Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2178/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Dövlət Vergi Xidmətinə və Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ərazi aidiyyətinin müəyyən edilməsi) 03.07.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Dövlət Vergi Xidmətinə və Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə yazılı məhkəmə icraatı qayda sında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehlərə qarşı Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********145000 nömrəli və Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli, **********697200 nömrəli qərarlarının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin (hakim: Fəxri Hacızadə) 15 dekabr 2023-cü il tarixli, 2-1(116)-3002/2023 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
3. Şəki İnzibati Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh qismin də qeyd olunan Dövlət Vergi Xidməti (bütün ölkə ərazisi) və Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər Baş İdarəsinin yerləşdiyi ərazilər birdən çox məhkəmənin (Şirvan və Şəki İnzibati Məhkəmələrinin) yurisdiksiyasına aiddir. AZEMİS-dən çıxarışa əsasən iddiaçının Bakı şəhərində qeydiyyatda olduğu müəyyən edilir. Hazırkı tələb üzrə iddia növü mübahisələndirmə haqqında iddiadır və İPM-in 8.1.2-ci maddəsinə əsasən iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.
4. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Əhədova) 30 yanvar 2024-cü il tarixli, 2-1(112)-5828/2024 nömrəli qərardadı ilə ərazi aidiyyəti üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Bakı İnzibati Məhkəməsi mövqeyini onunla əsaslandırm ışdır ki, şikayət instansiyası olan Dövlət Vergi Xidmətinin qərarı ilə iddiaçı barəsində vergi hesablanmasına əsas olmuş əlverişsiz inzibati akt dəyişdirilmədən saxlanıldığından, hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh qismində Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi olmaqla, həmin idarənin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********697200 nömrəli qərarının ləğv edilməsinə yönəlmişdir. Ərazi aidiyyəti ilə bağlı xüsusi qayda İPM-in 8.1.18.1.3-1-ci maddələrində nəzərdə tutulmuşdur. Qeyd edilən normaların təsir dairəsinə düşmədiyi hallarda iddia tələbi üzrə ərazi aidiyyəti ümumi qaydaya görə müəyyən olunur, yəni iddia tələbinə cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadı ğı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır (İPM-in 8.1.4-cü maddəsi). Hazırkı işdən müəyyən olunur ki, ərazi aidiyyəti üzrə İPM-in 8.1.2-ci maddəsinə əsasən iddiaçının yaşayış yerinin (qeydiyyatda olduğu) yerləşdiyi yerin deyil, 8.1.4-cü maddəsinin tələbinə uyğun olaraq cavabdeh Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin yerləşdiyi yerin (Göyçay rayonu) məhkəməsi, yəni Şəki İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 15 fevral 2024-cü il tarixli, 2-1(103)-1690/2024 nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
7. Apell yasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının Dövlət Vergi Xidmətinə qarşı tələbi mövcud deyil, onun cavabdeh qismində tələbdə göstərilməsi formal xarakter daşıyır. İPM-in 32.2.2-ci maddəsinin tələbi baxımından hazırkı iddianın predmetini yalnız cavabdeh Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********697200 nömrəli qərarının ləğv edilməsi tələbi təşkil edə bilər. Həmçinin cavabdehin yerləşdiyi və iddiaçının yaşadığı ünvan Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Odur ki, İPM-in 8.1.2-ci maddəsinin istər 1-ci, istərsə də 2-ci cümləsi baxımından inzibati mübahisə Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Şəki İnzibati Məhkəməsi ə razi aidiyyəti məsələsinə baxarkən, işin halları baxımından İPMin 8.1.2-ci maddəsinin təfsirində, Bakı İnzibati Məhkəməsi isə baxmayaraq ki, işə Şəki İnzibati Məhkəməsində baxılmasında israrlıdır, bu mövqeyini Məcəllənin 8.1.4-cü maddəsinə istinadən əsaslandırdığından, prosessual hüquq normasının tətbiqində səhvə yol verir.
8. Şəki İnzibati Məhkəməsinin (hakim: Vüqar Musayev) 22 aprel 2024-cü il tarixli, 21(116)-1725/2024 nömrəli qərardadı ilə iş səlahiyyətli məhkəmənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
9. Şəki İnzibati Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, inzibati işin ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsində baxılması prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün müəyyən olunmamışdır. Belə ki, İPM-in 8.1.2-c i maddəsinin birinci cümləsindən göründüyü kimi, “mübahisələndirmə haqqında” iddiaların ərazi aidiyyəti ilə bağlı əsas qayda bundan ibarətdir ki, bu qəbildən olan işlərə mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin maddənin ikinci cümləsində olan istisnaya görə isə, əgər inzibati orqanın səlahiyyətinin əhatə etdiyi ərazi iki və daha çox məhkəmənin yurisdiksiyasına aiddirsə, bu halda, işə artıq inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin deyil, hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin səlahiyyəti, iki məhkəmənin (Şəki İnzibati Məhkəməsi və Şirvan İnzibati Məhk əməsi) yurisdiksiyasına aid olan ərazini əhatə edir. Belə olan halda, İPM-in 8.1.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq, işə inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin deyil, hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşadığı yerin məhkəməsi tərəfindən baxılmalıdır. Müəyyən edilir ki, hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxs – İddiaçı qeydiyyat ünvanı Bakı şəhəri olduğundan, qaldırılan iddia tələbinə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilərkən iddiaçının ünvanı ünvan 4 olduğu və yaşadığı ünvan yox, ona məxsus təsərrüfat subyektinin yerləşdiyi ünvandır. İPM-də hazırkı qəbildə n olan mübahisələrə baxılan zaman təsərrüfat subyektinin yerləşdiyi yer üzrə mübahisənin ərazi aidiyyəti müəyyən edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xar icdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Maddə 9.1. Aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: 9.1.3. mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. Maddə 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. Maddə 9.3. Məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır.
11. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” AZƏRBAYCAN RESPUBLİKASİ ALİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin məzmunundan göründüyü kimi, mübahisələndirmə haqqında iddialara mübahisə edi lən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
14. Hazı rkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi cavabdeh Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********697200 nömrəli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir. Bu baxımdan hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə olan halda, hazırkı iddiaya İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsində nəzərdə tutulmuş aidiyyət qaydası tətbiq edilməlidir. 15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən, “şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nə zərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.”
16. İş üzrə materiallardan görünür ki, cavabdeh Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi Göyçay rayonunda yerləşir. İddiaçı isə faktiki Ucar rayonunda yaşayır, eyni zamanda, onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyekti də həmin rayonda yerləşir. Göründüyü kimi, cavabdehin yerləşdiyi və iddiaçının yaşadığı, eləcə də sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən, Şəki İnzibati Məhk əməsinin ərazi yurisdiksiyasına aid olduğundan hazırkı mübahisəyə baxmaq səlahiyyəti Şəki İnzibati Məhkəməsinə məxsusdur.
17. Nəzərə almaq lazımdır ki, ərazi üzrə məhkəmə aidiyyəti prosessual qənaət prinsipinin, daha az məsrəflər hesabına iş üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması məqsədlərinə xidmət edir. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə ərazi aidiyyəti müəyyən edilərkən həm də iddiaçıya məxsus təsərrüfat subyektinin qeydiyyatda olduğu, faktiki yerləşdiyi və fəaliyyət göstərdiyi yer də nəzərə alınmalıdır. Bu prizmadan yanaşdıqda həmin məqsədə, eləcə də məhkəmə icraatının səmərəliliyinə sübutların daha çox və əlçatan olduğu yer üzrə məhkəmə tərəfindən nail olunması mümkündür. Qeyd olunanlar baxımından İPM-in 8.1.2-ci maddəsinin ikinci c ümləsinin hərfi mənada təfsiri inzibati prosessual qanunvericiliyin məqsədlərinə və mahiyyətinə uyğun olmazdı.
18. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Dövlət Vergi Xidmətinə və Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilir.