Məhkəmə qərarları › İş №2-1(102)-2181/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2181/2019

03.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2181/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X2 və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi və Yevlax Rayon Mərkəzi Xəstəxanası) “torpaq sahələrinin vahid əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələblərinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 3 aprel tarixli 2-1(107)-7/2019 nömrə li qərarından cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Yevlax Rayon Aqrar İslahat Komissiyasının 2006-cı il 17 fevral tarixli, 10 nömrəli Qərarı ilə iddiaçının mülkiyyətinə 0,03 ha və 0,04 ha həyətyanı torpaq sahələri verilmiş və adına JN seriyalı x A və x B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr hazırlanmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək JN seriyalı xA nömrəli və JN seriyalı xB nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə göstərilən 0,03 ha və 0,04 ha torpaq sahələrinin vahid əmlak kimi adına qeydə alınmasını xahiş etmişdir. Cavab deh 2017-ci il 13 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim edilən sənədlər araşdırılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, ərizədə qeyd olunan JN-xB (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə elektron baza xəritəsində (DWG), elektron adlı siyahıda (DBF) və qeydiyyat kitabında öz əksini tapmamış, arxivdə saxlanılan mülkiyyət şəhadətnamələrinin arasında şəhadətnamənin ikinci nüsxəsi aşkar edilmədi. Bundan əlavə, elektron baza xəritəsinə əsasən ərizədə qeyd edilən 0.03 hektar torpaq sahəsinin döngə nöqtələrinin faktiki koo rdinatlarının dövlət mülkiyyətinə aid olan torpaqlarda yerləşdiyi müəyyən edilmişdir. Odur ki, təqdim edilmiş sənədlə arxiv və elektron baza məlumatları arasında uyğunsuzluq olduğu üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması imkan xaricindədir. İddiaçı 2017-ci il 3 avqust tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Yevlax Rayon Aqrar İslahat Komissiyasının 2006-cı il 17 fevral tarixli, 10 nömrəli Qərarı ilə ona ayrılan və JN seriyalı xA nömrəli və JN seriyalı xB nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə göstərilən 0,03 ha və 0,04 ha (0,07 ha) torpaq sahələrinin vahid əmlak kimi adına qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İ ddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının 2006-cı il 17 fevral tarixli, 10 nömrəli Qərarı ilə onun mülkiyyətinə 0,03 ha və 0,04 ha həyətyanı torpaq sahələri verilmiş və adına JN seriyalı xA və xB nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr hazırlanmışdır. İddiaçı hesab edir ki, mübahisəli torpaq sahələri qanuni əsaslarla ona ayrıldığından iddia təmin olunmalıdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 17 noyabr tarixli 2-1(84)-1259/2017 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi və Yevlax Rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 10 iyul tarixli 2-1(84)-17/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, JN seriyalı xA nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,04 ha və JN seriyalı xB nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,03 ha torpaq sahələrinin vahid əmlak kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alıb çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əvvəllər mübahisələndirilən ərazilərdə tibb müəssisələri mövcud olsa da, onlar yeni binalara köçürül müş, boş qalan ərazi Yevlax Rayon Aqrar İslahat Komissiyasının 2006-cı il 17 fevral tarixli, 10 nömrəli Qərarı ilə verilən şəhadətnamələrlə iddiaçının mülkiyyətə verilmişdir. Həmin şəhadətnamələr hal-hazırda qüvvədədir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 3 aprel tarixli 2-1(107)-7/2019 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini tələb edir. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, JN seriyalı, xA və JN seriyalı, xB nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin mövcudluğuna dair hər hansı bir arxiv sənədinin olmaması, həmin şəhadətnamələrdə göstərilən 0.04 ha və 0.03 ha torpaq sahələrinin hansı əsa slarla verilməsi barədə məlumatın olmaması, həmin şəhadətnamələrin elektron baza xəritəsində (DWG), elektron adlı siyahıda (DBF) və qeydiyyat kitabında öz əksini tapmaması, arxivdə saxlanılan mülkiyyət şəhadətnamələrinin arasında sözügedən şəhadətnamələrin ikinci nüsxəsinin aşkar edilməməsi, torpaq sahəsinin sərhədlərinə dair döngə nöqtələrinin koordinatlarının məlum olmadığı, həmçinin 2008-ci ilin ortofoto xəritəsindən çıxarışda Yevlax rayon Mərkəzi Xəstəxanasının balansında olan Yevlax rayon Dəri-Zöhrəvi Dispanserinin binasının görünüşünün olması məhkəmənin nəzərinə çatdırılsa da, məhkəmə bu dəlillərə əhəmiyyət verməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 11, 12.1, 23.1-cü maddələrinin, Azər baycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra mətndə - TM) 66, 67-ci maddələrinin tələblərinə əməl etməmişdir. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin kassasiya şikayətinin dəlillərinə görə, cavabdeh tərəfindən dövlət torpaq kadastrının elektron variantda vahid informasiya sistemində JN seriyalı, xA nömrəli və JN seriyalı, xB nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr barədə, ümumiyyətlə torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə hər hansı məlumat aşkar edilməmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş olması təsdiq edilməmişdir. Cavabdeh tərəfindən torpaq kadastrının elektro n variantda vahid informasiya sisteminə də əsasən torpaq sahələrinin mülkiyyət hüquqları əsasında dövlətə məxsus olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən qeyd etmək olar ki, məhkəmə torpağa mülkiyyət hüququna dair şəhadətnamələrin qeyri-qanuniliyini, torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu nəzərə almamışdır. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi TM-in 111-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.1, 155.2, 157.2, 157.4-cü maddələrinin tələblərinə əməl etməmişdir. Tərəflər və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin və üçüncü şəxslərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim ed ilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayətlər əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlmə yən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4-cü maddəsinin müddəalarına əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (4.1). Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır (4.2). 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat or qanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər (4.3). İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddia olunan 0,03 və 0,04 ha torpaq sahələri Aqrar-İslahat Komissiyasının 2006-cı il 17 fevral tarixli, 10 nömrəli Qərarı ilə əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilmiş, onun hüquqları JN seriyalı xA nömrəli və JN seriyalı xB nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər ilə rəsmiləşdirilmişdir. Cavabdeh inzibati orqan mübahisə predmeti olan torpaq sahələrinə dair hüquqların dövlət qeydiyya tından imtina edərkən qeyd etmişdir ki, elektron adlı siyahıda hər iki şəhadətnamə öz əksini tapmamış, arxivdə saxlanılan mülkiyyət şəhadətnamələrinin arasında isə JN seriyalı xA nömrəli şəhadətnamə mövcud olsa da, JN seriyalı xB nömrəli şəhadətnamə aşkar edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin imtinasının əsası kimi istinad etdiyi həmin halların əsaslı olmadığına dair düzgün nəticəyə gəlmişdir. Belə ki, müvafiq icra hakimiyyəti orqanlarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsində təsbit olunmuş vəzifələrinin icra olunmaması və ya lazımınca icra olunmaması hüquq sahibləri üçün əlverişsiz nəticələr yaratmamalı, onların hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamalıdır. Cavabdehin və üçüncü şəxsin şikayətlərinin digər dəlili ondan ibarət ol muşdur ki, elektron baza xəritəsinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının dövlət mülkiyyətinə aid torpaqlarda yerləşdiyi, təqdim edilmiş sənədlə arxiv və elektron baza məlumatları arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. 2008-ci ilin ortofoto xəritəsindən çıxarışda Yevlax rayon Mərkəzi Xəstəxanasının balansında olan Yevlax rayon Dəri-Zöhrəvi Dispanserinin binasının görünüşünün olması məhkəmənin nəzərinə çatdırılsa da, məhkəmə bu dəlillərə əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyası şikayətlərin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün yetərli əsas hesab etmir. Belə ki, əvvəla, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli əraziyə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı ilə baxış keçirilmiş, orada hər hansı tibb müəssisəsinin binasının olmadığı aşkar olunmuşdur. Baxış zamanı, həmçinin müəyyən edilmişdir ki, mübahisə predmetinə aid torpaq sahələri dördbucaqlı formada olmaqla kvadrata uyğun şəkildədir və mişar daşı ilə hasara alınmışdır, Yevlax şəhəri S.Vurğun və C.Cabbarlı küçələrinin kəsişməsində yerləşir, iki tərəfi həmin küçələrdən ibarət olan gediş-gəliş yoludur. Digər iki tərəfində isə tikintisi başa çatmış fərdi yaşayış evləri yerləşir. Sonrakı araşdırma zamanı məlum olmuşdur ki, qonşuluqda yerləşən torpaq sahələri şəxsi mülkiyyət hüququ əsasında cavabdeh tərəfindən qeydə alınmaqla çıxarışlar verilmişdir. Həmin çıxarışlar iş materiallarına əlavə olunmuşdur. Bundan başqa, əvvəllər həmin ərazidə tibb müəssisələri mövcud olsa da, onlar digər ərazidə yeni binalara köçürülmüş, boş qalan əraz i Yevlax Rayon Aqrar İslahat Komissiyasının 2006-cı il 17 fevral tarixli, 10 nömrəli Qərarı ilə fərdi yaşayış evlərinin tikintisi üçün mülkiyyətə verilmiş, mülkiyyət hüquqları müvafiq şəhadətnamələrlə rəsmiləşdirilmişdir. Həmin şəhadətnamələr hal-hazırda qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.5-ci maddələrinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, ba şqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda istinad edilən normalarından və İPM-in 34.1-ci maddəsindən irəli gələn tələb hüququ vardır. Təqdim edilmiş sənədlə arxiv və elektron baza məlumatları arasında uyğunsuzluğa dair dəlilə gəldikdə, məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Həmin Qanunun 46.3-cü maddəsinin tələbinə əsasən, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş b ağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 3 aprel tarixli 2-1(107)-7/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov X.S.Məmmədo

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar