Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2178/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarış və texniki sənədin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ("xxxx" bağçılıq-yoldaşlıq birliyi və Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarış və texniki sənədin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 2-1(103)-26/2023 nömrəli qərarından üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli qərarına əsasən Bakı məişət kondisionerləri zavoduna 600 nəfərdən ibarət Bağçılıq Yoldaşlığının yaradılması üçün Hövsan qəsəbəsində torpaq sahəsi ayrılmışdır. 2. "xxxx" bağçılıq birliyinin xx.xx.1992-ci il tarixdə keçirilmiş müşavirəsinin 04 nömrəli protokolundan çıxarışa əsasən 1926 və 1927 nömrəli bağlar iddiaçının adına keçirilmiş, "xxxx" Bağçılıq Yoldaşlığının sədri tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş üzvlük kitabçasına əsasən iddiaçıya sahəsi 1000 kv. metr olan 1926 və 1927 nömrəli bağ sahələri ayrılmışdır.
3. İddiaçı həmin bağ sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir.
4. Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 1926 və 1927 nömrəli bağ sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə əlavə olunmuş əlavələrin surət olması, göstəri lən bağ sahəsinin bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 1926 və 1927 nömrəli bağ sahəsinə aid mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmaqla çıxarış və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli, 16/358 nömrəl i qərarı ilə bağçılıq yoldaşlığının yaradılması məqsədi ilə Bakı Məişət Kondisionerləri Zavodunun işçilərinə Hövsan qəsəbəsində torpaq sahəsi ayrılmışdır. "xxxx" bağçılıq birliyinin müşavirəsinin xx.xx.1992-ci il tarixli, 4 nömrəli protokoluna əsasən iddiaçı həmin birliyə üzv qəbul edilmiş və 1926 və 1927 nömrəli sahələr ona verilmişdir. Həmin torpaq sahəsi Suraxanı rayon Hövsan bağ massivində yerləşir. İddiaçı 1926 və 1927 nömrəli bağ sahələrinə aid plan ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınması və çıxarış verilməsi üçün cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək gös tərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 1926 və 1927 nömrəli bağ sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə əlavə olunmuş əlavələr surətdir. Göstərilən bağ sahəsi bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2-1(112)-233/2021 saylı qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 1926 və 1927 nömrəli bağ sahəsinə aid mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İdd iaçı adına qeydə alınmaqla çıxarış və texniki sənədlərin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan bağın yerləşmə sxeminə əsasən iddiaçıya ayrılmış bağ sahələrindən sonrakı sırada yerləşən, "xxxx" bağçılıq yoldaşlığının üzvləri olmuş şəxslərə ayrılmış 1928-1929,1930-1931,1932-1933 nömrəli bağ sahələri üzərində mülkiyyət hüquqları qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışlar və həmin məhkəmə aktlarında bağ sahələrinin yerləşdiyi ərazinin Dövlət Neft Şirkətinə məxsus olması müəyyən edilməmişdir, həmin işlərə baxılan zaman cavabdehin imtinasının əsası kimi bağların torpaq sahələrinin Xəzər dənizinin sahil mühafizə zonasına aid olması göstərilmişdir ki, bu hal da işin faktiki halla rı ilə təsdiqlənməmişdir.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-775/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarına əsasən cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsində iddiaçıya ayrılmış 1926 və 1927 nömrəli bağ sahəsindən sonrakı sırada yerləşən müvafiq ("xxxx" bağçılıq yoldaşlığı tərəfindən ayrılmış 1932 və 1933 nömrəli bağ sahələrinin) torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ayrılmış ərazidə yerləşdiyini göstərsə də həmin mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin ərazisində yerləşməsi və ayrıc aktından kənarda olması halı həmin işə baxılan zaman müəyyən edilməmiş v ə cavabdeh tərəfindən qeyd edilən halı təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda iddiaçıya ayrılmış bağ sahəsi heç bir halda Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış torpaq sahəsində yerləşə bilməzdi.
11. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh də apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 2-1 (103)-26/2023 nömrəli qərarı ilə (hakimlər: R.Ə.Səmədov- sədrlik edən və məru zəçi, X.A.Cəmilova və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.
15. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyət hüququ əldə etmək istədiyi torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X7 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər. Yuxarıda qeyd olunan Qanunun 4-cü bəndində göstərilir ki, Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Həmçinin, Sazişin 25.1-ci bəndi ilə tövsif olunmuşdur ki,... bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur, (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla). Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2006-cı il tarixli 1670 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən, Zığ və Hövsan yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “X8 Limited” şirkəti arasında bağlanmış Sazişin qüvvədə olduğu müddət ərzində həmin Saziş üzrə dövlətin səlahiyyətlərinə aid olan məsələlər üzrə funksiyaların Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilməsi qərara alınmışdır. Qeyd edilən qanunla təsdiq edilmiş Sazişin şərtlərinə əsasən, neft-qaz əməliyyatlarının aparılması üçün gərək olan torpaq sahələrindən podratçı təşkilatın istifadə etməsinə Hökumət təminatı verilmişdir. Göründüyü kimi, bu iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, SOCAR-ın sahiblik, Əməliyyat Şirkətinin istifadə hüquqlarını pozmaqla bərabər, Hökumət təminatını nəzərə almadan qanunla təsdiq edilmiş Sazişin tələblərini də kobud şəkildə pozmuşdur. Bununla yanaşı SOCAR bu iş üzrə üçüncü şəxs qismində cəlb olunsa da, məhkəmə SOCAR-ı üçüncü şəxs qismində cəlb edilməsi barədə qəra rını rəsmi qaydada SOCAR-a göndərməmişdir. Həmçinin, bu işlə bağlı yalnız 13 aprel 2021-ci il tarixə təyin olunan məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərmiş, növbəti iclaslar barədə isə ümumiyyətlə məlumat verilməmişdir. Belə ki, qərara nəzər salanda görünür ki, məhkəmə ümumiyyətlə üçüncü şəxsin iştirak edib-etməməsini və mövqeyini öz qərarında əks etdirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 46.3. dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə 49.2. torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 19. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləs inə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4.1. bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il m ayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Maddə 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birini n təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Maddə 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
21. İnzibati Prosessual Mə cəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkə mə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, kassasiya şikayətinin təkrarlanan dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi çıxarışın verilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sü butları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. Hazırkı iş üzrə iddiaçının hüququ marağı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 1926 və 1927 nömrəli bağ sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydi yyatına alınmaqla bu barədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə yönəlmişdir.
29. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdehə təqdim edərək həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi 1926 və 1927 nömrəli bağ sahəsinin bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi göstərilmişdir.
30. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən Bakı şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli qərarına əsasən həmin qərarla Bakı məişət kondisionerləri zavoduna 600 nəfərdən ibarət Bağçılıq Yoldaşlığının yaradılması üçün Hövsan qəsəbəsində torpaq sahəsi ayrılmışdır. "xxxx" bağçılıq birliyinin xx.xx.1992-ci il tarixdə keçirilmiş müşavirəsinin 04 nömrəli protokolundan çıxarışa əsasən 1926 və 1927 nömrəli bağlar iddiaçının adına keçirilmişdir. “Bağ sahəsinin planı”na əsasən 1886, 1886A, 1887, 1925, 1926 və 1927 nömrəli bağ sahələri "xxxx" bağçılıq birliyinin nəzdində olmuşlar. "xxxx" bağçılıq birliyinin planına əsasən 1926 və 1927 nömrəli bağ sahələri "xxxx" bağçılıq birliyinə aid bağların hüdudlarında yerləşir. "xxxx" bağçılıq yoldaşlığına daxil olmuş şəxslərin siyahısında iddiaçının adı “599” nömrəsinə uyğun göstərilmişdir. "xxxx" Bağçılıq Yoldaşlığının sədri tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş üzvlük kitabçasına əsasən iddiaçıya sahəsi 1000 kv. metr olan 1926 və 192 7 nömrəli bağ sahələri ayrılmışdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
32. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inz ibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar.
33. Qanunvericiliyə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur
34. Nəzərə almaq lazımdır ki, iddiaçı "xxxx" bağçılıq yoldaşlığının üzvü olmuşdur, qeyd edilən bağçılıq yo ldaşlığa Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində bağ sahələri üçün ona ayrılmış torpaq sahəsində yerləşən 1926 və 1927 nömrəli bağ sahəsini iddiaçıya ayırmış və iddiaçıya bağçının üzvlük kitabçası verilmişdir.
35. İddiaçının iddia etdiyi həyətyanı torpaq sahəsinin "xxxx" bağçılıq birliyinin xx.xx.1992-ci il tarixdə keçirilmiş müşavirəsinin 04 nömrəli protokolu ilə verildiyi və həmin protokolun etibarlı olduğu nəzərə alındıqda, iddiaçının tələbinin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddəsinə uyğun olmuşdur.
36. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1458/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarında qeyd edilənlərə əsasən iddi açı X1 cavabdeh Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı "xxxx" bağçılıq yoldaşlığının üzvlərinin 12 iyun 1991-ci il tarixli, 06 nömrəli protokoluna əsasən iddiaçıya ayrılmış 1930 və 1931 nömrəli torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə təmin edilmişdir, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış, həmin qərardan verilən kassasiya şikayəti təmin edilməmişdir.
37. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2015/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarında qeyd edilənlərə əsasən iddiaçı X3 cavabdeh Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı "xxxx" bağçılıq yoldaşlığının üzvlərinin 12 iyun 1991-ci il tarixli, 06 nömrəli protokoluna əsasən ona ayrılmış 1928 və 1929 nömrəli torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati– İqtisadi kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır, cavabdehin sonuncu qərardan verdiyi kassasiya şikayəti də təmin edilməmişdir. Həmin qərardan göründüyü kimi 1928 və 1929 nömrəli bağlar X5 "xxxx" Bağçılıq yoldaşlığının üzvü kimi verilmişdir, cavabdeh orqan bağ sahəsinin Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu mühafizə zolağının altında olan torpaq sahələrinə aid olduğuna və bağçılığa ayrılmış ayrıc aktından kənara düşdüyünə görə iddiaçının həmin bağ sahələri üzərində mülkiyyət hüququnu qeydə almaqdan imtina etmişdir, lakin Bakı Apellyasiya Məhkəməsi işə baxan zaman o nəticəyə gəlmişdir ki, inzibati orqan olan cavabdeh qeyd edilən bağ sahələrinin Xəzər dənizinin sahilboyu mühafizə zolağının altında olan torpaq sahələrinə aid olduğunu sübut etməmişdir, Azərbaycan Respublikasının Ali Məhkəməsi isə apellyasiya instansiyasının gəldiyi nəticə ilə razılaşmışdır.
38. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-775/2019 nömrəli, xx.xx.2019-c u il tarixli qərarında qeyd edilənlərdən görünür ki, iddiaçı X2 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 1932 və 1933 saylı bağ sahələri üzərində mülkiyyət hüququnun həmin şəxsin adına qeydə alınmaqla çıxarışın və plan ölçünün tərtib edilməsi vəzifəsinin qoyulması barədə iddiası 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsi tərəfindən təmin edilmiş, həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış, qərar qanuni qüvvəyə mindiyindən icraya yönəlmişdir. Həmin işin müəyyən edilmiş hallarına əsasən X2 iddia ərizəsində göstərilən 1932 və 1933 saylı bağ sahələri "xxxx" bağçılıq yoldaşlığına ayrılmış torpaq sahəsində yerləşmişl ər. Bundan sonra cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətlə həmin iş üzrə məhkəməyə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, müvafiq torpaq sahəsi ("xxxx" bağçılıq yoldaşlığı tərəfindən iddiaçı X4 ayrılmış 1932 və 1933 nömrəli bağ sahələri) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ayrılmış ərazidə yerləşir və həmin hal daha əvvəl nə cavabdehə, nə də məhkəməyə məlum olmadığından həmin məsələ məhkəmədə araşdırılmamış və nəticədə məhkəmə tərəfindən düzgün qərar qəbul edilməmişdir. Odur ki, həmin hal iş üzrə icraatın dayandırılması üçün əsasdır. Həmin ərizə və vəsatət 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən təmin edilməmiş, bu barədə qərardadlardan verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Ali Məhkəmənin 2-1(102)-775/2019 nömrəli qərarında qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin mövqeyinə görə mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin ərazisində yerləşməsi və ayrıc aktından kənarda olması halının müəyyən edilməsi cavabdeh inzibati orqanın səlahiyyətlərinə aiddir, lakin cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında iştirak etməsinə baxmayaraq, bu barədə məhkəmələrə hər hansı bir məlumat verilməmişdir. Həmçinin, cavabdeh tərəfindən qeyd edilən halı təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi 2-1(102)775/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarında Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşaraq həmin qərardan verilən kassasiya şikayətini təmin e tməmişdir.
39. Göründüyü kimi iş materiallarında olan bağın yerləşmə sxeminə əsasən iddiaçıya ayrılmış bağ sahələrindən sonrakı sırada yerləşən, "xxxx" bağçılıq yoldaşlığının üzvləri olmuş şəxslərə ayrılmış 1928-1929,1930-1931,1932-1933 nömrəli bağ sahələri üzərində mülkiyyət hüquqları qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışlar və həmin məhkəmə aktlarında bağ sahələrinin yerləşdiyi ərazinin Dövlət Neft Şirkətinə məxsus olması müəyyən edilməmişdir, həmin işlərə baxılan zaman cavabdehin imtinasının əsası kimi bağların torpaq sahələrinin Xəzər dənizinin sahil mühafizə zonasına aid olması göstərilmişdir ki, bu hal da işin faktiki halları ilə təsdiqlənməmişdir.
40. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir.
41. Təəccüblüdür ki, "xxxx" bağçılıq yoldaşlığı tərəfindən ayrılmış eyni ərazidə yerləşən 1928-1929,1930-1931,1932-1933 nömrəli bağ sahələrinə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış mövqeyinin olmasına, həmin bağ sahələrinə dair cavabdehin özü tərəfindən sözügedən ərazidə yerləşən bağ sahələri üzrə m üvafiq çıxarışların verilməsinə baxmayaraq cavabdeh inzibati orqan göstərilən ərazidə yerləşən bağ sahələrinin dövlət qeydiyyatına alınmasına dair çıxarışların verilməsindən oxşar əsaslarla imtina edərək vətəndaşı məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qoymuşdur.
42. Beləliklə apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir.
43. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kassasiya şikayəti təm in edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-26/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.