Məhkəmə qərarları › İş №2-1(102)-2179/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2179/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2179/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (Vergi mübahisələri; vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarlarının ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsinə qarşı cavabdeh orqanın **********4434 saylı 27.02.2020-ci il t arixli və **********5148 saylı 02.03.2020-ci il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarlarının ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-758/2021 nömrəli iş üzrə 23.06.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 17 noyabr 2021-ci tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı vergi nəzarətinin nəticəsi haqqında VN seriyalı 003695 saylı 21.02.2020-ci il tarixli Aktdan və ona əlavədən görünür ki, 5 nəfər fiziki şəxsin (X3, X8, X9, X13 və X10) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi” faktı aşkar olunmuşdur və qeyd edilən akt iddiaçı Vüsal İbrahimov tərəfindən imzalanaraq qəbul edilmişdir.

2. Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında VN seriyalı 006520 saylı 21.02.2020-ci il tarixli Aktdan görünür ki, cavabdeh vergi orqanının əməkdaşları tərəfindən 20.02.2020-ci il tarixli qərara əsasən X4 məxsus ünvan 1 ünvanda yerləşən “Xal-xal” kafesində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına operativ vergi nəzarəti həyata keçirilərkən 21.02.2020-ci il tarixdə saat 19:15-də yemək yeməyə görə 32,0 manat pul ödənilmiş, bunun müqabilində NKA-ya çek vurulmamış və müştəriyə təqdim olunmamışdır. Saat 19:20-də dövriyyədən yayındırılan məbləğ 32,0 manat 1 nömrəli çeklə NKA-nın fiskal yaddaşına bərpa olunmuşdur. “X” hesabatı və bərpa çeki akta əlavə olunmuşdur. Bakı şəhəri X12 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********4434 saylı 27.02.2020-ci il tarixli qərarla vergi ödəyicisi X7 tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar olunaraq, o, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1.000 (bir min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

3. Həmçinin Bakı şəhəri X12 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********5148 saylı 02.03.2020-ci il tarixli qərarla vergi ödəyicisi X7 tərəfindən “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi” faktı aşkar olunaraq, o, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 10.000 (on min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyya t Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsinə qarşı cavabdeh orqanın **********4434 saylı 27.02.2020-ci il tarixli və **********5148 saylı 02.03.2020-ci il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarlarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

5. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı **********4434 saylı 27.02.2020-ci il tarixli və **********5148 saylı 02.03.2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlara əsasən vergi məsuliyyətinə cəlb olunmuşdur. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qə bul edilmişdir. Belə ki, X12 üzrə Baş İdarəsinin **********3040 saylı 20.02.2020-ci il tarixli qərarı ilə operativ vergi yoxlaması həyata keçirilmişdir. Yoxlama həyata keçirilərkən operativ vergi yoxlaması barədə sənədlər qanunamüvafiq olaraq təqdim edilməmişdir. Həmçinin sənədlərin təqdim olunmasından tərəflərindən imtina edilməmişdir. Yoxlama aktında adları qeyd olunan fiziki şəxslərlə aralarında xidməti müqavilələr olmuşdur. Lakin yoxlama həyata keçirilərkən ondan həmin xidməti müqavilələr və digər sənədlər tələb olunmamışdır. Yoxlama aktında nə yazdıqları barədə ona məlumat vermədən, akt tərtib etmişlər. Vergi orqanının əməkdaşları həmin aktla onu tanış etməmiş, hətta bəzi boş blanklara imza etdirmişlər. Ümumiyyətlə, həmin akt rəsmi olaraq ona təqdim edilməmişdir. 10.03.2020-ci il tari xdə şikayət ərizəsi ilə müraciət etdikdən sonra həmin akt rəsmi qaydada ona göndərilmişdir. Operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi zamanı vergi qanunvericliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Vergi orqanının əməkdaşları 21.02.2020-ci il tarixində obyektdə olarkən heç bir nağd əməliyyat etmədən kassa çeki tələb etmiş, sonra da bildirmişlər ki, kassaya vurulmama əməliyyatıdır. Kassaya vurmamağa görə cərimə yazılacağını bildirmişlər. Faktiki olaraq həmin vergi əməkdaşı onlardan heç nə almamış və nağd ödəniş etməmişdir. Onlar fəaliyyət göstərdikləri vaxtdan bu günə kimi bütün əməliyyatları kassaya vurmuşlar. Daha sonra vergi orqanının əməkdaşları xidmət göstərən şəxslərə yaxınlaşaraq, onlardan izahatlar almağa başlamış, müəssisədə işləməyən, yəni xidməti müqavilələr əs asında xidmət göstərən şəxslərdən izahat alarkən o, vergi orqanının əməkdaşlarına öz etirazını bildirmişdir. Lakin onlar etirazlara məhəl qoymadan müəssisədə işləməyən şəxslərin məcburi qaydada izahatlarını almış və sonradan akta əlavə etmişlər. Vergi orqanının əməkdaşları tərəfindən yoxlamaya əsas verən sənədlər ona təqdim olunarkən onların mahiyyətini ona izah etmədən onlara imza etdirmişlər. Həmin sənədlərin mahiyyətinin nədən ibarət olduğunu soruşduqda, tərtib olunan aktla bağlı olduğunu demişlər. Vergi orqanının əməkdaşları VN seriyalı 003695 saylı 21.02.2020-ci il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilm əsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” və 006520 saylı 21.02.2020-ci il tarixli “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması barədə” aktları tərtib etmişlər. Həmin aktın bir nüsxəsini qəbul etmiş, lakin mahiyyətini bildikdən sonra aktın əlavəsini qəbul etməmişdir. Qərarlarla elektron kargüzarlıq vasitəsi ilə tanış olmuşdur. Vergi qanunvericiliyinin tələbləri vergi orqanı tərəfindən kobud şəkildə pozulmuş, akt onun tərəfindən imzalanmış kimi qəbul edilmiş və nəticədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar 45 gün əvəzinə 6 günə çıxarılmışdır. Məsuliyyət məsələsinə baxılması üçün o, vergi orqanına dəvət edilməmişdir. Bununla əlaqədar olaraq 10.03.2020-ci il tar ixli şikayət ərizəsi (AVİS qeydiyyatı: 10.03.2020-ci il tarixli **********435200 nömrəli) ilə Vergilər Nazirliyinə müraciət etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) 21.10.2020-ci il tarixli, 2-1(112)-4145/2020 nömrəli (sədrlik edən hakim Nəriman Abıyev) qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər X12 üzrə Baş İdarəsinin 27.02.2020-ci il tarixli **********4434 №-li və 02.03.2020-ci il tarixli **********5148 №-li “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1, 42.1, 50.1, 50.3, 50.4, 50.7, 58.7.1, 58.10-cu maddələrinə, İPM-in 32.1, 32.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia təmin edilməlidir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 21.10.2020-ci il tarixli, 2-1(112)-4145/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiya məhkəməsi) 23.06.2021-ci il tarixli, 2-1(103)-758/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Azər Hüseynov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 21.10.2020-ci il tarixli, 2-1(112)-4145/2 020 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1, 42.1, 50.1, 50.3, 50.4, 50.7, 58.7.1-ci maddələrini, İPM-in 58.1, 58.7, 68.2, 87.6-cı maddələrini tətbiq etməklə, belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə maddi hüquq norması hesab olunan Azərbaycan Respublikası Vergi Məcəlləsini düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39-cu maddəsinin tələblərinə görə "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar 45 gün müddətində çıxarılmalı olduğu halda, həmin Qərar 6 günə çıxarılmışdır. Qanunun tələbləri vergi orqanı tərəfindən kobud şəkildə pozulmuş, akt onun tərəfindən imzalamış kimi qəbul edilmişdir. Ümumiyyətlə məsuliyyət məsələsinə baxılması üçün o vergi orqanına dəvət edilməmişdir.

12. Məhkəmə qərarında göstərilmişdir ki, "apellyasiya şikayətinin dəlilləri iddiaya dair etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq cavabdeh bildirmişdir ki, 5 nəfər fiziki şəxslə iddiaçı arasında xidmət müqavilələrinin bağlanması barədə vergi orqanına hər hansı məlumat təqdim edilməmiş, eləcə də yoxlama aparılan rüb ərzində ödəmə mənbəyində tutulan vergi bəyanamələri təqdim edilməmişdir. Obyektin işçilərinin izahatlarından göründüyü kimi, onlar ofisiant vəzifəsində işləyirlər. Həmin vəzifə isə iddiaçının qeyd etdiyi və məhkəmənin əmək qanunvericiliyinin prinsiplərini nəzərə almadan qəbul etdiyi xidmət müqaviləsi deyil əmək müqaviləsi bağlanmalı olan vəzifələrdir." Halbuki yoxlama həyata keçirilən zaman yoxlayanlara dəfələrlə bildirmişdir ki, həmin 5 nəfər fiziki şəxslə iddiaçı arasında xidmət müqavilələri bağlanmışdır. Lakin həmin müqavilələr mühasibatlıqda saxlanılır. O ki qaldı işçilərin izahatlarda qeyd etdiklərinə, onların hamısı psixi məcburiyyət təsiri altında alınmış və heç biri ofisiant vəzifəsində işləməmişdir. Sadəcə işçilərin savadsızlığından istifadə edərək, həmin izahatları vergi orqanı öz maraqlarına uyğun almışdır.

13. Məhkəmə qərarında göstərilmişdir ki, "O ki qaldı iddiaçının “vergi orqanı əməkdaşının obyektdə (kafedə) heç nə (yemək) almadığı və nağd ödəniş etmədiyi təqdirdə kassa çekini tələb etməsi, tərtib olunan aktla onun tanış edilmədiyi, onun bəzi boş blanklara imza etdirildiyi, aktın rəsmi olaraq ona təqdim edilməməsi” barədə dəlillərinə, məhkəmə kollegiyası bu dəlilləri əsassız hesab etdiyi üçün qəbul etmir. Belə ki, VN seriyalı 00652 0 saylı 21.02.2020-ci il tarixli Akta əsasən operativ vergi nəzarəti həyata keçirilərkən 21.02.2020-ci il tarixdə saat 19:15-də yemək yeməyə görə 32,0 manat pul ödənilmiş, lakin bununla bağlı NKA-ya çek vurulub müştəriyə təqdim olunmamış, saat 19:20-də isə həmin məbləğ- 32 manat NKA-nın fiskal yaddaşına bərpa olunanda bunun həmin gün ərzində 1 nömrəli çeklə vurulduğu müəyyən olunmuşdur. Yəni, 19:15-də yemək yeməyə görə ödənilən 32 manat pul NKA-nın fiskal yaddaşına 19:20-də bərpa olunarkən bu çekin həmin gün ərzində vurulan birinci çek olması faktı onu deməyə əsas verir ki, gün ərzində obyektdə nəsə (yemək) alınmamışdır, halbuki bu hal belə təyinatlı obyekt (kafe) üçün inandırıcı fakt kimi qəbul oluna bilməz. Həmçinin, vergi yoxlaması aktına "X” hesabatı və bərpa çeki əlavə olunmaqla yanaş ı, iddiaçı vergi orqanı tərəfindən aşkar olunmuş nöqsanların doğruluğunu da imzası ilə təsdiq etmiş və aktın bir nüsxəsini imzalayaraq qəbul etmişdir. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən onun akta deyil, əslində boş blanklara imza etməsi sübuta yetirilmir (bu barədə müvafiq orqanlara və ya cavabdeh inzibati orqana şikayət və müraciəti də olmamışdır), ona görə də iddiaçının bu dəlili həqiqətə uyğun olmadığından qəbul edilmir”. Yalnız cavabdehin nümayəndəsinin subyektiv mülahizələrinə əsaslanaraq, həmin gün birinci çekin saat 19:20-də vurulmasına inanmayan məhkəmə kollegiyası hər hansı bir konkret fakta əsaslanmadan qərar qəbul etmişdir, eyni zamanda məhkəmə kollegiyasının bu fikrinə qarşı bildirir ki, tərəfinizdən cavabdeh inzibati orqana bu barədə 10.03.2020-ci il tarixdə şikayət ər izəsi ilə müraciət etmişdir.

14. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin 23.06.2021-ci il tarixli, 2-1(103)-758/2021 nömrəli qərarının ləğv edilməsini, işin təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bild irişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyya t vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. Maddə 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Maddə 58.7.1. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əh ali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar qur aşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddə 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı i şlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdik də 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsasland ırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri X12 üzrə Baş İdarəsinin operativ vergi nəzarətinin keçirilməsi haqqında **********3040 saylı 20.02.2020ci il tarixli qərarı ilə X4 məxsus ünvan 2 ünvanında əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə 20.02.2020-ci il tarixdən 18.03.2020-ci il tarixədək (18.03.2020-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.

22. Həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə 20.02.2020-ci il tarixdə KY201439122 nömrə ilə qeydə alınmış və onun keçirilməsinin əsası kimi “vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar; VM-nin 50.2.2-ci maddəsi” göstərilmişdir. Bakı şəhər i X12 üzrə Baş İdarəsi tərəfindən 20.02.2020-ci il tarixdə tərtib edilmiş operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********3052 saylı tələbnamə iddiaçı X4 21.02.2020-ci il tarixdə təqdim olunmuşdur. 23. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 20.02.2020-ci il tarixli **********3055 saylı qərar qəbul edilmiş, vətəndaşlar X5 və X1 iştirakı ilə VN seriyalı 000825 saylı 21.02.2020-ci il tarixli “sənədlərin götürülməsi haqqında” protokol tərtib edilərək, “əmək müqaviləsinin bildirişləri” adlı sənədlər götürülmüşdür.

24. Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında VN seriyalı 006520 saylı 21.02.2020-ci il tarixli Aktdan görünür ki, cavabdeh vergi orqanının əməkdaşları tərəfindən 20.02.2020-ci il tarixli qərara əsasən f/ş X4 məxsus ünvan 1 ünvanda yerləşən “Xal-xal” kafesində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına operativ vergi nəzarəti həyata keçirilərkən 21.02.2020-ci il tarixdə saat 19:15-də yemək yeməyə görə 32,0 manat pul ödənilmiş, bunun müqabilində NKA-ya çek vurulmamış və müştəriyə təqdim olunmamışdır. Saat 19:20-də dövriyyədən yayındırılan məbləğ 32,0 manat 1 nömrəli çeklə NKA-nın fiskal yaddaşına bərpa olunmuşdur. “X” hesabatı və bərpa çeki akta əlavə olunmuşdur. Bakı şəhəri X12 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 27.02.2020-ci il tarixli **********4434 №-li qərarla vergi ödəyicisi X7 tərəfindən əhali ilə pul hesablaşmalarının a parılması qaydalarının pozulması faktı aşkar olunaraq, o, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1.000 (bir min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

25. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" tələbnamə vergi ödəyicisinə 21.02.2020-ci il tarixdə təqdim edilmiş və həmin vaxt sənədlər tələb edilmişdir. Halbu ki, vergi ödəyicisi tərəfindən yoxlamaya dair sənədlərin təqdim olunması üçün 1 gün vaxt verilməli idi.

26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd edilən dəlil əsassızdır, belə ki, apelyasiya məhkəməsi tərəfindən müəyyən edimişdir ki, vergi ödəyicisi tərəfindən müvafiq sənədlər 21.02.2020-ci il tarixdə yoxlamaya təqdim olunmuş və bu hərəkət sonuncu tərəfindən protokollaşdırılmışdır. Belə protokolun tərtib edilməsi vergi ödəyicisi tərəfindən başqa sənədlərin yoxlamaya təqdim edilməsinin qarşısını alan hal kimi qəbul edilə bilməz, belə ki, əgər vergi ödəyicisinin başqa hər hansı sənədi təqdim etmək istəyi olardısa, onun həmin sənədi istər əvvəl təqdim etdiyi sənədlərlə, istərsə də sonradan yoxlamaya təqdim etmək imkanı məhdudlaşdırılmamışdır. Lakin bu barədə vergi ödəyicisinin iradə ifadəsinin mövcudluğu işin faktiki halları ilə sübuta yetirilmir. Həmçinin operativ vergi nəzarəti tədbiri zamanı iddiaçı izahat verərək, yoxlama zamanı obyektdə olan 5 nəfər fiziki şəxsl ə əmək müqaviləsinin bağlanmadığını, lakin qısa müddət ərzində bağlanacağını bildirmişdir.

27. İddiaçının kassasiya şikayətində qeyd etdiyi “vergi orqanı əməkdaşının obyektdə (kafedə) heç nə (yemək) almadığı və nağd ödəniş etmədiyi təqdirdə kassa çekini tələb etməsi, tərtib olunan aktla onun tanış edilmədiyi, onun bəzi boş blanklara imza etdirildiyi, aktın rəsmi olaraq ona təqdim edilməməsi” dəlillər də əsassızdır.

28. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, VN seriyalı 006520 saylı 21.02.2020-ci il tarixli Akta əsasən operativ vergi nəzarəti həyata keçirilərkən 21.02.2020-ci il tarixdə saat 19:15-də yemək yeməyə görə 32,0 manat pul ödənilmiş, lakin bununla bağlı NKA-ya çek vurulub müştəriyə təqdim olunmamış, saat 19:20-də isə həmin məbləğ-32 manat NKA -nın fiskal yaddaşına bərpa olunanda bunun həmin gün ərzində 1 nömrəli çeklə vurulduğu müəyyən olunmuşdur. Yəni, 19:15-də yemək yeməyə görə ödənilən 32 manat pul NKA-nın fiskal yaddaşına 19:20-də bərpa olunarkən bu çekin həmin gün ərzində vurulan birinci çek olması faktı onu deməyə əsas verir ki, gün ərzində obyektdə nəsə (yemək) alınmamışdır, halbuki bu hal belə təyinatlı obyekt (kafe) üçün inandırıcı fakt kimi qəbul oluna bilməz. Bundan başqa vergi yoxlaması aktına “X” hesabatı və bərpa çeki əlavə olunmaqla yanaşı, iddiaçı vergi orqanı tərəfindən aşkar olunmuş nöqsanların doğruluğunu da imzası ilə təsdiq etmiş və aktın bir nüsxəsini imzalayaraq qəbul etmişdir. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən onun akta deyil, əslində boş blanklara imza etməsi sübuta yetirilmir (bu barədə müvafi q orqanlara və ya cavabdeh inzibati orqana şikayət və müraciəti də olmamışdır).

29. İddiaçının daha bir dəlili ondan ibarətdir ki, yoxlama həyata keçirilən zaman yoxlayanlara dəfələrlə bildirmişdir ki, 5 nəfər fiziki şəxslə iddiaçı arasında xidmət müqavilələri bağlanmışdır. Lakin həmin müqavilələr mühasibatlıqda saxlanılır. O, ki qaldı işçilərin izahatlarda qeyd etdiklərinə, onların hamısı psixi məcburiyyət təsiri altında alınmış və heç biri ofisiant vəzifəsində işləməmişdir. Sadəcə işçilərin savadsızlığından istifadə edərək, həmin izahatları vergi orqanı öz maraqlarına uyğun almışdır.

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır, belə ki, Bakı şəhəri X12 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə mə suliyyətə cəlb edilməsi haqqında 02.03.2020-ci il tarixli **********5148 №-li qərarla vergi ödəyicisi X7 “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi” ilə bağlı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 10.000 (on min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. (qərar 16 - cı bəndi)

31. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, 5 nəfər fiziki şəxslərin izahatlarından da görünür ki, onlar iddiaçıya məxsus obyektdə “ofisiant” vəzifəsində işləyirlər. Belə olan halda həmin şəxslərin vergi ödəyicisi həmin şəxslərlə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçi kimi əmək müqaviləsi bağlamalı idi. İddiaçıya məxsus obyektin “ kafe” fəaliyyəti göstərməsini, izahatları alınan fiziki şəxslərin isə “ofisiant” işini icra etməsini nəzərə alaraq həmin şəxslərin müvafiq iş yerində haqqı ödənilməklə əmək fəaliyyətinə cəlb edildiyi halda, vergi ödəyicisi ilə “əmək müqaviləsi” bağlamaq əvəzinə, “xidmət müqaviləsi” bağlaması işəgötürən ilə işçi arasında olan real münasibətləri əks etdirmir və bu münasibət vergi orqanı qarşısında pərdələndiyi üçün vergidən yayınma faktı kimi qiymətləndirilir.

32. Bundan başqa işə əlavə olunmuş vergi ödəyicisinin bəyannamə məlumatlarından görünür ki, operativ vergi yoxlaması keçirilənə qədər iddiaçı ödəmə mənbəyindən tutulan vergi bəyannaməsini vergi orqanına verməmiş, yoxlamadan sonra təqdim etdiyi bəyannamədə isə yuxarıda adı çəkilən 5 nəfərə görə iddiaçının ödəmə mənbəyindən tutulan vergi ni 21.02.2020-ci il tarixdən (vergi yoxlamasından) sonra ödədiyi məlum olur. Həmin bəyannaməni də iddiaçı məhkəmədə iddia qaldırıldıqdan 7 ay sonra, yəni 15.10.2020-ci il tarixdə vergi orqanına göndərmişdir. Bu fakt iş materiallarında olan iddiaçıya məxsus şəxsi hesab vərəqəsi məlumatları ilə də təsdiq olunur. Halbuki həmin bəyannamə vergi qanunvericiliyinin tələblərinə əsasən 2020-ci ilin aprel ayının 20-dək təqdim edilməli idi.

33. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisinin təqdim etdiyi xidməti müqavilələr operativ vergi yoxlamasından sonra formal olaraq tərtib edilmişdir. Odur ki, vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.03.2020-ci il tarixli **********5148 №-li qərarla “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi” faktına görə iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 10.000 (on min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi düzgün olmuşdur.

34. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 23.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 23.06.2021-ci il tarixli, 21(103)-758/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar