Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2180/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; güzəştli iş stajı; quraşdırıcı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 mart 2024-cü il tarixli, 2-1(107)-114/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş,1980-ci ildə X1 Texnikumuna daxil olmuş, 1981-1983-cü illərdə hərbi xidmətdə olmuş, xx.xx.1985-ci ildə texnikumu bitirmiş, xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Azneftkimyaquraşdırma” trest inin 3-cü Sumqayıt Quraşdırma İdarəsində, xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixədək “X2 Liquidated” və Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən təsis edilmiş müştərək müəssisədə, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək “Azfen” Birgə müəssisəsində, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" Şirkətinin AR Filialında işləmişdir.
2. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı cavabdeh inizbati orqana müraciət etmiş, sonuncu 17 fevral 2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunanlara əsasən güzəştli iş stajı 12 il 6 aydan az (7 il 6 ay 20 gün (xx.xx.201 1-xx.xx.2013-cü il, xx.xx.2014-xx.xx.2015ci il, xx.xx.2015-xx.xx.2017-ci il, xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçının tələbi hazırkı qərarın 1-2-ci bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.
5. Cavabdehin iddia tələbinə yazılı etirazının əsasını iddiaçının müraciətindən imtinaya dair məktubda qeyd olunanlar təşkil edir.
6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: C.B.Məmmədov) 24 iyul 2023-cü il tarixli, 2-1(118)-2761/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsinin əsaslandırması: 7.1.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısına uyğun olmaqla o, ümumilikdə 14 ildən çox güzəştli iş stajına malikdir. Eyni zamanda, onun əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi müddət 25 ildən çoxdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 530 nömrəli, 13 may 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yəni, xx.xx.2022-ci ild ə qanunda edilmiş dəyişikliyə əsasən iddiaçı pensiya təminatı hüququnu qazanmış olur. Belə olan halda qanunvericilik normasının təhlilindən göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində hər hansı bir maneə mövcüd deyildir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. İşin məhkəmə araşdırması zamanı müəyyən edilən hallar: 9.1. “Azfen” Birgə müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli güzəştli arayışdan görünür ki, iddiaçı qeyd dilən dövrlərdə həmin müəssisədə kontruksiya quraşdırıcısı və quraşdırıcı ustası vəzifələrində işləmişdir. Onun işlədiyi kontruksiya quraşdırıcısı v əzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə, quraşdırıcı ustası vəzifəsi isə həmin bölmənin “tikinti və quraşdırma işləri üzrə ustalar” bəndinə əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. 9.2. Azərbaycan Respublikası Əmlak Komitəsinin 15 oktyabr 1997-ci il tarixli, 820 nömrəli sərəncamına əsasən 3-cü Sumqayıt Quraşdırma İdarəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. 9.3. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli güzəştli arayışdan görünür ki, iddiaçı 1985-ci ilin iyun ayı ndan 1995-ci ilin dekabr ayına qədər insan orqanizminə zərərli olan “Superfosfat” və “Kimya istehsalat birliyinin” müxtəlif sexlərində quraşdırıcı çilingər vəzifəsində işləmişdir. Güzəştli arayışa əlavə edilən cədvəldən müəyyən edilir ki, iddiaçının işlədiyi dövr 1985-ci il üzrə 41 gün, 1986-cı il üzrə 35 gün, 1988-ci il üzrə 76 gün, 1989-cu il üzrə 193 gün, 1990-cı il üzrə 195 gün, 1991-ci il üzrə 233 gün, 1992-ci il üzrə 166 gün, 1993-cü il üzrə 168 gün, 1994-cü il üzrə 233 gün, 1995-ci il üzrə 162 gün olmaqla, ümumilikdə, 1502 gün təşkil edir. Güzəştli arayışda iddiaçının işlədiyi quraşdırıcı vəzifəsinin AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 22900000-14612 koduna əsasən güzəştli iş stajı sayıldığı göstərilmişdir. 9.4. "xxxx" Şirkətinin AR F ilialının 08 dekabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində həmin müəssisədə Boru rəhbəri vəzifəsində işləmiş, 23 oktyabr 2023-cü il tarixli güzəştli arayışda onun sırf boru kəməri üzrə dəstək layihəsində işlədiyi vəzifənin adı qeyd edilmişdir. Hər iki vəzifə tamamilə eyni vəzifə tapşırıqlarını yerinə yetirir, praktiki işdə eyni vəzifənin müxtəlif adları kimi qəbul edilir. Boru kəməri üzrə dəstək layihəsində quraşdırıcı baş usta və Boru rəhbəri vəzifəsi polad, paslanmaz və yüksək təzyiqə davamlı borular ilə iş və ümumilikdə, boru dayaqlarının quraşdırılmasını həyata keçirir.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və G.İ.Cabbarova) 19 mart 2024-cü il tarixli, 2-1(105)-114/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 11.1. Ümumi iş stajı ilə bağlı kollegiya qeyd etmişdir ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 3-cü Sumqayıt Quraşdırma İdarəsində, xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixədək “X2 Liquidated” və Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən təsis edilmiş müştərək müəssisədə, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Azfen Birgə mü əssisəsində, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" Şirkətinin AR Filialında işləmiş (32 il 10 ay 11 gün), 1981-1983-cü illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş (02 il), 1980-1985-ci illərdə Politexnik Texnikumunda “texnikmexanik” ixtisası üzrə təhsil almışdır (05 il). Həmçinin, 3-cü Sumqayıt Quraşdırma İdarəsi tərəfindən verilən əmrlərdən görünür ki, iddiaçı həmin müəssisədə işlədiyi dövr ərzində 1996-cı ilin iyun ayından xx.xx.2002-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. Beləliklə, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövr istisna olmaqla, hərbi xidmət, təhsil və əmək fəaliyyəti dövrü ilə birlikdə 25 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Bu işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh iddia ərizəsinə etiraz, apellyasiya şikayəti və iddiaçıya verilən imtinada yalnız güzəştli iş stajını mübahisələndirmişdir. 11.2. İddiaçının xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2014-xx.xx.2015-ci il, xx.xx.2015xx.xx.2017-ci il, xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı işlədiyi dövrlər, ümumilikdə 7 il 6 ay 20 günlük müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. Həmin güzəştli iş stajı ilə bağlı kollegiya qeyd etmişdir ki, “Azfen” Birgə müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli güzəştli arayışdan da göründüyü kimi, iddiaçı qeyd edilən dövrlərdə həmin müəssisədə kontruksiya quraşdırıcısı və quraşdırıcı ustası vəzifələrində işləmişdir. Onun işlədiyi kontruksiya quraşdırıcısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə, quraşdırıcı ustası vəzifəsi isə həmin bölmənin “tikinti və quraşdırma işləri üzrə ustalar” bəndinə əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. 11.3. Adıçəkilən müəssisə tərəfindən verilmiş güzəştli arayışdan və əmək kitabçasından göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2014-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2017-ci il, xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövrdə “Azfen” Birgə müəssisəsində kontruksiya quraşdırıcısı və quraşdırıcı ustası vəzifələr ində işləmişdir (07 il 06 ay 20 gün). 11.4. İddiaçının işlədiyi kontruksiya quraşdırıcısı və quraşdırıcı ustası vəzifələrinin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması ilə bağlı kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin a) fəhlələr yarımbölməsində - polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və b) mütəxəssislər yarımbölməsində - tikinti və quraşdırma işləri üzrə ustalar qeyd edilmişdir. Cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.2002ci il tarixədək olan dövr ərzində Sumqayıt Quraşdırma İdarəsində işlədiyi quraşdırıcı çilingər vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda öz əksini tapmadığını, bu səbəbdən, güzəştli iş stajının 12 il 6 aydan az olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edərək güzəştli iş stajı ilə bağlı qeyd etmişdir ki, əmək kitabçasının qeydlərinə əsasən iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 3cü Sumqayıt Quraşdırma İdarəsində quraşdırıcı çilingər vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmlak Komitəsinin 15 oktyabr 1997-ci il tarixl i, 820 nömrəli sərəncamına əsasən 3-cü Sumqayıt Quraşdırma İdarəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir."xxxx" ASC tərəfindən verilmiş işdə olan xx.xx.2022-ci il tarixli, eləcə də məhkəmə kollegiyasının sorğusuna cavab olaraq verilən xx.xx.2023-cü il tarixli güzəştli arayışlardan görünür ki, iddiaçı 1985-ci ilin iyun ayından 1995-ci ilin dekabr ayına qədər insan orqanizminə zərərli olan “Superfosfat” və “Kimya istehsalat birliyinin” müxtəlif sexlərində quraşdırıcı çilingər vəzifəsində işləmişdir. 11.5. Güzəştli arayışa əlavə edilən cədvəldən müəyyən edilir ki, iddiaçının işlədiyi dövr 1985-ci il üzrə 41 gün, 1986-cı il üzrə 35 gün, 1988-ci il üzrə 76 gün, 1989-cu il üzrə 193 gün, 1990-cı il üzrə 195 gün, 1991-ci il üzrə 233 gün, 1992-ci il üzrə 166 gün, 1993-cü il üzrə 168 gün, 1 994-cü il üzrə 233 gün, 1995-ci il üzrə 162 gün olmaqla, ümumilikdə 1502 gün təşkil edir. 11.6. Güzəştli arayışda iddiaçının işlədiyi quraşdırıcı vəzifəsinin AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 22900000-14612 koduna əsasən güzəştli iş stajı sayıldığı göstərilmişdir. Lakin güzəştli arayışda iddiaçının işlədiyi vəzifənin kodu düzgün qeyd edilməmişdir. Belə ki, NK-nın 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda 22900000-14612 kodu Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində polad və dəmirbeton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılara aid edilmişdir. Halbuki, müəssisə tərəfindən verilmiş güzəştli arayışdan və əmək kitabçasından gör ünür ki, iddiaçı 1985-ci ilin iyun ayından 1995-ci ilin dekabr ayına qədər 3-cü Sumqayıt Quraşdırma İdarəsində “Superfosfat” və “Kimya istehsalat birliyinin” müxtəlif sexlərində quraşdırıcı çilingər vəzifəsində işləmişdir. (bir il-on iki ay, bir ay - otuz gün hesabı ilə nəzərə alınaraq, 04 il 02 ay 02 gün) Həmin vəzifə isə NK-nın 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının “Kimya istehsalatı” bölməsində 1080A00—17541 kod altında (onun müvafiq istehsalatlarında və işlərində məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri), 2 nömrəli Siyahıda isə eyni adlı bölmədə ******* kod altında güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə hesab edilir. Lakin kollegiya hesab etmişdir ki, arayışda kod un düzgün göstərilməməsi hazırkı mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb etmir. 11.7. Kollegiya hesab etmişdir ki, iddiaçının 1985-ci ilin iyun ayıdan 1995-ci ilin dekabr ayına qədər kimya istehsalatıda işlədiyi quraşdırıcı çlingər vəzifəsi güzəştli iş stajına daxil edilməlidir. 11.8. Həmçinin, əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" Şirkətinin AR Filialında Boru rəhbəri vəzifəsində işləmişdir. Cavabdeh orqan qeyd edilən dövrü də iddiaçının güzəştli iş stajına daxil etməmiş və bunun səbəbini belə əsaslandırmışdır ki, NK-nın 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “polad v ə dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifəsinin nəzərdə tutulduğu halda, "xxxx" Şirkətinin AR Filialı tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli güzəştli arayışda iddiaçının xx.xx.2017- xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində həmin şirkətdə boru kəməri üzrə dəstək layihəsində quraşdırıcı baş usta vəzifəsində işlədiyi qeyd edilmişdir. Yəni, iddiaçının işlədiyi boru kəməri üzrə dəstək layihəsində quraşdırıcı baş usta vəzifəsi siyahıda göstərilən polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. 11.9. Həmin dövrlə bağlı kollegiya qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə borucu rəhbəri vəzifəsində işlədiyi göstərilsə də, hə min müəssisə tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli güzəştli arayışda onun boru kəməri üzrə dəstək layihəsində quraşdırıcı baş usta vəzifəsində işlədiyi qeyd edilmişdir. Həmçinin, göstərilən peşənin NK-nın 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifəsinə uyğun olduğu göstərilmişdir. 11.10. Qeyd edilən ziddiyyətə aydınlıq gətirilməsi, eləcə də güzəştli arayışda göstərilən vəzifənin polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun olub-olmaması ilə bağlı məlumat verilməsi ilə əlaqədar məhkəmə kollegiyasının sorğusuna cavab olaraq "xxxx" Şirkətinin AR Filialı 08 dekabr 2023-cü il tarixli məktubu ilə bildirmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində həmin müəssisədə Boru rəhbəri vəzifəsində işləmiş, 23 oktyabr 2023-cü il tarixli güzəştli arayışda onun sırf boru kəməri üzrə dəstək layihəsində işlədiyi vəzifənin adı qeyd edilmişdir. Hər iki vəzifə tamamilə eyni vəzifə tapşırıqlarını yerinə yetirir, praktiki işdə eyni vəzifənin müxtəlif adları kimi qəbul edilir. Boru kəməri üzrə dəstək layihəsində quraşdırıcı baş usta və borucu rəhbəri vəzifəsi polad, paslanmaz və yüksək təzyiqə davamlı borular ilə iş və ümumilikdə, boru dayaqlarının quraşdırılmasını həyata keçirir. 11.11. Həmçinin, müəssisə tərəfindən məhkəməyə təqdim edilən həm Boru rəhbəri, həm də quraşdırıcı baş usta vəzifələrinin vəzifə təlimatlarından görünür ki, hər iki vəzifənin əmək funksiyaları eyni olmaqla, bu vəzifə sahibləri polad boru dayaqlarının quraşdırılmasını, paslanmaz boruların yonulması və quraşdırılmasını, yüksək təzyiqə davamlı boruların dayaqlarının quraşdırılmasını və s. işləri yerinə yetirirlər. 11.12. Göründüyü kimi, iddiaçının işlədiyi boru kəməri üzrə dəstək layihəsində quraşdırıcı baş usta vəzifəsi məhz, siyahıda istinad edilən polad və dəmir-beton konstruksiyalarının quraşdırılması sahəsinə aiddir. Bununla da müəyyən edilmişdir ki, cavabdehin bu hissədə də dəlili əsassızdır, iddiaçının "xxxx" Şirkətinin AR Filialında işlədiyi boru kəməri üzrə dəstək layihəsində quraşdırıcı baş usta vəzifəsi NK-nın 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdi q edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin a) fəhlələr yarımbölməsinin “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə uyğun gəlir. Belə olan halda, iddiaçının 3-cü Sumqayıt Quraşdırma İdarəsində güzəştli vəzifədə işlədiyi 04 il 02 ay 02 günlük dövr, eləcə də yuxarıda qeyd edilən müəssisədə işlədiyi xx.xx.2017xx.xx.2019-cu il tarixləri arasındakı 02 il 6 ay 16 günlük dövr cavabdeh tərəfindən mübahisələndirilməyən 07 il 06 ay 20 günlük dövrlə birgə nəzərə alınarsa, onun 12 il 6 aydan artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir.
12. Cavab deh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
13. Cavabdeh kassasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı konstruksiya quraşdırıcısı və quraşdırıcı usta vəzifələrində işləmiş, lakin məhkəmələr tərəfindən həmin vəzifələr əsassız olaraq “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin polad və dəmir-beton kontruksiyalarının quraşdırılması üzrə qurşadıcılar, tikinti və quraşdırma işləri üzrə ustalar bəndinə uyğunlaşdırılmışdır. Halbuki, iddiaçının işlədiyini iddia etdiyi vəzifə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olm ası üçün Siyahıda nəzərdə tutulan sahəyə və polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə bağlı vəzifələrə uyğunlaşdırılmalı olduğu halda, məhkəmə tərəfindən bu araşdırma həyata keçirilməmişdir.
14. Həmçinin, apellyasiya instansiya məhkəmədi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işs izliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa gör ə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir....
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılı r. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. A zərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahının 29cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin a) fəhlələr yarımbölməsində - polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və b) mütəxəssislər yarımbölməsində - tikinti və quraşdırma işləri üzrə ustalar KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apel lyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayə ti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötə bərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əvvəla onu qeyd edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan yaş həddinə çatması və 25 ildən artıq ümumi iş stajının olması cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilməməklə, iş materialları ilə öz təsdiqini tapır.
27. İşin mübahisələndirilən halı iddiaçının güzəştli iş stajı ilə bağlıdır ki, bununla bağlı məhkəmə kollegiyası apellyasiya instan siyası məhkəməsinin araşdırması və gəldiyi nəticə ilə razılaşır.
28. Məhkəmə kollegiyası hesab edir ki, hazırki qərarın 16-19-cu bəndlərində istinad olunan qanunvericiliyin tələbləri baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
29. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 mart 2024-cü il tarixli, 2-1(105)-114/2024 nömrəli qərarı dəyişdirilmədən sax