Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2179/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, prosessual müddət və kassasiya şikayətinin imzalanmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dö vlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə (3-cü şəxslər X1, X3 və X2) qarşı qərarın ləğv olunması və s” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2-1(103)-1265/2022 saylı qərardadından iddiaçının verdiyi kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə (X1, X3 və X2) qarşı Sabunçu rayon məhkəməsinin 2 (008)-7308/2021 saylı mülki iş üzrə qəbul edilən xx.xx.2021-ci il tarixli qərarın ləğv olunması, vəzifəli, hüquqi və fiziki şəxslərin hərəkətləri ( hərəkətsizlikləri) cinayət məsuliyyətinin predmeti olduğundan qanunsuz və qanunazidd hesab olunması, Azərbaycan Respublikasının İnzibati Məcəlləsinin 62-ci maddəsini rəhbər tutaraq, inzibati iş üzrə icraatda İddiaçı zərərçəkmiş fiziki şəxs hesab olunması, Sabunçu rayon məhkəməsinin 2(008)-7308/2021 saylı mülki iş üzrə xx.xx.2021-ci il tarixində qəbul etdiyi qərar ləğv olunması ilə yanaşı, inzibati iş materiallarının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120, 126.2.1, 134, 150.2.5 (hədə-qorxu), 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314 və 320-ci maddələri üzrə cinayət işinin qaldırılmasına dair qərarın verilməsi məqsədilə təhqiqat üçün Prokurorluğa göndərilməsinə dair ayrıca qər ar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4590/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1265/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə təqdim etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1265/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, iddiaçı dövlət hesabına vəkillə təmin olunmuşdur.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1265/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin olunduqdan sonra qərardad icra olunması üçün Azərbaycan Respublikası Vəkillər kollegiyasına göndərilmiş və iş Vəkil həvalə edilmişdir.
8. İddiaçının vəkili həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Mülki Prosessual Məcəllə (bundan sonra MPM): Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır...
10. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa q ayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə
22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb ol an məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. (-). Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tər əfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
94. Kasasiya şikayəti daxil olduqdan sonra apelyasiya instansiyası məhkəməsinin hərəkətləri 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-). Maddə
96. Ali Məhkəmədə icraat 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...
11. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni q üvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.
12. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addıml arı və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. KASSASİYA MÖVQEYİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA MƏHKƏMƏSİNİN
13. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iş materiallarında olan vəkilin orderi 2 iyun 2022-ci il tarixdə tərtib olunmuşdur. Kassasiya şikayəti isə 14 sentyabr 2022-ci il tarixdə apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur. Həmçinin kassasiya şikayəti iddiaçı tərəfindən imzalanmamışdır.
14. Bununla bağlı iddiaçıya göndərilmiş 5 noyabr 2022-ci il və 24 noyabr 2022-ci il tarixli bildirişlərdə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmiş, 28 noyabr 2022-ci il tarixinədək həmin nöqsanların aradan qaldırılması təklif olunmuş, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə iddiaçıya xəbərdarlıq olunmuşdur. İddiaçı bu barədə xəbərdar edilməsinə baxmayaraq, bildirişdə göstərilən çatışmazlığın aradan qaldırılması üçün hər hansı tədbir görməmişdir.
15. Kasasiya şikayəti iddiaçı tərəfindən imza edilmədiyindən və İPM-in 94.1-ci maddəsində nəzərdə tutulan 10 gün müddətində təqdim edilmədiyindən, həmçinin verilən müddətdə nöqsanlar aradan qaldırıl madığından kasasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
16. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2-1(103)-1265/2022 nömrəli qərardadından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.