Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-218/2023 17.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: xidmət illərinin yenidən hesablanması və yeni məlumat vərəqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1975-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xidmət illərinin yenidən hesablanması və yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1866/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin xx.xx.2021-ci il tarixli,1630 saylı və xx.xx.2021-ci il tarixli, 1686 məktublarından görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdə Beyləqan rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1994-cü ıl tarixdən xx.xx.1997-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş və xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 160 saylı, xx. xx.1997-ci il tarixli əmri ilə hərbi xidmətdən tərxis olmuşdur.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin xx.xx.2019-cu il tarixli, 265 nömrəli arayışına, eləcə də, iddiaçının xx.xx.1993-cü il tarixli, HZ ******* nömrəli hərbi biletinin 5-ci və 24-cü vərəqlərinin qeydlərinə əsasən müəyyən olunur ki, iddiaçı həqiqətən döyüş bölgəsində yerləşən N (və 704) saylı hərbi hissələrdə xidmət etmiş, döyüş əməliyyatlarında iştirak etmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, döyüşən ordunun tərkibində xidmət illərinin güzəştli şərtlərlə (1 günün 3 gün kimi) düzgün hesablanıb «məlumat vərəqinin» tərtib edilərək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçularla İş üzrə Filialına göndərilməsini xahiş etmişdir.
4. Cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina olunmuş və bununla bağlı 12 iyul 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, 261, 688, 691, N və N nömrəli hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətdə olduğu müddətin güzəştli qaydada hesablanılması üçün əvvəlki müraciəti ilə birgə təqdim etdiyi arayış araşdırma ilə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə göndərilmişdir. Həmin Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, 1231 nömrəli məktubunda iddiaçının 261, 688, 691, N və N nömrəli hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətdə olduğu göstərilmişdir və bu səbəbdən həmin müddətin güzəştli qaydada hesablanılması q anunamüvafiq deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 4 avqust 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, döyüşən ordunun tərkibində xidmət illərinin güzəştli şərtlərlə (1 günün 3 gün kimi) düzgün hesablanıb «məlumat vərəqinin» tərtib edilərək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçularla İş üzrə Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən 27 yanvar 1994-cü il tarixdə həqiqi hərbi xidmətə çağırılmış və döyüşlərdə iştirak etməklə 19 oktyabr 1997-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Bu fakt Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmiş 12 noyabr 2019-cu il tarixli, 265 nömrəli arayışla təsdiq olunur. O, döyüş bölgəsində yerləşən N və N saylı hərbi hissələrdə xidmət etdiyi dövrdə döyüş əməliyyatlarında iştirak etmişdir (Əsas: NZ№ ******* saylı hərbi bilet). 30 iyun 1998-ci il tarixdən Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin polis nəfəri, 2015-ci ildən 2019-cu ilədək manqa komandiri işləmişdir. 2019-cu ilin oktyabrında pensiyaya çıxmışdır. Ona 715 manat məbləğində pensiya təyin edilmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa 2004cü il 13 senty abr tarixində edilən dəyişikliyə qədər onun güzəştli şərtlərlə xidmət illəri 3 il 9 ay 12 gün olmuşdur. Həmin dəyişikliyə qədər onun döyüş bölgəsində hərbi xidmət müddəti hesablama zamanı nəzərə alınmamışdır. Müvafiq ərizə ilə cavabdehə müraciət etsə də, sonuncu 261, 688, 691, 704, N nömrəli hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətdə olduğu müddətin güzəştli qaydada hesablanılmasından imtina etmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə Silahlı Qüvvələrdə döyüş bölgəsində müddətli həqiqi hərbi xidmətdə olduğu üçün həmin dövr (03 il 08 ay 28 gün) güzəştli şərtlərlə hesablanmamışdır.
8. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2-1(112)-1835/2022 nömrəli qərarı (hakim X4 ) ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xidmət illərinin güzəştli şərtlərlə 1 günün 3 gün kimi hesablanması qaydası onun Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabit, gizir, miçman və müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu olaraq xidmət etməsi ilə şərtləndirilmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq hərbi qulluqçu olaraq deyil, müddətli həqiqi hərbi xidmət keçdiyi müəyyən edilmişdir.
10. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1866/2022 nömrəli qərarı (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X3 və X1) ilə Bakı İnzibati Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia qismən təmin edilmiş, iddiaçının xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinə kimi olan dövr üzrə müddətdən artıq həqiqi hərbi xidmətinin bir ayı üç ay sayılmaqla, yeni məlumat vərəqəsinin tərtib olunub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçularla İş Filialına göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissdə rədd edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin xx.xx.2019-cu il tarixli, 265 nömrəli arayışına, eləcə də, onun xx.xx.1993-cü il tarixli, HZ ******* nömrəli hərbi biletinin 5-ci və 24-cü vərəqlərinin qeydlərinə əsasən müəyyən olunur ki, iddiaçı həqiqətən döyüş bölgəsində yerləşən N (və 704) saylı hərbi hissələrdə xidmət etmiş və döyüş əməliyyatlarında iştirak etmişdir. iddiaçının müddətli hərbi xidmətinin bitdiyi xx.xx.1995-ci il tarixindən, onun tərxis olunduğu xx.xx.1997-ci il tarixə kimi olan müddətdən artıq həqiqi hərbi xidmətinin bir ayı - “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarının mübahisələndirilən dövrdə qüvvədə olan 2-ci bəndinin “a” yarımbəndinə müvafiq olaraq, üç ay sayılmaqla, onun uzun müddət xidmətinə daxil edilməlidir. İddiaçının N saylı hərbi hissədə xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixə kimi olan müddətdən artıq həqiqi hərbi xidmətinin bir ayı 3 ay sayılmaqla, yeni məlumat vərəqinin tərtib olunaraq DSMF-yə göndərilməsi cavabdehin qanunla üzərinə düşən öhdəliyi olsa da, bu öhdəliyini yerinə yetirməmiş, iddiaçının hüquqlarını pozmuşdur.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KAS SASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin və ona dair mülahizənin dəlilləri
14. Kassasiya şikayətində və ona dair mülahizədə işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli qərarına əsasən pensiya təyin olunarkən uzun müddət xidmətə güzəştli şərtlər zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə aid edilir. İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric olunduğu vaxt qüvvədə olan qərara müvafiq olaraq, onun xx.xx.1994-xx.xx.1997ci il tarixlərd ə Silahlı Qüvvələrdə döyüş bölgəsində müddətli həqiqi hərbi xidmətdə olduğu üçün həmin dövr (03 il, 08 ay, 28 gün) güzəştli şərtlərlə hesablanmamışdır. kassasiya şikayətinə etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. «Hərbi xidmət haqqında» Qanun (23 dekabr 2011-ci il tarixədək qüvvədə olan) Maddə
2. Hərbi xidmət anlayışı Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmət Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə dövlət xidmətinin xüsusi növüdür. Ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir. Maddə
5. Həqiqi hərbi xidmətin növləri Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: əsgərlərin və matrosların, çavuşların müddətli həqiqi hərbi xidməti; əsgərlərin və matrosların, çavuşların müddətdən artıq həqiqi hərbi xidməti; gizirlərin və miçmanların həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar, müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara - qadınlar və bu Qanunla müəyyən edilmiş müddətdən artıq könüllü həqiqi hərbi xidmət keçən hərbi mütəxəssislər – əsgərlər, matroslar və çavuşlar aiddirlər Maddə
13. Həqiqi hərbi xidmətə qəbul (daxilolma) Hərbi xidmətin müəyyən edilmiş tələblərinə cavab verən Azərbay can Respublikası vətəndaşları və digər şəxslər aşağıdakı hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə bilərlər: a) əsgərlərin, matrosların və çavuşların müddətdən artıq hərbi xidmətinə— qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar; b) hərbi məktəb kursantlarının həqiqi hərbi xidmətinə —17 yaşından 21 yaşınadək vətəndaşlar, o cümlədən təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, hərbi təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər; v) gizirlərin və həqiqi miçmanların hərbi xidmətinə—azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar; q) zabitlərin həqiqi hərbi xidmətinə—hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Bağlaşma yolu ilə həqiqi hərbi xidmətə yalnız digər dövlətlərin vətəndaşları qəbul oluna bilərlər. Bağlaşmada tərəflərin qarşılıqlı vəzifələri, məsuliyyəti bağlaşmanın ləğvi şərtləri nəzərdə tutulur. 16. “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailə lərinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Nazirlər Kabinetinin 631 nömrəli, 23 noyabr 1993-cü il tarixli Qərarı 17. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (qüvvədən düşmüşdür) Maddə
68. İş stajının hesablanmasında güzəştlər Pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə; müharibə illərində arxa cəbhədə iş müddəti ikiqat ölçüdə; cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti—ikiqat ölçüdə; bilavasitə islah-əmək müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrumetmə yerlərinin müalicə idarələrində keçən qulluq (iş) müd dətinin hər üç iş günü — dörd iş günü kimi; yoluxucu xəstə məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş islah-əmək koloniyalarında qulluq (iş) müddətinin hər iki iş günü — üç iş günü kimi; həmin müəssisə, idarə və təşkilatlarda bilavasitə qulluq edənlərin ali və orta təhsil müəssisələrinin əyani şöbələrində aldıqları təhsilin müddətinin hər iki ayı bir ay qulluq müddəti kimi hesablanır; tam naviqasiya dövrü ərzində su nəqliyyatında iş müddəti—bir illik staj sayılır. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti birin üçə nisbəti ilə hesablanır və onların iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə sənayenin mövsümi sahələrinin tabeliyindən asılı olmayaraq müəssisə və təşkilatlarında tam mövsüm ərzində iş müddəti bir illik staj sayılır. Digər mövsümi işlər iş stajına faktiki davamiyyət həcmində daxil edilir.
18. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia rədd olunmalıdır.
22. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
23. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdə Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1994-cü ıl tarixdən xx.xx.1997-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuş və hərbi xidmət dövründə döyüş bölgəsində yerləşən N (və 704) saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş və xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 160 saylı, xx.xx.1997-ci il tarixli əmri ilə hərbi xidmətdən tərxis olmuşdur.
24. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı mahiyyət etibarı ilə müddətli həqiqi hərbi xidmət müddətinin (həmin dövrdə döyüş bölgəsində xidmət etdiyi i llərin) üçqat hesablanmasına nail olmağa yönəlmişdir. Bu zaman iddiaçı müddətli həqiqi hərbi xidmətdə olduğu 1994-1997-ci illərdə müddətli həqiqi hərbi xidmət müddətinin qanunvericiliyə əsasən 1 il 6 ay təşkil etməsinə rəğmən, məcburi qaydada həmin müddətdən artıq xidmət etdiyinə və bu dövrün müddətdən artıq hərbi xidmət müddətinə daxil olduğuna istinad edərək həmin müddətin üçqat hesablanmasını tələb edir.
25. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbini qismən təmin etmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının müddətli həqiqi hərbi xidmətinin bitdiyi xx.xx.1995-ci il tarixindən, onun tərxis olunduğu xx.xx.1997-ci il tarixə kimi olan müddətdən artıq həqiqi hərbi xidmətinin bir ayı - “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xid mətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarının mübahisələndirilən dövrdə qüvvədə olmuş 2-ci bəndinin “a” yarımbəndinə müvafiq olaraq, üç ay sayılmaqla, onun uzun müddət xidmətinə daxil edilməlidir. Başqa sözlə, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 25 iyul 1992-ci il tarixli, 77 saylı Fərmanı ilə əsgər və serjantların xidmət müddətinin uzadılmasını məcburi qaydada müddətdən artıq həqiqi hərbi xidmət dövrünə keçid kimi və bunun üzərindən iddiaçının 1994-1997-ci illərdə müddətli həqiqi hərbi xid mətdə olduğu müddətin xx.xx.1995-ci il tarixindən xx.xx.1997ci il tarixə kimi olan dövrünü müddətdən artıq həqiqi hərbi xidmət kimi qiymətləndirmiş, həmin dövrə münasibətdə yuxarıda istinad olunan müvafiq normanın müddəalarını tətbiq etmişdir.
26. Bununla bağlı qeyd edilməlidir ki,3 noyabr 1992-ci il tarixdə qəbul edilmiş və hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, hərbi xidmət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə tapşırılan vəzifələrin yerinə yetirilməsi üzrə dövlət xidmətinin xüsusi növüdür. Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda hərbi xidmətdən ibarətdir. Həmin Qanunda həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilmişdir: əsgərlər in və matrosların, çavuşların müddətli həqiqi hərbi xidməti; əsgərlərin və matrosların, çavuşların müddətdən artıq həqiqi hərbi xidməti; hərbi məktəb kursantlarının həqiqi hərbi xidməti; gizirlərin və miçmanların həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti. Nəzərə almaq lazımdır ki, qanunverici hərbi xidmət növlərini müəyyən edərkən müddətli və müddətdən artıq hərbi xidmət növlərini fərqləndirmişdir və belə fərqləndirmə müddətli və müddətdən artıq hərbi xidmətə cəlb olunmanın, silahlı qüvvələrin şəxsi heyətinin komplektləşdirilməsinin və hərbi xidmətdən tərxis olunmasının, eləcə də həmin kateqoriyadan olan hərbi qulluqçuların statusunun fərqli hüquqi əsaslara malik olması ilə bağlıdır. Belə ki, müddətli həqiqi hərbi xidmətə cəlb olunma hərbi xidmətə çağırış üzrə (konstitusion vəz ifə olaraq) həyata keçirildiyi halda, müddətdən artıq həqiqi hərbi xidmətə (müddətli həqiqi hərbi xidmətdən başqa xidmətin bütün növlərinə) cəlb olunma könüllülük üzrə həyata keçirilir. İstinad olunan normalara görə, hərbi xidmətin müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər aşağıdakı hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə bilərlər: əsgərlərin, matrosların və çavuşların müddətdən artıq hərbi xidmətinə – qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular- 40 yaşınadək (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar. Bunun əksinə olaraq, müddətli həqiqi hərbi xidmətə cəlb olunma məcburi qaydada və konstitusion vəzifəyə əsaslanan hərbi xidmətə çağırış ü zrə həyata keçirilir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, çağırış üzrə müddətli həqiqi hərbi xidmətə cəlb olunmuş hərbi qulluqçuların xidmət müddətinin Azərbaycan Respublikası Prezidentinin 25 iyul 1992-ci il tarixli, 77 saylı Fərmanı ilə uzadılması yuxarıda istinad olunan normalar anlamında çağırış üzrə müddətli həqiqi hərbi xidmətin statusunun dəyişməsinə səbəb olan hal kimi təfsir oluna və bunun üzərindən həmin hərbi qulluqçuların müddətli həqiqi hərbi xidməti müddətdən artıq həqiqi hərbi xidmət kimi qiymətləndirilə bilməz. Belə ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları qanunla müəyyən olunmuş qaydada müddətli həqiqi hərbi xidmətə yeni çağırışın həyata keçirilməsi ilə eyni zamanda Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı əsasında tərxis olunduqları vaxtdan xid mətlərini başa çatdırmış hesab olunurlar. Əks yanaşma müddətli həqiqi hərbi xidmətin hüquqi rejimini, eləcə də hərbi xidmətə (Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı əsasında) cəlb olunmanın və hərbi xidmətdən (Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı əsasında) tərxis olunmanın hüquqi əsaslarını müəyyən edən normaların mahiyyətinə zidd olardı.
28. Bu baxımdan, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət müddəti müddətdən artıq hərbi xidmət sayılmadığından “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası h aqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarının mübahisələndirilən dövrdə qüvvədə olmuş 2-ci bəndi hazırkı mübahisəyə münasibətdə tətbiq oluna və iddiaçıya şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli qərarına əsasən, pensiya təyin olunarkən uzun müddət xidmətə güzəştli şərtlər zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə münasibətdə tətbiq edilir.
29. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən müddətli həqiqi hərbi xidmət müddətinin xx.x x.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinə kimi olan dövrünün bir ayı üç ay hesablanmaqla yeni məlumat vərəqəsinin tərtib olunaraq Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçularla İş üzrə Filialına göndərilməsini tələb etməkdə iddiaçı haqlı sayıla, apellyasiya məhkəməsinin bununla bağlı qərarı qanunauyğun və əsaslı hesab edilə bilməz.
30. Beləliklə, cavabdehin kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin olunmamalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1866/2022 nömrəli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul olunur. İdd