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə Komitənin sərəncamında saxlanıla bilər. Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən vəzifəli şəxs imtina edərsə gömrük orqanının vəzifəli şəxsinin gömrük orqanlarında x idmətinə xitam verilə bilər. Komitənin 2019-cu il 24 iyul tarixli 1000/805Ş nömrəli əmri ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunun inspektoru Qənbərova X1 50-ci maddəsinə əsasən (təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar) Komitənin sərəncamına götürülmüş və sərəncamda qalma müddəti ərzində qeyd edilən struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də iddiaçının gömrük orqanlarında xidmətinə Komitənin 2019-cu il 23 oktyabr tarixli, 1000/1287Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən xitam verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
5. Bakı İnzibati Mə hkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(112)-611/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının gömrük orqanlarında xidmət etməsinə xitam verilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı bir qanuna zidd hərəkətə yol verilməsi müəyyən edilmədiyi üçün iddiaçının iddiasının hüquqi əsasları mövcud deyildir.
7. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən sərəncama götürülməsi barədə xx.xx.2019-cu il tarixli 1000/805Ş nömrəli əmrin ona aid ol an hissədə ləğv edilməsi, həmin Əsasnamənin 120-ci maddəsinə əsasən işdən azad olunması barədə xx.xx.2019-cu il tarixli,1000/1287Ş saylı əmrin ləğv edilərək, əvvəlki iş yerinə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işləməkdən məhrum edilmiş bütün vaxt üçün, xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqını, büdcədənkənar əlavələr fonduna yığılan yığımlardan aldığı əlavələrin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2-1(103)-1033/2020 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12.1, 12.2 və 48.1-ci maddələrinin tələbləri təmin olunmamışdır. Bundan başqa, iddiaçı apelyasiya icraatında əvvəl tələb etdiyindən fərqli tələblər irəli sürmüş və onun tələbi əvvəlki ilə ehtiva olunmadığından apelyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilib baxıla bilməz. Həmin ərizəyə inzibati məhkəmə icraatı qaydasında birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır.
11. Cavabdeh həmin qərardan kasasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kasasiya şikayətinin dəlilləri
12. İddiaçının iddiasındakı ilk tələbi “əvvəlki iş yerinə bərpa edilmə” ilə bağlıdır ki, bununla əlaqədar məhkəmə orqanlarında mübahisələndirilən inzibati aktın qanuniliyi Bakı İnzibati Məhkəməsində məhkəmə tərəfindən formal-hüquqi baxımdan yoxlanılarkən həmin aktda “İnzibati icraat haqqında” Qanunun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunduğu müəyyən olunmuşdur.
13. Eyni zamanda, mübahisəli əmr məhkəmənin əsaslı qənaətinə əsasən maddihüquqi baxımdan da qanunidir, çünki qəbul edildiyi vaxt qüvvədə olan hüquq normalarının, o cümlədən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin müddəalarının tələbləri Dövlət Gömrük Komitəsi tərəfindən gözlənilmiş dir.
14. İş materiallarında öz əksini tapan və Komitə tərəfindən məhkəməyə sübut qismində təqdim olunan sənədlərdən, eyni zamanda eyni məzmunlu sorğular əsasında dəfələrlə təqdim edilmiş digər sənəd və məlumatlardan da göründüyü kimi Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, fəaliyyətinin təşkili və Komitə sədrinin səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin 2012ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” ilə müəyyən edilmişdir.
15. Həmin Əsasnamənin 5.6.6-cı yarımbəndinə əsasən, Komitə sədri müəyyən edilmiş qaydada Komitənin aparatının işçilərini, gömrük orqanlarının və tabeliyində olan digər qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin di gər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir. Həmin Əsasnamənin 5.6.7-ci yarımbəndinə əsasən, Komitə sədri vəzifəli şəxslərin vəzifəyə təyin və vəzifədən azad etmə ilə bağlı səlahiyyətlərini müəyyən edir, kadr nomenklaturasını təsdiq edir və qanunvericiliklə müəyyən olunmuş qaydada işçilərin attestasiyasının keçirilməsini təşkil edir.
16. Eyni zamanda, Komitə tərəfindən istər məhkəməyə təqdim edilən etirazlarda, istərsə də məhkəmə tərəfindən verilmiş sorğulara əsasən təqdim edilmiş cavablarda Komitə üzrə təşkilati-ştat tədbirlərinin həyata keçirilməsinin əmrləşdirilməsi (sərəncam, qərar) yuxarıda qeyd olunan Əsasnamədə nəzərdə tutulmadığından bununla əlaqədar Komitə tərəfindən hər hansı bir əmrin (sərəncamın, qərarın) qəbul edilmədiyi, eyni zamanda Azərbaycan Respublikasının 1999-c u il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsində nəzərdə tutulmuş təşkilati-ştat tədbirlərinin də Komitə sədrinin diskresion səlahiyyətlərinə aid olduğu bir neçə dəfə vurğulanmışdır.
17. İPM-in 73.3.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz.
18. Məhkəmənin qərarında göstərilənlər yalnız birinci instansiya məhkəməsində hüquqi əsaslarla və qanunvericiliyin normalarına düzgün istinad edilərək qəbul edilmiş qərarın məhkəməyə geri qaytarılaraq yenidən baxılması məsələsini özündə ehtiva etmir, eyni zamanda Dövlət Gömrük Komitəsi sədri tərəfindən qəbul edilən inzibati aktın hüquqiliy ini və qanuniliyini şübhə altına almaqla inzibati orqanın fəaliyyətində qanunçuluğa riayət olunmasına müvafiq nəzarət prinsipinin həyata keçirilməsini deyil, inzibati orqanın qanunla müəyyən edilmiş təşkilati-idarəetmə, icraedici-sərəncamverici xarakterli funksiyalarına müdaxilənin olduğu qənaətinə gəlinməsinə əsas verir.
19. Komitə tərəfindən məhkəmə orqanlarına təqdim olunan bütün sübutlara baxmayaraq, Bakı Apelyasiya Məhkəməsinin hansı səbəb və məqsədlə gəldiyi nəticə təəssüf ki, yalnız gömrük orqanlarının fəaliyyəti ilə bağlı deyildir. Belə ki, digər hüquq mühafizə orqanlarının (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu (38.2.2 maddə), “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə” (111.4 maddə) oxşar təcrübələrində də təşkilati-ştat tədbirlərin in nədən ibarət olması, həmin tədbirlərin keçirilməsinə əsas verən hallar və qanunvericilikdə bununla bağlı öz əksini tapmış müddəalar deməyə əsas verir ki, məhkəmə iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmamış və nəticədə inzibati qanunvericiliyin maddi və prosessual normalarını kobud şəkildə pozmuşdur.
20. Eyni zamanda, xüsusilə diqqət yetiriləsi və maraqlı məqamlardan biri də budur ki, məhkəmə öz qərarını iddiaçının belə iddia ərizəsində mübahisələndirmədiyi inzibati aktı münahisələndirərək qəbul etmişdir. Belə ki, iddiaçı Komitənin 2019-cu il 24 iyul tarixli 1000/805Ş nömrəli əmri ilə Komitənin sərəncamına götürülmüşdür. İddiaçının tələbi isə həmin əmrin deyil, Komitənin 2019-cu il 23 oktyabr tarixli 1000/1287Ş nömrəli əmrinin ləğv edilməsi ilə bağlıdır.
21. İdd iaçı tərəfindən məhkəmə orqanları qarşısında mübahisələndirilən inzibati aktın qəbul edilməsi ilə bağlı mübahisəyə gəldikdə isə, Dövlət Gömrük Komitəsi tərəfindən qanunvericiliyin istinad edildiyi normalar hüquqi və əsaslıdır. Ona görə ki, gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
22. İPM-in 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 6 4.1-ci maddəsinə əsasən, sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
23. Cavabdehin nümayəndəsi və vəkili kasasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
24. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ
25. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübut larla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 54.1. İnzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Maddə 54.2. Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. Maddə 54.3. İddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktik i hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı v ə ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Şikayət qərardadın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
29. İşin materiallarına görə, iddiaçı apelyasiya instansiyası məhkəməsində icraat zamanı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən sərəncama götürülməsi barədə xx.xx.2019-cu il tarixli 1000/805Ş nömrəli əmrin ona aid olan hissədə ləğv edilməsi, həmin Əsasnamənin 120-ci maddəsinə əsasən işdən azad olunması barədə xx.xx.2019-cu il tarix li,1000/1287Ş saylı əmrin ləğv edilərək, əvvəlki iş yerinə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işləməkdən məhrum edilmiş bütün vaxt üçün, xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqını, büdcədənkənar əlavələr fonduna yığılan yığımlardan aldığı əlavələrin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir.
30. İlk iddia ərizəsinin və apelyasiya instansiyası məhkəməsində icraat zamanı verilmiş ərizənin məzmunlarından göründüyü kimi, iddiaçı sonrakı ərizədə əvvəlkindən fərqli tələblər irəli sürmüşdür. 31. x xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə təqdim olunmuş sonrakı ərizə öz məzmununa görə əvvəlki iddiadan fərqli olsa da, yəni, əsli ndə iddia tələbi dəyişdirildiyi halda, həmin ərizənin icraata qəbul edilməsi ilə bağlı İPM-in 54-cü maddəsinin tələbləri təmin olunmamış, sonrakı məzmunda iddianın mümkünlüyünə dair məsələyə hər hansı münasibət bildirilməmişdir. Cavabdehin isə iş üzrə izahatı yalnız ilk iddia üzrə birinci instansiya məhkəməsinin qərarından verilmiş apelyasiya şikayətinin dəlilləri ilə bağlı olmuşdur.
32. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi qərardadında ilkin məzmunda iddianın “mübahisələndirmə haqqında iddia” növünə aid olduğunu qəbul etdiyi halda, iddiaçının “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəsi ilə bağlı mövqeyini də dəqiq müəyyən etməli idi. Başqa sözlə, həm ilkin, həm də sonrakı məzmunda iddia tələblərini apelyasiya instansiyası məhkəməsi eyni növdən olan (mübahisələndirmə haqqında) iddiaya aid edirsə, deməli, burada söhbət İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının tətbiqindən getmir və İPM-in 13-cü maddəsinin digər müddəalarının apelyasiya instansiyası məhkəməsi tərəfindən tətbiqi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxxx 2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə zidd deyil.
33. Məhkəmə kollegiyası nəzərə alır ki, İPM-in 13-cü maddəsinin tələblərini, ilk növbədə birinci instansiya məhkəməsi təmin etməli, işin hallarını da dəqiqləşdirilmiş (yaxud dəyişdirilmiş), aydın ifadə edilmiş iddia tələbi üzrə araşdırmalı idi. Lakin həmin tələblərin birinci instansiya məhkəməsi tərəfindən gözlənilməməsi onların apelyasiya instansiyası məhkəməsində icraat zamanı - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən Qərarında ifadə edilmiş hüquqi mövqe nəzərə alınmaqla - təmin olunması imkanını aradan qaldırmır.
34. İPM-in 87.9-cu maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
35. Apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətini qismən təmin etməklə öz qərardadında şikayətlə bağlı mövqeyini ifadə etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı əvvəl tələb etdiyindən fərqli tələblər irəli sürmüşdür və onun tələbi əvvəlki ilə ehtiva olunmadığından apelyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilib baxıla bilməz. Həmin ərizəyə inzibati məhkəmə icraatı qaydasında birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır.
36. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi, bir tərəfdən dəyişdirilmiş iddia ərizəsinin icraata qəbul edilməsi barədə protokol qaydasında qərardad qəbul etsə də, digər tərəfdən yekun qərardadında ərizənin apelyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilib baxıla bilmədiyini, həmin ərizəyə inzibati məhkəmə icraatı qaydasında birinci instansiya məhkəməsi tərəfindən baxılmalı olduğunu qeyd etmişdir.
37. Yuxarıda qeyd edildiyi kimi, apelyasiya instansiyası məhkəməsi qərardadında iddiaçının “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəsi ilə bağlı mövqeyini dəqiq müəyyən etməli idi. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi ilk növbədə həmin ərizənin hüquqi taleyini İPM-in 35.1 və 54-cü maddələrinə uyğun o laraq həll etməli, bundan sonra iddiaçının ilk və sonrakı ərizələrində ifadə olunun tələbləri və bu tələblərin əsası kimi istinad edilən halları İPM-in 12, 57.8 və 82-ci maddələrinin tələblərinə uyğun yoxlamalı, nəhayət, yalnız bunlardan sonra İPM-in 87.7-ci maddəsinin tələblərinin tətbiqi üçün əsasların olub-olmadığına qiymət verməli idi. Belə ki, “işin hallarının araşdırılması” prinsipinin tələbləri iddianın (o cümlədən, dəyişdirilmiş iddianın) mümkünlüyünün yoxlanılmasına da aiddir.
38. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 35.1, 54, 57.8 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
39. Apellyasiya instansiyası məhkəməsinin qə rarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən, habelə, apelyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədiyindən (96.5.2.) şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 21(103)-1033/2020 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov