Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2180/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın birinci instansiya, yaxud apellyasiya instansiyası məhkəməsində baxılmalı olması ilə bağlı inzibati məhkəmə aidiyyətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmal əddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı “iddiaçılara məxsus daşınmaz əmlakların dövlət reyestrində yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iş üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanmış 27 oktyabr 2009-cu il tarixli, 01/1 saylı ipoteka müqaviləsinə əsasən, "xxxx" ASC ilə borclu "xxxx" şirkəti arasında bağlanmış 21 oktyabr 2009-cu il tarixli, 01/1 saylı kredit müqaviləsinin təminatı kimi ipotekaqoyan İddiaçı1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən 12 nömrəli, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 74.65 kv.m. ümumi, 53.85 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 30 nömrəli mənzil ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 2. "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanmış 30 noyabr 2010-cu il tarixli, 01/2 saylı ipoteka müqaviləsinə əsasən, "xxxx" ASC ilə borclu "xxxx" Şirkəti arasında bağlanmış 29 noyabr 2010-cu il tarixli, 01/3 saylı kredit müqaviləsinin təminatı kimi ipotekaqoyan İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 6 otaql ı, ümumi sahəsi 145.3 kv.m., yaşayış sahəsi 98.0 kv.m., yardımçı sahəsi 47.3 kv.m. olan mənzili ipoteka ilə yüklü edilmişdir. 3. "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanmış 30 noyabr 2010-cu il tarixli, 01 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, "xxxx" ASC ilə borclu "Azər-Aqro LTD” şirkəti arasında bağlanmış 29 noyabr 2010-cu il tarixli, 01/3 saylı kredit xətti müqaviləsinin təminatı kimi ipotekaqoyan İddiaçı1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.0072 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 2 mərtəbəli binada 169.50 kv.m. ümumi, 123 kv.m. yaşayış sahəsindən ibarət 7 otaqlı 18,20 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. HAZİRKİ İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, iddiaçıların mülkiyyətində olan daşınmaz əmlakların yüklülüyü ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
5. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-16/2022 nömrəli, 26 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov, A.Ə.Hüseyn) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası Dövlət Komitəsi yanında daşımaz Əm lakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və "xxxx" MMC-yə qarşı iddiaçılara məxsus əmlakların yüklülükdən azad edilməsi tələbinə dair iş üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədilə iş materialları baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
9. Ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi 9.1. Aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: 9.1.1. səlahiyyətli məhkəmə konkret halda hüquqi və ya faktiki baxımdan məhkəmə icraatını həyata keçirə bilmədikdə; 9.1.2. birdən çox məhkəmə özünü səlahiyyətli saydıqda; 9.1.3. mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Maddə
131. Maliyyə bazarlarına nəzarət orqanına qarşı müvafiq iddialar üzrə icraat 131.1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının öz gəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.
7. Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli Qərarı KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, i ddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və "xxxx" MMC-yə qarşı iddiaçılara məxsus daşınmaz əmlakların dövlət reyestrində yüklülüyü ilə bağlı dövlət qeydiyyatının ləğv edilməsi barədə tələbləri üzrə iş materialları baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.
9. Belə ki, hazırkı iş üzrə iddiaçıların tələbləri mülkiyyətlərində olan daşınmaz əmlakların yüklülüyü ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi ilə bağlıdır.
10. Sözügedən əmlaklar üzərində yüklülük iddiaçılar və “"xxxx" MMC ilə hazırda ləğv prosesində olan "xxxx" ASC arasın da bağlanmış kredit və ipoteka müqavilələri əsasında yaranmış olsa da, əmlakların ipoteka ilə yüklü edilməsi ilə bağlı faktiki hərəkətlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən aparılmışdır ki, iddiaçı da iddia ərizəsində müqavilələr üzrə öhdəliklərin tam icra edilməsi halına istinad etməklə, əmlaklar üzərində ipoteka yüklülüyünün aradan qaldırılmaması ilə bağlı cavabdehin hərəkələrinin qanuniliyini mübahisələndirir.
11. Belə olan halda isə hazırkı iş üzrə iddiaçıların tələbləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı yönəlməli, başqa sözlə, iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti publik hüquqi şəxsinin müvafiq qurumu olmalıdır.
12. Nəzərə alınmalıdır ki, əmlaklar üzərində yüklülüyün əsasında ləğv prosesində olan "xxxx" ASC ilə bağlanmış müqavilələrin dayanması hazırkı iddiaya birinci instansiya məhkəməsi qismində apellyasiya instansiya məhkəməsi tərəfindən baxılmasına əsas vermir.
13. Belə ki, hazırkı iş üzrə iddiaçılara məxsus daşınmaz əmlakların yüklülükdən azad edilməsi, həmin əmlaklar üzərində olan yüklülüyün dövlət reyestrində dövlət qeydiyyatının ləğv edilməsi barədə tələblər İnzibati Prosessual Məcəllənin 131-ci maddəsi ilə müəyyən edilmiş bank fəaliyyətinin həyata keçirildiyi tələblər üzrə işlər kateqoriyasına daxil deyildir.
14. Bundan əlavə, məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarının Bankın ləğvetmə prosesindən irəli gələn sənədlərinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında qalması şərti ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cav abdehlər ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı iddiaçılara məxsus daşınmaz əmlakların dövlət reyestrində yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi barədə tələblərinə dair digər sənədlər Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.
15. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı iddiaçılara məxsus daşınmaz əmlakların dövlət reyestrində yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi barədə tələbinə dair iş materialları Bankın ləğvetmə prosesindən irəli gələn sənədlərinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında qalması şərti ilə, baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qətidir.