Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-218/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının "xxxx" MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” qərarın qismən ləğv edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi X idmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” 07.10.2019-cu il tarixli qərarın “2015-ci ilin dekabr ayı üzrə müəyyən edilmiş 45.798,9 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi” hissəsində ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(103)-1981/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi ha qqında” 17.11.2017-ci il tarixli qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən 01.10.2015-ci il tarixdən 01.10.2017-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi 23.04.2019-cu il tarixli **********130826 nömrəli aktla rəsmiləşdirilmişdir. 2. 23.04.2019-cu il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları tərəfindən 17.11.2017- ci il tarixli qərara əsasən İddiaçı MMC-də Vergi Məcəllənin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə (2015-2017-ci illər üzrə aksiz vergisi, 2015-2016-ci illər üzrə əmlak vergisi, 201 6-2017-ci illər üzrə torpaq vergisi, İV rüb 2015-İİ rüb 2017-ci illər üzrə ödəmə mənbəyindən tutulan vergi, 2015-2016-ci illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, oktyabr 2015-cı il-sentyabr 2017- ci illər üzrə mədən vergisi, sentyabr 2015-sentyabr 2017-ci illər üzrə əlavə dəyər vergisi, 2015-2016-ci illər üzrə mənfəət vergisi, İV rüb 2015-İİ rüb 2017-ci illər üzrə sadələşdirilmiş vergi üzrə) növbədənkənar vergi yoxlaması aparılmışdır. Yoxlama 20.11.2017-ci il tarixdə başlanıb, 23.04.2019-cu il tarixdə başa çatdırılmışdır.
3. Qeyd olunan akta görə vergi orqanına təqdim edilmiş vergi bəyannamələri ilkin mühasibat sənədlərinə əsasən müqayisəli şəkildə yoxlanılarkən büdcəyə çatası ƏDVnin 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat a z hesablanması aşkar edilmiş və yoxlamanın nəticəsi olaraq Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDV-nin hesabatda göstərilən məbləğinin, verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 48.607,71 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 % miqdarında, yəni 24.303,86 (2015-ci il üzrə 22.899,45 manat; 2017-ci il üzrə 1404,41 manat) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
4. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında 26.04.2019-cu il tarixli qərarı ilə İddiaçı MMC-yə 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat ƏDV-nin azaldılmasına görə 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2. 808,81 manat) manat əlavə ƏDV hesablanmış və həmin məbləğlərin 50 % miqdarında, yəni 24.303,86 (2015-ci il üzrə 22.899,45 manat; 2017-ci il üzrə 1404,41 manat) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmış və qeyd olunan qərar 26.04.2019-cu il tarixdə İddiaçı MMC-nin rəhbərinə rəsmi qaydada təqdim olunmuşdur.
5. Bundan sonra iddiaçı səyyar vergi yoxlamalarının nəticələrindən narazılıq barədə 05.07.2019-cu il tarixli və 05.08.2019-cu il tarixli şikayətlərlə Vergilər Nazirliyinə müraciət etmişdir.
6. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” 02.10.2019-cu il tarixli qərarı ilə İddiaçı MMC-nin rəhbəri X3 cəmiyyətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri barədə Vergilər Nazirliyinə verdiyi 05.07.2019- cu il tarixli və 05.08.2019-cu il tarixli inzibati şikayətləri qismən təmin edilmiş, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 26.04.2019-cu il tarixli qərar 22.899,45 manat məbləğində maliyyə sanksiyası hissəsində ləğv edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
7. Cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında 07.10.2019-cu il tarixli, **********191195 №-li qərarı ilə İddiaçı MMC-yə 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat ƏDV-nin azaldılmasına görə hesablanmış 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat əlavə ƏDV ilə bağlı tətbiq olunmuş 50 % miqdarında, yəni 24.303,86 (2015-ci il üzrə 22.899,45 manat; 2017-ci il üzrə 1404,41 manat) manat məbləğində maliyyə sanksiyasına düzəliş edilərək 1.404,41 manat (2017-ci il üzrə) məbləğində müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, barəsində cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” 07.10.2019-cu il tarixli qərarın “2015-ci ilin dekabr ayı üzrə müəyyən edilmiş 45.798,9 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi” hissəsində ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim X6, 2-1(112)-2689/2020 saylı iş) 21 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin 07.10.2019-cu il tarixli qərarı (iddiaçı tərəfindən mübahisələndirilən hissədə) maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, ödənilmiş əlavə dəyər vergisi 2 (iki) dəfə əvəzləşməyə təqdim edildiyi üçün vergi orqanı tərəfindən 2015-ci ilin əlavə dəyər vergisi bəyannamələrində əvəzləşməyə təqdim edilmiş 45.798.90 manat məbləğində əvəzləşmə ləğv edilmişdir. İddiaçı cəmiyyət tərəfindən ötən müddət ərzində qeyd olunan məbləğdə əvəzləşmənin ləğv olunması mübahisələndirilməmişdir. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. İş materiallarından da göründüyü kimi cavabdeh vergi orqanı tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl olunmaqla, cavabdeh cəmiyyətdə 01.10.2015-ci il tarixindən 01.10.2017ci il tarixinədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə 17.11.2017-ci il tarixində qərar qəbul olunmuş, qeyd olunan qərar iddiaçı tərəfindən mübahisələndirilməmiş, qərara əsasən keçirilmiş yoxlamanın nəticəsinə dair müvafiq akt tərtib olunmuş, həmin akta əsasən isə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi (qərara düzəliş edilməsi) haqqında qərar qəbul edilmişdir.
11. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X9-məruzəçi, X12 və X20, 2-1(103)-377/2021 saylı iş) 30 mart 2021-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qər arını dəyişdirmədən saxlamışdır.
13. İddiaçı kasasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. c) kasasiya instansiyası məhkəməsindəki icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X4-məruzəçi, X1 və X10, 2-1(102)-951/2021 saylı iş) 25 may 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vergi ödəyicisinin məsuliyyətə cəlb etmə müddətinin ötürülüb-ötürülmədiyi məhkəmələr tərəfindən araşdırılmamışdır. ç) apelyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının (hakimlər X11məruzəçi, X2 və X7, 2-1(103)-1981/2021 saylı iş) 22 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı qərarın ləğv olunması tələbinə dair iddiası mümkün sayılmamışdır.
17. Apelyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, iddiaçının məhkəməyə müraciət etməsi üçün kifayət qədər vaxtı olmuşdur. İddianın qaldırılması üçün müddətə dair mümkünlük şərti ödənilmir və işə baxan məhkəmə iddianı mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.
18. İddiaçı kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasa siya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
19. İşə yenidən baxan apellyasiya məhkəməsi, mümkünlüyü əvvəlki instansiya məhkəmələrində, o cümlədən Ali Məhkəmədə qəbul edilən iddianın guya, mümkün olmaması barədə qərardad qəbul edərək, hüquqi müəyyənlik prinsipini pozmuş, bununla da mübahisənin mahiyyəti üzrə həll edilməsi vəzifəsindən özünü kənarlaşdırmışdır.
20. Halbuki, İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
22. İnzibati Prosessual Məcəllə: Maddə
32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. (-). Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqq ında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. (-). 38.3. İnzibati aktla (inzibati aktın qəbul e dilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); 38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabınd an) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. 38.4. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin veri lməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 23. “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli 177 nömrəli Fərmanı: “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram: (-).
2. Müəyyən edilsin ki: (-); 2.1-1. həmin Məcəllənin 38.3-cü maddəsinin birinci abzasında, 38.3.1-ci (hər iki halda) və 38.3.2-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 2.1-2. həmin Məcəllən in 38.3-cü maddəsinin birinci abzasında, 38.3.1-ci (birinci halda) və 38.3.2-ci (birinci halda) maddələrində “qurum” dedikdə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin apellyasiya şuraları nəzərdə tutulur; 2.1-3. həmin Məcəllənin 38.3.1-ci (ikinci halda) və 38.3.2-ci (ikinci və üçüncü halda) maddələrində “qurum” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası nəzərdə tutulur; (-). Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
24. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmam ası üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
25. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl olunmamışdır.
27. Cavabdehin 26 aprel 2019-cu il tarixli qərarı ilə iddiaçıya 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat ƏDV-nin azaldılmasına görə 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat əlavə ƏDV hesablanmış və həmin məbləğlərin 50 % miqdarında, yəni 24.303,86 (2015-ci il üzrə 22.899,45 m anat; 2017-ci il üzrə 1404,41 manat) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır.
28. İddiaçı cavabdehin 26 aprel 2019-cu il tarixli qərarından inzibati şikayət vermiş, şikayət instansiyasının 2 oktyabr 2019-cu il tarixli qərarı ilə inzibati şikayət qismən təmin edilmiş, cavabdehin 26 aprel 2019-cu il tarixli qərarı 22.899,45 manat məbləğində maliyyə sanksiyası hissəsində ləğv edilmiş, 26 aprel 2019-cu il tarixli qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
29. Bundan sonra cavabdeh ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” 7 oktyabr 2019-cu il tarixli qərar qəbul etmiş, 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat ƏDV-nin azaldıl masına görə hesablanmış 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat əlavə ƏDV ilə bağlı tətbiq olunmuş 50 % miqdarında, yəni 24.303,86 (2015-ci il üzrə 22.899,45 manat; 2017-ci il üzrə 1404,41 manat) manat məbləğində maliyyə sanksiyasına düzəliş edilərək 1.404,41 manat (2017-ci il üzrə) məbləğində müəyyən edilmişdir.
30. İddiaçı həm Vergilər Nazirliyinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” 2 oktyabr 2019-cu il tarixli qərarından, həm də cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” 7 oktyabr 2019-cu il tarixli qərardan Vergilər Nazirliyinin Apelyasiya Şurasına şikayət etmiş, Apelyasiya Şurasının 26 dekabr 2019-cu il tarixli qərarı ilə iddiaçı nın səyyar vergi yoxlamasının nəticələrindən narazılıq barədə şikayəti təmin edilməmiş, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” 2 oktyabr 2019-cu il tarixli və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” 7 oktyabr 2019-cu il tarixli qərarları dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
31. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 26 dekabr 2019-cu il tarixli qərar 29 dekabr 2019-cu il tarixdə vergi ödəyicisinin elektron kabinetinə yerləşdirilmiş və 30 dekabr 2019-cu il tarixdə saat 19:40-da vergi ödəyicisi tərəfindən oxunmuşdur. İş materiallarından müəyyən olunur ki, iddiaçı 7 oktyabr 2019-cu il tarixli qərardan məlumatlı olduğu vaxtdan 8 aydan çox müddət keçdikdən sonra, yəni 8 sentyabr 2020-ci il tarixdə iddia tələbini dəyişdirib (məhkəmənin 8 sentyabr 2020-ci il tarixli qərardadı ilə “iddia tələbinin dəyişdirilməsinə dair ərizə icraata qəbul edilmişdir) məhkəmə qaydasında mübahisələndirməklə 30 günlük iddia müddətini ötürmüşdür.
32. Apelyasiya instansiyası məhkəməsi cavabdehin 7 oktyabr 2019-cu il tarixli qərarının ləğvi tələbinə dair iddianı 8 sentyabr 2020-ci il tarixdə təqdim etməklə iddiaçının iddia müddətini buraxması barədə səhv nəticəyə gəlmişdir.
33. Apelyasiya məhkəməsinin qeyd etdiyi kimi iddiaçı cavabdehin qərarından əvvəlcə şikayət instansiyasına, şikayət instansiyası tərəfindən şikayəti qismən təmin edildikdən sonra şikayətinin təmin edilməyən hissəsindən apelyasiya şurasına müraciət etmiş, apelyasiya şu rasının qərarından 30 dekabr 2019-cu il tarixdə məlumatlı olmuş, iddia ərizəsi isə 27 yanvar 2020-ci il tarixdə inzibati məhkəmədə qeydə alınmışdır.
34. Apelyasiya Şurası 26 dekabr 2019-cu il tarixli qərarında qeyd etmişdir ki, qərardan onun təqdim olunduğu vaxtdan 30 gün müddətində məhkəməyə şikayət verilə bilər.
35. İPM-in 32.2.2-ci maddəsinə görə barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər.
36. İddiaçı apelyasiya şurasının qərarını aldıqdan sonra 30 gün müddətində 2 oktyabr 2019-cu il tarixli qərarın ləğvi barədə iddia ilə məhkəməyə müraciət etmişdir.
37. İPM-in 32.2.2-ci maddəsinin tələb inə görə hazırkı halda mübahisə predmeti olan qərar 2 oktyabr 2019-cu il tarixli qərardır və iddiaçı həmin qərarın ləğvinə dair inzibati məhkəmə icraatı qaydasında iddia ərizəsi verərkən İPM-in 38.3.2-ci maddəsinin və “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli 177 nömrəli Fərmanının 2.1-2 və 2.1-3-cü bəndlərinin tələbinə uyğun hərəkət etmişdir.
38. İddiaçı 26 aprel 2019-cu il tarixli qərardan şikayət instansiyasına şikayət etmiş, şikayət instansiyası 2 oktyabr 2019-cu il tarixli qərarla 26 aprel 2019-cu il tarixli qərarı İPM-in 32.2.2-ci maddəsinin təbirincə desək dəyişdirmiş, cavabdeh tərəfindən hesablanmış vergi məbləğini qismən azaltmış, iddiaçı da iddiasında qalan məbləğlə razılaşmayaraq şikayət instansiyasının qərarının ləğvi barədə 27 yanvar 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
39. Şikayət instansiyasının 2 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin qəbul etdiyi 7 oktyabr 2019-cu il tarixli qərarı iddiaçı üçün eyni məsuliyyət daşıyır. 2 oktyabr 2019-cu il tarixli qərarı şikayət instansiyası, 7 oktyabr 2019-cu il tarixli qərarı cavabdeh qəbul etmişdir. Hər iki qərarda iddiaçı eyni dövrlə bağlı eyni məbləğdə vergi məsuliyyətinə cəlb edilmişdir. Lakin məhkəmə iddia tələbinin 8 sentyabr 2020-ci il tarixdə verilməsinə istinad edərək iddia müddətinin buraxılması barədə səhv nəticəyə gəlmiş, İPM-in 13-cü maddəsinə uyğun qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, natamam faktiki məlumatların tamamlanmasında iddiaçıya yardım etməmiş, iddianın predmetinin 2 oktyabr 2019-cu il tarixli, yaxud 7 oktyabr 2019-cu il tarixli qərar olmasından asılı olaraq iddiaya cavab verməli hansı orqanın cavabdeh olması barədə müzakirə aparmamışdır.
40. Odur ki, kasasiya şikayəti qismən təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməli, iddianın mümkünlük şərtləri yenidən araşdırılmalı, iddia mümkün sayıldığı halda iddianın əsaslılığı yoxlanılmalıdır.
41. İddiaçı şikayətində iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya məhkəməsi mübahisəyə mahiyyəti üzrə baxmadığından şikayət iddianın təmin edilməsi hissəsində rədd edilməlidir.
42. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikas ı İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1981/2021 saylı 22 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.