Məhkəmə qərarları › İş №2-1(102)-2178/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2178/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2178/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; elektrik stansiyaları, turbin maşinisti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi n Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 avqust tarixli, 2-1(103)-1845/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1960-cı il 6 iyul tarixdə doğulmuş, 1975-ci ildə orta texniki peşə məktəbinə daxil olmuş və 1978-ci ildə bu məktəbin tam kursunu bitirmiş, ona beşinci dərəcə ilə sətirtökən maşınla yığan mürəttib ixtisası verilmiş, 1979-cu il 5 may tarixdən 1981-ci il 16 may tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. 1978-ci il 13 sentyabr tarixdə Azərbaycan KP Mərkəzi Komitəsinin “Kommunist” Nəş riyyatı İdarəsində maşında çap sahəsinə 2-ci dərəcəli maşın mürəttibi vəzifəsinə qəbul olunmuş, 1979cu il 16 aprel tarixdə həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmiş, 1981-ci il 15 iyun tarixdə 2 saylı Sumqayıt EİS-da TİS-nin turbin sexinə köməkçi avadanlıqlar üzrə nəzarətçi maşinist vəzifəsinə şagird qismində qəbul edilmiş, 1981-ci il 18 iyul tarixdə imtahan verdikdən sonra turbin avadanlığı üzrə nəzarətçi maşinist vəzifəsinə təyin edilmiş, 1982-ci il 12 iyul tarixdə İV qrup TİS-nə turbin maşinisti təyin edilmiş, 1989-cu il 16 yanvar tarixdə SSRİ Nazirlər Sovetinin SSKP MK-nin 1986-cı il 17 sentyabr tarixli, 1115 saylı Qətnaməsinə və "xxxx" ASC-nin əmrinə əsasən iş yerlərinin attestasiyasına əsasən Turbin sexinə zərərli əmək şərtləri ilə 6-cı dərəcəli turbin maşınist i vəzifəsinə keçirilmiş, 1995-ci il 01 sentyabr tarixdə Turbin sexinin 7 dərəcəli turbin maşınisti dərəcəsi verilmiş, 1999-cu il 11 aprel tarixdə Turbin sexinin növbətçi rəisi təyin edilmiş, 2002-ci il 3 iyun tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin “3”-cü bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmiş, 2002-ci il 3 iyun tarixdən 2002-ci il 05 noyabr tarixədək Sumqayıt İEM-1-2 MMC-də Turbin sexinə növbə rəisi vəzifəsində işləmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh 2020-ci il 7 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun ümumi iş stajı 2006-cı il 1 yanvar tarixinədək 25 ildən az təşkil edir. Eyni zamanda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 24420,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15533,34 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2020-ci i l 28 avqust tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona güzəştli əsaslarla əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2017-ci il 6 iyul tarixdən - 57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 30 noyabr tarixli, 2-1(112)-6115/2020 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1960-cı il 6 iyul tarixdə Qu sar rayonunda anadan olmuşdur, 1975-ci il 01 sentyabr tarixdən 1978-ci il 22 fevral tarixədək Bakı şəhər 3 saylı TPM-də təhsil almış, 13.09.1978-ci ilin oktyabr ayının 13də “Kommunist” Nəşriyyatında əmək fəaliyyətinə başlamış və 1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur. O, hərbi xidmətdən qayıtdıqdan sonra 1981-ci il 15 iyun tarixdən 1982-ci il 12 iyul tarixədək “Sumqayıt İEM-2”-nin Qazan Turbin sexində nəzarətçi maşinist, 1982-ci il 12 iyul tarixdən 1999-cu il 11 aprel tarixədək Turbin sexində turbin maşinisti və 1999-cu il 11 aprel tarixdən 2002-ci il 03 iyun tarixədək həmin sexdə növbə rəisi vəzifəsində işləmişdir. O, fərdi fəaliyyətlə məşğul olmaqla adına VÖEN açdırmış və 1 il 4 ay taksi xidməti fəaliyyətini göstərmişdir. Onun ümumi əmək stajı 28 ildir. Həmin əmək stajının 21 ili z ərərli iş hesab edilir və 2 nömrəli siyahının Xİİİ bəndinə əsasən onun yaşa görə güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ vardır. Bununla bağlı o, müvafiq sənədləri toplamaqla cavabdehə təqdim etmiş, lakin cavabdeh ona 2020-ci il 13 avqust tarixdə ünvanladığı 2020-ci il 7 iyul tarixli cavab məktubunda onun ümumi əmək stajının 2006-cı il 1 yanvar tarixə kimi 25 ildən az olması və sığorta kartında pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olması göstərilmiş və bu səbəbdən də ona pensiyanın təyin edilməsindən imtina edilmişdir. O, həmin imtina ilə razı deyil, belə ki, onun ümumi əmək stajı 25 ildən artıqdır və həmin əmək stajının 21 ilini 2 nömrəli Siyahıda qeyd edilən və onun vaxtından qabaq güzəştli əsaslarla əmək pensiyasına çıxmasına əsas verən əmək sahəsində ç alışmışdır. Bütün bunlar onun güzəştli əsaslarla əmək pensiyasına çıxmasına əsas verir və konkret halda onun sığorta kartında yığılan kapitalın az olması onun bu hüquqdan istifadə etməsinə maneə olmamalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı 2006-cı il 1 yanvar tarixədək 25 ildən az təşkil edir. Eyni zamanda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 24420,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15533,34 manat təşkil edir. Beləliklə, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 15 mart tarixli, 2-1(112)-1531/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 2017-ci il 6 iyul tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, - iddiaçının texniki peşə məktəbində təhsil aldığı müddət də sosial sığorta stajına əlavə edilməl idir. Təhsil aldığı müddət və hərbi xidmət müddəti də daxil olmaqla 2006cı il 1 yanvar tarixədək iddiaçı 26 il 10 ay ümumi sığorta stajına malikdir. Göründüyü kimi, 2006-cı il 1 yanvar tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. - Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı “Sumqayıt İEM-2”-də 1981-ci il 15 iyun tarixdən 1982-ci il 12 iyul tarixə qədər Qazan-Turbin sexində nəzarətçi maşinist vəzifəsində, 1982-ci il 12 iyul tarixdən 1999-cu il 11 aprel tarixə qədər Turbin sexində turbin maşinisti vəzifəsində, 1999-cı il 11 aprel tarixdən 2002-ci il 5 noyabr tarixə qədər Turbin sexində Növbə rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli qər arı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının işlədiyi həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur. - İddiaçı tərəfindən ona gü zəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı 2006-cı il 1 yanvar tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, cavabdeh tərəfindən əlavə olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb edilməsi, iddiaçını ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İddiaçının texniki peşə məktəbində təhsil aldığı müddət, həqiqi hərbi xidmət keçdiyi müddət, yuxarıda qeyd olunan güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı da daxil olmaqla, işlədiyi dövr nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı 2017-ci il 6 iyul tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 avqust tarixli, 2-1(103)-1845/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 15 mart tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təm in olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaş ına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Stajını 2006-cı ilədək toplamış olduğu halda, yaş və staj məsələsində əvvəlki qanunvericiliyin tətbiqinə icazə verir. Sığorta kapitalı məsələsi ilə bağlı isə hər hansı istisna mövcud olmadığından bu gün ki qanunvericilik rəhbər tutulur. Beləliklə, iddiaçıya 57 yaşdan pensiya təyin edilə bilməsi üçün o, 2006-cı il 1 yanvar tarixədək ümumi və güzəştli iş stajını toplamış olmalı, eyni zamanda, pensiya təyin olunduğu günə müvafiq pensiya kapitalını toplamış ol malı idi. İddiaçı isə qeyd olunan tələblərə cavab vermir. Belə ki, İddiaçı 2006-cı il 1 yanvar tarixədək ondan tələb olunan 25 il ümumi iş stajını toplamamışdır. Eyni zamanda, iddiaçı pensiya kapitalı ilə bağlı tələbə cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 24420,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15533,34 manat təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə iddiaçı bildirmişdir ki, cavabdehin kassasiya şikayətində 2 halı - iddiaçının 2006-cı il 1 yanvar tarixə kimi tələb olunan 25 il əmək stajının olmaması və sığorta kapitalında tələb olunan məbləğdə vəsaitin olmaması qeyd edilmişdir. Cavabdeh iddiaçının əmək stajını hesablayarkən onun hərbi xidmətdə olduğum müddəti və təhsil aldığı illəri nəzərə almamış və onları ümumi staja daxil etməmişdir. İşə baxan apellyasiya məhkəməsi qəbul etdiyi qərarda iddiaçının pensiya almaq hüququnun yarandığı vaxtda qüvvədə olmuş maddi normalara düzgün istinad etməklə bu məsələyə qiymət vermiş və təhsil aldığı müddətin də ümumi əmək stajına hesablanmalı olmasını əsaslandırmışdır. İddiaçıya pensiya təyin edilməsi üçün yetərincə əmək stajının olmasını nəzərə alan məhkəmə haqlı olaraq iddia tələbinin təmin edilməsi barədə birinci inst ansiya məhkəməsinin qəbul etdiyi qərarın qüvvədə saxlanılması qərarına gəlmiş və həmin qərardan cavabdehin vermiş olduğu kassasiya şikayətinin dəlilləri qərarın ləğvi üçün əsas ola bilməz. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmı şlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək ş əraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa...

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcə llənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

23. Cavabdeh iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr üzrə iş stajını mübahisələndirmir. Belə ki, iddiaçının işlədiyi turbin sexində köməkçi avadanlıqlar üzrə nəzarətçi maşinist (2140000a—13931), turbin maşinisti (2140000a—13658) və turbin sexinin növbə rəisi (2140000b—24043) vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Sİyahısı»nda nəzərdə tutulmuşdur.

24. Cavabdehin birinci dəlili iddiaçının 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajını toplamamasıdır.

25. Şikayətin həmin dəlili əsaslı deyil. Belə ki, iddiaçının əmək kitabçasının məlumatlarına görə, onun 1978-ci il 15 sentyabr -1979-cu il 17 aprel tarixlərdə “Kommunist” nəşriyyatında iş stajı 7 ay 3 gün, 1981-ci il 15 iyun - 2002-ci il 3 iyun tarixlərdə Sumqayıt İES TİS-də olan iş stajı 20 il 11 ay 19 gün təşkil edir.

26. İddiaçı 1975-ci il 1 sentyabr tarixdən 1978-ci il 22 iyun tarixədək (2 il, 9 ay, 21 gün) texniki peşə məktəbində təhsil almışdır.

27. İddiaçının peşəyönümlü təhsil müəssisəsində təhsil müddətinin sığorta stajına daxil edilməsi mübahisələndirilməli deyil. Belə ki, 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı illərdə qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956-cı il 4 avqust tarixli, 1044 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. 28. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırlanması, ixtisaslarının artırılması və yenidən ixtisaslaşdırılması üzrə məktəblərdə və kurslarda, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 29. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə də qanunverici ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətini, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, asp iranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətini onların iş stajının tərkibi kimi tanımış və təsdiq etmişdir (Qanunun 67-ci maddəsi).

30. İddiaçı 1979-cu il mayın 5-dən 1981-ci il mayın 16-dək (2 il, 12 gün) hərbi xidmətdə olmuşdur.

31. Beləliklə, texniki peşə təhsili və hərbi xidmət müddəti də nəzərə alınmaqla, iddiaçı 2006-cı il 1 yanvar tarixə 25 ildən artıq sığorta stajına malikdir.

32. Cavabdehin kassasiya şikayətinin digər dəlili iddiaçının pensiya kapitalının kifayət qədər olmamasıdır. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 24420,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabını n sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15533,34 manat təşkil edir.

33. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq həmin Qanundan əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş stajlarla bağlı şərtləri 2006-cı il 1 yanvar tarixədək tam ödədiyindən, o, həmin şərtlərin ödənildiyi vaxtda qüvvədə olan qanunla müəyyən edilən digər şərtin – 57 yaşın tamamında ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüququnu qazanmışdır. Qanundakı sonrakı dəyişiklik, hazırkı halda, yaşla bağlı şərtdən əlavə digər şərtin də müəyyən edilməsi iddiaçının artıq bunadək qazanmış olduğu bu hüququ aradan qaldırmır.

34. Belə liklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrində, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 avqust tarixli, 2-1(103)-1845/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar