Məhkəmə qərarları › İş №2-1(102)-2180/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2180/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2180/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 52 yaşdan güzəştli pensiya təyin edilməsi, işin hallarının araşdırılmaması, güzəştli iş stajı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabe liyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-227/2021 nömrəli, 11 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur.

2. İddiaçıya məxsus hərbi biletə və əmək kitabçasına əsasən o, 18.11.1978-ci il tarixdən 08.11.1980-ci il tarixədək hərbi xidmətdə olmuş, 22.04.1981-ci il tarixdən 04.01.1982-ci il tarixədək Leyt.Şmidt adına maşınqayırma zavodunun preventr sexinin çilingər yığma bölməsində elektrik qaynaqçısı şagirdi kimi çalış mış, 01.10.1981-ci il tarixdə ona 2-ci dərəcəli elektrik qaynaqçısı peşəsi verilmiş, 04.01.1982-ci il tarixdən 01.12.1991ci il tarixədək preventr sexində 2-ci dərəcəli elektrik qaynaqçısı, 01.12.1991-ci il tarixdən 01.01.1993-cü il tarixədək “Kotan” kiçik müəssisəsində 4-cü dərəcəli elektrik qaynaqçısı, 01.01.1993-cü il tarixdən 24.12.2004-cü il tarixədək “Səttərxan” adına zavodun 21 saylı çilingər yığma sexində 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. 3. "xxxx"ASC, "xxxx" TASC-nin 04.12.2013- cü il tarixli, KŞ/10-150 nömrəli izahlı arayışında (sədr E.R.Vəliyev göstərilməklə imzalanmış, kadrlar şöbəsinin Personnel Division möhürü vurulmuşdur) göstərilmişdir ki, İddiaçı 22.04.1981-ci il tarixdə Lenin və X1 ordenli Leyt.Şmidt adına maşınqayırma zavodunun preventr sexinin çilin gər yığma bölməsinə elektrik qaynaqçısı şagirdi peşəsinə işə qəbul edilmişdir (əmr N 135/k, 20.04.1981-ci il). 01.10.1981-ci il tarixdə ona 2-ci (ikinci) dərəcəli elektrik qaynaqçısı peşəsi verilmişdir (əmr N 337/k, 01.10.1981-ci il). 04.01.1982-ci il tarixdə preventr sexinə 2-ci (ikinci) dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmişdir (əmr N 450/k, 29.12.1981-ci il). 16.09.1982-ci il tarixdə 3-cü (üçüncü) dərəcəli elektrik qaynaqçısı peşəsi verilmişdir (əmr N 379/k, 16.09.1982-ci il). 01.11.1983-cü il tarixdə oradaca 4-cü (dördüncü) dərəcəli elektrik qaynaqçısı peşəsi verilmişdir (əmr N 410/k, 01.11.1983-cü il). 01.12.1991-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə müvafiq olaraq köçürmə yolu ilə “Kotan” KM-nə keçdiyi üçün işdən azad edilmişdir, (əmr N 123/k-a, 09.12.1991-ci il) 01.02.1991-ci il tarixdə “Kotan” kiçik müəssisəsinə 4-cü (dördüncü) dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir (əmr N 04/k, 03.12.1991-ci il). 01.01.1993-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə müvafiq olaraq köçürmə yolu ilə “Səttərxan” adına zavoda keçdiyi üçün işdən azad edilmişdir, (əmr N 36/k, 30.12.1992-ci il) 01.01.1993-cü il tarixdə Səttərxan adına zavodun 21 N-li çilingər yığma sexinə 4-cü (dördüncü) dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir (əmr N 01/k, 04.01.1993-cü il). 24.12.2004-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 72-ci maddəsinin “a” bəndinə əsasən, üzürsüz səbəbə görə iş buraxdığına görə işdən azad edilmişdir (əmr N 358/k, 27.12.2004-cü il). Azərbaycan Respublikası Nazirl ər Kabinetinin 21.06.1993-cü il tarixli 20 saylı qərarına əsasən, elektrik qaynaqçısı 1 №li siyahının Metal emalı Xİ bölməsinin 5-ci hissəsinin “a” bəndinə aiddir, şifr 1110400a-19906. Bu peşədə zərərli iş şəraitinə görə əlavə məzuniyyət və əlavə əmək haqqı verilir. Lenin və X1 ordenli Leyt.Şmidt adına maşınqayırma zavodu 23.12.1992-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 688 saylı Qərarına əsasən “Səttərxan” adına Maşınqayırma zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.03.2001-ci il tarixli, 649 saylı Fərmanına əsasən "xxxx" X2 Cəmiyyəti adlandırılmışdır. "xxxx" X2 Cəmiyyəti 05.01.2010-cu il tarixdən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 22.12.2009-cu il tarixli 170 saylı sərəncamına əsasən "xxxx" X2 Cəmiyyəti adlandırılmışdır.

4. İddiaçı ona 5 2 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 08.01.2020-ci il tarixli, **********9 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, güzəştli iş stajı 10 ildən az olduğundan ona güzəştli şərtlərlə pensiya təyin edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı 30.08.2012-ci il tarixdən, yəni 52 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. İddiaçı H3 * ****** nömrəli hərbi biletə əsasən, 18.11.1978-ci il tarixdən 08.11.1980-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. İT-İ ******* saylı əmək kitabçasına əsasən, 22.04.1981-ci ildə Leyt.Şmidt adına maşınqayırma zavodunun preventr sexinin çilingər yığma bölməsinə elektrik qaynaqçısı şagirdi peşəsinə işə qəbul edilmişdir (əmr N 135/k, 20.04.1981-ci il). 04.01.1982-ci il tarixdə preventr sexinə 2-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmişdir (əmr N 450/k, 29.12.1981-ci il). 01.12.1991-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə müvafiq olaraq köçürmə yolu ilə “Kotan” KM-nə keçdiyi üçün işdən azad edilmişdir (əmr N 123/k, 09.12.1991-ci il). 01.02.1991-ci il tarixdə “Kotan” kiçik müəssisəsinə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilmişdir (əmr N 04/k, 03.12.1991-ci il). 01.01.1993-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə müvafiq olaraq köçürmə yolu ilə Səttərxan adına zavoda keçdiyi üçün işdən azad edilmişdir (əmr N 36/k, 30.12.1992-ci il). 01.01.1993-cü il tarixdə Səttərxan adına zavodun 21 saylı çilingər yığma sexinə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilmişdir (əmr N 01/k, 04.01.1993-cü il). 24.12.2004-cü il tarixdə işdən azad edilmişdir. Leyt.Şmidt adına maşınqayırma zavodu 23.12.1992-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 688 saylı Qərarına əsasən “Səttərxan” adına maşınqayırma zavodu adlandırılmışdır. "xxxx" X2 Cəmiyyəti 05.01.2010-cu il tarixdən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 22.12.2009-cu il tarixli 170 saylı sərəncamına əsasən "xxxx" X2 Cəmiy yəti adlandırılmışdır. Beləliklə, onun 2006-cı il tarixədək, yəni «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qəbul edildiyi tarixədək 25 il 7 ay 23 gün ümumi stajı və eyni zamanda zərərli iş sahəsində güzəştli stajı olmuşdur. Onun işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda Xİ. Metal emalı bölməsinin (1100000),

5. Metal emalı üzrə sair peşələr hissəsinin 5 (********), a) fəhlələr bəndinə aiddir (1110400a-19906).

7. Cavabdeh iddia ərizəsinə etiraz edərək onun iddianın təmin olunmamasını xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3016/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia təmin edilmiş, iddiaçıya 30.08.2012-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 01.01.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb edilən 20 il ümumi və 10 il xüsusi iş stajına malik olduğundan onun tələbi əsaslıdır.

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı A pelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-227/2021 saylı, 11 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.M.Məmmədov və N.Ş.Cəfərov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3016/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanması üçün qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik olmadığından onun tələbi əsassızdır.

13. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassator hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının 22.04.1981-ci il tarixdən 04.01.1982-ci il tarixə kimi Leyt.Şmidt adına maşınqayırma zavodunun preventr sexinin çılingər yığma bölməsində elektrik qaynaqçısı şagirdi peşəsində işlədiyi dövrü zərərli əmək stajı kimi nəzərə almamış, yanlış olaraq ona güzəştli pensiya təyin edilməsi üçün 01.01.2006-cı il tarixədək 10 il güzəştli iş stajını tamamlamadığını bildirmişdir. Çünki, həmin dövrdə onun işlədiyi peşə elektrik qaynaqçısı şagirdi adlandırılsa da o, tam iş günü vaxtında elektrik qaynaqçısı işini yerinə yetirmişdir. Apelyasiya instansiyası məhkəməsi isə tam hüquqlu məhkəmə kimi onun tam iş günü vaxtında işləyib - işləməməsini araşdırmadan həmin dövrü güzəştli iş stajı kimi nəzərə almamışdır.

15. Bundan əlavə, o, 22.04.1981-ci ildən 24.12.2004-cü il tarixə kimi adları dəyişsə də, eyni sexdə eyni işi icra etmişdir. Lakin bu xüsusat da apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış, ziddiyyətli məqamlar iddiaçının ziyanına şərh edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Sosial təminat hüququ. İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliy inə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sı ğorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilə r, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;

20. Azərbaycan Respu blikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiy yəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlu matlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə tərkibi hesab edir ki, şikayət qismən – qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. Birinci instansiya məhkəməsində icraat zamanı "xxxx"ASC "xxxx" ASC-nin məhkəmənin sorğusuna cavab olaraq 06.08.2020-ci il tarixli məktubunda gösərilmişdir ki, 1982-1991-ci illərdə zavodun preventor sexində görülən işlər - məmulatları qızdırmaqla elektrik qaynaq işləri əl ilə elektrik qaynaqçıları tərəfindən icra edilir. Həmin illərdə fəaliyyət göstərən elektrik qaynaqçıları peşəsi Azərba ycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli 320 saylı qərarında 1 saylı Siyahının Metal emalı Xİ bölmə 5-ci hissəsinin “a” bəndinə aiddir. Şifr 1110400a-19906 (məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq aparan elektrik qaynaqçıları). 25.Apelyasiya instansiyası məhkəməsi həmin məktuba istinad edərək, iddiaçının yalnız 04.01.1982-ci il tarixdən 01.12.1991-ci il tarixədək zavodda elektrik qaynaqçısı işlədiyi dövrü güzəştli iş stajı kimi qəbul etmiş, bununla da iddiaçının 0101.2006-cı il tarixədək 10 ildən az güzəştli iş stajına malik olması qənaətinə gələrək iddianı təmin etməmişdir. 26.Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi iddiaçının yalnız 04.01.1982ci il tarixdən 01.12.1991-ci il tarixədək zavodda işlədiyi dövrü güzəştli iş stajı kimi qəbul etsə də, 22.04.1981-ci il tarixdən 04.01.1982-ci il tarixədək eyni zavodda və eyni peşədə işlədiyi dövrü güzəştli iş stajı kimi nəzərə almamış və bununla bağlı mövqeyini əsaslandırmamışdır. 27.Halbuki, iş materiallarında olan notarial qaydada təsdiq edilmiş əmək kitabçasından, həmçinin "xxxx"ASC "xxxx" TASC-nin 04.12.2013-cü il tarixli izahlı arayışından görünür ki, iddiaçı 22.04.1981-ci il tarixdən Leyt.Şmidt adına maşınqayırma zavodunun preventr sexinin çilingər yığma bölməsində elektrik qaynaqçısı şagirdi işləmiş, 01.10.1981-ci il tarixdən ona 2-ci dərəcəli elektrik qaynaqçısı peşəsi verilmiş və 01.12.1991-ci il tarixədək həmin zavodda preventr sexində 2-ci dərəcəli elektrik qaynaqçısı kimi işləmişdir.

28. Bundan əlavə, iddiaçı şikayətində də bildirir ki, 22.04.1981-ci ildən 24.12.2004-cü il tarixə kimi adları dəyişsə də, eyni sexdə, eyni işi icra etmişdir. Apelyasiya instansiyası məhkəməsi bununla bağlı da heç bir araşdırma aparmamışdır.

29. Halbuki, apelyasiya instansiyası məhkəməsi xidməti vəzifəsinə görə işin hallarını tam, hərtərəfli araşdırmağa borcludur.

30. Göründüyü kimi, apelyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarı lması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir.

31. Qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

32. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan qərar ləğ v edilməli, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsi zəruri olduğundan iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2021-ci il tarixli 21(103)-227/2021 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar