Məhkəmə qərarları › İş №2-1(102)-218/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-218/2020

29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-218/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X4 Köçəri qızının cavabdeh Dövlət X5 Sumqayıt şəhər Şöbəsinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-218/2020) (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X2, İddiaçının vəkili X1, Cavabdehin vəkili X3 iştirakları ilə, X4 Köçəri qızının cavabdeh Dövlət X5 Sumqayıt şəhər Şöbəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 sentyabr tarixli 2-1(105)488/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya 1991-ci il 8 avqust tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 7 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 27-cı maddəsinə 2010-cu il 1 yanvar tarixdən edilmiş dəyişikliklərə uyğun olaraq bu qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış olduğu pensiya hüquqları pensiya kapitalı na çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajını hər ili üçün 170 manat və ya 1.94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ilədək natamam ildəki iş stajı aylarının sayını mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Bu səbəbdən də iddiaçıya 34 il 07 ay sosial sığorta stajı nəzərə alınmaqla mövcud qanunvericiliyə uyğun olaraq, 2017ci il 1 yanvar tarixdən pensiyanın sığorta hissəsi illik inflyasıya faizinə uyğun əmsallaşdırılaraq 198.81 manata (B/H 110.0 + S/H 88.81) çatdırılmış və aylar üzrə ödənilir. İddiaçı 2018-ci il 22 fevral tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ü mumi iş stajının, yəni 34 il 7 ay iş stajının 170 manata vurulmaqla alınan məbləğin 72-yə bölünərək pensiyanın sığorta hissəsinin müəyyən edilməsi, həmin məbləğin 2006-cı ildən hazırkı vaxta qədər hər il üçün indeksləşdirilməsi, pensiya məbləğinin yenidən hesablanaraq 2010-cu il 1 yanvar tarixdən hazırkı vaxta qədər yaranmış pensiya məbləği fərqinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ümumi iş stajının, yəni 34 il 7 ay iş stajının 306 manata vurulmaqla alınan məbləğin 72-yə bölünərək pensiyanın sığorta hissəsinin müəyyən edilməsi, həmin məbləğin 2006-cı ildən hazırkı vaxta qədər hər il üçün indeksləşdirilməsi, pensiya məbləğinin yenidən hesablanaraq 2010-cu il 1 yan var tarixdən hazırkı vaxta qədər yaranmış pensiya məbləği fərqinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, ona yaşa görə pensiya 1991-ci ildən təyin edilmişdir. Pensiya təyin olunandan 6 il sonra da işləmiş, 1997-ci ildən işləməyən əmək pensiyası kateqoriyasına keçmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə istinad edərək hesab edir ki, onun pensiyası Qanunun tələbinə görə 2006-cı ilədək olan 34 il 7 ay ümumi əmək stajı 170 manata vurulmaqla bu məbləğ əsasında ona pensiya hesablanmalı idi. Lakin onun pensiyası iş stajının hər ili 1,94 qəpiyə vurulmaqla hesablanmışdır ki, bu da nəticədə onun pensiya məbləğinin az hesablanmasına səbəb olmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 18 aprel tarixli 2-1(085)-61/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyə əsasən həm 2006-cı il 1 yanvar tarixinə qədər pensiya çıxmış şəxslərin, həm də həmin tarixədək pensiya çıxmış, lakin əmək fəaliyyətini davam etdirmiş şəxslərin pensiya məbləğinin sığorta hissəsi yeni qayda üzrə müəyyən edilmişdir. Ona əsasən iş stajının hər ili üçün 1,94 manat müəyyən edilməklə 2011-ci il 1 iyul tarixindən pensiyanın sığorta hissəsinin yenidən hesablanması nəzə rdə tutulmuşdur. Bu isə o deməkdir ki, iddiaçı 2006-cı il 1 yanvar tarixədək pensiyaya çıxdığından, iddiaçının sığorta stajının hər ili üçün 1,94 manat müəyyən edilməklə pensiya məbləğinin sığorta hissəsi müəyyən edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 sentyabr tarixli 2-1(105)-488/2019 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan 2019-cu il 12 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə nəzərə almamışdır ki, 2010-cu il yanvarın 1-dək 2006-cı ilə qədər pensiyaya çıxan şəxslərin və 2006-cı ildən sonra pensiyaya çıxan şəxslərin əmək pensiyaları eyni qaydada hesablanırdı. Yəni, şəxsə əmək pensiyası təyin edilərkən onun ya axırıncı 24 ayının əmək haqqı nəzərə alınmaqla, ya da ardıcıl gələn 5 illik əmək haqqı nəzərə alınmaqla pensiya hesablanırdı. 2010-cu il yanvarın 1-dən əmək haqqının hesablanması qaydası dəyişdi və “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin tələbinə görə 2006-cı ilin yanvarın 1-dək qazanılmış olan iş stajının hər ili 170 manata vurularaq 2006-cı il yanvarın 1-nə qeydə alınır. 2010-cu ilin yanvarın 1-dək pensiyaya çıxan şəxslərin, eləcə də 2006-cı il yanvarın 1dən sonra pensiyaya çıxan şəxslərin pensiyaları 2010-cu il yanvarın 1-dək eyni qaydada hesablandığı halda, necə olur ki, 2010-cu ildə Qanunun 27-ci maddəsində edilən dəyişiklik 2006-cı ildən sonra pensiyaya çıxan şəxslərə şamil edilir, amma 2006-cı ilədək pensiya çıxan şəxslərə şamil edilmir? Məhkəmə bu qərarı ilə pensiyaçılar arasında açıq-aşkar ayrı-seçkilik salır və bildirir ki, 27.1-ci maddə 2006-cı ilədək pensiyaya çıxmış şəxslərə tətbiq edilə bilməz. Halbuki, 27.1-ci maddə pensiyaçılar arasında heç bir fərq qoymadan pensiyanın yeni hesablama qaydasını müəyyən edir, heç bir ayrı-seçkilik qoymur, məhkəmə isə qanunu səhv təfsir edərək belə nəticəyə gəlir ki, 27.1-ci maddə 2006-cı ildən əvvəl pensiyaya çıxan şəxslərə şamil edilə bilməz. Məhkəmənin səhv nəticəyə gəldiyini digər faktla da təsdiq etmək olar. Belə ki, 2017-ci il 1 iyul tarixdə Qanunun 27.1-ci maddəsinin mətninə edilmiş dəyişikliyə görə, bu maddənin yeni redaksiyasının əmək pensiyası təyin edilmiş şəxslərə tətbiq edilməsi istisna edildi. Bu hal bir daha təsdiq etdi ki, 27.1-ci maddənin 2010-cu il yanvarın 1-nə olan köhnə redaksiyası pensiya təyin edilmiş şəxsləri istisna etmir. İddiaçının hüququ isə 27.1-ci maddəyə 1-ci dəyişiklik edilən vaxt, yəni 2010-cu il yanvarın 1-də yarandığından bu istisnanın iddiaçının pensiya məbləğinin hesablanmasına heç bir aidiyyətı yoxdur. Məhkəmə Qanunun 27.1-ci maddəsinin 2006-cı il yanvarın 1-dən sonra pensiyaya çıxan şəxslərə a id olduğunu bildirməsi onu deməyə əsas verir ki, məhkəmə “Əmək pensiyaları haqqında Qanunun 27.2-ci maddəsinə ümumiyyətlə əhəmiyyət verməmişdir. Həmin maddədə deyilir ki, 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınan sığorta stajının hər ili üçün 1,94 manat sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 1 iyul tarixindən yenidən hesablanır. Əgər məhkəmənin qeyd etdiyi kimi, stajın hər ilinin 170 manata vurulması (27.1-ci maddədə nəzərdə tutulduğu kimi) ancaq 2006-cı il yanvarın 1-dən sonra pensiyaya çıxan şəxslərə aiddirsə, onda 27.2-ci maddənin dediyinə necə qiymət verilməlidir. Həmin maddə 2006-cı il yanvarın 1-dən sonra pensiyaya çıxmış şəxslərin 2006-cı ilə qədər qazanmış olduqları iş s tajının 1,94 manata vurularaq 2011-ci il 1 iyul tarixindən yenidən hesablanmasını nəzərdə tutur. 27.2-ci maddə konkret olaraq 2006-cı ildən sonra pensiyaya çıxan şəxslərin pensiya məbləğinin hesablanması qaydasını nəzərdə tutduğu halda, məhkəmə hansı əsasla deyir ki, 27.1-ci maddə 2006-cı ildən sonra pensiyaya çıxan şəxslərə aiddir, məlum deyil. Məhkəmə gəldiyi bu nəticəni heç bir maddə ilə əsaslandırmır. 27.2-ci maddə konkret olaraq məhkəmənin 27.1-ci maddə barədə gəldiyi nəticəni təkzib edir. 27.2-ci maddə qanuna daha sonra, yəni təxminən il yarım sonra, 2011-ci il mayın 5də əlavə edildi və yeni hesablama qaydası müəyyən edildi. Amma hər bir halda qanun nəzərdə tutur ki, yeni hesablama ilə əvvəlki hesablama arasında fərq yaranarsa, pensiyanın daha yüksək məbləği pensiya təyinatı üçün əsa s götürülməlidir. (27.3-cü maddə) Məhkəmə qərarında “Əmək pensiyaları haqqında” Qanunun 26.3, 26.3-1-ci maddələrə istinad edərək qeyd edir ki, 2006-cı ilədək pensiya təyin edilmiş şəxslərin pensiyasının yenidən hesablanmasını nəzərdə tutan 26.3, 26.3-1, 26.3-2, 26.3-3-cü maddələr olduğundan, yəni konkret hüquq norması olduğundan digər hüquq normaları tətbiq edilə bilməz. Məhkəmə bu halda da hüquq normasının tətbiqində səhv etmiş, nəticədə qanunsuz qərar qəbul etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 26.3, 26.3-1,26.3-2, 26.3-3-cü maddələri 2011-ci il 5 may tarixli Qanunla “Əmək pensiyaları haqqında” Qanuna əlavə edilmiş, 2011-ci il iyulun 1-dən qüvvəyə minmişdir. İddiaçının tətbiq edilməsini tələb etdiyi 27.1-ci maddə isə 2009-cu il 27 noyabr tarixli Qanunla qəbul edilmiş, tə xminən il yarım əvvəl, yəni 2010-cu il 1 yanvar tarixindən qüvvəyə minmişdir. Deməli, məhkəmə müqayisəni Qanunun 27.1-ci maddəsi ilə 26.1-ci maddəsi arasında aparmalı idi. Bundan əlavə, məhkəmə 27.1-ci maddənin 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan köhnə redaksiyasını və 2010-cu il yanvarın 1-dən olan yeni redaksiyasını nəzərə alıb müqayisəli təhlil etməli və mübahisəyə obyektiv qiymət verməli idi. Təəssüf ki, məhkəmə bu məqamları ümumiyyətlə nəzərə almamış və “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin köhnə redaksiyasına ümumiyyətlə əhəmiyyət verməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili məhkəmə ic lasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz. İddiaçı öz tələbinin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə istinad edərək ona təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Məhkəmələr isə “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin iddiaçıya münasibətdə tətbiqi üçün hər hansı faktiki və hüquqi əsasların olmadığı, əksinə, iddiaçıya münasibətdə həmin Qanunun 26-cı maddəsinin müddəalarının şamil olunduğunu qeyd etmişlər. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 26-cı maddəsində aşağıdakılar təsbit olunmuşdur: İlk in redaksiyada Maddə

26. Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması 26.1. Bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. 26.2. Bu Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün ə lavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğindən aşağı olduqda, əmək pensiyasının yeni məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğinə bərabər tutulur. 26.3. Bu Qanunun 20.1.1-20.1.6-cı maddələrində nəzərdə tutulmuş şəxslərin bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş pensiyasının (bütün əlavələr və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən bu Qanunun qüvvəyə mindiyi günədək ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləği çıxıldıqdan sonra yerdə qalan məbləğ qulluq stajına görə əmək pensiyasına əlavə kimi müəyyənləşdirilir. 26.4. Bu Qanunun qüvvəyə mindiyi günədək ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilən baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ bu Qanunun 20.1.1-20.1.6-cı maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. 26.5. Bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar əmək pensiyasının baza hissəsinin üzərinə bu Qanunun 19-cu maddəsi ilə müəyyən olunmuş əlavələr hesablanır. 2007-cı il 6 noyabr tarixli Qanunla 26.2 - 26.5-ci maddələr müvafiq olaraq 26.3-26.6cı maddələr hesab edilmiş və Qanuna aşağıdakı məzmunda 26.2-ci maddə əlavə edilmişdir: "26.2. Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. ". 26.2-ci maddəyə aşağıdakı məzmunda qeyd əlavə edilmişdir: "Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir.". 2009-cu il 27 oktyabr tarixli Qanunla 26.2-ci maddə və həmin maddənin “Qeyd” hissəsi çıxarılmışdır; 2011-ci il 17 may tarixli Qanunla aşağıdakı məzmunda 26.3-1 – 26.3-3-cü maddələr əlavə edilmişdir: “26.3-1. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nə zərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. 26.3-2. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin, onlara pensiya təyin edildiyi tarixdən 2006-cı il yanvarın 1-dək olan dövrdəki iş stajının hər ili üçün də 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilərək pensiyalarının sığorta hissəsinin 2011-ci il 01 iyul tarixindən yenidən hesablanmasında nəzərə alınır. 26.3-3. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20 -ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış və mövcud pensiya məbləğlərindən daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür.”. 2017-ci il 10 mart tarixli Qanunla 26-cı maddə aşağıdakı redaksiyada verilmişdir: “Maddə 26. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.” 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 27-cı maddəsində aşağıdakılar təsbit olunmuşdur: İlkin redaksiyada Maddə

27. Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. 27.2. Bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 2006-cı il 28 noyabr tarixli Qanunla 27.2-ci maddədə «müəyyən edilir» sözlərindən sonra «və bu zaman bu qanun qüvvəyə mind ikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir» sözləri əlavə edilmişdir (2007-ci il 1 yanvar tarixdən qüvvəyə minmişdir); 2009-cu il 27 oktyabr tarixli Qanunla 27-ci maddə aşağıdakı redaksiyada verilmişdir: “Maddə

27. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütə nasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. ”; 2011-ci il 17 may tarixli Qanunla 27-ci maddə aşağıdakı redaksiyada verilmişdir: “Maddə

27. Qanunun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar t arixinə qeydə alınır. 27.2. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. 27.3. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanm ış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür.” 2017-ci il 10 mart tarixli Qanunla 27-ci maddənin adında “Qanunun qüvvəyə mindiyi günədək qazanılmış” sözləri “Qazanılmış” sözü ilə əvəz edilmiş, 27.1-ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək” sözləri ilə, ikinci cümləsində “170” rəqəmi “306” rəqəmi ilə əvəz edilmiş və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilmişdir: “Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində top lanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.”; Həmin Qanunla 27.2-ci və 27.3-cü maddələr ləğv edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 26 və 27-ci maddələrinin 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş redaksiyalarının və bundan sonrakı əlavə və dəyişikliklərin yuxarıda qeyd edilən məzmunlarından da aşkar görünür ki, həmin normalar Qanunun qüvvəyə mindiyi vaxtdan və sonrakı dövrlərdə də fərqli nizamasalma məqsədli (təyinatlı) olmuş, 2006-cı il 1 yanvar tarixədək təyin edilmiş pensiyalarla həmin tarixədək qazanılmış pensiya hüquqlarını (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) qanunverici həmin normalarl a fərqləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 26-cı maddəsi (2017-ci il 1 iyul tarixədək qüvvədə olmuş redaksiyada) “Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” qaydalarını, 27-ci maddəsi isə “Qanunun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” qaydalarını tənzimləmişdir. İddiaçıya əmək pensiyası 2006-cı il 1 yanvar tarixədək təyin edildiyindən, o, həmin Qanunun 27.1-ci maddəsinə istinad edərək ona təyin olunmuş pensiya məbləğinin yenidən hesablanmasını tələb etməkdə haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin haqlı olaraq qeyd etmişdir ki, 27.1-ci maddənin 2017-ci il 1 iyul tarixədək olan redaksiyasında əmək pensiyası təyin olunmuş şəxslərin istisna edilməsinin aşkar qeyd edilməməsi hüquqi vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, iddiaçı tələbində o zaman haqlı ola bilərdi və ona qanuna dəyişiklik edilənə qədər qüvvədə olan norma o zaman tətbiq oluna bilərdi ki, həmin qanunun mövcud məsələni tənzimləyən xüsusi norması olmasın. Beləliklə, istinad olunan Qanunun 26-cı maddəsi 2006-cı il 1 yanvar tarixinə qədər təyin edilmiş pensiyaların yenidən hesablanması hallarının tətbiqini nəzərdə tutduğundan mövcud mübahisə üzrə iddiaçıya həmin Qanunun 27-ci maddəsinin nə hazırda qüvvədə olan, nə də ondan əvvəlki redaksiyaları tətbiq oluna bilməz. İddiaçı şikayətdə qeyd edir ki, məhkəmənin Qanunun 27.1-ci maddəsinin 2006-cı il yanvarın 1-dən sonra pensiyaya çıxan şəxslərə aid olduğunu bildirməsi onu deməyə əsas verir ki, məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 27.2-ci maddəsinə ümumiyyətlə əhəmiyyət verməmişdir. Həmin maddədə deyilir ki, 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınan sığorta stajının hər ili üçün 1,94 manat sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 1 iyul tarixindən yenidən hesablanır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, burada söhbət təkcə 27.2-ci maddənin ayrıca tətbiqindən deyil, ümumiyyətlə “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınmasını tənzimləyən 27-ci maddənin hazırkı mübahisəyə tətbiqi imkanlarından gedir. Və b u halda da, Qanunun 27.2-ci maddəsi iddianın əsaslı olması üçün heç bir hüquqi imkan nəzərdə tutmur. Çünki iddiaçının istinad etdiyi həmin maddədə də 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə (yəni, hər bir halda, 2006-cı il 1 yanvar tarixdən sonra) pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının hesablanması qaydaları (həmçinin 2006-cı il yanvarın 1-dək qazanılmış sığorta stajının hesablanması) təsbit olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 sentyabr tari xli 2-1(105)-488/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar