Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2179/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “2019-cu ilin yekunlarına görə birdəfəlik pul mükafatı, 2018-ci il üçün əşya-geyim əmlakı əvəzinə verilən pul kompensasiyası, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək (ezamiyyətdə, məzuniyyətdə və digər xidmətdə olmadığı v axtlar istisna olmaqla) xidmət vaxtından artıq xidmətə görə ödəniş, 2018-ci il üçün kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hər il məzuniyyətə çıxarkən 2 aylıq pul təminatı məbləğində verilən müavinətin müvafiq qaydada hesablanaraq birdəfəlik ödəmək vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 2-1(103)-953/2023 nömrəli qərarından iddiaçının tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin xx.xx.2018-ciil tarixli, N №-li nizami hərbi hissə üzrə əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin əmrə əsasə n Dövlət Sərhəd Xidmətində Sərhəd Nəzarətində 3 (üç) ay müddətinə “Nəzarətçi heyətinin hazırlanması kursu” təşkil edilərək Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olan leytenant İddiaçı N fevral 2018-ci il tarixdən həmin kursa cəlb edilmişdir. Əsas: DSX rəisinin xx.xx.2018-ci il tarixli, 167ş/h nömrəli əmri.
2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin xx.xx.2018-ci il tarixli, N №-li nizami hərbi hissə üzrə əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin əmrə əsasən Sərhəd Nəzarətinin bazasında “Nəzarətçi heyətinin hazırlanması” kursunu bitirmiş və Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olan leytenant İddiaçı “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi 1-ci bölmənin zabit-nəzarətçisi (“Biləsuvar” sərhəd nəzarəti məntəqəsi 1- ci bölmənin baş nəzarətçisi hesabına) təyin edilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Əsas: DSX rəisinin xx.xx.2018-ci il tarixli, 618 ş/h nömrəli əmri.
3. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin xx.xx.2018-ci il tarixli, N №-li nizami hərbi hissə üzrə əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin əmrə əsasən Dövlət Sərhəd Xidməti rəisinin “Silahlı birləşmə rəhbərlərinin kadrlarla iş sahəsində vəzifələrinin müəyyən edilməsi haqqında” 24 iyul 2017-ci il tarixli, 0235 №-li əmrinin 1.1.1-ci bəndini rəhbər tutaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə müvafiq olaraq “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi sərhəd nəzarəti bölməsini zabitnəzarət çisi leytenant İddiaçı baş leytenant növbəti hərbi rütbəsi verilmişdir. Əsas: Sərhəd Nəzarəti rəisinin xx.xx.2018-ci il tarixli, 84 ş/h nömrəli əmri.
4. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli, N №-li nizami hərbi hissə üzrə əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin əmrə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi sərhəd nəzarəti bölməsini zabit-nəzarətçisi baş leytenant İddiaçı vəzifəsindən azad olunmaqla xx.xx.2019-cu il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsinə göndərilmiş, baş leytenant İddiaçı 2019-cu ilin növbəti məzuniyyətindən 45 (qırx beş) gün istifadə etmiş, məzuniyyət müavinəti və maddi yardım almışdır, baş leytenant İddiaçı xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan xidmət dövrünə görə birdəfəlik pul mükafatının 50%-ni almağa layiqdir, baş leytenant İddiaçı xx.xx.2019-cu il tarixə xidmət illəri: Təqvimi: 03 il 06 ay 05 gün. Əsas: Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2019-cu il tarixli 1557ş/h nömrəli əmri.
5. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İddiaçı məxsus xidmət dəftərçəsinin lazımi qaydada təsdiq olunmuş surətindən görü nür ki, İddiaçı Azərbaycan Respublikası MN xx.xx.2016-cı il tarixli, 0315 №-li əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”-nin 156-cı maddəsinin “a” bəndinə əsasən SQ-də həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 163 ş/h №-li əmrinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək zabit-taqım komandiri vəzifəsi ilə DSX rəisinin sərəncamında olmuş, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 618 ş/h №-li əmrinə əsasən xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə kimi “Biləsuvar” SNM 1-ci bölmənin zabit nəzarətçisi, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 0079 №-li əmrinə əsasən xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə kimi təşkilat-ştat dəyişiklikərinə müvafiq olaraq Dövlət Sərhəd Xidməti rəisin in sərəncamında, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 1131 ş/h №-li əmrinə əsasən xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə kimi “Biləsuvar” SNM sərhəd nəzarəti bölməsinin zabit nəzarətçisi işləmiş, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2019-cu il tarixli, 1557 ş/h №-li əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılıb. Hərbi qeydiyyata götürülmək üçün Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsinə göndərilib. xx.xx.2019-cu il tarixə xidmət illəri 03 il 06 ay 05 gün. xx.xx.2018-ci il tarixdən (DSX rəisinin xx.xx.2018-ci il tarixli, 618ş/ h əmri) xx.xx.2019-cu il tarixədək (DSX rəisinin xx.xx.2019-cu il tarixli, 1557ş/h əmri) DSX Sərhəd Nəzarəti “Biləsuvar” SNM “zabit nəzarətçisi” vəzifəsi Azərbaycan Respublikası NKnın xx.xx.1992-ci il tarixli, 631 saylı qərarının 2-ci maddəsinə əsasən xidmət illəri üçün əmsal 1.5 hesablanmışdır.
6. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin xx.xx.2018-ci il tarixli, 092 №-li sərhəd nəzarəti rəisinin birdəfəlik pul mükafatının verilməsi haqqında əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin əmrə əsasən 2018-ci il ərzində xidmət fəaliyyətində yüksək nəticələrə nail ola bilməyən və vəzifə borclarının icrası zamanı müəyyən nöqsanlara yol verən baş leytenant İddiaçı vəzifə və rütbə maaşının 1 misli, 50%-i həcmində birdəfəlik pul mük afatı verilmişdir.
7. Sərhəd Nəzarəti rəisinin 1-ci müavini tərəfindən Sərhəd nəzarəti rəisinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 3112 №-li və xx.xx.2019-cu il tarixli, 3445 №-li raportlardan çıxarışların lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, ay ərzində xidmət fəaliyyətində yüksək nəticələrə nail ola bilməyən və vəzifə borclarının icrası zamanı müəyyən nöqsanlara yol verən baş leytenant İddiaçı 150 manat həcmində aylıq pul mükafatının verilməsi təklif edilmişdir.
8. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli, 13 №-li “Dövlət sərhədindən buraxılış məntəqələrində xidmətin təşkil edilməsi haqqında” əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri, yüklər və digər əmlak üzərində etibarlı sərhəd nəzarətinin təmin edilməsi məqsədilə mövcud əməliyyat şəraitindən irəli gələrək sərhəd naryadlarının xidməti Dəniz limanlarında sərhəd nəzarəti şöbəsi, “Biləsuvar”, “Yalama”, “Xanoba”, “Mazımqara” – 24 saatlıq iş rejimində, “Astara”, “Samur”, “Şirvanlı”, “Muğanlı”, “Qırmızı Körpü”, “Böyükkəsik”, “Sadıxlı”, “Gəncə”, “Lənkəran” və “Qəbələ” dövlət sərhədindən buraxılış məntəqələrində - 12 saatlıq iş rejimində təşkil edilməsinə, X2 Aeroportu sərhəd nəzarəti şöbəsinin kişi hərbi qulluqçuların xidmət vaxtı 24 saat (xidmət yükü nəzərə alınmaqla), qadın hərbi qulluqçularına 12 saatlıq iş rejimi müəyyən edilməsinə əmr edilmişdir.
9. İddiaçıya məxsus şəxsi işin xidmət vərəqəsinin surətinin görünür ki, İddiaçı Sərhəd Nəzarətinin rəisinin xx. xx.2018-ci il (Q-3902, xx.xx.2018) tarixli əmrinə əsasən funksional vəzifələrinin icrasına səhlənkar yanaşdığı üçün, saxta sənədlə keçən TSP-ni aşkar edə bilmədiyi üçün şiddətli töhmət, xx.xx.2019-cu il tarixli əmrinə əsasən günün nizam qaydalarını pozduğu üçün töhmət, xx.xx.2019-cu il tarixli əmrinə əsasən verilmiş göstərişin icrasına məsuliyyətsiz yanaşdığına görə şiddətli töhmət, xx.xx.2019-cu il tarixli əmrinə əsasən xidməti vəzifələrinin icrasına zəif münasibət bəsləməsini, izahedici söhbətlər aparılmasına baxmayaraq göstərilən iraddan vaxtında nəticə çıxarmamasını, günün nizam və subordinasiya qaydalarını pozmasını, xidmət zamanı mobil telefondan istifadə edərək nöqsana yol verməsini nəzərə alınaraq vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq cəzaları verilmişdir. SN-ni rəisin in xx.xx.2019-cu il tarixli əmrinə əsasən Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümü münasibəti ilə İddiaçı xx.xx.2019-cu il tarixli “töhmət”, xx.xx.2019-cu il tarixli “şiddətli töhmət” intizam cəzaları, DSX rəisinin xx.xx.2019-cu il tarixli, 0233 №-li əmrinə əsasən Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümü münasibəti ilə xx.xx.2018-ci il tarixli “şiddətli töhmət”, xx.xx.2019-cu il tarixli “VTUOBX” intizam cəzaları üzərində götürülmüşdür. 10. “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi rəisi tərəfindən xx.xx.2019-cu il tarixdə təsdiq olunmuş “Biləsuvar” SNM-in şəxsi heyətinin 46 №-li paylama cədvəlinin surətindən görünür ki, İddiaçı 1 ədəd uzunqol köynək almışdır. - 2018-ci ilin 1-ci rübü üçün 4 №-li paylama cədvəlinin surətindən görünür ki, İddiaçı 1 ədəd y/xəz.göd., 1 ədəd y/üçbucaq köynək, 1 ədəd istiləşdirilmiş səhra göd., 1 ədəd qış səhra dəsti, 2 ədəd uzunqol köynək, 1 ədəd qış çəkməsi, 1 ədəd yay çəkməsi, 1 ədəd səhra botinkası, 1 ədəd əşya kisəsi, 1 ədəd zabit çantası, 2 ədəd günd. paqon, 1 ədəd qazança, 1 ədəd kakarda, 1 ədəd bel kəməri, plaş, 2 ədəd paqon səhra, 1 ədəd qan qrup, 1 ədəd məktub kiş. alımışdır. 11. 2018-ci ilin 2-ci rübü üçün 11 №-li paylama cədvəlinin surətindən görünür ki, İddiaçı 1 ədəd qısaqol köynək, 1 ədəd yay səhra dəsti almışdır. - 2018-ci ilin 4-ci rübü üçün 36 №-li paylama cədvəlinin surətindən görünür ki, İddiaçı 1 ədəd uzunqol köynək, 1 ədəd gündəlik paqon, 1 ədəd səhra şevronu almışdır.
12. Sərhəd Nəzarətinin rəisi tərəfindən xx.xx.2019-cu ildə təsdiq edilmiş “Sərhəd Nəzarətinin tərxis olunmuş hərbi qulluqçularının əşya geyim əvəzin ə verilən pul kompensasiyasının 8 №-li cədvəli”nin surətindən görünür ki, X1 279,30 manat məbləğində pulun ödənilməsi qeyd edilmişdir.
13. Ehtiyatda olan Sərhəd Nəzarətinin hərbi qulluqçusu baş leytenant İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilən vəsaitlərin açıqlaması barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2018-ci ildə aylıq əmək haqqı 318,37 manat, ərzaq 44,34 manat olmaqla cəmi 362,71 manat, xx.xx.2018-ci ildə aylıq əmək haqqı 436,02 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 498,1 manat, xx.xx.2018-ci ildə aylıq əmək haqqı 436,02 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 498,1 manat, xx.xx.2018-ci ildə aylıq əmək haqqı 776,17 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 838,25 manat, xx.xx.2018-ci ildə aylıq əmək haqqı 1119,36 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 1181,44 manat, xx.xx.2018-ci ildə aylıq əmək haqqı 881,95 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 944,03 manat, xx.xx.2018-ci ildə 617,00 manat maddi yardım, xx.xx.2018-ci ildə aylıq əmək haqqı 881,95 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 944,03 manat, xx.xx.2018-ci ildə aylıq əmək haqqı 937,11 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 999,19 manat, xx.xx.2018-ci ildə aylıq əmək haqqı 922,29 manat, ərzaq pulu 62,08 manat, məzuniyyət pulu 495,00 manat olmaqla cəmi 1479,37 manat, xx.xx.2018-ci ildə aylıq əmək haqqı 798,22 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 860,30 manat, xx.xx.2018-ci ildə aylıq əmək haqqı 798,22 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 860,30 manat, xx.xx.2018-ci ildə mükafat pulu 500,00 manat, xx.xx.2018-ci ildə BPM (birdəfəlik pul mükafatı) pulu 516,67 manat, xx.xx.2018-ci ildə mükafat pulu 250,00 manat, xx.xx.2019- cu ildə aylıq əmək haqqı 802,01 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 864,09 manat, xx.xx.2019-cu ildə aylıq əmək haqqı 802,01 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 864,09 manat, xx.xx.2019-cu ildə aylıq əmək haqqı 802,01 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 864,09 manat, xx.xx.2019-cu ildə mükafat pulu 500,00 manat, xx.xx.2019-cu ildə məzuniyyət pulu 495,00 manat, maddi yardım 620,00 manat, xx.xx.2019-cu ildə mükafat pulu 250,00 manat, xx.xx.2019-cu ildə aylıq əmək haqqı 802,01 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 864,09 manat, xx.xx.2019-cu ildə mükafat pulu 250,00 manat, xx.xx.2019-cu ildə ezam pulu 18,00 manat, xx.xx.2019-cu ildə aylıq əmək haqqı 802,01 manat, ərzaq pulu 62,08 manat ol maqla cəmi 864,09 manat, xx.xx.2019-cu ildə mükafat pulu 250,00 manat, xx.xx.2019-cu ildə aylıq əmək haqqı 802,01 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 864,09 manat, xx.xx.2019-cu ildə mükafat pulu 150,00 manat, xx.xx.2019-cu ildə aylıq əmək haqqı 802,01 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 864,09 manat, xx.xx.2019-cu ildə mükafat pulu 150,00 manat, xx.xx.2019-cu ildə aylıq əmək haqqı 802,01 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 864,09 manat, xx.xx.2019-cu ildə mükafat pulu 250,00 manat, xx.xx.2019cu ildə aylıq əmək haqqı 802,01 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 864,09 manat, xx.xx.2019-cu ildə mükafat pulu 250,00 manat, 14.010.2019-cu ildə aylıq əmək haqqı 1182,92 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 1245,00 manat, xx.xx.2019cu ildə mükafata görə 250,00 mana t, xx.xx.2019-cu ildə aylıq əmək haqqı 35,38 manat, ərzaq pulu 2,07 manat, BPM (birdəfəlik pul mükafatı) pulu 640,83 manat, işdən çıxma pulu 1538,00 manat, cəmi 2216,28 manat ödənilmişdir.
14. Cavabdeh tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdə saat 20:00-dan xx.xx.2018-ci il tarixdə saat 09:00-dək baş leytenant İddiaçı tərəfindən 328 nəfər, xx.xx.2019-cu il tarixdə saat 09:-dan xx.xx.2019-cu il tarixdə saat 20:00-dək 257 nəfər şəxs rəsmiləşdirilərək dövlət sərhədindən buraxılmışdır. 15. “21-22” dekabr 2018-ci il tarix üçün -“Biləsuvar” sərhəd nəzarəti məntəqəsinin sərhəd nəzarəti bölməsinin sərhədin mühafizə kitabının 3.b) bölməsindən çıxarışdan görünür ki, baş leytenant İddiaçı sənədlərin yoxlanışı xidmət sahəsində 20:00-09:00-da xidmətdə olmuşdur. 16. “01-02” may 2019-cu il tarix üçün -“Biləsuvar” sərhəd nəzarəti məntəqəsinin sərhəd nəzarəti bölməsinin sərhədin mühafizə kitabının 3.b) bölməsindən çıxarışdan görünür ki, baş leytenant İddiaçı sənədlərin yoxlanışı xidmət sahəsində 20:00-09:00-da xidmətdə olmuşdur.. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
17. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək 2019-cu ilin yekunlarına görə birdəfəlik pul mükafatı, 2018-ci il üçün əşya-geyim əmlakı əvəzinə verilən pul kompensasiyası, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək (ezamiyyətdə, məzuniyyətdə və digər xidmətdə olmadığı vaxtlar istisna olmaqla) xidmət vaxtından artıq xidmətə görə ödəniş, 2018-ci il üçün kəşfiyyat və əks-k əşfiyyat fəaliyyəti subyektlərinə hər il məzuniyyətə çıxarkən 2 aylıq pul təminatı məbləğində verilən müavinətin müvafiq qaydada hesablanaraq birdəfəlik ödəmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətində zabit kimi həqiqi hərbi xidmətə başlamışdır. xx.xx.2018-ci il tarixdə xidmətini davam etdirmək üçün X3 Məntəqəsinə zabit-nəzarətçi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2019-cu il tarixədək X3 Məntəqəsində zabit-nəzarətçi vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. Sözügedən Məntəqədə xidmət vaxtı həftədə 84 saat təşkil edir. Xidmətin təşkili isə sutka ərzində heç bir istirahət vaxtı verilmədən aparılır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçuların istirahət hüququ həftədə 41 saatdan çox olmayan xidmət vaxtının müəyyən edilməsi, həftəlik istirahət günlərinin, iş günü hesab edilməyən bayram günlərinin, illik məzuniyyətlərin və başqa ödənişli məzuniyyətlərin, habelə dincəlmək və qidalanmaq üçün gündəlik fasilələrin verilməsi yolu ilə təmin edilir. Xidmət həftəsinin müddəti zabitlər üçün - iki istirahət günü ilə beşgünlük müəyyən edilir. Onun xidmət etdiyi müddət ərzində ona ödənilmiş əmək haqqı həftəlik 41 saat iş vaxtı üçün nəzərdə tutulmuş miqdarda olmuşdur. Ona məlum olan DSX-nın ona ödəmədiyi, yaxud natamam ödədiyi ödənişlər aşağıdakılardır: 2018-2019-cu illər üzrə ilin yekunlarına görə birdəfəlik pul mükafatının ödənilməmiş hissəsi - 50% həcmi. Belə ki, DSX-nin xx.xx.2020-ci tarixli 10/68 nömrəli məktubundan da göründüyü kimi 2018-2019-cu illər üzrə ilin yekunlarına görə birdəfəlik pul mükafatı ona 50% həcmində olmaqla ödənilmişdir. Hesab edir ki, bu mövcud qanunvericiliyə uyğun deyildir. Belə ki, hər iki ildə ona verilmiş heç bir intizam cəzasının əsası olmamışdır. İzahatlarında da bu hal öz əksini tapır. Hətta intizam cəzaları əsaslı olsa belə DSX-nin 100-cü ildönümü ilə əlaqədar xx.xx.2019-cu il tarixdə bütün DSX hərbi qulluqçularının intizam cəzaları DSX rəisinin əmrinə əsasən götürülmüşdür. 2018-2019-cu illər üçün əşya-geyim əmlakı əvəzinə pul kompensasiyasının xx.xx.2020-ci il tarixdə ödənilmiş 279.30 AZN məbləğindən geriyə qalan ödənilməmiş hissəsi. Belə ki, Nazirlər Kabinetinin 80 nömrəli qərarına əsasən müəyyən edilmiş, lakin təmin olunmadığı təminat normaları əvəzinə pul kompensasiyası ona tam həcmdə ödənilməmişdir. Nazirlər Kabinetinin 19 may 1992-ci il tarixli, 271 nömrəli Qərarının 7-ci bəndində “maddi əmlak əvəzinə pul kompensasiyası və hərbi paltar tikdirmək üçün müəyyən olunmuş normalara əsasən pul vəsaiti” xüsusi qeyd olunmuşdur. xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərinin hər birində ödənilmiş 150 AZN aylıq pul mükafatının ödənilməmiş hissəsi olan hər ay üçün 100 AZN-cəmi 200 AZN. Belə ki, yuxarıda da qeyd etdiyi kimi araşdırılan zaman da müəyyən ediləcəkdir ki, ona verilmiş heç bir intizam cəzası əsaslı olmamış, həmçinin İntizam Nizamnaməsinə uyğun elan olunmamışdır. Verilmiş intizam cəzalarına etiraz etsə də onun izahatı alınmış, lakin intizam cəzaları üzərindən götürülməmişdir. Qeyd olun an tarixlərdəki aylıq pul mükafatları da həmin əsassız cəzalar səbəbilə tam ödənilməmişdir. Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulandan daha çox xidmət saatı üçün nəzərdə tutulmuş əlavə kompensasiya. Belə ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək həftədə 84 saat hərbi xidmətdə olmuşdur. Bu faktı "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində onun tərəfindən daxil edilmiş məlumatların daxil edilmə vaxtı da təsdiq edir. Aydın məsələdir ki, xidmətdə olmadığı vaxt onun həmin sistemə girişi mümkün deyildir. Halbuki bu müddət “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci hissəsinə əsasən 41 saatdan çox olmamalıdır. Deməli həmin vaxtın 41 saatdan artıq olan hissəsi istirahət vaxtına düşdüyünə görə ən a zı vəzifə maaşının deyil, təminat xərcliyinin (vəzifə maaşı, rütbə maaşı, ərzaq pulu, maddi yardım, aylıq və illik pul mükafatı, məxfiçiliyə görə əlavə, xidmət illərinə görə əlavə və s.) 2 qatı məbləğində ödənilməlidir. Belə ki, 41 saat üçün sadalanan bütün ödənişlər ödənilirsə, deməli 84 saat üçün də buna müvafiq ödənişlər tam həcmdə ödənilməlidir. Ərzaq payı əvəzinə verilən pul kompensasiyasının ödənilməmiş hissəsi - 50% miqdarı. Belə ki, Nazirlər Kabinetinin 8 yanvar 2013-cü il tarixli 2 saylı qərarının 14-cü bəndində Nazirlər Kabinetinin 1992-ci il 19 may tarixli 271 nömrəli qərarının 1-ci hissəsi və 2001-ci il 19 iyul tarixli 125-6 nömrəli qərarı 2012-ci il 31 dekabr tarixindən ləğv edilməsi və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının miqdarının 2 dəfə artırılması nəzərdə tutu lmuşdur. Lakin ona bütün xidmət dövrü üçün bu məbləğin 50% miqdarı - 64 AZN ödənilmişdir. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 20.6-cı və "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci maddəsinə əsasən hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində verilən müavinət. Bildirir ki, yuxarıda göstərilənlər ona ödənilməmiş ödənişlərin yalnız ona məlum olanlardır. Əmindir ki, ona ödənilməmiş bir neçə ödəniş növü daha mövcuddur. xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müra ciət edərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ona həmin qurumda xidmət etdiyi müddətdə və ehtiyata buraxıldıqdan sonra ödəməli olduğu, lakin ödəmədiyi bütün ödənişləri ödəməsini tələb etmişdir. Sözügedən ödənişləri ona ödəməsi üçün Dövlət Sərhəd Xidmətinə müraciət etmədiyi üçün xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir və həmin tarixdə ərizəsi təmin edilərək iş üzrə icraata xitam verilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmışdır. xx.xx.2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinə ona ödənilməmiş bütün ödənişlərin tam həcmdə ödənilməsi üçün müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə ona 234 AZN miqdarında “ezamiyyət pulu” ödənişi ödənildi. DSX xx.xx.2020-ci il tarixli müraciətinə xx.xx.2020-ci il tarixdə məktubla cavab verərək ona ödənilməli olan hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyasının həqiqətən ödənilmədiyini bildirmiş və xx.xx.2020-ci il tarixdə bu ödənişin bir hissəsini - 279,30 AZN ona ödəmiş, lakin digər ödənişlər barədə heç bir rəy bildirməmişdir. xx.xx.2020-ci il tarixdə yenidən Dövlət Sərhəd Xidmətinə müraciət edərək ezamiyyət pulu və hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilmiş hissəsi istisna olmaqla qalan bütün ödənişləri ödəmələrini xahiş etmişdir. Bu məktuba cavab olaraq xx.xx.2020-ci il tarixdə ona həmin tarixədək ödənilmiş məbləğlər barədə məlumat göndərməklə yanaşı yerdəyişmə müavinətinin və kirayə kompensasiyasının ödənilməsi üçün onun Sərhəd Nəzarəti nə müraciət etməli olduğunu bildirdilər. Lakin artıq xidmət saatlarına görə kompensasiya barədə məktubda heç bir məlumat göstərilməmişdi. xx.xx.2020-ci il tarixdə bir daha ona xidməti dövründə və ehtiyata buraxıldıqdan sonra ödənilməmiş bütün ödənişlərin ödənilməsi barədə Dövlət Sərhəd Xidmətinə müraciət etmişdir. Lakin bu günədək ona Xidmət tərəfindən heç bir cavab gəlməmişdir.
19. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, İddiaçı 16 fevral 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətində zabit qismində hərbi xidmətə qəbul olunaraq (Sərhəd Nəzarəti rəisinin xx.xx.2018-ci il tarixli N №-li əmrindən çıxarış əlavə olunur), Sərhəd Nəzarətində təşkil olunmuş «N əzarətçi heyətinin hazırlığı» kursuna cəlb edilmişdir. «Nəzarətçi heyətinin hazırlığı» kursunu bitirdikdən sonra xidmətini davam etdirmək üçün 03 may 2018-ci il tarixdə «Biləsuvar» sərhəd nəzarəti məntəqəsinə, sərhəd nəzarəti bölməsinin zabit nəzarətçisi vəzifəsinə təyin olunmuşdur (Sərhəd Nəzarəti rəisinin xx.xx.2018-ci il tarixli N №-li əmrindən çıxarış əlavə olunur). 18 avqust 2018-ci il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə müvafiq olaraq İddiaçı baş leytenant hərbi rütbəsi verilmişdir (Sərhəd Nəzarəti rəisinin xx.xx.2018-ci il tarixli N №-li əmrindən çıxarış əlavə olunur). Baş leytenant İddiaçı xx.xx.2019-cu il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müdd əti başa çatdığına görə) müvafiq olaraq DSX-də həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmışdır (Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli N №-li əmrindən çıxarış əlavə olunur). İddiaçı iddia ərizəsində qeyd etdiyi bəndlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: İddiaçı xidmət etdiyi müddət ərzində intizam məsuliyyətinə cəlb olunduğu üçün (F.X5 Xidməti rəisinin xx.xx.2014- cü il tarixli, 0166 nömrəli (“Hərbi qulluqçular tərəfindən müraciət qaydalarının pozulmasının yol verilməzliyi haqqında” əmrinin tələblərini pozaraq 10 iyun 2019-cu il tarixdə Dövlət Sərhəd Xidməti rəisinin ünvanına şikayət məzmunlu məktubla müraciət etdiyi üçün Sərhəd Nəzarəti rəisinin vəzifə səlahiyyətləri çərçivəsində «Şiddətli töhmət» intizam məsuliyyətinə cəlb olu nmuşdur) Sərhəd Nəzarəti rəisinin əmrinə əsasən birdəfəlik pul mükafatı 50% həcmində 2018-ci il üçün 516.67 (beş yüz on altı manat altmış yeddi qəpik) AZN, 2019-cu ildə isə, yəni Silahlı Qüvvələrin ehtiyatına buraxılan zaman xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr üzrə isə “birdəfəlik pul mükafatı” 640.83 (altı yüz qırx manat səksən üç qəpik) manat ödənilmişdir. İddiaçı hərbi xidmət dövründə əşyageyim əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi Nazirlər Kabinetinin 31 may 2004-cü il tarixli 80 nömrəli qərarına əsasən müəyyən edilmiş normalar əsasında hesablamalar Sərhəd Nəzarətinin MTTŞ-i tərəfindən hazırlanaraq xx.xx.2019-cu il tarixli, 10/7057 nömrəli məktubla Dövlət Sərhəd Xidmətinin Maliyyə Plan İdarəsinə göndərilmiş və xx.xx.2020-ci il tarixdə 279.30 AZN (iki yüz yetmiş doqquz manat otuz qəpik) onun bank hesab nömrəsinə köçürülmüşdür (Nazirlər Kabinetinin 31 may 2004-cü il tarixli 80 nömrəli qərarının surəti əlavə olunur). “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1358 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.3-cü bəndinə əsasən 2.6.1-1-ci yarımbəndinə əlavə edilmiş hər ay 250.000 manatı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sosial müdafiəsini gücləndi rmək məqsədi ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hesabına köçürülən pul vəsaiti hesabına hərbi qulluqçulara verilən aylıq pul mükafatı İddiaçı yüksək nəticəyə nail olmadığına və vəzifə borclarının icrası zaman intizam məsuliyyətinə cəlb olunduğuna görə Sərhəd Nəzarəti rəisinin 1-ci müavini qərargah rəisi tərəfindən yazılmış raport əsasında 2019-cu ilin iyun və iyul aylarında 250.0 (iki yüz əlli) manatdan 150.0 (yüz əlli) manata endirilmişdir (Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1358 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının surəti, Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli K/3213 nömrəli raportunun surəti. xx.xx.2019-cu il tarixli 3112 və xx.xx.2019-cu il tarixli R-3445 nömrəli raportla rdan çıxarışlar əlavə olunur). “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin “q” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilmiş qaydada və Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli, 13 nömrəli əmrinə əsasən "Biləsuvar" sərhəd nəzarəti şöbəsinin şəxsi heyəti sutkalıq xidmətə cəlb olunduğu üçün sabiq hərbi qulluqçu İddiaçı da sutkalıq xidmətlərə təyin edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminat növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli Qərarında üstəlik pul təminatının növlərinə xidmət saatlarından artıq xi dmətə görə əlavə ödənişlər nəzərdə tutulmamışdır (“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun surəti, Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli Qərarının surəti və Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli, 13 №-li əmrindən çıxarış əlavə olunur). Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2008-ci il tarixli, 2902 nömrəli sərəncamının 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumların hərbi qulluqçularına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği iki dəfə artırılaraq 32 manatdan 64 manat müəyyən edilmişdir. Nazirlər Kabinetinin 08 yanvar 2013-cü il tarixli 2 saylı qərarına əsasən ərzaq payı “normalarının miqdarı artırılmış, lakin ərzaq payı əvəzinə verilə n aylıq pul kompensasiyasının məbləğində hər hansı bir artım olmadığı üçün 64 manatdan hesablanmışdır (Nazirlər Kabinetinin 19 may 1992-ci il tarixli 271 saylı qərarının surəti, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2008-ci il tarixli 2902 nömrəli Sərəncamının surəti və Nazirlər Kabinetinin 08 yanvar 2013-cü il tarixli 2 saylı qərarının surəti əlavə olunur). İddiaçı "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun 20.6-cı və "Kəşfiyyat və Əks-kəşfiyyat subyektlərinin Səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, Kəşfiyyat və Əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanının 1-ci maddəsinə əsasən fəaliyyət subyekti olmadığı üçün qeyd olunan müavinətl ər İddiaçı ödənilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
20. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 16/6060 №-li məktuba əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə xidməti barədə “Biləsuvar” sərhəd nəzarəti şöbəsinin sərhəd nəzarəti bölməsinin “sərhədin mühafizə kitabı”nın 4.ç bölməsindən çıxarışlar təqdim edilmişdir.
21. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 2/1982 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş ümumqoşun ərzaq pay ı normasının əvəzinə verilən pul kompensasiyasının məbləği 64 (altmış dörd) manat müəyyən olunmuşdur. Həmçinin əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 200 nömrəli Qərarına əsasən zabit heyətindən olan şəxslər, gizirlər (miçmanlar), qadın hərbi qulluqçular və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata və istefaya buraxılarkən axırıncı 36 ayda təminat normalarına əsasən alınmamış geyim əşyaları əvəzinə pul kompensasiyası almaq hüququna malikdirlər.
22. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 16/6103 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2008-ci il tarixl i 2991 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının ərzaq payı əvəzinə verilən pul kompensasiyasının məbləği 2 dəfə artırılaraq 64,00 manat müəyyən edilmişdir. Bundan başqa, DSX-nin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları Nazirlər Kabinetinin 31 may 2004-cü il tarixli 80 nömrəli qərarı ilə tənzimlənir. Həmçinin İddiaçı Abdusalam oğlunun xidmət etdiyi N nömrəli hərbi hissəyə şamil edilmiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti əlavələri DSX rəisinin xx.xx.2019-cu il tarixli tam məxfi 0016 nömrəli əmrinə əsasən xx.xx.2019-cu il tarixdən tam qüvvədən düşmüşdür.
23. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-308/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia qismən təmin edilərək 2018 -ci il üçün kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hər il məzuniyyətə çıxarkən 2 aylıq pul təminatı məbləğində verilən müavinətin müvafiq qaydada hesablanaraq iddiaçıya birdəfəlik ödəmək vəzifəsinin cavabdehə həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.
24. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin xx.xx.2018-ci il tarixli, N №-li nizami hərbi hissə üzrə əmrinə əsasən N fevral 2018-ci il tarixdən Dövlət Sərhəd Xidmətində Sərhəd Nəzarətində 3 (üç) ay müddətinə “Nəzarətçi heyətinin hazırlanması kursu”na cəlb edilmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin xx.xx.2018-ci il tarixli, N №-li nizami hərbi hissə üzrə əmrinə əsasən Abdu lsalam oğlu “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi 1-ci bölmənin zabit-nəzarətçisi (“Biləsuvar” sərhəd nəzarəti məntəqəsi 1-ci bölmənin baş nəzarətçisi hesabına) təyin edilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli, N №-li nizami hərbi hissə üzrə əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi sərhəd nəzarəti bölməsini zabit-nəzarətçisi vəzifəsindən azad olunmaqla xx.xx.2019-cu il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Hazırda iddiaçı Fariz X5 Xidmətinə qarşı iddia qaldıraraq 2019-cu ilin yekunlarına görə birdəfəlik pul mükafatının, 2018-ci il üçün əşya-geyim əmlakı əvəzinə verilən pul kompensasiyasının, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək (ezamiyyətdə, məzuniyyətdə və digər xidmətdə olmadığı vaxtlar istisna olmaqla) xidmət vaxtından artıq xidmətə görə ödənişin, 2018-ci il üçün kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektlərinə hər il məzuniyyətə çıxarkən 2 aylıq pul təminatı məbləğində verilən müavinətin müvafiq qaydada hesablanaraq birdəfəlik ödənilməsi tələbini inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir.
25. Məhkəmə iddiaçı tərəfindən mübahisələndirilən hallara ayrı-ayrılıqda hüquqi qiymət verilməsini zəruri hesab etmişdir.
26. Məhkəmə iddiaçının “2019-cu ilin yekunlarına görə birdəfəlik pul mükafatının ödənilməsi ilə” bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdehin müvafiq əmrinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan xidmət dövrünə görə birdəfəlik pul mükafatının 50%-i ödənilsə də iddiaçı həmin məbləğin 100% ödənilməli olmasını iddia edir və iddiasını intizam cəzalarının xx.xx.2019-cu ildən götürülməsi ilə əsaslandırır.
27. Məhkəmə qeyd edir ki, il ərzində verilən məzuniyyət müavinəti və yaxud maddi yardım hərbi hissə rəhbərliyinin mülahizəsindən asılı olmayaraq qanunun birbaşa göstərişindən irəli gəlməklə ödənildiyi halda, birdəfəlik pul mükafatı adından da göründüyü kimi qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və nöqsansız i ntizama görə verilir. Yəni, birdəfəlik pul mükafatı hərbi hissə rəhbərliyinin mülahizəsindən asılı olaraq verilən pul təminatıdır. Hərbi qulluqçunun hərbi hissə rəhbərliyinin mülahizəsindən asılı olaraq alınan əlavələrinə münasibətdə isə nəzərə alınmalıdır ki, hərbi qulluqçunun həmin mükafata layiq görüləcəyi qənaətinə gəlmək inzibati orqanın diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Başqa sözlə, yalnız hərbi hissə rəhbərliyinin qiymətləndirməsi ilə hərbi qulluqçu birdəfəlik pul mükafatına layiq olduğu qənaətinə gəlindikdə müvafiq əmrlə pul mükafatı verilir.
28. İddiaçı hərbi hissənin rəhbərliyinin müvafiq əmrinə əsasən xidmət dövrünə görə birdəfəlik pul mükafatının 50%-ni almağa layiq görülmüşdür. Hərbi qulluqçunun birdəfəlik pul mükafatına layiq olması hərbi hissə rəhbərliyini n qiymətləndirməsindən irəli gəldiyindən, iddiaçıya birdəfəlik pul mükafatının 50%-nin ödənilməsi ilə bağlı müvafiq qərarın qəbul edilməsi zamanı cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi halları müəyyən edilməmişdir.
29. Belə olan halda iddia tələbinin 2019-cu ilin yekunlarına görə birdəfəlik pul mükafatının ödənilməsi ilə bağlı hissəsi təmin edilməməlidir.
30. Məhkəmə iddia tələbinin “2018-ci il üçün əşya-geyim əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçıya 2019-cu ildə ehtiyata buraxılan zaman əşya-geyim əmlakı əvəzinə verilən pul kompensasiyası ödənilmişdir. Məhkəmə araşdırıl ması zamanı iddiaçıya cavabdeh inzibati orqan tərəfindən 2018-2019-cu illər ərzində əşya-geyimin verildiyi müəyyən edilmişdir. İddiaçının özü də 2018-ci il ərzində ona əşya-geyimin verildiyini qəbul etsə də ona verilməli olan, lakin verilməyən əşya-geyim əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsini tələb edir.
31. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının “xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək (ezamiyyətdə, məzuniyyətdə və digər xidmətdə olmadığı vaxtlar istisna olmaqla) xidmət vaxtından artıq xidmətə görə ödəniş edilməsi” ilə bağlı tələbinin təmin edilməməsindən cavabdeh inzibati orqanının imtinası qanuni və əsaslı olmuşdur. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir.
32. Məhkəmə iddia tələbinin “2018-ci il üçün kəşfiyyat və əks kəşfiyya t fəaliyyəti subyektlərinə hər il məzuniyyətə çıxarkən 2 aylıq pul təminatı məbləğində verilən müavinətin müvafiq qaydada hesablanaraq birdəfəlik ödəmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi əsaslıdır.
33. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməli və 2018-ci il üçün kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hər il məzuniyyətə çıxarkən 2 aylıq pul təminatı məbləğində verilən müavinətin müvafiq qaydada hesablanaraq İddiaçı birdəfəlik ödəmək vəzifəsi cavabdehə həvalə edilməlidir.
34. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qi smən təmin edilməli, 2018-ci il üçün kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hər il məzuniyyətə çıxarkən 2 aylıq pul təminatı məbləğində verilən müavinətin müvafiq qaydada hesablanaraq İddiaçı birdəfəlik ödəmək vəzifəsi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
35. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2018-ci il tarixli, 0251 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 1.1-ci, 1.1.1.-ci, 1.1.2.-ci 1.2-ci, 1.2.1.-ci, 1.2.2.-ci, 1.2.3-ci, - 2.1-ci, 2.2-ci, 2.4-cü, 3.12-ci, 3.12.1.-ci, 3.12.2.-ci, 3.12.3.-cü, 44.81-ci bəndlərinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı, 2.0.7-ci maddələrinə, “Kəşfiyyat və ək s kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci, 14.1-ci, 20.1-ci, 20.6-cı maddələrinə, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 186 №-li, 28 yanvar 2005-ci il tarixli Fərmanının 1-ci hissəsinə, “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci, 14.1-ci, 20.1-ci, 20.6-cı maddələrinə istinad etmişdir.
36. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın – iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
37. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 2-1(103)-953/2023 nömrəli qərarı ilə (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-308/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
39. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının qismən, yəni iddianın rədd olunmuş hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərar qəbul edilərək iddianın təmin edilməyən hissədə də təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. K assasiya şikayətinin dəlilləri
40. Cavabdehin 2019-cu ilin yekunlarına görə iddiaçıya birdəfəlik pul mükafatının 100% deyil, 50% həcmdə verilməsinin yeganə dəlili kimi qeyd edilmiş “Sərhəd nəzarəti rəisi tərəfindən ona “Hərbi qulluqçular tərəfindən müraciət qaydalarının pozulmasının yol verilməzliyi haqqında” əmrin tələblərini pozduğu üçün verilən xx.xx.2019-cu il tarixli şiddətli töhmət intizam cəzası” iddiaçıya, ümumiyyətlə, verilməmişdir. Həmin cəza iş materiallarında olan xidməti vərəqədə də mövcud deyildir. Cavabdeh əsaslandığı həmin intizam cəzasının mövcudluğunu sübut edə bilməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi də iddiaçıya xx.xx.2019-cu il tarixli şiddətli töhmət intizam cəzasının verilibverilməməsini araşdırmamışdır.
41. Sərhəd nəzarəti rəisinin 1 noyabr 2019-cu i l tarixli 0305 nömrəli əmrindən çıxarışdan da göründüyü kimi 2019-cu ilin yekunlarına görə birdəfəlik pul mükafatının verilməsi əmrində mükafatın hansı səbəbdən 50% ödənilməsi barədə bir cümlə belə mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi bu dəlilləri araşdırmamış, bu məsələyə sadəcə “diskresion səlahiyyət” adını verib keçmişdir. Halbuki belə olan halda iddiaçının “İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsində qeyd edilən “Diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək” hüququ, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 16-cı maddəsinin 2-ci hissəsində qeyd edilən “mükafatlandırılma” hüququ, “Dövlət “Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 4.81-ci maddəsində nəzərdə tutulan “Əsas vəzifə və hərbi rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı almaq” hüququ, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində qeyd olunan bərabərlik hüququ, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulan “dövlət hesabına təminat xərcliyi almaq” hüququ məhdudlaşdırılmış olur.
42. Apellyasiya instansiyası məhkəməsi sənədlərin saxlama müddətinin 3 il olduğunu və həmin müddət ötdüyü üçün təhvil verilmiş əşya əmlaklarını təsdiq edən sənədlərin məhv edilmiş olduğu dəlilinə əsasən iddianın “əşya-geyim əmlakı əvəzinə verilən pul kompensasiyası” hissəsində birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmaqla səhvə yol vermişdir. Belə ki, hərbi qulluqçulara əşya-əmlakın verilməsi və hərbi qulluqçular tərəfindən onların təhvil alınması paylama cədvəlləri ilə sənədləşdirilir ki, xidmət müddəti dövründə onun təhvil aldığı bütün əşya-əmlakın siyahısını, adını və miqdarını özündə əks etdirən ümumilikdə 5 ədəd (xx.xx.2018-ci il tarixli 4 nömrəli, 2018-ci il tarixli 11 nömrəli, xx.xx.2018-ci il tarixli 36 nömrəli, 2019-cu il tarixli 25 nömrəli və xx.xx.2019-ci il tarixli 46 nömrəli) paylama cədvəli cavabdeh tərəfindən 2020-ci ildə məhkəməyə təqdim edilmişdir və iş materiallarında mövcuddur. Əgər iddiaçının əvəzinə kompensasiya tələb etdiyi əşya-əmlaklar da ona verilmiş olsa idi, 2020-ci ildə yuxarıda sadalanan paylama cədvəlləri məhkəməyə təqdim edilən zaman digərləri də təqdim edilərdi. Çünki həmin vaxt onların saxlama müddəti bitməmişdi.
43. Hazırki iş üzrə də iddiaçının dövlət hesabına əşya-əmlak ilə təmin edilmədiyini cavabdeh sübut edə bilməmi şdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə onun bərabərlik və mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, əşya-əmlakın verilməsini təsdiq edən sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilməsi ilə bağlı ona verilməmiş əşya-əmlakı əvəzinə kompensasiyanın ödənilməməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi, “Hərbi qulluqçuların statusu haqqında” Qanun, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci hissəsi və Avropa Məhkəməsinin presedent xarakterli qərarları baxımından mülkiyyət hüququnun pozulmasına səbəb olur.
44. Bundan başqa, o, həftədə 41 saat xidmət etməli olduğu halda heç bir əlavə ödəniş edilmədən həftədə 84 saat xidmət etmişdir. Qarşı tərəfin məhkəməyə təqdim etdiyi hər sutka üzrə Xidmət saatları cədvəli həftədə orta hesabla 84 saat xidmət etdiyini, əmək haqqı barədə arayış isə əlavə xidmət müddətinə görə heç bir ödəniş almadığını təsdiq edir. 45. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 23-cü maddəsinin 1-ci hissəsinin “q” bəndinə əsasən hərbi qulluqçuların istirahət hüququnun məhdudlaşdırıla bilməsi onun artıq xidmət etdiyi saatlara görə ona əlavə ödənişin verilməməsi anlamına gəlmir. Xidmətdən artıq işləməyi məcbur edən Sərhəd nəzarəti rəisinin əmri və X3 Məntəqəsinin Sərhəd nəzarəti bölməsinin rəisinin əmri olmuşdur. Komandirin və rəisin əmri onun tabeçiliyində olan hərbi qulluqçular üçün məcburidir və həmin əmrin icra edilməməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. İddiaçı da əmrə uyğun olaraq artıq işləmiş və artıq işin ödənilməməsi nə Qanunun mənasına, nə də hərfinə uyğun gəlmir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-cı maddəsinin V hissəsinə əsasən məcburi işlədilməsinə yol verilən şəxslərin əməyi belə Qanuna əsasən ödənilir. Xidmət vaxtından artıq xidmətə görə ödənişin adının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 562 nömrəli Qərarında və “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”də olmaması ilə bağlı iddiaçı bildirir ki, xidmət vaxtından artıq iş əsas iş dövrü ilə eyni qaydada ödənilir, yəni həmin ödəniş də təminat xərcliyınin tərkibinə daxil olan ödənişlərdən (vəzifə maaşı, rütbə maaşı və s.) ibarətdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 47. “İnzibati icraat haqqında” Qanun: 2. 0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidi.
48. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2018-ci il tarixli, 0251 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”: 1.1-ci bəndinə görə pul təminatı haqqında Əsasnamə il ə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatının norma və ödəniş qaydaları müəyyən edilir. DSX-nin hərbi qulluqçularının pul təminatı aşağıdakılardan ibarətdir: 1.1.1. hərbi rütbə və vəzifə maaşlarından; 1.1.2. pul təminatının əlavə növlərindən və yol təminatından. 1.2-ci bəndinə əsasən bu Əsasnaməyə görə pul təminatı aşağıdakı hərbi qulluqçulara ödənilir: 1.2.1. Dövlət Sərhəd Xidmətinin aparatında, hərbi birləşmələrində, habelə digər struktur bölmələrində vəzifədə olanlara; 1.2.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına; 1.2.3. DSX-nin hərbi hissələrində sərəncamda olanlara 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası DSX-də xidmət edən zabitlərin hərbi rütbələrinə görə maaşları Azərbaycan Respublikası Nazirl ər Kabinetinin “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının rütbə maaşları məbləğlərinin təsdiq edilməsi haqqında” Qərarı ilə təsdiq edilmiş məbləğdə ödənilir. 2.2-ci bəndinə əsasən hərbi qulluqçulara hərbi rütbəyə görə maaşlar hərbi rütbənin verilməsi haqqında əmrin imzalandığı gündən ödənilir. 2.4-cü bəndinə görə zabitlərə vəzifə maaşları DSX-nin hərbi hissələrinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin və digər struktur qurumların ştatında tutduqları vəzifələrə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş məbləğdə ödənilir. 3.12-ci bəndinə görə sərəncamda olma dövründə tutduqları vəzifədən azad olunmuş, o cümlədən hərbi hissənin yeni ştata keçməsi və ya ştatların qismən dəyişməsi zamanı zabitlərə, gizirlərə, miçmanlara və müdd ətdən artıq həqiqi hərbi xidmət qulluqçularına vəzifədən azad edilmə günündən pul təminatı aşağıdakı qaydada ödənilir: 3.12.1. birinci iki ay üçün - vəzifə, rütbə maaşları, xidmət illərinə görə faiz əlavəsi və ərzaq kompensasiyasına görə; 3.12.2. sonrakı iki ay üçün - yalnız hərbi rütbə maaşı, hərbi rütbə maaşından hesablanmış xidmət illərinə görə əlavə və ərzaq kompensasiyası; 3.12.3. sərəncam dövründə vəzifələrin icrası ilə bağlı digər vəzifə maşına əlavələr dayandırılır. 44.81-ci bəndinə görə qoşunlarda yüksək döyüş hazırlığının saxlanılmasında nailiyyətlər əldə etmiş, xidməti vəzifələrini vicdanla yerinə yetirilmiş və nöqsansız xidmət etmiş zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına ilin yekunlarına görə əsas vəzifə və hərbi rütbə maaşının iki misli həcm ində birdəfəlik pul mükafatı ödənilir. Birdəfəlik pul mükafatının ödənişi barədə əmrin imzalandığı gün sərəncamda olan, o cümlədən sərəncamda olduqları dövrdə vəzifələrin müvəqqəti icrasına buraxılmış, yaxud uzun müddət sərəncamda (uşağa qulluq üçün verilən məzuniyyət dövründən başqa) olması ilə əlaqədar pul təminatını almaq hüququnu qismən və ya tam şəkildə itirmiş hərbi qulluqçulara birdəfəlik pul mükafatına layiq görüldüyü halda tutduqları sonuncu əsas vəzifə maaşı nəzərə alınır və pul mükafatının ödənişi faktiki xidmət etmiş tam aylara proporsional olaraq (xidmətin hər bir tam təqvim ayı üçün 1/12-i qədər) həyata keçirilir.
49. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2018-ci il tarixli 0251 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının p ul təminatı haqqında Əsasnamə”: DSX-nin hərbi qulluqçularının pul təminatı hərbi rütbə və vəzifə maaşlarından; pul təminatının əlavə növlərindən və yol təminatından ibarətdir. 50. “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun: 6.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 14.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 20.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi "Hərbi qu lluqçuların statusu haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. 20.6-cı maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir.
51. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində n əzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
52. Kassasi ya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
53. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
54. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellya siya məhkəməsi tərəfindən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
55. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
56. İddiaçının “2019-cu ilin yekunlarına görə birdəfəlik pul mükafatının ödənilməsi ilə” bağlı iddia tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin müvafiq əmrinə əsasən iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan xidmət dövrünə görə birdəfəlik pul mükafatının 50%-i ödənilsə də iddiaçı həmin məbləğin 1 00% ödənilməli olmasını iddia edir və iddiasını intizam cəzalarının xx.xx.2019-cu ildən götürülməsi ilə əsaslandırır.
57. Nəzərə almaq lazımdır ki, qanunvericiliyə əsasən il ərzində verilən məzuniyyət müavinəti və yaxud maddi yardım hərbi hissə rəhbərliyinin mülahizəsindən asılı olmayaraq qanunun birbaşa göstərişindən irəli gəlməklə ödənildiyi halda, birdəfəlik pul mükafatı adından da göründüyü kimi qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və nöqsansız intizama görə verilir. Yəni, birdəfəlik pul mükafatı hərbi hissə rəhbərliyinin mülahizəsindən asılı olaraq verilən pul təminatıdır. Hərbi qulluqçunun hərbi hissə rəhbərliyinin mülahizəsindən asılı olaraq alınan əlavələrinə münasibətdə isə nəzərə alınmalıdır ki, hərbi qulluqçunun həmin mükafata layiq görüləcəyi qənaətinə gəlmək inzibati orqanın diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Başqa sözlə, yalnız hərbi hissə rəhbərliyinin qiymətləndirməsi ilə hərbi qulluqçu birdəfəlik pul mükafatına layiq olduğu qənaətinə gəlindikdə müvafiq əmrlə pul mükafatı verilir.
58. İddiaçı hərbi hissənin rəhbərliyinin müvafiq əmrinə əsasən xidmət dövrünə görə birdəfəlik pul mükafatının 50%-ni almağa layiq görülmüşdür.
59. İddiaçı bildirir ki, ilin sonunda birdəfəlik pul mükafatının verilməsi əmri imzalanarkən iddiaçının heç bir intizam cəzası olmamışdır. Bundan əlavə iş materiallarında mövcud olan Sərhəd Nəzarəti rəisinin əmrindən nizami hissə üzrə xx.xx.2019- cu il tarixli 2 nömrəli çıxarışda iddiaçının birdəfəlik pul mükafatını 50% almağa layiq görüldüyü qeyd edilsə də, bunu n səbəbləri qeyd olunmamışdır.
60. Qeyd edilməlidir ki, hərbi qulluqçunun birdəfəlik pul mükafatına layiq olması hərbi hissə rəhbərliyinin qiymətləndirməsindən irəli gəldiyindən, iddiaçıya birdəfəlik pul mükafatının 50%-nin ödənilməsi ilə bağlı müvafiq qərarın qəbul edilməsi zamanı cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi halları müəyyən edilməmişdir.
61. İddianın əşya-geyim əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi hissəsi ilə bağlı məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya 2019cu ildə ehtiyata buraxılan zaman əşya-geyim əmlakı əvəzinə verilməli pul kompensasiyası ödənilmişdir. Həmçinin məhkə mə araşdırılması zamanı iddiaçıya cavabdeh inzibati orqan tərəfindən 2018-2019-cu illər ərzində əşya-geyimin verildiyi müəyyən edilmişdir. İddiaçının özü də 2018-ci il ərzində ona əşya-geyimin verildiyini qəbul etsə də, ona verilməli olan, lakin verilməyən əşya-geyim əmlakı əvəzinə verilməli pul kompensasiyasının ödənilməsini tələb edir.
62. Apellyasiya instansiyası məhkəməsində keçirilən iclasda cavabdehin nümayəndələri verilən suala cavab olaraq bildirmişlər ki, iddiaçının mübahisələndirdiyi geyim-əşyaları da iddiaçıya verilmişdir. Belə ki, bu əşyalar anbarda mövcud olan əşyalardır. O geyim əşyalarının əvəzi kompensasiya olunurdu ki, anbarda olmasın, onu iddiaçı özü əldə etmiş olsun. İddiaçının tələb etdiyi geyim-əşyalar anbarda olan geyiməşyalarıdır və iddiaçıya verilmişdir. Çünki belə geyim-əşyaları almayan hərbi qulluqçu ilin sonunda müraciət edərək kompensasiya tələb edir. İddiaçının isə müraciəti olmamışdır. Lakin həmin əşyaların verilməsini təsdiq edən sənədlərin saxlanma müddəti keçdiyi üçün, yəni hazırda 3 il keçdiyi üçün saxlanılmamışdır. İddiaçının müvafiq xidmət dövründə ilin sonunda kompensasiya tələb ilə müraciəti olmamışdır.
63. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdehin daxili Təlimatına əsasən sənədlərin saxlanma müddəti keçdiyi üçün, yəni hazırda 3 il keçdiyi üçün saxlanılmadığı dəlilini qəbul etməməyə əsas görməmişdir.
64. Qeyd edilməlidir ki, iddiaçının “xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək (ezamiyyətdə, məzuniyyətdə və digər xidmətdə olmadığı vaxtlar istisna olmaqla) xidmət vaxtından artıq xidmətə görə ödəniş edilməsi” ilə bağlı tələbinin təmin edilməməsindən cavabdeh inzibati orqanının imtinası qanuni və əsaslı olmuşdur.
65. Belə ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” yə görə DSX-nin hərbi qulluqçularının pul təminatı hərbi rütbə və vəzifə maaşlarından; pul təminatının əlavə növlərindən və yol təminatından ibarətdir.
66. Nəzərə almaq lazımdır ki, iddiaçının “xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək (ezamiyyətdə, məzuniyyətdə və digər xidmətdə olmadığı vaxtlar istisna olmaqla) xidmət vaxtından artıq xidmətə görə ödəniş edilməsi” ilə bağlı tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.
67. Qanunvericiliyin yuxarıda istinad olunan normala rı baxımından iddiaçının tələbi ilə bağlı məsələlər apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
68. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
69. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
70. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kolleg iyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 21(103)-953/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.