Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2179/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli pensiya, güzəştli arayış, əmək kitabçasının Azərbaycan dilinə tərcümə olunmuş, notarial qaydada qaydada təsdiqlənmiş surəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-439/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx xxxxxx 1957-ci il təvəllüdlüdür.
2. İddiaçıya məxsus H3 seriyalı ******* nömrəli hərbi biletə əsasən o, xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə qədər hərbi xidmətdə olmuşdur.
3. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1973-cü ildən xx.xx.1976-cı ilə qədər peşə məktəbində təhsil almış, daha sonra xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə qədər hərbi xidmət keçmiş, hərbi xidməti başa vurduqdan sonra xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər təhsilini davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra xx.xx.1978-ci ildən hazırkı vaxtadək müxtəlif peşələrdə işləmişdir.
4. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********2 nömrəli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 №-li Qərarı ilə təsdiq edilən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 №-li Əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Qeyd edilən müvafiq sənədlərin əsilləri İdarənin Qəbul mərkəzinə təqdim edildikdən sonra müraciətə baxıla bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2009-cu ildən «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsi və «Vətəndaş ların pensiya təminatı haqqında» AR Qanununun 17-ci maddəsinin tələbləri əsas götürülməklə, 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda qüvvədə olan Qaydalara əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Lakin, inzibati orqan ona münasib ətdə bir nüansı nəzərindən qaçırır. Belə ki, pensiya hüququ yarandığı tarixdə, yəni xx.xx.2009-cu il tarixdən sonra AR DSMF-nin Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 №-li Qərarı ilə təsdiq olunmuş və «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları qüvvədə olmuşdur. Həmin Qaydalarda isə həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayışın təqdim olunması göstərilməmişdir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalar hüquqi vəziyyətini pisləşdirdiyindən ona münasibətdə tətbiq oluna bilməz. Bundan əlavə, iddiaçının işlədiyi «təmirçi çilingər» və «əmtəə operatoru» vəzifələri isə AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının 3-cü yarımbölməsinin 11000000-18559 – 1 №-li Siyahıda sadalanan istehsalatlarda məşğul olan təmirçi çilingərlər və 2 №-li Siyahının Xİİ Bölməsinin 3-cü Yarımbölməsinin 2130301a-16085 – əmtəə operatorları peşələrinə uyğundur. Göründüyü kimi, ilk işlədiyi təmirçi çilingər vəzifəsi 1 №-li Siyahıda, əmtəə operatoru vəzifəsi isə 2 №-li Siyahıda qeyd olunmuşdur. Lakin, o, neft sahəsində yalnız «Neft Daşları» NQÇİ-də işlədiyinə görə və həmin idarə açıq dənizdə yerləşdiyindən ona münasibətdə 1 №-li Siyahının müddəaları tətbiq olunmalıdır.
8. Cavabdeh iddia tələbinə etiraz edərək iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edi lməsini xahiş etmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1-(81)-4527/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: T.Ə.Əsədova) iddia tələbi təmin edilmiş, iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2009-cu ildən «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsi və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 17-ci maddəsinin tələbləri əsas götürülməklə 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
10. İddiaçının işlədiyi «təmirçi çilingər» və «əmtəə operatoru» vəzifələri AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmi ş 1 №-li Siyahısının X Bölməsinin 3-cü yarımbölməsinin 11000000-18559 – «1 №-li Siyahıda sadalanan istehsalatlarda məşğul olan təmirçi çilingərlər» və X Bölməsinin 2-ci Yarımbölməsinin 1100000a-15824 – “neft və qaz hasilatı üzrə operatorlar” şifrinə uyğundur. Belə ki, iddiaçı neft sahəsində yalnız «Neft Daşları» NQÇİ-də işlədiyinə görə və həmin idarə açıq dənizdə yerləşdiyindən ona münasibətdə 1 №-li Siyahının müddəaları tətbiq olunmalıdır. İddiaçının işlədiyi «əmtəə operatoru» peşəsi 1 №-li Siyahıda qeyd olunmasa da, onun «Neftçin çıxarılması sexində» işlədiyi əmək kitabçası ilə müəyyən edilir. 1 №-li Siyahıda isə «neft və qaz hasilatı üzrə operatorlar» peşəsi mövcuddur. Neftin bir əmtəə olduğunu nəzərə alaraq onun hasilatı üzrə operator vəzifəsində işləmiş şəxsin güzəştli şərtlərlə pensi yaya çıxmaq hüququ öz təsdiqini tapır.
11. Qərardan narazı qalan cavabdeh şikayət verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-439/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1-(81)-4527/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sa yılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. Şikayət müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, cavabdeh məktubla iddiaçıya pensiya təyin etməkdən imtina etməyib, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq zəruri sə nədləri tələb edib. Bir sözlə, qanunvericiliyə əsasən cavabdehin iddiaçıdan sözügedən sənədlərin əsillərini tələb etmək hüququ olmuş, iddiaçı isə həmin sənədlərin əsillərini tam şəkildə cavabdehə təqdim etməmiş, bu səbəbdən iddiaçının cavabdehə ünvanladığı ərizənin icrası mümkün olmamışdır.
16. Bundan əlavə apelyasiya məhkəməsi, iddiaçının çalışdığı peşənin güzəştli olubolmadığı barədə arayışın verilməsi məqsədilə “Aznefit” İB-nin “Neft Daşları” NQÇİ-yə sorğu ünvanlamışdır. Sorğuya verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubunda iddiaçının xx.xx.1980 -xx.xx.2014-cü illərdə çalışdığı "əmtəə operatoru” peşəsinin NK-nın xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiqlənmiş məlum Siyahıda qeyd edilmədiyi açıq şəkildə bildirilmişdir. Göründüyü kimi, iddiaçının çalışdığı peşənin (əmtəə o peratoru) məlum Siyahıda nəzərdə tutulmadığına dair işəgötürənin cavab məktubu vardır. Lakin məhkəmə həmin məktubu diqqətə almayıb, əvəzində, həmin peşənin güzəştli olması barədə əsaslandırılmamış bir nəticəyə gəlib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə yeni qərar qəbul olunmasını xahiş etdilər.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayın ı həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21. xx.xx.2006-cı il tarixədək qüvvə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xü susilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə ə laqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1 Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina o lunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə veril ir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkə mə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmadan iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması barədə səhv nəticəyə gəlmişdir.
27. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tədqiq olunmuş əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı ilə qədər 32 il 1 ay 26 gün ümumi və 26 il 9 ay 21 gün güzəştli iş stajı mövcuddur. İddiaçının işlədiyi «təmirçi çilingər» və «əmtəə operatoru» vəzifələri isə AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının X Bölməsinin 3-cü yarımbölməsinin 11000000-18559 – «1 №-li Siyahıda sadalanan istehsalatlarda məşğul olan təmirçi çilingərlər» və X Bölməsinin 2-ci Yarımbölməsinin 1100000a-15824 – “neft və qaz hasilat ı üzrə operatorlar” şifrinə uyğundur. Belə ki, iddiaçı neft sahəsində yalnız «Neft Daşları» NQÇİ-də işlədiyinə görə və həmin idarə açıq dənizdə yerləşdiyindən ona münasibətdə 1 №-li Siyahının müddəaları tətbiq olunmalıdır. İddiaçının işlədiyi «əmtəə operatoru» peşəsi 1 №-li Siyahıda qeyd olunmasa da, onun «Neftçin çıxarılması sexində» işlədiyi əmək kitabçası ilə müəyyən edilir. 1 №-li Siyahıda isə «neft və qaz hasilatı üzrə operatorlar» peşəsi mövcuddur. Neftin bir əmtəə olduğunu nəzərə alaraq onun hasilatı üzrə operator vəzifəsində işləmiş şəxsin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ öz təsdiqini tapır.
28. Apelyasiya instansiyası məhkəməsi iddiaçının 1 №-li Siyahı üzrə güzəştli şərtlə pensiya hüququ qazanmaq üçün zəruri olan iş stajına (10 il) malik olduğunu hesab etsə də, bu hal iş materialları ilə təsdiq edilmir.
29. Belə ki, iş materiallarından görünür ki, iddiaçının xx.xx.1980 – xx.xx.2014-cü illərdə işlədiyi “əmtəə operatoru” peşəsi AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısında nəzərdə tutulmamışdır. İddiaçı özü iddia ərizəsində də bildirir ki, onun işlədiyi “çilingər” peşəsi 1 №-li Siyahıda, “əmtəə operatorları” peşəsi isə 2 №-li Siyahıda nəzərdə tutulmuşdur.
30. Apelyasiya instansiyası məhkəməsi ARDNŞ-in “Azneft” İstehsalat Birliyinə xx xxxxxx 2020-ci il tarixdə 2-1(103)-439/2020 saylı sorğu göndərərək iddiaçının ARDNŞ-in “Azneft” İstehsalat Birliyində güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işləməsi barədə arayış təqdim edilməsini xahiş etmişdir. (səh 45)
31. Həmin sorğuya cavab olaraq ARDNŞ-i n “Azneft” İstehsalat Birliyi tərəfindən bildirilmişdir ki, hal-hazırda “Neft Daşları” Neft və qazçıxarma İdarəsində Neftin kompleks hazırlanması və nəqli sahəsində 5-ci dərəcəli susuzlaşdırılma və duzsuzlaşdırılma qurğusunun operatoru peşəsinə işləyən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.1980 xx.xx.2014-cü il tarixlərdə NQÇİ-nin Neftin kompleks hazırlanması və nəqli sahəsində işlədiyi əmtəə operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il 12 saylı qərarın “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı” yarımbölməsinin “a” bəndində göstəri lən peşələrin siyahısında qeyd edilməmişdir. (səh 56)
32. Lakin apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı acıq dəniz şəraitində işlədiyindən ona münasibətdə 1 №-li Siyahının müddəaları tətbiq olunmalıdır.
33. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən əsaslara görə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
34. Qeyd olunmalıdır ki, məhkəmənin sorğusuna əsasən ARDNŞ-in “Azneft” İstehsalat Birliyi iddiaçının xx.xx.1980 -xx.xx.2014-cü il tarixlərdə NQÇİ-nin Neftin kompleks hazırlanması və nəqli sahəsində işlədiyi əmtəə operatoru peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı qərarın “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığını bildirmişdir.
35. İşə baxan apelyasiya instansiyası məhkəməsi belə olan halda təkrar sorğu verməklə, eləcə də müvafiq vəzifə təlimatlarını tədqiq etməklə iddiaçının işlədiyi “əmtəə operatoru” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahıda nəzərdə tutulmuş peşələrə uyğun olubolmamasını aydınlaşdırmalı idi.
36. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğu nluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.
37. Lakin apelyasiya instansiyası məhkəməsi qeyd edilən istiqamətdə araşdırma aparmamiş, iddianın təmin olunması barədə səhv nəticəyə gəlmişdir.
38. Mə hkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin mötəbər olması da mühüm əhəmiyyət kəsb edir. Bu mənada, iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin, hazırkı halda əmək kitabçasının Azərbaycan dilinə tərcümə olunmuş və notarial qaydada təsdiq olunmuş surəti iş materiallarına əlavə olunmalıdır.
39. Lakin iş materiallarından görünür ki, iddiaçının rus dilində yazılmış əmək kitabçasının Azərbaycan dilinə tərcümə olunub notarial qaydada təsdiq olunmuş surəti iş materiallarına əlavə edilməmişdir. Odur ki, iddiaçının işlədiyi sahələrin və peşələrin dəqiq adını müəyyən etmək mümkün deyil. Bu hal isə öz növbəsində iddiaçının güzəştli iş stajının müəyyən edilməsini mümkünsüz edir.
40. Göründüyü kimi, apelya siya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir.
41. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə gö stərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarı).
42. Avropa İnsan Hüquqları Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir.
43. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsasla ndırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (“Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxxxx 2007-ci il tarixli qərar).
44. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından, beləliklə də qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən kassasiya şikayəti qismən təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
45. Yuxarıda göstərilənlərə və İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21( 103)-439/2020 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.