Məhkəmə qərarları › İş №2-1(102)-2180/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2180/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2180/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaqların dövlət ehtiyacları üçün alınmasına görə kompensasiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı “torpaqların dövlət ehtiyacları üçün alınmasına görə kompensasiya” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-1(103)-233/2023 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfində n verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0.01711 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 və 1 ədəd 4 mərtəbəli, 7 otaqlı, 72.0 kv.m yaşayış, 71.2 kv.m köməkçi sahədən ibarət 31 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə cavabdehin mərhum anası X2 2/3 hissə, X1 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 107 nömrəli, reyestr kitabının 9716 nömrəli vərəqində xx.xx.2008-ci ildə qeydiyyata alınmışdır. 2. 43 saylı MKİS-in arayışına görə, c avabdeh Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov ev 31-də qeydiyyatdadır. 3. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasi ya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhəri İddiaçı müəyyən edilməsi, Bakı Şəhər İcra Hakimiyyətinə bu qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması haqqında hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq həyata keçirilməsi və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi haqqında 16.2.2018-ci il tarixdə 51 nömrəli qərar qəbul etmişdir.

4. Qərarın icrası məqsədilə iddiaçı Qanunun tələblərinə uyğun olaraq Daşınmaz əmlakın alınması qrupunu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədilə "xxxx" MMC-ni müstəqil qiymətləndirici qismində cəlb etmişdir.

5. X3 və cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən mülkiyyətdə və istifadədə olan (5010/9 şərti kodu ilə işarələnmiş) daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən 39.37 kv.m əsas sahə üçün - 1 kv.m-ə görə bütün kompensasiya növləri nəzərə alınmaqla 1250 manat, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faizi əlavə olunmaqla 1500 manat olmaqla, ümumilikdə 59055 manat; 5.13 kv.m köməkçi sahə üçün - 1 kv.m-ə görə bütün kompensasiya növləri nəzərə alınmaqla 1250 manat, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faizi əlavə olunmaqla 1500 manat olmaqla, ümumilikdə 7695 manat; 1.22 kv.m sanitar qovşaq üçün - 1 kv.m-ə görə bütün kompensasiya növləri nəzərə alınmaqla 666.66 manat, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faizi əlavə olunmaqla 800 manat olmaqla, ümumilikdə 976 manat; 15.0 kv.m metlax döşəmə üçün - 1 kv.m-ə görə bütün kompensasiya növləri nəzərə alınmaqla 16.67 manat, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faizi əlavə olunmaqla 20 manat olmaqla, ümumilikdə 300 manat; cəmi: 68026 manat; 2 aylıq əmək haqqı və köçmək xərci 1000 manat olmaqla qeyd edilən daşınmaz əmlak üzrə ümumilikdə cəmi 69026 manat hesablanmışdır. 6. "xxxx" MMC tərəfindən cavabdehin sifarişi əsasında xx.xx.2019-cu il tarixdə tərtib olunmuş qiymətləndirmə rəyinə əsasən ünvan 2 ünvanında yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 190.90 kv.m olan daşınmaz əmlakın həqiqi dəyəri 570.000 manat qiymətləndirilmişdir. 7. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş MB-11198 nömrəli, 28 fevral 2018-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi və yaxın ətrafda yerləşən torpaq sahələrinin yerindən, quruluşundan və digər texniki göstəricilərindən asılı olaraq 1 sot torpaq sahəsinin orta bazar qiyməti 120 000 (bir yüz iyirmi min) – 200 000 (iki yüz min) manat arası dəyişir. Qiymətləndirilən ərazidə hazırda inkişaf etmiş torpaq bazarı olmadığından qiymətlər analoji zonalara əsaslanaraq göstərilmişdir.

8. Cavabdeh ona məxsus yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar iddiaçının təşkil etdiyi k omissiyaya dəvət edilmiş və Komissiya tərəfindən qəbul edilmiş, qəbul zamanı ünvan 2 ünvanda cavabdehə məxsus yaşayış sahəsinə görə 69.026 manat məbləğində kompensasiya təklif edilmiş, lakin o, könüllü razılaşmadan imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı 22 yanvar 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 69026 manat məbləğində kompensasiya ödənilərək mənzilin b oşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhəri İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil q iymətləndirici cəlb edilmişdir. Cavabdeh ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakda yaşayır və yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin mənzil (əmlak) qeyd olunan Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehə danışıq (könüllü alqı-satqı) yolu ilə onun qeydiyyatda olduğu daşınmaz əmlakın satın alınmasına razılıq verilməsi barədə bildiriş göndərilib. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq cavabdehə yaşadığı ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacla rı üçün alınması haqqına” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə cavabdehə 69026 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirib. Lakin, cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina edib.

11. Cavabdeh iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsində yerləşən 31 saylı fərdi yaşayış evinin 2/3 hissəsinə görə 570000 manat, qanuni istifadədə olan 371.2 kv.m torpaq sahəsinin 2/3 hissəsinə görə 494933 manat, ümumilikdə ******* manat, həmin məbləğə əlavə 20 faiz 212986 manat, çətinliyə görə 10 faiz 106493 manat, köçmək pulu 1000 manat, mənəvi zərərə görə 100000 manat, ümumilikdə ******* manat məbləğində pul tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 0.228 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 143.2 kv.m olan 31 saylı fərdi yaşayış evi 2/3 hissədə X2 mülkiyyətindədir. Digər 1/3 hissə X1 mülkiyyətindədir. Həmin daşınmaz əmlak əvvəldən xüsusi mülkiyyətdə olmuş və orada yaşayış vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə həmin ərazinin zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan kimi Bakı şəhəri İddiaçı müəyyən edilmişdir. Cavabdeh təşkilata dəfələrlə ədalətli kompensasiyanın verilməsinə dair müraciətlər olmuş, görüşlər keçiri lmiş, lakin, nəticə olmamışdır. Bu səbəbdən, ədalətli və real bazar qiymətinə uyğun kompensasiyanı məhkəmə qaydasında tələb edir. Hesab edir ki, qarşılıqlı iddiası təmin edilməlidir. Belə ki, "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyinə əsasən ünvan 2 saylı evin bazar dəyəri 570.000 (beş yüz yetmiş min) manat təşkil edir. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin xx.xx.2018-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi və yaxın ətrafda yerləşən torpaq sahələrinin yerindən, quruluşundan və digər texniki göstəricilərindən asılı olaraq 1 sot (100 kv.m) torpaq sahəsinin orta bazar qiyməti 120.000-200.000 manat arasında dəyişir. Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 228 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 143.2 kv.m olan 31 saylı fərdi yaşayış evi həm özü və həmçinin evin altında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hesab olunur. Evin texniki pasportuna əsasən ümumi torpaq sahəsi 371.2 kv.m təşkil edir. Qanunvericiliyin tələbinə əsasən həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi, həmçinin mülkiyyəti (potensial mülkiyyət) olduğundan, yaşayış evi ilə yanaşı torpaq sahəsi kompensasiya edilməlidir. Beləliklə, Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, ümumi sahəsi 143.2 kv.m olan 31 saylı fərdi yaşayış evi ilə yanaşı, 371.2 kv.m təşkil edən torpaq sahəsinin 2/3 hissəsi kompensasiya edilməlidir. Bundan əlavə, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Həmin 20 faiz ümumi məbləğə əlavə olunmalıdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 66.4, 66.4.6-cı maddəsinə əsasən çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin 10 ildən artıq müddət üçün 10 faiz ümumi miqdarında müəyyənləşdirilir. Çətinliyə görə 10 faiz ümumi məbləğə əlavə olunmalıdır. Eyni zamanda, mənəvi zərər qismində cavabdehdən 100.000 manat pul tutulmalıdır. Bu daşınmaz əmlakın dövlət ehtiyacları üçün satınalınmaya məruz qalmadan, kompensasiya ödənilmədən ərazinin insan həyatı üçün zəruri olan kommunal xətlərinin (qaz, su, elektri k) özbaşına kəsilməsi nəticəsində keçirdiyi sarsıntılar və kompensasiyanı könüllü ödəməkdən imtina etməyə görədir.

13. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti qarşılıqlı iddia tələbinə qarşı yazılı etirazında əlavə olaraq göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin çıxarışına əsasən mülkiyyətçi cavabdehin anası mərhum X4 olmuşdur. Cavabdeh anasından qalan əmlakı miras əmlak kimi qəbul etməmişdir. Evin texniki pasportu mülkiyyət hüququnu təsdiq edən sənəd hesab edilmədiyi üçün qiymətləndirmə aparılan zaman Texniki pasportda müəyyən olunan sahələr deyil, yerində faktiki olan mövcud sahələr qiymətləndirilmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(112)-517/2021 nömrəli qərarı (hakim: A.A.Abdullayeva) ilə ilkin və qarşılıqlı iddia qismən təmin edilmiş, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə sahibliyi alan orqan Bakı şəhəri İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh 144200 manat məbləğində kompensasiya ödənilərək mənzilin boşaldılması qərara alınmış, ilkin və qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi ilkin iddia tələbi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh mülkiyyətində olan daşınmaz əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orq anın müəyyən edilməsi barədə» 16 fevral 2018-ci il tarixli, 51 saylı Qərarının təsiri altına düşür.

16. Buna baxmayaraq, məhkəmə ilkin iddia üzrə kompensasiya məbləğinin ödənilməsi hissəsi ilə bağlı göstərmişdir ki, "xxxx" MMC-nin tərtib etdiyi Qiymətləndirmə hesabatı ilə müəyyən etdiyi 69026 manat məbləğində kompensasiya, özündə mövcud inzibati praktikaya əsasən hər kv.m-ə görə ödənilən 1.500 manat bütün kompensasiya növləri, o cümlədən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanun və «Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 506-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələri ehtiva etməsinə baxmayaraq, qiymətləndirmə hesabatı tərtib edilərkən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışda göstərilən əmlakın ölçüləri nəzərə alınmamış, nəticədə ilkin iddia üzrə cavabdehə ödənilməli olan kompensasiya məbləğinin miqdarı düzgün müəyyən edilməmişdir.

17. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya kompensasiya məbləği çıxarışda qeyd olunan ölçülərə - 72.0 kv.m əsas (yaşayış) və 71.2 kv.m köməkçi sahələrə uyğun ((72.0+71.2 kv.m) ₓ 2/3 = 95.4666667 kv.m) hesablanaraq, 95.4666667 ₓ 1500 («Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu və «Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 506-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələrlə birlikdə, mövcud inzibati praktikaya əsasən hər kv.m-ə görə ödənilən 1.500 manat) = 143 200 (bir yüz qırx üç min iki yüz) manat, eləcə də, 2 aylıq kirayə haqqı və köçmək xərci ilə birlikdə (1000 manat), ümumilikdə 144 200 manat məbləğində kompensasiya məbləği ödənilməlidir.

18. Məhkəmə eləcə də, qarşılıqlı iddianın sözügedən ünvanda yerləşən 371.2 kv.m torpaq sahəsinin 2/3 hissəsinə görə kompensasiya məbləğinin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının kompensasiya ödənilməsini tələb etdiyi torpaq üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından qarşılıqlı iddia həmin hissədə əsassızdır.

19. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi hissədə ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini və qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

20. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2021-ci il tarixli, 2-1(1 03)-1823/2021 nömrəli qərarı (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.Ə.Hüseyn və A.S.Hüseynov) ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(112)-517/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

25. Azərbaycan Respublikası Ali Məhk əməsinin İnzibati Kollegiyasının 24 aprel 2022-ci il tarixli, 2-1(102)-662/2022 nömrəli qərarı (hakimlər: N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, İ.K.Hüseynov və K.N.Bədəlov) ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2021-ci il tarixli, 2-1(103)-1823/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

26. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan məhkəmə ilk növbədə cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsində yerləşən evin Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarının təsir dairəsinə düşübdüşmədiyini, bununla da cavabdehin hərəkətlərinin qanuni olub-olmadığına qiymət verməlidir. Bundan başqa, əmlakın qiymətləndirilməsi ilə bağl ı qeyd olunmalıdır ki, kompensasiya dəyərində cavabdehin istifadəsində olan torpaq sahəsinin qiyməti nəzərə alınmamışdır. İddiaçı və cavabdeh tərəfindən təqdim olunmuş qiymətləndirmə rəyləri arasında ziddiyyət olduğu halda məhkəmə torpağın real bazar dəyərinin müəyyən edilməsi məqsədi ilə tədqiqat aparmamış və eyni ilə bu barədə apellyasiya şikayətinin dəlillərinə qiymət verməmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-1(103)-233/2023 nömrəli qərarı (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) ilə ilkin iddiaçı Bakı şəhəri İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnziba ti Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-517/2021 nömrəli qərarı iddiaların qismən təmin edilməsi və kompensasiya ödənilməklə mənzilin boşaldılması hissəsində dəyişdirilmiş, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh 201048 (iki yüz bir min qırx səkkiz) manat məbləğində kompensasiya ödənilməklə mənzilin boşaldılmasına qərar verilmişdir. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Ali Məhkəmənin qərarından irəli gələn hüquqi mövqeyi nəzərə alınmaqla aparılan təkrar məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, DƏDRX-in Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş daşınmaz əmlakın reyestrindən çıxarışına əsasən ilkin iddia üzrə cavabdeh, q arşılıqlı iddia üzrə iddiaçı Cavabdeh - qeydiyyatda olduğu və yaşadığı və 2/3 hissədə mülkiyyət hüququ ilə hüquqi varisi olduğu (anası) X3 məxsus olmuş, ünvan 3 ünvanında “Sovetski” adlanan ərazidə yerləşən və yaşayış sahəsi 72,0 kv.m ümumi, 71,2 kv.m köməkçi sahələri olan fərdi yaşayış evi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.12.2018-ci il tarixli 572 saylı qərarına və müvafiq olaraq torpaqların dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan alınacaq torpaq sahələrinin “Yerquruluşu” Planında göstərilən küçələrin əhatəsində yerləşir.

29. İddiaçının təqdim etdiyi "xxxx" MMC-nin qiymətləndirmə rəyində mübahisələndirilən evin cəmi 60,72 kv.m sahəsinə görə kompensasiya məbləği hesablanmışdır. Halbuki, işə əlavə olunmuş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ev 72,0 k v.m yaşayış sahəsi, 71,2 kv.m köməkçi sahədən ibarətdir ki, həmin sahələrin cəmi, 143,2 kv.m-dən qarşılıqlı iddiaçıya məxsus olan 2/3 hissəsi 95,46 kv.m təşkil edir. Belə olan halda, həmin sahəyə görə "xxxx" MMC-nin qeyd olunan qiymətləndirmə rəyində ehtiva olunan hesablama qaydası ilə hesablanan kompensasiya məbləği 144200 manata qədər yüksəlir.

30. Məhkəmə cavabdehin təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyinə istinadən, evin 2/3 hissəsinə görə 570.000 manat və həmin məbləğə 20 faiz və çətinliyə görə 10 miqdarında əlavələr hesablanmasını tələb etməsi ilə bağlı qeyd edir ki, cavabdehin tələb etdiyi həmin kompensasiya məbləği, bazar qiymətlərinə, həm də, məhkəmə praktikası üzrə müəyyən olunan, həmin ərazidə alınmaya məruz qalan şəxslərə ödənilən kompensasiya ya uyğun hesab oluna bilməz. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-34/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən olunan hallara görə ünvan 6 ünvanında “Sovetski” adlanan yerləşən, ümumi sahəsi 126,6 kv.m olan daşınmaz əmlaka görə 20 faiz əlavə də nəzərə alınmaqla, mülkiyyətçilərə kompensasiya 1 kv.m sahəyə 1500 manatdan olmaqla ödənilmişdir.

31. Bundan başqa, Ali Məhkəmənin hazırkı iş üzrə qeyd olunan qərarında təsbit olunan göstərişləri nəzərə alınmaqla, iddiaçının mötəbər sübutlarla müəyyən olunan faktiki istifadəsində olan torpaq sahəsinin bazar qiymətlərinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun olaraq aydınlaşdırmaq məqsədilə mübahisələndirilən ərazidə yerləşən Notariat o rqanlarına, “Asan” Xidmətə, habelə, DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə 6 (altı) məhkəmə sorğusu göndərilmiş, lakin alınmış cavab məktublarında torpağın alqı-satqısı ilə bağlı müvafiq alqı-satqı müqavilələri mövcud olmadığı bildirilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası məhkəmə praktikası ilə müəyyən olunan hallara, o cümlədən, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının qeyd olunan 2-1(102)-34/2023 nömrəli xx.xx.2023cü il tarixli qərarı ilə müəyyən olunan “Sovetski” deyilən həmin ərazidə yerləşən torpağın bazar qiymətinin hazırkı mübahisəli hüquq münasibətlərinə tətbiq edilməsini mümkün hesab etmişdir. Ali Məhkəməsinin İnzibati Kollegiyasının adıçəkilən xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, həmin iş üzrə “Torpaqların dövlət ehtiyacları üçü n alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun olaraq Yasamal rayonu “Sovetski” adlanan ərazidə yerləşən torpaq sahələrinin bazar dəyərinin müəyyən edilməsi məqsədilə notariat ofislərinə sorğular verilmiş və məhkəməyə təqdim olunmuş notarial qaydada bağlanmış müqavilələrə əsasən müəyyən edilmişdir ki, mübahisələndirilən ərazidə 91 kv.m torpaq sahəsi 45900 manat (1 kv.m 500 manat), 0,11289 ha torpaq sahəsi (1 kv.m 175,8 manat) 198567 manat qiymətləndirilməklə, alan orqan İddiaçı tərəfindən alınmışdır. Belə olan halda dövlət ehtiyacları üçün alınmış həmin torpaq sahələrinin 1 kv.m-nin orta bazar dəyəri 340 manat (175,8+500:2= 340) təşkil etmiş olur.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan məhkəmə praktikasını nəzərə alaraq hesab etmişdir ki, qarşılıqlı iddiaçının faktiki istifadəsində olan torpağa görə ödəniləcək kompensasiya, həmin sahənin 1 kv.m 340 manatdan olmaqla, hesablanmalıdır.

33. Qarşılıqlı iddiaçı, qanuni istifadədə 371.2 kv.m torpaq sahəsi olduğunu iddia edərək, ona 2/3 hissəsinə görə kompensasiya ödənilməsini tələb edir. Lakin işdə olan mötəbər sübutlara o cümlədən, fərdi yaşayış evinin 1965-ci ildə tərtib olunmuş Texniki Pasportuna əsasən, habelə, onun özünün təqdim etdiyi, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyi ilə müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpağın ümumi sahəsi 341,2 kv.m deyil, faktiki olaraq 228 kv.m təşkil edir. Həmin sahənin 1 kv.m 340 manatdan olmaqla, müəyyən olunan bazar qiyməti isə 77520 manat, həmin məbləğin də 2/3 hissəsi 51680 manat təşkil edir. İddiaçının həmin ünv anda 10 ildən artıq yaşadığı nəzərə alınmaqla, həmin məbləğə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.4-cü maddəsində nəzərdə tutulan çətinliklə bağlı 10 faizi miqdarında ödəniləcək əlavənin miqdarı isə 5168 (51680X10%) manat təşkil edir.

34. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin qərarında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3-cü maddəsinə istinadən qeyd olunan torpağın könüllü qaydada verilməsinə görə 10 faiz əlavə ilə əlaqədar birincisi, onu qeyd etmişdir ki, iddiaçının belə bir tələbi yoxdur, ikincisi isə işin hallarından göründüyü kimi burada torpağın könüllü verilməsi halı da mövcud deyildir. Eyni zamanda həmin torpağa görə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə n əzərdə tutulmuş 20 faizi əlavənin hesablanması da istisna edilir. Çünki, torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Yəni, torpaqayırma sənədi (qərarı) mövcud deyildir. Həm də xüsusi mülkiyyəti kimi onun adına reyestrdə qeydə alınmamışdır.

35. Beləliklə də fərdi yaşayış evinə görə hesablanan 144200 manat kompensasiya məbləği ilə torpağa görə hesablanan 56848 manat kompensasiya məbləği toplandıqda iddiaçıya ödənilməli olan kompensasiyanın ümumi məbləği 201048 manat təşkil etmiş olur.

36. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

37. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın qismən ləğv edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qərar qəbu l olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) iddiaçının kassasiya şikayətinin dəlilləri

38. İddiaçının kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, hər iki məhkəmə instansiyası kompensasiya məbləğini müəyyən etmək üçün cavabdehin mərhum anasının mülkiyyət hüquqlarını təsdiq edən sənədi (Çıxarışı) rəhbər tutmaqla evin ölçüsünü müəyyən edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsini pozmuşdur. Çünki evin 95,5 kv.m sahəsinə dair cavabdehin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmadığı üçün məhkəmə məhz bu ölçüyə əsasən kompensasiya hesablamaqla səhvə yol vermişdir.

39. Bundan başqa, vətəndaş tərəfindən məhkəməyə torpaq sahəsi ilə bağlı hər hansı sənəd təqdim edilmədiyi üçün torpaq s ahəsinə görə onun kompensasiya almaq hüququ yoxdur. Analoji işlər üzrə torpaq sahəsinə dair kompensasiya məbləğinin ödənilməsi ilə bağlı artıq məhkəmə təcrübəsi yaranmışdır və məhkəmə torpağa görə kompensasiya hüququnun olması ilə bağlı nəticəyə gəlməklə məhkəmə təcrübəsinin vahidliyi pozulmuşdur.

40. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi torpaq sahəsinin ölçüsünü səhv müəyyən etmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən həmin ünvanda yerləşən torpaq sahəsinin ölçüsü 0,01711 ha (171 kv.m) təşkil edir. Lakin, məhkəmə torpaq sahəsinin ölçüsünü 228 kv.m və 288 kv.m-in 2/3 hissəsi üçün kompensasiya məbləği müəyyən etmişdir.

41. Hər iki instansiya məhkəməsi əmlakın faktiki ölçülərinin müəyyən edilməsi üçün iş materiallarında olan “Qiymətləndirmə Cədvəli”nə hüquqi qiymət verməmişdir. Bundan başqa, evin faktiki ölçülərinin müəyyən edilməsi üçün ümumiyyətlə heç bir tədbir və araşdırma üsullarından istifadə etməmişdir, yerli baxışa ehtiyac olduğuna baxmayaraq bunun üçün mütəxəssislərin əmlaka yerli baxış keçirilməsi və əmlakın faktiki ölçülərini müəyyən edilməsi üçün hər hansı tədbirlər görmədən yanlış qərar qəbul etməkdə qanunvericiliklə müəyyən edilmiş prosessual tələbləri kobud şəkildə pozmuşdur. Belə ki, cavabdeh ilə kompensasiya məbləğinə dair razılıq əldə edilmədiyi və bu səbəbdən də mübahisə predmeti olan fərdi yaşayış evi İddiaçı tərəfindən satın alınmadığı üçün sözügedən ev sökülməmişdir. Başqa sözlə, fərdi yaşay ış evinin faktiki ölçülərinin müəyyən edilməsi mümkün olduğu və faktiki ölçülərin təsdiqlənməsi zərurəti olduğu halda məhkəmə bunun üçün heç bir tədbir görməmişdir.

42. İddiaçı, eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2-1(102)-1115/2021 nömrəli qərarının 25-ci bəndinə istinad edərək məhkəmə təcrübəsinin vahidliyinin pozulduğunu bildirmişdir. b) cavabdehin kassasiya şikayətinin dəlilləri

43. Cavabdehin kassasiya şikayəti qarşılıqlı iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi qiymətləndirmə rəyi ilə cavabdehin təqdim etdiyi qiymətləndirmə rəyləri arasında ziddiyyət olduğu halda bununla bağlı məhkəmə tərəfindən real bazar dəyərinin müəyyən edilməsi, istifadədə olan faktiki sahələrin müəyyən edilməsi üçün məqsədilə kompleks ekspertiza təyin edilməmişdir. Eyni zamanda, əmlakın dəyərindən başqa digər kompensasiyaların ödənilməsi məhkəmə qərarında qeyd edilməmişdir. c) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

44. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

45. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dö vlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə

246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1.Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir.... 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir.... 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sutut arlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir.... 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi n əticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 46. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır.... Maddə

4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətç ilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə

5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyy ətdə olan torpaqlar;... Maddə

23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir;... 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir;... Maddə

58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıq da alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 47. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələ rin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

48. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə: Bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollek tiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağlar ın torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları isə hər bir kooperativ üzvünün mülkiyyətinə verilir.

49. Avropa İnsan Hüquqları Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı 25 yanvar 2015-ci il tarixli qərarı:... Doğrudur ki, ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq, qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın “qanuni istifadəçisi” olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi var idi. Müvafiq olaraq, 8 oktyabr 2005-ci il tarixində əri zəçinin torpağın “mülkiyyət” qismində tanınması üçün kifayət qədər mülki marağa malik olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə müəyyən edir ki, həm ev, həm də torpaq sahəsi 1 saylı Protokolun 1 -ci maddəsinə əsasən ərizəçinin “mülkiyyəti” olmuşdur....

50. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndi rilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəs ində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmd ə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

51. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

52. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

55. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin, cavabdehin kassasiya şikayətinin dəlilləri isə mahiyyətcə qarşılıqlı iddia əri zəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

56. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına əsasən hazırkı iş üzrə mübahisənin əsasını aşağıdakılar təşkil edir: - ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi; - Fərdi yaşayış evinə dair kompensasiyanın ödənilməsi; - Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair kompensasiyanın ödənilməsi.

57. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2022-ci il tarixli, 2-1(102)-662/2022 nömrəli qərarında qoyulan göstərişlərə əməl edilərək mübahisələndirilən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasının təsdiq edilməsi ilə bağlı məsələ tam, hərtərəfli və obyektiv araşdırılmışdır. Onu da nəzərə almaq lazımdır ki, həmin xüsusatla bağlı tərəflər arasında da hər hansı mübahisə yoxdur.

58. Hazırkı iş üzrə tərəflərin mübahisələndirdiyi məsələlər fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair ödəniləcək kompensasiyanın məbləğinin müəyyən edilməsidir.

59. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını fərdi yaşayış evinin sahəsi nin düzgün hesablanmaması təşkil edir. Belə ki, iddiaçı təqdim etdiyi "xxxx" MMCnin qiymətləndirmə rəyində mübahisələndirilən evin cəmi 60,72 kv.m sahəsinə görə kompensasiya məbləği hesablamışdır. Halbuki, işə əlavə olunmuş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ev 72,0 kv.m yaşayış sahəsi, 71,2 kv.m köməkçi sahədən ibarətdir ki, həmin sahələrin cəmi, 143,2 kv.m, cavabdehə məxsus olan 2/3 hissəsi 95,46 kv.m təşkil edir.

60. Məhkəmə kollegiyası qeyd edir ki, fərdi yaşayış evinə kompensasiya hesablanan zaman cavabdehin mülkiyyət hüququ təsbit edilən və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks olunan sahə əsas götürülməlidir. Ona görə də, bununla bağlı apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə əsaslıdır.

61. Digər tərəfdən, iddiaçı torpaq sahəsi üzərində cav abdehin mülkiyyət hüququnun qeydə alınmadığına istinad edərək torpaq sahəsinə görə kompensasiya ödənilməsinin əsassız olmasını göstərsə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 49-cu bəndində qeyd olunan maddi hüquq normalarının tələbləri və Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” iş üzrə 25 yanvar 2015-ci il tarixli qərarında əks olunan hüquqi mövqe baxımından iddiaçının mülkiyyətində olan mənzilin altında və istifadələrində olan torpaq sahəsi onların “mülkiyyəti” olmuşdur və onlara mülkiyyətlərindən məhrum olduqları torpaq sahəsinə görə kompensasiya ödənilməlidir.

62. Cavabdehin ona ödənilməli olan kompensasiya məbləğinin hesablanması ilə bağlı əsas dəlilləri torpaq sahəsinin düzgün hesablanmaması, eyni zamanda həm evə, həm də torpaq sahəsinə dəyər indən daha aşağı kompensasiya məbləğinin hesablanması təşkil edir.

63. Bununla bağlı, məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hazırkı iş üzrə birinci kassasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi göstərişlərinə uyğun olaraq ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının payına mütənasib olaraq hazırkı qərarın 46-ci bəndində qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən müəyyən olunmuş bazar qiymətinə, habelə formalaşmış vahid məhkəmə təcrübəsinə uyğun və ağlabatan kompensasiya məbləği müəyyən edilmişdir.

64. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçının vahid məhkəmə təcrübəsinin pozulması barədə kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaç ı bununla bağlı şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 21(102)-1115/2021 nömrəli qərarının 25-ci bəndinə istinad etmişdir. Halbuki, Ali Məhkəmənin qeyd edilən qərarının 25-ci bəndi kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini əks etdirən bənd olmamaqla, həmin qərarın “Tətbiq edilən hüquq” bölməsində göstərilmişdir. Bundan başqa, iddiaçının istinad etdiyi qərar kompensasiyanın ödənilməsi ilə bağlı olsa da, həmin işin halları və xüsusiyyətləri hazırkı iş üzrə oxşarlıq təşkil etmir.

65. Eyni zamanda, nəzərə almaq lazımdır ki, apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə mübahisələndirilən qərarı məhz məhkəmə təcrübəsinin vahidliyinə əsaslanmış, oxşar işlər üzrə kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə istinad edilməklə tərtib edilmişdir. Ona görə də, məhkəmə kollegiyası iddiaçının məhkəmə təcrübəsinin vahidliyinin pozulması ilə bağlı dəlilini formal və əsassız hesab edir.

66. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması və buna görə kompensasiya ödənilməsi ilə bağlı xüsusatları araşdırarkən yuxarıda göstərilən maddi hüquq normalarına istinad etməklə düzgün nəticəyə gəlmiş, kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilən göstərişlərə əməl etmişdir.

67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından iddiaçının və cavabdehin kassasiya şikayətləri təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 21(103)-233/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar